Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   49   50   51   52   53   54   55   56   ...   113

170 
 
M u r a d. Ağa Haykaz, başına dönüm, ürəyim alışıb yanır. Zalımlar balamı 
əlimdən aldılar. Deyin görüm: mənim belimi kim sındırdı? Mənim çırağımı kim 
söndürdü? 
P o l i s m e y s t e r (cənazənin qabağına gələrək). Yol verin! 
M u r a d. Ay başınıza dönüm, mənə deyin: mənim balamı əlimdən kim aldı? 
Mən ki, onu hələ dünən evləndirmişdim. 
H a y k a z. Ay dayı, sakit ol! Öldürən nə toya baxar, nə yasa... 
M u r a d. Deyin mənə: onu kim öldürdü? 
P o l i s m e y s t e r. Kim öldürdü? Tatarlar! Müsəlmanlar. 
H a m ı. Nə üçün, nə üstündə?.. 
H a y k a z. Nə üçün olacaq? Düşməndir, öz düşmənliyini yeridir və qiyamətə 
kimi də yeridəcəkdir. 
M u r a d. Axı, ay qardaşlar, mənim uşağımın ki, bir təqsiri yoxdur... 
Zəhmətnən oğul böyütmüşdüm, boya, buxuna yetirmişdim. Nə üçün mənim 
umudumu kəsdilər?.. 
P o l i s m e y s t e r. Səs salma, qoca! Mən nə bilim nə üçün. Get onu 
müsəlmanlardan soruş! Sizin işinizi kim bilə bilir. 
A d a m l a r. Səbir elə, kişi! Nahaq qan yerdə qalmaz... Səs salmayın, 
Ağamyan gəlir... 
 
A ğ a m y a n və k e ş i ş gəlirlər. 
 
M u r a d. Ay qardaşlar, buraxın məni yaxına. Nə istəyirsiniz məndən? Qoyun 
öz oğlumun üzünü doyunca görüm. 
A ğ a m y a n. Qardaşlar... 
S ə s l ə r. Səs salmayın. Ağamyan danışır. 
A  ğ a m y a n. Qardaşlar, xristianlar, ermənilər, bu gün bizim üçün milli bir 
yasdır. Düşmənlər Türkiyədəki işlərdən doymayıb, burada da öz vəhşiliklərini 
davam etdirirlər. Bu bizim milli namusumuza toxunan qanlı bir ləkədir. Qoy 
düşmənlərimiz bilsinlər ki, erməni milləti hələ ölməyib. Bu gün bu cənazənin 
qarşısında bütün erməni milləti başını açıb, düşmənlərə bildirir ki, o öz intiqamını 
almadıqca, silahını yerə qoymayacaqdır. Hərgah bu yolda son nəfəsə kimi ölmək 
lazım gələrsə, mən Ruben Ağamyan sizin qabağınızda olacağam. 
K ü t l ə. Yaşasın Ağamyan, yox olsun türklər! Yox olsun müsəlmanlar! Ölsün 
düşmənlər! 
K e ş i ş. Ey Allah-taalanın mömin bəndələri, sizi and verirəm İsanın müqəddəs 
ruhuna, bizim arvadlarımızın, körpə  uşaqlarımızın namusunu düşməndən 
qoruyun!.. 


171 
 
B i r i s i. Qubernator gəlir! 
A ğ a m y a n. Yaşasın qubernator! 
K ü t l ə. Ura, ura! 
Q u b e r n a t o r (gəlir). Cənab Ağamyan, bu nə faciədir? Polkovnik, bu nə 
işdir? 
P o l i s m e y s t e r. General həzrətləri! 
Q u b e r n a t o r. Səndən soruşuram: bunu kim öldürmüşdür? 
P o l i s m e y s t e r. Tatarlar öldürmüşdür, general həzrətləri! 
Q u b e r n a t o r. Harada və haçan? 
P o l i s m e y s t e r. Bir saat bundan əvvəl, Tatarski küçəsində, dörd-beş nəfər 
üstünə atılıb, güllə ilə vurmuşlar. 
Q u b e r n a t o r. Vuranlar tutulmuşmu? 
P o l i s m e y s t e r. Tutulmamış, general həzrətləri! 
Q u b e r n a t o r. Heç birisi də? 
P o l i s m e y s t e r. Aradan çıxmışlar, general həzrətləri! 
Q u b e r n a t o r. Polkovnik, bu gün axşama kimi onlar tutulmazsalar, sənin 
özünü dustağa saldıracağam. Eşidirmisən? Bu mənim  əmrimdir, mən onlara 
göstərərəm. 
 
Ağamyan gedir. 
 
Polkovnik, vuran haradadır, görən olmuşdurmu? 
P o l i s m e y s t e r. Buradadır, general həzrətləri. Görən olmamışdır. Mən bu 
gecə onu Saratova göndərirəm. 
Q u b e r n a t o r. Polkovnik, siz onu başqa yerə göndəriniz. 
P o l i s m e y s t e r. Haraya, general həzrətləri? 
Q u b e r n a t o r. Qəbrə! Qoy bu sirri də özü ilə aparsın. 
P o l i s m e y s t e r. Baş üstə, general həzrətləri! 
 
İ ş ı q s ö n ü r 
 
ALTINCI ŞƏKİL 
 
Ağamyanın otağı. A ğ a m y a n stolun dalında oturub. E y v a z girir

 
A  ğ a m y a n (Sevinclə qarşılayaraq). Aha, siz gəldiniz?! Mən çox şadam. 
Eyvaz, xoş gördük! Oturun! Mən sizi çoxdan görmək istəyirdim, ancaq siz, 
nədənsə, bizdən qaçırsınız. Oturun... 
E y v a z. Mənim vaxtım çox azdır. 


172 
 
A ğ a m y a n. Siz ki, zabastovka etmişsiniz. 
E y v a z. Etmişik. 
A ğ a m y a n. Daha nə işiniz ola bilər? 
E v v a z. Tapılar. 
A ğ a m y a n. Mən eşitdim, dünən mitinqdə Salamovun atasını yandırmışsan. 
E y v a z. Yandırmışam. 
A  ğ a m y a n. Bərk dayan, Eyvaz. Heç bir şeydən qorxma. Burada artıq 
millətimizin var-yoxu karta qoyulmuşdur: ya onlara verən Allah, ya bizə... 
E y v a z. Lakin unutmayın ki, mən inqilab yolunda vuruşan bir əsgərəm. 
A ğ a m y a n. Onun heç bir zərəri yoxdur. Hər şeydən qabaq sən ermənisən. 
Bizim hər yerdə adamımız olmalıdır. Sən ki bir dəstənin başında durmuşsan, mən 
bununla ancaq fəxr edə bilərəm. Həm də  mənim üçün bir təminatdır. Bilirəm ki
mənim filan yerdə adamım vardır. 
E y v a z. Adamın? Kimdir o sizin adamınız? 
A ğ a m y a n. Kim? Sən! Hər halda ermənisən, sənin damarlarında erməni qanı 
axır, sən mənim ətimi yesən, sümüklərimə dəyməzsən, hər halda bərk ayaqda sən 
məni, öz millətini qaniçən Salamovların altına yıxmazsan. Bu mənim üçün böyük 
bir təminatdır. 
E y v a z. Siz gülməli sözlər danışırsınız, cənab Ağamyan! Mənim üçün sizinlə 
Salamov arasında heç bir fərq yoxdur. Bu gün mən ona qarşı çıxmışam, sabah sizə 
qarşı çıxacağam. 
A  ğ a m y a n. İki millət üz-üzə durub ölüm-dirim vuruşu aparırkən, bir 
ermənidən belə bir sözü eşitmək!? Sən ermənisən, qəti vuruşda ermənilərin 
qazmasında olmalısan. Erməni millətinin öz oğlundan bunu tələb etməyə haqqı 
vardır. 
E y v a z. Siz qızışmayın, cənab Ağamyan! Bu sözlər ilə  mənə  təsir edə 
bilməzsiniz. Mənim həqiqət sandığım kitabda türk, erməni sözü yoxdur, işçi var, 
fabrikant var. Birincilərlə qardaşam, ikincilərlə düşmən. 
A ğ a m y a n. Doğrudan da, sən axı materialistsən. 
E y v a z. Mən materialistəm. 
A  ğ a m y a n. Mən sənin materialistliyini təmin edərəm, onda nə sözün ola 
bilər? 
E y v a z. Sən bunu edə bilməzsən, çünki sənin fabrikant təbiətin bunun 
ziddinədir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə