Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   60   61   62   63   64   65   66   67   ...   113

203 
 
E y v a z. Baxşı, nə var, nə üçün qayıtdın? 
B a x ş ı. Vurdular, Volodini vurdular. 
A r a m. Vurdular? Bu cəlladlıqdır! 
E y v a z. Gedək, yoldaşlar! Yox, yox, hamınız gəlməyin, bir yerdə  çıxmaq 
olmaz. 
İ s a k. Mən, yoldaşlar, oyan-buyan bilmirəm. Qubernator demişdir ki, siyasət 
şahmatdır, yaşasaq, görərik. Demək, yaşamayacaqsan, görməyəcəksən. O dedi, etdi 
də. Daha bəsdir, yoldaşlar! Nə olacaqsa olsun! Ölümə ölüm! 
A r ş a k. Biz biryolluq onlara göstərməliyik. 
İ s a k. Doğru deyirsən. Mən qəti bir fikrə  gəlirəm: iş iki nəfərdən birinin 
ölümüdür: ya vuranın, ya da vurulanın. 
İ s a k. Mən ikisinə də hazıram. 
A r ş a k. Yaxşı, mən də gedirəm. Ölümə ölüm! 
İ s a k. Bəli, ölümə ölüm! 
 
İ ş ı q s ö n ü r 
 
ON BEŞİNCİ ŞƏKİL 
 
Küçə Adamlar keçir A r a m gül satır. 
 
A r a m. Yaxşı gül var, təzə gül var, budaqdan səhər dərilib, bağdan təzəcə 
gəlib, qərənfil, nərgiz, bənövşə, arvad alançın,  ərə gedənçin, uşağı olançın, yasa 
gedənçin, ölüsü ölənçin, pulu olan, başında əqli qalan, ağzının dadını bilən, havayı 
patrondan ölən, kim gəlir gəlsin, hamıya çatar, qiyməti ucuz, dəyəri baha, bah... 
bah... bah... evində ölməyəsən kasıb, mostovoyda ölmək üçün adam tapılmaz. 
İ s a k (gəlir). Bura bax, bu gülləri necə satırsan? 
A r a m. Necə ki, sənin kefin istəyir, qarpız kimi ədədlə, adam kimi dəstə ilə, 
mostovoya uzanmaq üçün, noxud kimi batmanla, ipək kimi arşınla, nə sayaq özün 
buyurursan (yavaşcadan), xəbər gəldi, bu saat çıxacaqlar. 
İ s a k. Yaxşı, bunların qiyməti neçədir? 
A r a m. Qiymətə söz yoxdur, qız öpüşündən bir az ucuz, adam başından bir az 
baha. 
İ s a k. Onu hara qoymuşsan? 
A r a m. Yanımdadır, nə  qədər buyurursan, haçana buyurursan, hazırdır, gül 
sizinçin nəlik olsun? 


204 
 
İ s a k. Necə yəni nəlik olsun. Ver görüm, dolmalıqdan, düşbərəlikdən. 
A r a m. Başına dönüm, müştəri, sən gülünü al, qərzinkəyə söykənmə, yıxarsan. 
İ s a k. Görüm bu gülün qiyməti neçədir? 
A r a m. Qiyməti cürbəcürdür, toyluğun başqa qiyməti var, yaslığın başqa. 
İ s a k. Qəbir üstə aparacağam. 
A r a m. Onda qiyməti bir az baha olacaq, çünki adam çox ölür. məxluq hamısı 
ondan istəyir, özgə üçün bir şahı yaxşısından, sənin üçün iki şahı əlasından, gülün 
dəstəsi ayaqdadır, özünü at, gülləri saxla, qoy sənin üçün şahid olsun! 
A r ş a k (gələrək). Adə, bu güldən neçəyə? Dağılışdılar, gəlirlər, hazır ol! 
İ s a k. Yaxşı, ver görüm ondan bir dəstə. 
A r a m. Buyur, başına dönüm! 
A r ş a k. Yadından çıxmasın, atan kimi otur yerə, vuranda bərk vur, unutma, 
İsak – şah və mat! 
İ s a k. Arxayın ol, nə verəcəyik? 
A r a m. Nə qədər çox versən, başının ucalığıdır. 
A r ş a k. Daha mən gedirəm. 
A r a m. Yavaş, – qərzinkəni yıxdın, başına dönüm, səni tanıyırlar, tez get. 
A r ş a k. Gəlirlər. Mən getdim... Bərk dayan, əlin titrəməsin (Gedir). 
İ s a k. Xalaoğlu, hesabımız düz oldu? 
A r a m. Dübbədüzdür, başına dönüm, Allah ölünə  rəhmət eləsin. Gəldi, keç 
birbaş qabağa... 
İ s a k. Sağ ol! (Gedir)
 
Q u b e r n a t o r, ardınca p o l i s m e y s t e r, bir nəfər p r i s t a v
o k o l o t ç n i k səhnəyə çıxırlar

 
Q u b e r n a t o r. Volodin getdi, polkovnik, Əsriyanı gecikdirdin. 
P o l i s m e y s t e r. Tapılmır, general. Yerdə də olsa, göydə də olsa, bu gün 
qurtarar. 
Q u b e r n a t o r. Boris Matveyeviç, bu çiçəklərdən bir az alsaydıq, yaman 
olmazdı. 


205 
 
P o l i s m e y s t e r. Mən bu saat deyərəm evə göndərərlər (Qubernator gedir
polismeyster Aramın yanına gəlir). Ey, duzlu xiyar, tez ol gül bağla! 
A r a m. Hansılarından, başına dönüm, şitindən, ya şorundan? 
P o l i s m e y s t e r. Uzun danışma, tez ol, getdilər, özün də gərək göndərəsən. 
A r a m. Bu saat, başına dönüm, bu saat. 
 
Bu aralıq bomba partlayır, bir gurultu qopur, polismeyster bomba partlayan tərəfə 
qaçmaq istəyir. Lakin dönüb geri qaçır, yenə də qayıdır. Aram tez yerə oturur, 
adamlar səhnədə bir-birinə qarışırlar, qorodovoylar fit verərək qaçışırlar. 
 
E y v a z. Aram, Baxşı haradadır? 
A r a m. Gecdir, partladı, əkil! 
E y v a z. Haradadır, deyirəm sənə? 
P o l i s m e y s t e r. Əsriyan... (Onun ardınca qaçmaq istəyir, qubernatorun 
səhnəyə çıxışını görüncə, dayanır). 
Q u b e r n a t o r (qaçıb səhnəyə  çıxaraq). Aha, yaramazlar, o sizing işiniz 
deyil! 
P o l i s m e y s t e r. Nə olmuş, general? 
Q u b e r n a t o r. Şahmat hələ də davam edir, bomba. 
P o l i s m e y s t e r. Yaralandınızmı, general?! 
Q u b e r n a t o r. Azacıq əlimdən. Polkovnik, atan bəriyə qaçdı, 
onu tutun. Bu saat ardınca, aradan çıxsa, özünüzü ölmüş bilin. Tez... 
P o l i s m e y s t e r. Bu saat, general həzrətləri (Gedir). 
Q u b e r n a t o r. Mənim ölümüm üçün qərar çıxarmaq, mənimlə  şahmat 
oynamaq? 
 
Sözünü bitirməmiş İsak səhnəyə atılır. 
 
İ s a k. Qərar gücündədir. Şah və mat, general həzrətləri! 
 
Eyni zamanda qubernator əlini cibinə atmaq istəyir, lakin ondan qabaq Isak bombanı 
yerə vurur, özü də oturur, bomba partlayır, qubernator yerə yıxılır. 
 
A r a m (başını qərzinkənin dalından çıxararaq). Ay sənin malını yeyim! 
 
İ ş ı q s ö n ü r 


206 
 
ON ALTINCI ŞƏKİL 
 
Məhkəmə. E y v a z, B a x ş ı müqəssirlər yerində oturmuşlar. 
 
S  ə d r. Sakit, səs salmayın! Tərəflər bir neçə  məsələni aydınlaşdırmaq 
istəyirlər. Burada sorğular vardır. Birinci, polismeysterə: müttəhim Baxşının 
qiyamçılar təşkilatlarına mənsub olması haqqında sizing əlinizdə başqa bir sübut 
varmı? 
P o l i s m e y s t e r. Yoxdur. Eyvaz Əsriyan bir neçə yol dustaqda bulunmuş 
və müxtəlif yollarla qaça bilmişdir. Son zamanlarda məhkəmədən gizlənirdi. 
Əsriyanın bomba atdığını mən öz gözlərimlə gördüm. Baxşı isə, şübhə altındadır, 
görünür, təşkilata yeni qoşulmuş və hələ özünü göstərə bilməmişdir. 
S a l a m o v. Baxşı haqqında sübut məndə. 
S ə d r. Deyiniz! 
S a l a m o v. O gədə  şipyondur, köpəy oğlu. Mən onu məclisdə danışanda 
görmüşəm. Rəhmətlik gomurnat özü də dedi! Kişini vurublar, tir kimi uzadıblar 
yerə, o deyir: bu pürboğazdır. O biri də ki, vələdüzzünanın cövhəri, atmaralıdır ki, 
tayı yoxdur. Özü də ki, Ağamyanın qayını. Həmişə  də  mədənlərə  şuluq salan o 
olmuşdur. Bu iş  də ermənilərin işidir, çünki rəhmətlik gomurnat həmişə onların 
cilovunu yığırdı, odur ki, onlar bu hoqqanı açdılar. O gədəni də ora qoşurlar ki, 
müsəlmanları padşahın yanında yaman kişi eləsinlər. 
S ə d r. Cənab Salamov, bunların hamısı haqqında əlinizdə bir sübut varmı? 
S a l a m o v. Bəs bunların hamısı sübut deyil? Yəni mənim boyda kişiyə 
inanmırsınız? Mən özüm onları çox yaxşı tanıyıram: hər ikisi konkadan çıxandır. 
S ə d r. Yaxşı, oturun! 
E y v a z. Cənab sədr, xahiş edirəm siz polismeysterdən soruşun: onlar məni nə 
üçün axtarırdılar: məhkəməyə verməyə, ya küçədə vurmağa? 
S  ə d r. Müttəhim, hökumət təşkilatı tinlərdə adam vurmaqla məşğul olmur. 
Oturun və  gələcəkdə sözlərinizi diqqətlə seçin... Cənab Ruben Ağamyan, Eyvaz 
Əsriyanın general-qubernatoru vurması  və  əlahəzrət imperatorun təxtü-tacına 
düşmən olması haqqında oğlunuza dediklərini siz qəti surətdə təsdiq edirsinizmi? 
A ğ a m y a n. Mən qəti surətdə təsdiq edirəm. Oğlum gələndən sonra özü də 
təsdiq edəcəyinə öz həyatımla zamin oluram. Onu da bili- 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə