Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   48   49   50   51   52   53   54   55   ...   113

167 
 
S a l a m o v. Sağ ol, Toxum-Yerisuiç. Biz müsəlmanlar canla, başla qulluq 
etməyə hazırıq. O ki qaldı Ağamyana, eybi yoxdur... 
Q u b e r n a t o r. Odur, deyəsən, özü də  gəlir. Ancaq, başınıza dönüm, 
mümkün qədər yaxşılıqla. Mən özüm də bu saat ona deyərəm. Bu inqilab 
vurhavurunda bir tordur, iş daha dərindir. Nə isə, hələlik, bağışlayın, ağalar! 
(Gedir). 
S a l a m o v. Gördün, Ağa Bahadır, nə oldu? Salaməleyküm! Saqqalım yoxdur, 
sözüm ötmür. Deyirəm sizə bu köpəy oğlanlarında iş var, deyirsiniz yox. Xalq iş 
görür, amma siz elə başlamışsınız ki, milliyyə, milliyyə! 
B a h a d ı r b ə y. Lakin, kəbləyi, bu milli məsələ deyil də, nədir? Mənim 
müəyyən məsləkim vardır. Mən öz millətimin inqilabçısıyam.  
S a l a m o v. Eh, inqilab, inqilab. Görmədin deyir: hamısı badalaqdır, bütün 
hoqqalar mədənlər üstündədir. Ancaq yığıncağı düzəltmək lazımdır, sonra da 
padşaha bir teleqram. Eh, Ağamyanın mən  şarlarını lap yeşiyiynən 
oğurlatdırmasam, hələ o şarlar mənim hərçibətərimə girov olsun. Amma kişinin 
qədrini bilmək lazımdır. 
B a h a d ı r b ə y. Kişi yeganə adamdır, türklərə tərəfdarlıq göstərir. Ağamyan 
gəlir. Gedəlim! 
S a l a m o v. Dayan, dayan, sən Allah, mən ona bir neçə kəlmə söz deyim. 
B a h a d ı r b ə y. Yox, kəbləyi, rica edirəm. Belə böyük bir məclisdə biabır 
oluruz, sonra demək olar. Gedəlim! (Gedirlər). 
 
A ğ a m y a n Q u b e r n a t o r l a gəlir. 
 
Q u b e r n a t o r. Ancaq, başınıza dönüm, bu tatarlarla bir qədər ehtiyatlı 
olunuz. Özünüz görürsünüz vəhşi millətdirlər. Mən, əlbəttə, hər şeydə sizə kömək 
etməyə hazıram: silahla da, hətta lazım gəlsə, adamla da. Ancaq, başınıza dönüm, 
söz aramızda... 
A ğ a m y a n. Yaxşı, mən ərizəni sabah verərəm. 
Q u b e r n a t o r. Ərizənin kopyasını mənə ver. Sabahdan qoy adamlarını, çək 
hasarını. 
A  ğ a m y a n. Eybi yoxdur, görərik. Mənim icarə etdiyim yeri güclə 
mənimsəmək, heç eybi yoxdur. 
Q u b e r n a t o r. Mən razı ola bilmərəm ki, onlar Türkiyədəki işlərin hesabını 
mənim idarə etdiyim bir məmləkətdə xristian bir millətdən, mənim öz 
dindaşlarımdan çəksinlər. Buna arxayın ola bilərsi- 


168 
 
niz. Ancaq, hər halda, dediyim kimi, o Əsriyanı tezliklə ələ almaq lazımdır. Işçilər 
arasında nüfuzu çoxdur. 
A ğ a m y a n. Onu mən özüm bacararam, general həzrətləri. 
Q u b e r n a t o r. Siz bir az oturunuz, mən tapşırım, bizim üçün bir şey 
göndərsinlər (Qubernator gedir). 
S a l a m o v (gəlir). Bahadırbəy, o güllərdən apar qoy qubernatorun arvadının 
qabağına, birini də qradonaçalnikin arvadının qabağına (Ağamyana). Adə, 
Ağamov, köpəy oğlu, sən indi belə  ağız-burun bəhəm eləmişsən ki, mənə pirod 
gedirsən, mənim quyularımı hasara alırsan?! 
B a h a d ı r b ə y. Kəbləyi, kəbləyi, rica edirəm, yeri deyil. 
A ğ a m y a n. Kişisən, söyüş söymə, söz de, söz eşit. 
S a l a m o v. Söyərəm, gözüvü də çıxararam, xam bez kimi cıraram cəhəngüvü, 
köpəy oğlu. 
A ğ a m y a n. Sənə deyirəm söyüş söymə. Yer mənimdir, hasara da salaram
gözüvü də çıxardaram. Kişisən, bayırda danış, cavabını al. 
S a l a m o v. Çıx bu saat bayıra, bayırda ayırd edək. Bura sizing üçün İstanbul 
döyül, torpağınızı torba ilə daşıtdıraram. Arvad-uşağuvuzu da qıraram, köpəy oğlu. 
M a r i y a (gəlir). Əmiraslanbəy, nə olmuşdur? Ruben, nə var? 
A ğ a m y a n. Nahaq yerə sizin Türkiyəyə fikriniz getməsin. Ağzını dağıtma, 
deyirəm. Dişlərini qıraram, verdirərəm hamınızı pulemyot ağzına. 
M a r i y a. Əmiraslanbəy, siz, siz... Tişa! (Bayıra qaçır). 
B a h a d ı r b ə y. Kəbləyi, kəbləyi, danışma, yeri deyil, bizim milli 
pozisionumuz... 
S a l a m o v. Dayan, dayan, mənim padşahdan midalım var, mənim dişlərimi 
qırırsan? (Ağamyanın üstünə atılıb, ona bir şillə vurur). 
 
Tam bu aralıq Mariya, Qubernator və adamlar çıxırlar. 
 
H a y k a z. Necə? Mənim atamı? (Hücum edir). 
S a l a m o v. Adə, köpəy oğlu, dığa köpəy oğlu, mənim üstümə gorda 
çəkirsən? 
Q u b e r n a t o r. Əmiraslanbəy, bu nədir? Mənim evimdə? 
M a r i y a. Mənim bayramımda?.. 
S a l a m o v. Adə, köpəy oğlu, mənə deyir ki, çıx bayıra, ayırd edək. 


169 
 
Q u b e r n a t o r. Ruben, bu dostluq deyil. Sözünüz varsa, bayırda hesablaşa 
bilərsiniz. 
A ğ a m y a n. General həzrətləri... 
Q u b e r n a t o r. Bir kəlmə  də yox! Mənim evimdə belə  iş etmək olmaz. 
Əmiraslanbəy, mən bu qonaqları bir dost kimi çağırtdırmışam. 
M a r i y a. Əmiraslanbəy, belə iş olmaz, bəri gəliniz. 
S a l a m o v. Yaxşı,  əgər mən bu işin heyfini səndən çıxmasam, mən bu 
bığlarımı  qırxdıraram. Qurban olasan bu dəfə Mariya Tumannifeynəyə. Ayırd 
edərik (Gedirlər). 
Q u b e r n a t o r (ayaq saxlayır). Ağalar, narahat olmayınız! Ruben, bu nədir? 
Mən dünən sənə  nə dedim? Mən sənə dedim ki, bunlarda iş vardır, ehtiyatlı ol, 
vəhşi millətdir, işi yerində görmək lazımdır. 
A  ğ a m y a n. Tixon Yeliseiç, heç eybi yoxdur. O məni bir belə adamın 
arasında biabır etdi, heç eybi yoxdur. Ancaq siz şahid olunuz. 
Q u b e r n a t o r. Mən görürəm. Ancaq burada nə etmək olar. Sən işini yerində 
gör. Gəl, mən dayanmışam (Getmək istəyir). 
P o l i s m e y s t e r (içəridən çıxır). Hər şey hazırdır, general həzrətləri! 
Q u b e r n a t o r. Polkovnik, yazdıqlarımın hamısına elə bu gecə  əməl 
edilməlidir. İki gündən gec olmayaraq, dediyim iki nəfər ölməlidir: biri türk, biri 
də erməni. Kimlər və  nə sayaq, sən özün bilirsən. Hamısını  mənə bildirin. Sən 
azadsan, gedə bilərsən. 
P o l i s m e y s t e r. Baş üstə, general həzrətləri. Hamısı əmr etdiyiniz kimi, 
yerli-yerində ediləcəkdir. 
 
İ ş ı q s ö n ü r. 
 
BEŞİNCİ ŞƏKİL 
 
Erməni kilsəsində a d a m l a r bir-birinin başı üstündən dırmaşır 
və basırıq salaraq, yola baxırlar

 
C a m a a t. Kim öldürüb, məlum deyil? Haçan? Hələ bu saat? Kim öldürüb? 
Adə, mən nə bilim, mən də sənin kimi. Dayan, indi bilərik də... 
H a y k a z. Ay adamlar, bu nə basabasdır? Ölü görməmişsiniz! Yol verin, 
cənazəni keçirsinlər. 
A d a m l a r. Ay uşaq, geri çəkilin... Meyit gəlir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə