Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   46   47   48   49   50   51   52   53   ...   113

161 
 
S a l a m o v. Ay atam, bu gecə zəhrimar milliyyədən əl çəkməyəcək. Adə, bir 
belə keç. Mariya Tumannifeynən, bunlar xalis birilyantdır, hələ dünən Məkərədən 
gəlibdir. 
M a r i y a. Çox sağ olun, bunlar çox gözəldir. 
S a l a m o v. Bunlar başqa şeydir, əntiqə şeydir, qaranlıqda işıq salır. 
M a r i y a. Siz həmişə bir sürpriz düzəldirsiniz. 
S a l a m o v. Süpürüz, haranı süpürüm? Adə, bəlkə deyir tozunu təmizləyin? 
Mariya Tumannifeynən, silmişəm, tərtəmizdir. Sən bir lampanı söndür, qaranlıqda 
bax! 
M a r i y a. Bu saat. 
S a l a m o v. Adə, Bahadırbəy, sən ərinin yanında sırğalardan balaca söhbət 
sal, yoxsa köpək qızı sırğaları kəfə gedər, əri bilməz. 
M a r i y a (lampaları söndürərək). Bunlar bu gün aldığım şeylərin hamısından 
gözəldir. 
Q u b e r n a t o r (gəlir). Bu nədir? Bu lampaları kim söndürmüşdür? Kim var 
burada? 
S a l a m o v. Mənəm, Toxum-Yerisuiç! 
M a r i y a. Tişa, bir gör Əmiraslanbəy mənim üçün necə şeylər gətirmişdir. 
Q u b e r n a t o r. Aha, Əmiraslanbəy... düşünmək olur ki, siz burada lampaları 
söndürüb, mənim arvadımla eşqbazlığa başlamışsınız. 
S a l a m o v. Allah eləməsin, Toxum-Yerisuiç. O da mənim anam, bacım. Elə 
şeylərdən arxayın ol. Kürdün nəyi olsa, oğurluğu olmaz. 
Q u b e r n a t o r. Kürdləri mən çox sevirəm, igid tayfalardır. Onlar olmasa idi, 
Türkiyə bu ermənilərlə bacara bilməzdi. 
S a l a m o v. Görmürsən, köpək uşağı  gəmidə oturub, gəmiçi ilə savaşırlar. 
Bütün müsəlmanların  əkin yerlərini saldırırlar öz adlarına, nə var ki, xəzinədən 
icarə eləmişik. 
Q u b e r n a t o r. Yaman millətdirlər. Axır, o gün mən onlara açıq dedim. 
Dedim: siz Türkiyədə döyülmüşsünüz, indi əvəzini buradakı müsəlmanlardan 
almaq istəyirsiniz. 
B a h a d ı r b ə y. General həzrətləri, biz hər halda əlahəzrət imperatorun sadiq 
təbəələri və böyük... 
S a l a m o v. Baxma, ermənilər burada bir qələt eliyə bilməzlər. Papağımı 
götürüb bir hay deyərəm, beş yüz adam axar bura. Torpaqlarını torba ilə 
daşıtdıraram. Ancaq Türkiyə ilə ədavətləri var, bizə nə? 


162 
 
Türkiyə bir padşahdır öz yerində. Eşşəyə gücləri çatmır, palanı nə üçün döyürlər? 
Q u b e r n a t o r. Döyə bilməzlər. Nə  qədər mən sağam, müsəlmanların 
başından bir tük belə əskik olmaz. 
M a r i y a. Tişa, gedək o biri otağa, qonaqların yanına.  Əmiraslanbəy, 
buyurunuz! 
Q u b e r n a t o r. Mariya Timofeyevna, siz məni bir gecə də olsa öz dostlarım 
ilə söhbət etməyə qoymursunuz. 
B a h a d ı r b ə y. Minnətdarız, general həzrətləri! 
Q u b e r n a t o r. Bahadırbəy, rəsmi nəvazişi buraxınız, mənim adım Tixon 
Yeliseiçdir. Mən bu gecə öz dostlarımla dostcasına danışmaq və dincəlmək 
istəyirəm. 
M a r i y a. Yox, yox, Tişa, elə  iş yoxdur. Bu gecə  Əmiraslanbəy məndən 
ayrılmayacaqdır. O, məni sənin bütün dostlarından çox istəyir və bu gecə də sənin 
yanına deyil, mənim yanıma gəlmişdir. 
Q u b e r n a t o r. Mariya Timofeyevna, nə deyirsiniz, mən bu saat onu sizin 
əlinizdən alım? 
M a r i y a. O mənim dostumdur. Bax, sənin üçün heç bir şey gətirməmiş, 
amma mənim üçün parlayan daşlar gətirmişdir. 
Q u b e r n a t o r. Çox da o məni yada salmamışdır, mən ki, onun üçün 
hazırlamışam. Özü də elə sürpriz hazırlamışam ki, sənin daşların onun yanında o 
saat parıltısını itirər. Özü də birbaş  əlahəzrət imperatordan. Durunuz, bu saat 
gətirim. 
M a r i y a. Tişa, onda bir yerdə gedək, hər nədirsə, mən  Əmiraslanbəyə öz 
əlimlə verəcəyəm. 
Q u b e r n a t o r. Aha, sən istəyirsən əvəzini yenə də sənə versin? 
S a l a m o v. Sən ölməyəsən, Toxum-Yerisuiç, bu canım ölsün, hər ikinizin 
borcu məndə. 
Q u b e r n a t o r. Yaxşı, gedək (Gedirlər)
S a l a m o v. Bahadırbəy, sən öləsən, arvad deyil, paroxoddur, paroxod. Anam, 
bacım olsun, çox əhvallı arvaddır. 
B a h a d ı r b ə y. Kişi özü də bir insan kimi pək mehriban adamdır. 
S a l a m o v. Oho, özünə söz yoxdur, canlara layiq oğlandır. Adə, Bahadırbəy, 
bu xalta nədir salmışsan mənim boynuma? Aç bunu! Dədəm-babam xalta salmışdı? 
(Boynundakı kraxmallı yaxalığı və qalstuku açmaq istəyir). 
B a h a d ı r b ə y. Kəbləyi, yaxşı deyil, yaramaz. 


163 
 
S a l a m o v. Aç, ədə  (Bahadırbəy  Əmiraslanın qalstukunu açır). Amma 
gəldin, belə oğlan zad olmaz. Sənə də hey deyirəm bu köpək uşağının adını de, sən 
də elə başlamışsan qrafinkə belə gəldi. Axı özü mənə deyib. Axırda gördün ki, kişi 
özü dedi ki, mənə Toxum-Yerisuiç de, arvada da Mariya Tumannifeynən. 
B a h a d ı r b ə y. Kəbləyi, o tərzdə ki, siz buyurursunuz, o sayaq demək 
olmazdı. 
S a l a m o v. Eh, neçin olmur ey. Bəs bu neçə ildə nə oxumuşsan? Tuman deyə 
bilmirsən, nifə deyə bilmirsən? Qat bir-birinə, olsun Tumannifeynən də... Ancaq 
yaxşı ki, kişi özü gəlib sırğaları gördü, köpəy qızı dahı kəfə gedə bilməz. 
B a h a d ı r b ə y. Siz gördünüz, mən onlardan da öz mənafeyimilliyyəmiz üçün 
istifadəyə çalışırdım. Ümumiyyətlə, milli mənafe pozisionumuzun ilk planında 
olmalıdır. 
S a l a m o v. Ondan hər nə asılı olsa, məni gör. Bu saat kimi deyirsən 24 saatda 
Qafqazdan çıxartdırım, on il qətrij, dalm pisilyan... 
M a r i y a (səhnə arxasından). Bizə şampanski veriniz! 
B a h a d ı r b ə y. Kəbleyi, kəbleyi, boynunuz açıqdır (Qalstuku bağlayır). 
 
Mariya ilə Qubernator gəlir

 
Q u b e r n a t o r. Əmiraslan, görürsünüz, yenə də məni aldatdı. 
M a r i y a. Əmiraslanbəy, doğrudan da böyük iş imiş, təbrik etmək lazımdır. 
Yaxanızı bəri gətiriniz! (Medalı döşünə taxır). 
Q u b e r n a t o r. Ancaq, kağızını özüm verəcəyəm. Əlahəzrət imperator öz 
sadiq təbəələri olan müsəlmanlara qarşı böyük bir iltifat bəslədiyini və ayrılıqda 
sizə, sədaqətinizə qarşı ali nişan iltifat etdiyini bildirir. Buyurunuz, bu da fərmani-
humayunun surəti. 
M a r i y a. Tişa, gör nə gözəl yaraşır! Şirnisi sizdə. 
S a l a m o v. Bahadırbəy, mənim dilim söz tutmur, başuva dönüm, sən mənim 
tərəfimdən bir neçə kəlmə danış. 
B a h a d ı r b ə y. General həzrətləri, əlahəzrət imperatorun biz türklərə qarşı... 
S a l a m o v. Adə, sən də bu türk nədir, üst-üstündən goplayırsan, sonra da elə 
bilsin başqa söz deyirsən. 
B a h a d ı r b ə y. Əlahəzrət imperatorun biz Qafqaziya türk-tatarlarına bu 
qədər böyük iltifat ilə inayəti iqbali-milliyyəmizin... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə