Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   51   52   53   54   55   56   57   58   ...   113

176 
 
B i r i n c i i ş ç i. Bizim səninlə bir sözümüz yoxdur. 
E y v a z. Biz işçilərlə danışmaq istəyirik. 
S a l a m o v. Mədəndən bayıra çıxın! Bir adam ayağını  mədənə basmasın. 
Həzrət Abbas haqqı hamınızı  qırram. Mən sizin badalağınızı yaxşı bilirəm, – siz 
istəyirsiniz müsəlmanları öz yerlərindən çıxarıb qovasınız. 
E y v a z. Yoldaşlar, işçi yoldaşlar, bizim davamız millət davası deyil, çörək 
davasıdır, azadlıq davasıdır. Siz mədən yeyələrinin provokasiyasına aldanmayın. 
Romanov jandarmlarının qamçısı hamımızın başına birgə dəyir. 
S a l a m o v. Adə, Əsriyov, sən bu cib-cibi kimə öyrədirsən? Mən elə sənincə 
olanda sənincə bilirdim də. Sən bu portmanatı kimə atırsan? Sən  əgər yaxşı 
adamsan, nə üçün Ağamovun mədəninə getmirsən? 
E y v a z. Bizim üçün Ağamyan ilə sənin aranda heç bir fərq yoxdur. Biz ora 
getmişik, yenə gedəcəyik. 
S a l a m o v. Yalan deyirsən, getməmişsən, getməyəcəksən, çünki sən onun 
qaynısan, hər gecə onun evindəsən, onun himi ilə işləyirsən, çünki sən ermənisən, 
sizin heç kökündən yeriniz-yurdunuz yoxdur. 
E y v a z. Bu provokasiyadır. Bunu sənə kim dedi? 
S a l a m o v. Mənə gomurnat özü dedi. Mən statski sovetnikəm, padşahdan 
midalım var, mən, mən, hamısını bilirəm. 
M a k s i m o v. Yoldaşlar, işçilərin mübarizəsi iqtisadi mübarizədir. Bizim 
hökumət təşkilatı ilə siyasi mübarizəmiz yoxdur. İstəyimiz səkkiz saatlıq iş günü, 
əmək haqqının on faiz artmasıdır. Bir taqım məsuliyyətsiz adamlar iqtisadi 
mübarizəni siyasi mübarizəyə çevirirlər, ölkədə anarxiya törətmək istəyirlər. Biz 
isə deyirik ki, bizim iqtisadi tələblərimizi təmin etsinlər. Biz işə başlamağa hazırıq. 
S a l a m o v. Bax, rəhmət ölənlərüvə. Atam, manata iki şahı deyirsən, mən 
manata bir abbası artırım, ancaq mənim mədənlərimə ayaq basmayın. 
V o l o d i n. Yoldaşlar, işçilər on paraya satılacaq bir dilənçi deyillər. Biz belə 
sədəqələrə aldanıb boğazımızı tilova keçirə bilmərik.  İqtisadi mübarizə siyasi 
vuruşsuz heç bir nəticə verə bilməz. Biz mübarizəni daha artıq bir qətiyyətlə, daha 
geniş bir proqramla davam etdirməliyik. 
M a k s i m o v. Nə vaxta kimi? 
E y v a z. Bu günkü yaramaz quruluşu yıxana kimi. 


177 
 
B a x m e t y e v. Sənin pulun var dolanırsan, amma işçinin külfəti 
var; o, ac-acına, işsiz gəzə bilməz; boş sözlə qarın doymaz. 
M a k s i m o v. Doğrudur! Bir də sizə nə lazımdır? 
E y v a z. Bizə o lazımdır ki, işçinin işlədiyi mədən onun əlində olsun. Bizə o 
lazımdır ki, işçilərin  əməyini udan mədənçilər və gönünü soyan monarxiya və 
burjuaziya hakimiyyəti alt-üst olsun. 
S a l a m o v. Demək, siz istəyirsiniz ki, müsəlmanların bütün şəlpəşülpəsini 
yığışdırıb keçirəsiniz özünüzdən o yana. Müsəlman qardaşlar, burada o yan-bu yan 
yoxdur, bu işlər hamısı ermənilərin badalağıdır. Onlar istəyirlər ki, müsəlmanları 
Qafqazdan çıxarıb qovsunlar. 
V o l o d i n. Yoldaşlar, biz işçi nümayəndəsiyik, burda millət məsələsi yoxdur, 
bu, provokasiyadır. Bütün Rusiyanı inqilab hərəkatı sarmış. Romanovların son 
günü yetişmişdir. Bunlar inqilab vuruşunu bilərək millətlər vuruşuna çevirmək 
istəyirlər. 
S a l a m o v. Adə, Vaskə, qazanxanadan dünən çıxmışsan, qazamatdan bu gün 
qaçmışsan, sən də mənə kələk gəlirsən? Bircə uzun danışma, mədəndən bayıra çıx! 
Gedin əvvəl Ağamovun mədəninə, sonra gələrsiniz (Volodini itələyir). 
E y v a z. Salamov, əlini gödək elə. 
S a l a m o v. Adə, köpəy oğlu, dığa köpəy oğlu, mənim üstümə kəkələnirsən? 
Mədəndən bayıra çıx, sənə deyirəm. 
S ə s l ə r. Yaşasın azadlıq! Yaşasın işçilərimizin qardaşlığı! Ura! 
İ ş ç i S ə m ə d. Adə, qaçın, gəldilər! 
S a l a m o v. Ay müsəlman qardaşlar, ay din qardaşları, qoymayın, vurun! 
(Qaçır). 
E y v a z. Qardaşlar, türklər, atmayın, qulaq asın, bizim sizinlə işimiz yoxdur. 
S a l a m o v. Polsmestr, polsmestr... 
 
Dörd tərəfdən güllələr açılır. 
 
İ ş ı q s ö n ü r. 
 
SƏKKİZİNCİ ŞƏKİL 
 
Qarabağda. B a x ş ı ağaca söykənmiş çalır. S o n a gəlir. 
 
S o n a. Baxşı, Baxşı! 
B a x ş ı. Nədir, Sona! 


178 
 
S o n a. Mən gedirəm. 
B a x ş ı. Gedirsən? 
S o n a. Mən səndən ayrılmaq istəmirəm, ayrıla bilmirəm, ancaq ayrılıram. 
B a x ş ı. Getmə, Sona! 
S o n a. Atam, anam gedirlər. Sən burada mənsiz tar çalacaqsan, özgələri 
eşidəcək, mən yox. 
B a x ş ı. Mən sənsiz tar çalmaram, Sona. 
S o n a. Baxşı, daha sağ ol. 
B a x ş ı. Sağ ol, Sona! 
 
Sona bir-iki addım gedir və dönür. 
 
S o n a. Baxşı, onda mən sənin tarını özümlə apararam. 
B a x ş ı. Yaxşı, Sona, apar (Tarı Sonaya verir). 
S o n a. Sonra sən yenə ayrısını alarsan. 
B a x ş ı. Mən daha sənsiz tar çalmaram. 
S o n a. Mən sənsiz ağlayacağam. 
B a x ş ı. Mən sənin ardınca gələrəm. 
S o n a. Gələrsən? Mən səni hər gün gözləyəcəyəm. 
B a x ş ı. Mən tez gələrəm. 
S o n a. Yaxşı, tez gəl. Mən özümü sənin gəlinin hesab edəcəyəm... 
A l l a h v e r d i. Ay qız, Sona, haradasan? Gəl, balam, araba yola düşdü. 
Səhərdən gərək vağzalda olaq. Bu Imamverdi kişi hanı? Ay Imamverdi, ay 
İmamverdi! 
N a b a t. Ay Gülsün bacı! 
G ü l s ü n. Gəldim, ay Nabat bacı! Qız üçün bir az xırda-mırda hazırlayırdım. 
Yolda yeyər. 
N a b a t. Sağ ol, Gülsün bacı! 
G ü l s ü n. Sağ ol, Allah amanında. 
N a b a t. Sən allah, Gülsün bacı, gözün o toyuq-cücədə olsun, anam tək 
bacarmaz. Hərdənbir o dügəyə də baxarsan, Allah vurmuş dəlidir, təpik atıb südü 
dağıdar, arvadı vurar, yıxar, heç kəsin də xəbəri olmaz. 
G ü l s ü n. Arxayın ol, Nabat bacı. Bu adam ölməyib ki. Mən özüm hamısını 
farağat edərəm. 
N a b a t. Baxşı, gəl oğlum, səni də öpüm. Sona sənsiz lap dəli olacaq (Baxşını 
öpür). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə