Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   55   56   57   58   59   60   61   62   ...   113

188 
 
A l l a h v e r d i. Axmaq kimi vermədim Imamverdinin oğluna, heç olmazsa 
atası atası ilə tay idi, qardaşı qardaşı ilə. Götürdüm öz əlimlə uşağı saldım oda. 
N a b a t. Dad vurdum sənə, qulaq asmadın. 
A l l a h v e r d i. Ay arvad, naqqal qızı naqqal, görmədin ki, hərəsi bir zurna 
çalırdı. Biri deyir: millət belə gəldi, biri deyir: bilmirəm nə olub. 
N a b a t. Nə isə, qismət belə imiş. Allah istəyən yaxşıdır. Di gəl görək. 
A l l a h v e r d i. Gedək, görək başımıza nə gəlir. Vallah, mən bu gecə araq 
içib, dərddən lap keyflənəcəyəm (Telefon zəng vurur). Öləsən də çağırmayacağam 
(Telefon zəng vurur). Svoluş özünsən, köpəy oğlu! (Gedir). 
 
S o n a, dalınca da H a y k a z çıxır. 
 
H a y k a z. Hara? 
S o n a. Siz mənə nə üçün acıqlanırsınız, mən nə etmişəm? 
H a y k a z. Mənə bax, Sona, bu tar kimindir? 
S o n a. O mənə yadigardır. 
H a y k a z. Sən onu hələ də sevirsən, deyilmi? 
S o n a. Hayik, sən ki, hər şeyi bilirsən; mən ki, sənə hamısını demişəm. 
H a y k a z. Mənim evimə, Haykaz Ağamyanın evinə adsız, sansız bir adamın, 
düşmən bir türkün məhəbbətini daşıyıb gətirmək... 
S o n a. Hayik, mən ki, səndən gizlətməmişəm. Nə edim, məndən ki, asılı 
deyildir. Mənim ürəyim divar deyildir ki, bir gündə  şirələyim ağarsın. O burada 
yoxdur, o uzaqdadır, o Qarabağdadır. Mən bir də onunla görüşməyəcəyəm. 
H a y k a z. Yaxşı  eşit, Sona, mənimlə oynamaq olmaz. Sənə  də son dəfə 
bildirirəm: bir də onu sevmiş olsan, özünü də, onu da ölmüş bil. Mənim arvadımın 
ürəyində ancaq mən, dilində ancaq mənim adım olmalıdır. 
S o n a. Mən bir də onun adını çəkmərəm. 
H a y k a z. İki millət bir-biri ilə qan davası aparırkən, bir düşməni sevmək, bir 
erməni qızı üçün namussuzluq, həm də milli bir namussuzluqdur. 
S o n a. Mənim təqsirim nədir? 
P o l i s m e y s t e r (içəri girərək). Mən general-qubernatoru görmək istəyirəm. 


189 
 
H a y k a z. Buyurun, Boris Matveyeviç! (Sonaya) Sən get içəri! Buyurun 
içəriyə! 
P o l i s m e y s t e r. Yox, mən onu tək görmək istəyirəm. 
H a y k a z. Bu saat (Gedir). 
Q u b e r n a t o r (çıxır). Nə var, nə olmuşdur, polkovnik? 
P o l i s m e y s t e r. General həzrətləri, aldığımız son xəbərə görə, sabah 
səhərdən qiyam təşkilatı qəti çıxış əmri vermişdir. 
Q u b e r n a t o r. Sabah səhər. Polkovnik, biz bu gecə onları qabaqlamalıyıq. 
P o l i s m e y s t e r. Elədir ki, var, general həzrətləri. 
Q u b e r n a t o r. Polkovnik, mənə elə gəlir ki, hər şey artıq hazırdır, bu saat 
başlamaq olar. 
P o l i s m e y s t e r. Hər şey hazırdır, general həzrətləri. Şəhərin müsəlman 
tərəfindən erməni tərəfinə, erməni tərəfindən müsəlman tərəfinə bir nəfər belə keçə 
bilmir. Gündə toqquşma olur. Hər iki tərəfin qulağı səsdədir. Hamı bir gurultuya 
bağlıdır. Mədənlərdə hər iki tərəfə dəstələr qoyulmuşdur. 
Q u b e r n a t o r. Polkovnik, bu saat başlamaq lazımdır. Plan ki sənə bəllidir. 
P o l i s m e y s t e r. Bəllidir, general həzrətləri! 
Q u b e r n a t o r. Ancaq, polkovnik, qarnizona etibar yoxdur. Bu saat mənim 
kazaklarımdan bir dəstə müsəlman hissəsinə göndərilməlidir. Sonra adamlarınızı 
göndəriniz səs salsınlar ki, bu gecə ermənilər basqın edəcəklər, müsəlmanlara silah 
paylasınlar. 
P o l i s m e y s t e r. Hər kimə gəldi? 
Q u b e r n a t o r. Hər kimə  gəldi. Onlar öz canlarının qorxusundan oyan-
buyana vura bilməzlər. Bir-iki dəstə erməni hissəsinə göndərilməlidir. Qoy onlar 
da bilsinlər ki, müsəlmanlar tərəfindən basqın gözlənilir. Bu qədər. 
P o l i s m e y s t e r. Sonra? 
Q u b e r n a t o r. Sonra, sonra qoy bir saatdan sonra adamlarımız bir-birinə 
atəş açsınlar, gerisini onlar özləri apararlar. Ancaq hər tərəfə siz özünüz getməli və 
müəyyən adamlar təyin etməlisiniz. 
P o l i s m e y s t e r. Onların hamısı edilər general həzrətləri! 
Q u b e r n a t o r. Bu saat mən də geyinim, gedək (Gedib geyinir, gəlir). Hə, 
polkovnik, süftə üçün qoy bizimkilər hər tərəfdən bir-iki ev yandırsınlar, 
qalanlarını özləri yandırarlar. 


190 
 
A ğ a m y a n (çıxır). Siz gedirsiniz. Tixon Yeliseyeviç, nə üçün belə tez? 
Q u b e r n a t o r. Təşəkkür edirəm, Ruben. Ancaq mən bu saat yaman xəbər 
aldım, tez getməliyəm, ciddi tədbir görmək lazımdır. 
A ğ a m y a n. Yaman xəbər? Bilmək olmazmı, general həzrətləri? 
Q u b e r n a t o r. Yox, Ruben, təəssüf ki, deyə bilməyəcəyəm... Axtarsanız, 
söz aramızda qalmaq şərti ilə olar da. Bu saat polkovnik mənə bildirdi ki, 
müsəlmanlar bu gecə erməni hissəsinə basqın düzəltmək istəyirlər. 
A ğ a m y a n. Bu gecə? 
Q u b e r n a t o r. Mən bu saat gedirəm, lazımi tədbirlər görərəm, siz rahatsız 
olmayınız. Ancaq hər halda ehtiyatlı olmaq yaxşıdır. Lazım olsa, mən bir qədər 
silah da verə bilərəm. Ancaq söz aramızda!.. 
A ğ a m y a n. General həzrətləri, mən çoxu da mədənlərdən qorxuram. 
Q u b e r n a t o r. İstəsəniz, mən sizin üçün hələlik, gücünüzü yığana qədər bir-
iki dəstə öz kazaklarımdan da göndərə bilərəm. 
A  ğ a m y a n. Rica edirəm, general həzrətləri. Mən bütün erməni milləti 
adından sizə təşəkkür edirəm. 
Q u b e r n a t o r. Hər ehtimala qarşı hazır olunuz. Gedək! 
 
Gedirlər. 
 
A  ğ a m y a n (telefonu alır). Allo... 64-18. Arşak, mənəm. Bu gecə 
müsəlmanlar bizim tərəfə hücum edəcəklər. Uşaqları  yığ, çıxar bayıra. Tüfəngi 
olanlar götürsünlər, olmayanlar üçün tapılar. Bu saat Sedrakgilə  də de (Haykaz 
gəlir). Allo... allo... 73-56. Simon, mənəm. Bu gecə müsəlmanlar hücum 
edəcəklər... Dedilər. Kim? Qubernator, telefonla... Yaxşı, yaxşı, Arşaka demişəm. 
H a y k a z. Bu gecə? 
A  ğ a m y a n. Bu gecə. Daha orada demə, məclis dağılar, ancaq yavaşca 
Sərkisgilin qulağına de. Mən bu saat qayıdıram. Mədənlərə adam göndərmək 
lazımdır (Gedir, geyinir və qayıdır, Haykaz da gedir, bir nəfər ilə qayıdır). 
Pəncərələri örtün ki, bayırdan işıq görünməsin. Gedək, Arzuman! 
 
Gedirlər. İçəridən bir-iki nəfər çıxır. K a r a p e t də onlar ilə çıxır. 
 
K a r a p e t. Hələ axşamdır, siz haraya dağılışırsınız? 
H a y k a z. Siz rahatsız olmayın, ağalar, onlar bu saat qayıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə