Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   58   59   60   61   62   63   64   65   ...   113

197 
 
İ m a m v e r d i. Burada adam nə gəzir, ay gic! Yanımdakı papağım idi, səni 
qorxutmaq üçün qoymuşdum! Ara yerdə papağım deşildi. 
A l l a h v e r d i. Elə yaxşı ki, papaq imiş, ürəyim lap dincəldi. 
İ m a m v e r d i. Yıxdılar kasıb-kusubun evin. 
 
Bu aralıqda A r a m görünür. 
 
A r a m. Ey, kimsiniz? 
A l l a h v e r d i. Mənəm, a gədə! Adə, tüfəngim nə oldu? 
İ m a m v e r d i. A kişi, otur. Ya indi müsəlman olacaq, ya erməni. Erməni 
olsa, sən qoymazsan, müsəlman olsa, mən, olmasa, ikili düşərik üstünə. 
A r a m. Yerinizdən tərpənməyin! Adınız nədir? 
A l l a h v e r d i. Allahverdi Qəhrəman oğlu Əsriyan. 
A r a m. Allahverdi dayı, sənsən? 
A l l a h v e r d i. Mənəm. Deyəsən, Imamverdi, mənə tanış çıxdı. 
Dur keç dalıma. A gədə, sən kimsən? 
A r a m. Mənəm, Aram. 
A l l a h v e r d i. Aram, sənsən? 
A r a m. Mənəm. Gecənin bu vaxtı o başda gözümə bir kölgə göründü. 
Uzaqdan Baxşıya oxşatdım. Yastı-yastı yeriyirdi. Yüyürdüm ki, çatım, tapa 
bilmədim. Itirdim. Dedim o birtəhərdir, yazıq fikir verməz, ilişib qalar, bu yanda 
rast gələr birinə... 
İ m a m v e r d i. A gədə, Aram, bəs hayana getdi? Hardan gəlirsən? 
A r a m. İmamverdi dayı, sənsən? Siz haradan tapışmışsınız? 
İ m a m v e r d i. Atışırıq özümüz üçün də. 
A r a m. Elə yaxınlarda gördüm. O olmaz, ancaq ona oxşayırdı. 
A l l a h v e r d i. Adam bu vurhavurda bu köpəy uşağının arasına gələr? 
İ m a m v e r d i. A gədə, Aram, bic-vələdüzüna, o nədir, o yazıq arvada nə 
üçün beş-altı köpüy göndərmirsən? Qalıb  əl-amanda. Axır o gün gücnən daş-baş 
eləmişəm, bir batman buğda vermişəm, beş girvənkə  də arpa; qatıb ona əl 
dəyirmanında çəkibdir. 
A r a m. Vallah, Imamverdi dayı, bu neçə vaxtda bikardım, elə  təzəcə  işə 
girmişdim, bu yandan da köpəy uşağı iş düzəltdilər. Aləmi verdilər qırğına... Ah... 
 
Birdən güllə açılır, Aram ayağını tutur, Allahverdi yıxılır. 
 
İ m a m v e r d i. Ay dadi-bidad, kişini vurdular! 


198 
 
A r a m. Yatın yerə! 
A l l a h v e r d i. Atan kazaklardır... 
 
İ ş ı q s ö n ü r. 
 
ON ÜÇÜNCÜ ŞƏKİL 
 
G e n e r a l-q u b e r n a t o r u n kabineti. 
 
Q u b e r n a t o r (telefonla danışır). Allo... Salamov, hə, xoş gördük! Necə? 
Belə sözləri telefon ilə danışmaq olmaz, Əmiraslanbəy. Mədənləri yandırırlar? O 
daha mənim işim deyil, cənab Salamov. Sizin də  əliniz var, onların da mədəni. 
Patron? O mümkündür, onu düzəldərik. 
P o l i s m e y s t e r (gəlir). Bağışlayın, general həzrətləri... 
Q u b e r n a t o r. Polkovnik, siz gedib, gedib, qayıdırsınız. 
P o l i s m e y s t e r. Bağışlayın, general həzrətləri, işçi nümayəndələri 
gəlmişlər, sizi görmək istəyirlər. 
Q u b e r n a t o r. Dedim ki, mən bu gün kimsəni qəbul etməyəcəyəm. 
P o l i s m e y s t e r. Lakin general həzrətləri, o özü də gəlmişdir. 
Q u b e r n a t o r (qalxaraq). Volodin özü? 
P o l i s m e y s t e r. Volodin özü. 
Q u b e r n a t o r. Yoldaşları kimdir? 
P o l i s m e y s t e r. Gürcülər, müsəlmanlar, ermənilər, ruslar, bütün 
millətlərdən vardır. 
Q u b e r n a t o r. Bu şaşqınlıqdır, polkovnik. O öz canını karta qoyur. O mən 
düşündüyümdən daha qoçaq imiş. Yoldaşları qalsın, özünü burax, sən özün də qal, 
əmrimi gözlə. Hə, sonra yadımdan çıxar: müsəlmanlara bir az patron vermək 
lazımdır; sonra lazım gəlsə, kazaklar da bir az kömək etsinlər. 
P o l i s m e y s t e r. Kimə? 
Q u b e r n a t o r. Kimə? Heç kimə. Hər iki tərəfdə ara soyuduqda, onlar 
qızışdırsınlar. 
 
Polismeyster çıxır, bir azdan V o l o d i n içəri girir. 
 
Q u b e r n a t o r. Aha, cənab Volodin, axır ki, sizi də görə bildik. Bəxtimiz 
dost imiş. Buyurun, oturun! Siz axı dastanlarda oxunan qəhrəmanlar kimisiniz, hər 
yerdə adınız çəkilər, özünüz görünməzsiniz, adı var, özü yox. Gərək ki, Allah da 
belədir? 


199 
 
V o l o d i n. Bizim, general, nə zarafat üçün, nə də compliment demək üçün 
vaxtımız var. Biz iş üçün gəlmişik. Rica edirəm ki, tapşırın yoldaşlarımı da 
buraxsınlar. 
Q u b e r n a t o r. Yox, Volodin, mən sizi çoxdan görmək istəyirdim, ancaq 
diplomatiya sizin vaxtınızı elə almışdır ki, görünmürdünüz. 
V o l o d i n. Mən diplomat deyiləm, mən işçiyəm. 
Q u b e r n a t o r. Oho, dildə, əlbəttə! Ancaq, biz eşitmişik, işçi çəkic vurar
şalban daşıyar, siz ki, Allaha şükür, nə onlardansınız, nə də bunlardan. 
V o l o d i n. Mən şalban çox daşımışam. 
Q u b e r n a t o r. Ancaq Sibirdə, siyasi dustaqlar arasında. 
V o l o d i n. General, siz sözümü sapdırırsınız. Mən xahiş edirəm... 
Q u b e r n a t o r. Mən sizin xahişinizi bilmirəm. 
V o l o d i n. Biz xahiş etmirik, tələb edirik: bu qardaş qırğınını dayandırın! 
Q u b e r n a t o r. O sizin bunt planınıza mane olur, onun üçünmü? 
V o l o d i n. Bizim planımıza heç bir şey mane ola bilməz. Mən sosial-
demokrat bolşevik partiyası adından qəti deyirəm: bu gün qırğın saxlanmazsa, 
sabahdan heç bir mədən, heç bir zavod işləməyəcək. Siz iki qardaş kütləni bir-
birindən ayırır, bir-birinə qırdırırsınız. Biz buna yol vermərik. 
Q u b e r n a t o r. Siz nə istəyirsiniz? Istəyirsiniz bu iki vəhşi milləti birləşdirək 
ki, sizin iradəniz altında bizi, Rusiyanın doğma oğullarını  qırsınlar? Mən ağalıq 
sürmək istəyən böyük bir imperiyanın bir əsgəriyəm.  İmperiyanın siyasəti öz 
bayrağını bir yandan Bəndərbuşirə, bir yandan da Bosfor sahilinə sancmaqdır. Bu 
yollara kimsə  mənim üçünodekolon səpməyəcəkdir. Bu yol süngü ilə açılmalıdır 
ki, onun da məhsulu sümükdür və qan... Onların ancaq bir Allahı var: pulemyot. 
Siyasətdə  mərhəmət olmaz. Mən onu öldürməsəm, o məni öldürəcəkdir. Onlar 
birləşəcəkdilər. Mən patron altında doğma oğlanlarımın başını qoymalı idim. Indi 
isə, özləri bilərlər: çayın daşı, çölün quşu. 
V o l o d i n. Siz cəlladsınız! 
Q u b e r n a t o r. Volodin, siz isə, vətən və millət xainisiniz. Siz müharibədən 
çıxmış imperiyanın çətin vəziyyətindən istifadə edib, onun təxt-tacını düşmənlərin 
ayağı altına salmaq istəyirsiniz, belə bir halda, siz siniflər vuruşu salmağa 
çalışırsınız. Bu, millət üçün ölümdür. Bu, doğrudan da qardaş vuruşu olardı, ancaq 
siz görməyəcəksiniz. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə