Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   44   45   46   47   48   49   50   51   ...   113

154 
 
Yarı xəlvət görmədim, 
Danışmadım doyunca. 
 
H a m ı. 
 
Ay kəmərim, kəmərim, 
Ay kəmərim, kəmərim

 
O x u y a n. 
 
Araz üstə, buz üstə
Kabab yanar köz üstə. 
Qoy məni öldürsünlər 
Bir alagöz qız üstə. 
 
H a m ı. 
 
Ay kəmərim, kəmərim, 
Ay kəmərim, kəmərim! 
 
A l l a h v e r d i və I m a m v e r d i gəlirlər

 
A r a m. Oho, Allahverdi dayı ilə Imamverdi dayı gəldi. 
M u r a d. Çəkin onları ortaya, bir Qaytağı vursunlar. 
H a m ı. Çıxın ortaya! Oynasınlar, oynasınlar. 
A l l a h v e r d i. Oynamaq elə bir mənə yaraşır, bir də İmamverdiyə. 
A r a m. Yaraşar, yaraşar. 
H a m ı. Yaraşar, yaraşar, çalın oynasınlar, yaraşar, yaraşar. 
A l l a h v e r d i. Aram, deyirlər, Bakıda məğşuşluq var? 
A r a m. Eşitmişəm, ancaq yaxşı bilmirəm. Eyvazdan bir xəbər yoxdur? 
A l l a h v e r d i. Heç kağız da yazmır. Bilmirəm başında yenə nə bəla var? 
M u r a d. Nə oldu bəs, çəkin qocaları ortaya. 
H a m ı. Çəkin qocaları ortaya, Qaytağı, Qaytağı, Qaytağı oynasınlar, 
oynasınlar. 
A l l a h v e r d i. Bizim işlərimiz hələ zurna-balabansız da oyundur də. Bildirki 
tövcünün altından çıxa bilmirdik, indi də dinməver gəlib. 
M u r a d. A kişi, cəhənnəmə. Kasıbın işi Allaha qalıb, hamı necə, biz də elə. 


155 
 
A r a m. Başlayın görək... başlayın görək. 
İ m a m v e r d i. Yaxşı, hələ siz eşitməmişsiniz ki ya, dəvə oynayanda qar 
yağar? 
Hamı gülür. 
 
A r a m. Qar yağsın də... Kimi qorxudursan? Gilabı deyilik ki, islanaq. Ay uşaq, 
başlayın! 
M u r a d. Ay uşaq çalın! 
O x u y a n. Qarabağın dağlarında qar gərək olsun. 
H a m ı. Qar gərək, qar gərək olsun. 
O x u y a n. Bağlarında heyva olsun, nar gərək olsun. 
H a m ı. Nar gərək, nar gərək olsun. 
O x u y a n. Içənlərin məclisində şərab çox olsun. 
H a m ı. Çox şərab, şərab çox olsun. 
O x u y a n. Sevənlərin məclisində yar gərək olsun. 
H a m ı. Yar gərək, yar gərək olsun, yar gərək, yar gərək olsun. 
 
Hamı ayağa qalxır, Aram, İmamverdi, 
Allahverdi oynayırlar. İmamverdi yıxılır. 
 
İ m a m v e r d i. Əl çək, ay Aram, başım gicəldi. Usta Muğan biriki ağız desin. 
Ruhumuz təzələnsin. 
A r a m (Sona gəlirkən). Odur ey, Sona gəlir, sallana-sallana. 
H a m ı. Oho, gəldi, Sona gəldi. 
M u r a d. Lap vaxtında gəlib. Usta, bir çal, Sona öz payını oynasın. 
H a m ı. Oyna, Sona! Şıdırğı çal! 
A r a m. Çal, kəndimizin Sonası oynasın. 
M u r a d. Çal, Qarabağın Sonası oynasın. 
S o n a. Mən ki, oynaya bilmirəm. 
A l l a h v e r d i. Səhərdən axşamadək evi süpürə-süpürə də oynayırsan ki. 
A r a m. Bilirsən, bilirsən! Usta, başla görüm. Sonra da Baxşı oynayacaq. 
 
Sona oynamaq istəyir, bacarmır. 
 
S o n a. Mən bu hava ilə oynaya bilmirəm. 
A r a m. Nə hava istəyirsən, de, toxuşdursun də. 
S o n a. Adı... ey... adı, belə qabaqca oxuyurlar ey, axırı da gəlir, dam, daram, 
daram. Baxşı, onun adı nədir? Onda qoyun elə Baxşı çalsın də, o bu havanı yaxşı 
bilir. 


156 
 
A r a m. Hə, neyləyək, daha yaxşı, halvaçı qızı daha şirin (Hamı gülür). Onsuz 
da usta Sumbat yorulub. Di başla, Baxşı, payını sonar oynarsan... 
 
Baxşı çalır, bir nəfər oxuyur. 
 
O x u y a n 
 
Azad bir quşdum
Yuvamdan uçdum, 
Bir bağa düşdüm 
Bu gənc yaşımda. 
H a m ı 
Bir bağa düşdüm 
Bu gənc yaşımda. 
 
O x u y a n 
 
Bir ovçu gördü
Köksümdən vurdu, 
Torpağa düşdüm 
Bu gənc yaşımda. 
 
H a m ı 
 
Torpağa düşdüm 
Bu gənc yaşımda. 
 
H a y k a z (hamı oynayırkən). Hatsa... hatsa... hatsa... (Oynayaraq, Sonanın 
belindən tutmaq istəyir. Sona dayanıb, aradan çıxmaq istəyir). Oyna... 
S o n a. Mən oynamaq istəmirəm, mən yorulmuşam. 
H a y k a z. Oyna, deyirəm sənə, xahiş edirəm. 
S o n a. Mən yorulmuşam. 
H a y k a z. Oyna, deyirəm sənə, köpək oğlunun qızı. 
A r a m. Yavaş, adə ey... Nə qayırırsan? Qızın əlini sındırmışdın ki! 


157 
 
H a y k a z. Cəhənnəm ol! Elə vuraram, gözün partlar. 
M u r a d. Canım, dava lazım deyil ki. Qızın əlini neçin sındırırsan? 
H a y k a z. Mənə Haykaz Ağamyan deyərlər. Bütün Bakı  mənə baxır. 
Sındıraram, gözünü də çıxararam. Çəkil, deyirəm sənə. 
B a x ş ı. Ay canım, başına dönüm, yaxşı deyil axı... 
H a y k a z. Çəkil, deyirəm sənə. Mən əfsərəm, əfsərin sözünün üstündən söz 
ola bilməz. 
A r a m. Adə, nə havalanmışsan? Cəhənnəmə ki, əfsərsən. Əfsər olmaq üçün 
hələ gərək qızın əlini sındırasan? 
H a y k a z. Sındıraram, gözünü də çıxararam. 
A r a m. Qızın  əlini burax, deyirəm sənə, köpək oğlu. Gözünü də  çıxararam, 
bəbəyini də. 
H a y k a z. Mənim gözümü, əfsər Ağamyanın gözünü? Köpək oğlanları, al! 
(Arama bir şillə vurur). Yaxşıdır? 
İ m a m v e r d i. A balam, sənə ki, dolaşan yoxdur. 
B a x ş ı. Sənin səbəbsiz kişini vurmağa ixtiyarın yoxdur. 
H a y k a z. Mən  əfsərəm, adamın atasını da yandıraram. Mənim hər  şeyə 
ixtiyarım var. 
A r a m. Kimin, adə... dedim daha şuluqluq olmasın, indi ki, belə oldu, al!.. Al! 
(Onu şillə ilə vurur). 
H a y k a z. Məni... Əfsər Ağamyanı. Əfsərin təhqir ləkəsini ancaq qan yuyar 
(Tapança çəkmək istəyir, Baxşı onu möhkəm tutur). 
B a x ş ı. Ay canım, burada bir şey yoxdur ki. Sən onu vurmuşsan, o da səni. 
Qurtardı getdi də. Daha burada top-tüfəng lazım deyil ki. Buraya qanın nə  dəxli 
var... 
H a y k a z. Burax, burax əlimi. 
M u r a d. Canım, keflidir, bir kəndir gətirin, səriyin əl-ayağını. 
H a y k a z. Mənim  əl-ayağımı? Mən Bakıdan gəlmişəm. Adamın atasını 
yandıraram. Burax məni, köpək oğlu! 
A r a m. Xox, Bakıdan gəlmişəm. Bakıdan gəlmək üçün qorxaq səndən? 
 
Bu halda fit çalınır, k ö m ə k ç i ortaya yüyürür

 
K ö m ə k ç i. Adə, kimdir o qalmaqal salan? Səriyin əl-ayağını, sürüyün onu 
bəri... Nə olubdur? 
B a x ş  ı. Canım, bir şey yoxdur. Biz hələ burada çalıb-oynayırdıq, bu oğlan 
gəldi cəncəl çıxartdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə