Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   52   53   54   55   56   57   58   59   ...   113

179 
 
A l l a h v e r d i. Adə, bu İmamverdi qurumsaq nə oldu? 
İ m a m v e r d i. Gəlirəm, adə, gəlirəm, bağrın çatlamasın. Ananın qarnında 
necə davam eləmişsən? 
A l l a h v e r d i. Hansı cəhənnəmə itib getmişdin? 
İ m a m v e r d i. Madyanı çüllayırdım. Qızı o düzəcən özüm aparacağam
yoxsa sənin o cır-cır araban onun qol-qabırğasını qırar, tökər. 
N a b a t. Bəxtəvər qızın başına! 
İ m a m v e r d i. Bəs necə! Onu mən özüm böyütmüşəm. Şeytan məndə cücə 
qoymayıb. Bura bax, Allahverdi, sən allah, Bakıda Aramı gördün, deyinən ananın 
bir dənə  də buğdası yoxdur, yazıq arvad qalıb darda: Hə, Sona, gəl, qızım, min 
tərkimə (Sonanı öpür, Sona da onu öpür. İmamverdi Allahverdiyə) Səninlə də  olda 
öpüşərik. Sən çıx, mən bu saat kəhər madyanı çəkim. 
A l l a h v e r d i. Qız, o tarı haraya aparırsan? 
S o n a. Onu, onu şəhərdə ustaya verəcəyəm. Baxşı gələndə aparacaq. 
A l l a h v e r d i. Yaxşı, ver yumşaq yerə qoyum ki, sınmasın. 
S o n a. Eybi yoxdur, əlimdə tutaram. 
H a m ı. Sağ olun, sağ olun! 
G ü l s ü n. Xoş gəldiniz! 
S o n a. Baxşı, mən səni hər gecə gözləyəcəyəm. 
B a x ş ı. Gələrəm, Sona, gələrəm. 
 
İ ş ı q s ö n ü r 
 
DOQQUZUNCU ŞƏKİL 
 
Məscid həyətində cənazə yerə qoyulmuş, a x u n d dua oxuyur

 
A x u n d. Xudaya, xudavənda, səni and verirəm öz əzəmətü cəlalına, sən bu 
şəhid mərhumu qəriqi-rəhmət eyləgilən. Xudaya, xudavənda, sən dini islama 
rövnəq ver və onun tərəqqisinə çalışan üləmayi  əzəmi, sərvətdar, hümmətdarı  və 
bütün  əhli islamı min bir bəladan hifz elə.  İlahi, təqəbbəl biduana, lütfikə  və 
rəhmətikə imperatur, mərhum Nikolay Aleksandr salis və  təhəffüzna imperatur 
əzam Nikolay sani və zövcəhu imperatiriçə Mariya Fiyodorovna və bintəhu 
Tatyana və ibnəhu Aleksey Nikalayeviç... 
A ğ a y a r. Gomurnat gəlir. 


180 
 
S a l a m o v. Axund ağa, gomurnat gəlir, gomurnatı da de! 
A x u n d . Və Rəsuli-gomurnati-əzam... 
S a l a m o v. Toxum-Yerisuiç... 
A x u n d. Əl Toxum-Yerisuiç... 
S a l a m o v. Axund ağa, arvadını da de, əhvallı arvaddır. 
A x u n d. Və zövcəhu... 
S a l a m o v. Mariya Tumannifeynən... 
A x u n d. Əlmariya Filtumannifeynən və  əsabəti və  təqəbbəl biduana və 
əliyyən və vəsiyyən və vəliyyən və səlləlləhu cəmiəl-ənbiyavəl övlüya vəlmürsəlin 
və  bəhəqqi hürməti surətil-mübarəkətil-fatihə! (Adamlar ağızlarında dua 
oxuyurlar). 
Q u b e r n a t o r. Cənab Salamov, bu nə faciədir? Polkovnik! 
P o l i s m e y s t e r. Qulaq asıram, general həzrətləri! 
Q u b e r n a t o r. Bu saat söylə, bu nə işdir? 
P o l i s m e y s t e r. Öldürmüşlər, general həzrətləri. 
Q u b e r n a t o r. Kim, haçan, harada? 
P o l i s m e y s t e r. Ermənilər Armyanski küçəsində. 
Q u b e r n a t o r. Öldürən tutulmuşdurmu? 
P o l i s m e y s t e r. Bir neçə nəfərmiş. Biri tutulmuşdur, general həzrətləri. 
Q u b e r n a t o r. Adı nədir? 
P o l i s m e y s t e r. Eyvaz Əsriyan. Deyir: öz millətdaşlarımın qanına qarşı 
intiqam almışam. 
Q u b e r n a t o r. Görərik... həzərat, mən əlahəzrət imperator hökuməti adından 
sizin bu günkü milli faciənizdə ürəkdən iştirak edirəm.  Əlimdə olan bütün 
vasitələrlə müsəlmanların xain qatillərdən qorunmasına çalışıb, Türkiyədəki işlərin 
qisasının burada alınmasına yol verməyəcəyəm.  Əlahəzrət imperator hökuməti 
müsəlmanların özlərini müdafiə etmələrinə var qüvvəsi ilə kömək edəcəkdir. 
S a l a m o v. Yaşasın padşah! Yaşasın gomurnat! Vurrey... Ay camaat, nə 
ağzuvuzu yummuşsunuz! Qışqırın də... dilivuz yoxdur? Urra... 
K ü t l ə. Urra... Urra... 
B a h a d ı r b ə y. Həzərat, biz Qafqaz müsəlmanları, bizim milli faciəmizdə 
izhari-təəssüf edən qubernator həzrətlərinə izhari-təşəkkür ediriz. Biz müsəlmanlar 
bu vaxta qədər əlahəzrət imperatora sədaqətlə təbəəlik etmişiz. 
K ü t l ə. Yaşasın padşah, urra!.. 


181 
 
B a h a d ı r b ə y. Bu günkü gündə erməni millətinin bizə qarşı bu kimi 
təcavüzü, bizim milli namusumuza toxunur. Bu gün biz müsəlmanlar, özü hüquqi-
milliyyəmizə riayət edilməsini tələb etməyə özümüzü haqlı biliriz. 
S a l a m o v. Yenə başladı, zalım oğlu, bu zəhrimar milliyyəni... Bahadırbəy, 
kişinin milliyyədən xoşu gəlmir, sən ermənilərdən danış. 
B a h a d ı r b ə y. Biz müsəlmanlar, əlbəttə, öz tərəqqi və təaliyimilliyyəmiz 
üçün muxtariyyəti-milliyyə istidasına özümüzü layiq və müstəhət görürüz. 
Qatillərə  cəza verilməzsə, biz özümüz öz hüquqimilliyyəmizi və namusi-
milliyyəmizi müdafiə etməyə hazırız... 
S a l a m o v. Bircə dayan, dayan, dayan, daha bəsdir. Müsəlman qardaşlar, bu 
gün ermənilər bizə bu heyfi vurublar. O Eyvaz Əsriyan aləmin bic 
vələdüzzinasıdır, anasının  əmcəyini kəsəndir.  Əvvəl istəyirdi mədənlərə  şuluq 
salsın, oradan əli çıxdı, belə elədi. Düşməndir, öz düşmənliyini eləyir. Heç eybi 
yoxdur, bizim də  əgər qiryətimiz olar, biz də öz zadımızı... göstərərik... O nədir, 
adə öz milliyyəmizi göstərərik. Biz qoymarıq ki, ermənilər bizim arvad-
uşaqlarımızı əsir-yesir eləsinlər. Müsəlman qardaşlar, hər kəsin qeyrəti var, getsin 
din yolunda ölümə. Bu gün bu heyif mənə dəyibdir. Mən Əmiraslan Salamov sizə 
söz verirəm ki, bu qanı yerdə qoymayacağam və biz müsəlmanlar hamımız, 
canlabaşla padşaha qulluq etməyə hazırıq. Ancaq heç eybi yoxdur, qoy ermənilər 
öz bildiklərini eləsinlər, biz də öz bildiyimizi. Ya bizə verən Allah, ya onlara... yox 
olsun ermənilər... yox olsun düşmənlər!.. 
B a x ş  ı. Qardaşlar, mən də bir neçə  kəlmə danışmaq istəyirəm. Mən özüm 
qarabağlıyam və Qarabağdan təzə gəlmişəm. 
S a l a m o v. Buyur, buyur. Bir az möhkəm danış, bir az möhkəm danış! 
Yaşasın qarabağlı qardaşlarımız! 
K ü t l ə. Urra... urra!.. 
B a x ş ı. Qardaşlar, mən səhərdən burada danışanlara qulaq asırdım. Mən bu 
vaxta qədər siyasətə qarışmamışam. 
S a l a m o v. İnşallah bundan sonra qarışarsan, qeyrətin olsa, qarışarsan. 
B a x ş ı. Mənə, ancaq, elə gəlir ki, bu işdə bir qədər ehtiyatlı olmaq lazımdır, 
çünki bu, iki qardaş xalqın həyatına qanlı bir tarix, qara bir uçurum aça bilər. Mən 
görürəm ki, burada qanlar coşub, beyinlər qızıbdır, ancaq ehtiyatla yoxlamaq 
lazımdır, burada bir səhv olmasın. 
S a l a m o v. Daha kor-kor, gör-gördür də. Qabağında yekə bir zurna tir çəkib 
uzanıbdır, görmürsən, bu boyda da səhv olmaz ki. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə