Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   59   60   61   62   63   64   65   66   ...   113

200 
 
V o l o d i n. Siz sinif vuruşunu millət vuruşuna çevirməklə ancaq vaxtı uzada 
bilərsiniz. Lakin onu əbədilik susdurmazsınız. O vuruş  hər gün gedir. Bu gün 
deyilsə, sabah o sizin təxtü-tacınızı öz amansız baltası altında əzəcəkdir. 
Q u b e r n a t o r. Aha, demək, millət vuruşu olmasaydı, vətəndaş vuruşu 
olmalı idi. Şah və mat! Cənab Volodin, siz çox xarab oyunçusunuz. Siz 
qabaqlanmışsınız, siz uduzmuşsunuz. Artıq buraxın bu oyunu. Hələ gec deyil, 
zərərin yarısından qayıtmaq da bir qazancdır. Oyunun sonu isə sizin üçün çox 
qorxunc olar. İmperiya döyüşkən bir qartaldır. O, qartallar ilə döyüşür, siz isə 
qanadı qırıq sərçələr kimi əlayağa dolaşırsınız. 
V o l o d i n. Lakin, o qartal Rusiya əməkçilərinin qanını sorur. Onun sonudur. 
O, başlarının heç birini ölümdən qurtara bilməyəcək. 
Q u b e r n a t o r. Volodin, mən sizi saxlamıram. Cənab Volodin, gedə 
bilərsiniz! Mən son dəfə sizi ayıltmaq istəyirdim. 
V o l o d i n. Biz tələb edirik, general. Yoxsa heç bir mədəndə heç bir çarx 
fırlanmayacaqdır. 
Q u b e r n a t o r. Siz çox sərtsiniz, cənab Volodin. Bu qanlı hadisə mənim də 
əsəbilərimi sarsıtmışdır. Siz də məni təbiətdən çıxartdınız. 
Nə etmək, mən də  əlimdən gələn qədər çalışaram. Mədəni bir adam belə bir 
vəhşətə soyuqqanlılıqla baxa bilməz. Rica edirəm yoldaşlarınıza da bildiriniz: mən 
onların xahişlərini böyük sevinclə qəbul edirəm və elə günü sabah lazımi tədbirləri 
görərəm. 
V o l o d i n. Sabah gec olar, general! 
Q u b e r n a t o r. Mənim sözümə inanın, Volodin. Sabah işçilər  onların 
nəticəsini görərlər. Hər halda mən onları inandırmağa çalışacağam. Vəziyyət 
çətindir. Volodin, nə etmək, siyasət şahmatdır, yaşasaq, sonunu görərik. 
V o l o d i n. Əlbəttə, general, yaşasaq, sonunu görərik (Gedir). 
Q u b e r n a t o r (zəngi vurur, polismeyster gəlir). Polkovnik, onu buraxın. 
Yoldaşlarını elə bu gecə birbaş dustağa! 
P o l i s m e y s t e r. Volodini buraxmaq? 
Q u b e r n a t o r. Buraxmaq. 
P o l i s m e y s t e r. Elədir ki, var, general həzrətləri. Bu doğru əmrdir, çünki 
onun nüfuzu çox böyükdür. 
Q u b e r n a t o r. Polkovnik, siz hələ gəncsiniz. Mən vəziyyəti sizdən yaxşı 
görürəm. Artıq onlar qorxusuzdur. İnternasional birlik 


201 
 
 
həmişəlik qırılmış, tarixin təkəri çevrilmiş, bunt gəmisi qayaya çırpılıb 
parçalanmışdır. Indi artıq onlar və o, heç bir şey deyildirlər... Buraxmaq və 
sabahdan gec olmayaraq onu və Əsriyanı mənə təslim etmək! 
P o l i s m e y s t e r. Bağışlarsınız, general həzrətləri, dirisini, ya ölüsünü? 
Q u b e r n a t o r. Polkovnik, siz siyasət terminlərini öyrənmiş olmalı idiniz. 
Ölüsünü... 
P o l i s m e y s t e r. Baş üstə, general həzrətləri! 
 
İ ş ı q s ö n ü r. 
 
ON DÖRDÜNCÜ ŞƏKİL 
 
Gizli təşkilat. 
 
V o l o d i n. Yoldaşlar, iclas qurtardı. Hər kəs iş başına!  İşçilər qərarı 
gözləyirlər. Hamıya anlatmaq lazımdır ki, zabastovka getdikcə genişlənməli və bu 
çıxış  işi qəti sona yetirməlidir, zabastovkaya qoşulmamış bir mədən belə 
qalmamalıdır. Gedək, yoldaşlar! Bir-bir, iki-bir çıxmaq lazımdır. 
B a x ş ı. Hər halda, yoldaş Volodin, bu iclas mənim fikrimi daha da dolaşdırdı. 
Bu qədər qan tökülür, biz isə, susub oturmalıyıq. 
V o l o d i n. Gedək, biz yolda danışarıq. 
A r a m. Bilirsən, yoldaş Volodin, mən sizin əlinizdən şikayət edəcəyəm. 
V o l o d i n. Kimə? 
A r a m. General-Qubernatora, çünki siz onun dediyinə  əməl etmək 
istəmirsiniz. 
V o l o d i n. Yox, Aram, sənin fikrin düz deyildir. 
İ s a k. Necə düz deyildir. O çox doğru göstərir. Bir də  sən özün deyirsən: 
qubernator deyir ki, siyasət  şahmatdır. Bəs o mənə mat desin, mən ona yox? 
Vallahi, ona elə mat deyərəm ki, lap anası da afərin desin. 
V o l o d i n. Yox, İsak, partiya buna yol verməz. Təşkilat tinlərdə  tək-tək 
adamları vurmaqla məşğul ola bilməz. 
İ s a k. Heç elə  iş yoxdur. Nədəndir, onlar vururlar, gündə birin. O gündən 
neçəsini vurublar, neçəsini tutublar, neçəsini göndəriblər, amma siz bizim əl-
qolumuzu bağlayırsınız... Bu da sözdür: sən məni vur, mən dayanıb baxım. O birini 
vurar, mən beşini vuraram. 


202 
 
A r a m. İsak doğru deyir. 
V o l o d i n. Dayan! Sən anla ki, İsak, bir nəfəri, beş nəfəri vurmaqdan bir şey 
çıxmaz. Bunu vurarsan, yerinə ayrısı gələr. Burada əsl iş üsuldadır. Baltanı ağacın 
kökündən vurmaq və bu qanlı üsulun özülünü dağıtmaq lazımdır. Bu da ancaq 
kütlə vuruşu ilə ola bilər. 
İ s a k. E, ölmə  eşşəyim, yaz gələr, yonca bitər. Haçan kütlə duracaq, haçan 
baltanı vuracaq? 
A r a m. Özün də otur ləpədöyəndə, gözlə haçan xəzri gələcək ki, kosavayın 
yola düşsün. 
V o l o d i n. Haçanı yoxdur. Bizim partiyamızın göstərişi ilə ilk işimiz bir an 
əvvəl kütləni ayaq üstə qaldırmaq və bütün bu üsulu altüst etməkdir. 
İ s a k. Canım, bulaq öz yerində, ulaq öz yerində, zabastovka öz yerində, bu öz 
yerində. Qubernatoru vurmaq lazımdır, qurtardı getdi. 
A r a m. Adam eşşəyə minər, ata çatınca. Padşah ki ələ düşmür, girdovoy da 
gəldi, vur getsin. 
V o l o d i n. Olmaz, belə iş etmək olmaz. 
B a x ş  ı. Mənim də fikrimi dolaşdıran budur. Mən bir tərəfdən həmişə qana 
düşmən olmuşam, o biri tərəfdən də baxıram, bəs bu axan qanlar nə olsun? 
Düşmən vursun, sən dayan bax? 
V o l o d i n. Baxmaq cinayətdir, vurmaq lazımdır, ancaq tin başında yox, tək-
tək adamları yox, açıq vuruşda, səngərdə. Bütün üsuli-idarəni öldürmək lazımdır. 
Gedək, Baxşı, mən başqa özəklərə tələsirəm. 
 
Gedirlər. 
 
A r a m. Volodin lap ağ eləyir: ona dəymə, buna dəymə. O səni vursun, sən gəl 
düş işçilərin cəmdəyinə. Ondan qorx, bundan qorx, başını un çuvalına sox. 
E y v a z. Yox, yoldaşlar, Volodin doğru deyir. Sizin danışığınız nahaqdır. Bir 
deyil, iki deyil. Bunu vurarsan, o biri gələr. Bulağın əsl gözünü tutmaq lazımdır. 
 
Bu halda bayırdan güllə səsi gəlir. 
 
A r a m. Bu nə idi? 
E y v a z. Uşaqlara bir şey olmasın. 
 
Bayıra getmək istəyir. Aram onu saxlayır. 
 
A r a m. Dayan, canım, haraya dürtülürsən? 
B a x ş ı həyəcanla içəri girir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə