Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   56   57   58   59   60   61   62   63   ...   113

191 
 
K a r a p e t. Olmaz, olmaz, dayan, elə bir yerdə bəynən gəlinin sağlığına içək, 
elə burada ayaqüstü. Şərab verin, adə, gəlini də çağırın! 
H a y k a z. Karapet, biz onlarsız da içə bilərik, işləri var, saxlamayın. 
K a r a p e t. Ağalar, adə, tar çalanlar nə oldu? Buraya gəlin, dayanın, gəlini də 
gətirim... İçək ayaqüstü bizim həqiqi milli qəhrəmanımızın və onun gözəl gəlininin 
sağlığına! Urra... urra... 
Q o n a q l a r. Öpüşsünlər, bir yerdə oynasınlar. 
K a r a p e t. Adə, çal! 
 
Tarçalan tuş çalır. 
 
H a y k a z. Ağalar, mən öz tərəfimdən və  gəlinin tərəfindən sizə  təşəkkür 
edirəm. Mən kadet korpusunda oxumuşam. Vaxtımız elədir ki, bizim millətimizə 
igidliklə vuruşan, vuruşmağı bacaran adamlar lazımdır. Mən öyrənmişəm, mən 
öyrənmişəm, mən... 
 
Bu aralıqda B a x ş ı əlində bir dəstə gül içəri girir. 
 
S o n a. Ah... 
H a y k a z. Aha, bu odur? (Ona tərəf getmək istədikdə, Sona sərt bir çığırtı ilə 
Baxşının yanına qaçıb, onu öz arxasında saxlayaraq). 
S o n a. Yox, dəyməyin, mən qoymaram. 
H a y k a z (özünü saxlamağa və gülümsər görünməyə çalışaraq). Sən nədən 
qorxdun, Sona? 
S o n a. Onda bir təqsir yoxdur. 
K a r a p e t. Canım, onunla kimin nə işi var? Arvadlar elə qorxacaq olur. Gəlib, 
xoş gəlib! Canım, otur. 
H a y k a z (sakit bir səslə). Sizə nə lazımdır? 
B a x ş  ı. Mən eşitdim ki, bu gecə Sonanın toyudur. Biz qonşuyuq, mən öz 
borcumu yerinə yetirməyə gəldim. Mən Sonanı təbrik etməyə gəldim. 
K a r a p e t. Ay sağ ol, müsəlman qardaş! Buyur, otur, qoşul bizə. 
H a y k a z. Buyurunuz, oturunuz. 
K a r a p e t. Gəl, canım, gəl, ha belə otur burada. Heç ürəyini sıxma. Bu 
vurhavurun içində ki, bu frontdan keçmişsən, elə qoçaq adamsan, qoçağa can 
qurbandır. Hə, Haykaz ağa, danış görək, sözün yarımçıq qaldı. 
H a y k a z. Mən daha danışmaq istəmirəm, mən sonra danışaram, siz işinizdə 
olun. 
K a r a p e t. Bu saat mən düzəldim. Adə, hanı o qarabağlı  gədəsi? Qızışdır, 
başına dönüm. Usta, çal, bəynən gəlin oynasın. Hə, başlayın! 


192 
 
S o n a. Mən oynamaq bilmirəm. 
K a r a p e t. Siz öləsiniz, heç o boyda zarafat olmaz. Hamı deyir: Qarabağda 
Sona kimi oynayan yoxdur. Durun ayağa görüm! Usta, başına dönüm, şıdırğı çal! 
S o n a. Mən oynamaq bilmirəm. 
H a y k a z. Sona, dur ayağa! (Sona ayağa durur). Çal, usta! 
S o n a. Hayik, mənim başım gicəlir. 
H a y k a z. Eybi yoxdur, dayan, dayan, saxla, usta! (Tez gedib Baxşının tarını 
götürüb, Baxşıya verərək). Al, qoçaq, indi ki, gəlmişsən, bekar oturma, çal! 
K a r a p e t. Aha, o çalmaq da bilir! 
H a y k a z. Elə bilir, Sonanın havasını ondan yaxşı bilən yoxdur. 
K a r a p e t. Di onda toxuşdur, gözünə dönüm. Allah elə səni öz əl-ayağınla 
göndəribdir. Araq verim? 
B a x ş ı. Mən içmirəm. 
K a r a p e t. Di başla. 
H a y k a z. Gəl, Sona! 
S o n a. Hayik, mən oynaya bilmirəm, başım hərlənir... 
H a y k a z. Eybi yoxdur. İçən mən, sənin başın nə üçün hərlənir? Di başla 
qonşu (Baxşı çalmağa başlayır). Aha, bunun qabaqcadan oxumağı da var. Karapet, 
qabaqca biriniz oxumağını oxuyun. 
O x u y a n. 
Azad bir quşdum, 
Yuvamdan uçdum, 
Bir bağa düşdüm 
Bu gənc yaşımda. 
 
Hamı təkrar edir 
 
Bir ovçu gördü
Köksümdən vurdu, 
Torpağa düşdüm 
Bu gənc yaşımda. 
 
Hamı bir yerdə oxuyur, eyni zamanda. Sona oynayır. 
Hamı oynayır... Birdən güllə atılır. 
 
H a y k a z. Başlandı, pəncərələri örtün! 
 
İ ş ı q d ə y i ş i r. 


193 
 
Bayaqkı otaq, ancaq işıqları sönmüş, yalnız içəri otağın pəncərəsindən keçən işıqotağı 
bir qədər aydınlaşdırır. Bu aralıq, Sona ağ yataq paltarında içəridən çıxır, 
yavaşca Baxşıya yanaşaraq. 
S o n a. Baxşı! 
B a x ş ı (birdən diksinmiş kimi). Hə... Sona, sənsən? 
S o n a (əlindəki açarı ona uzadaraq). Al, tez burdan get! 
B a x ş  ı. Sona, sonra səni incidərlər. Onsuz da bayırda, gərək ki, atışmadır, 
burada, ya orada mənim üçün heç bir fərqi yoxdur. 
S o n a. Get və bir kəlmə də danışma... 
B a x ş ı. Yaxşı, Sona. 
 
Açarı alır və yavaşca bayıra çıxır. Sona bir qədər qapıda donub qalır və sonra 
Baxşının getdiyini təyin edib dönmək istəyir, bu halda üzərinə bir kölgə yeriməyə 
başladığını görüncə, özünü saxlaya bilməyir. 
S o n a. Ah! (deyə qışqırır). 
E y v a z. Sona, qorxma, mənəm, Baxşı haradadır? Mənə dedilər ki, o buraya 
gəlmişdir, mən onun dalınca gəlmişəm. 
S o n a. Mən açarı ona verdim, getdi. 
 
Bu halda H a y k a z çığırtı ilə içəridən çıxır və işığı yandırır

 
H a y k a z. Ey, kim var burada, Sona? 
E y v a z. Mənəm. 
H a y k a z. Eyvaz, sənsən, sən burada nə gəzirsən? 
E y v a z. Sən burada nə  gəzirsən, millət qəhrəmanı? Millət bayırdadır, 
qənbərlik üstədir, qazmalardadır, ölür, qırılır, sən evdə yatırsan...millət qəhrəmanı! 
H a y k a z (oyan-buyana baxaraq). O haraya getdi. Sona?.. De görüm o hayana 
getdi? 
E y v a z. Onu mən buraxdım. 
H a y k a z. Nə haqq ilə mənim evimdə ağalıq edirsən? 
E y v a z. Nə haqq ilə? Gəl, bax (Bayırda yanğın görünür). Gör, evlər yanır, 
mədənlər yanır, binalar dağılır, bütün şəhəri alov, tüstü və duman bürümüşdür, 
pulemyotlar, vintovkalar, göydən od yağır, yerdən qan axır. O odun içindəkilər 
kimlərdir? Qorumalı heç bir şeyi olmayan ac, yoxsul kütlə, var-yoxunu iki patrona 
verib atır; lakin kimə? Qardaş-qardaşa. Nə üçün? Kimin üçün? Sizin üçün, sizin 
mədənlərinizi, sizin evlərinizi qorumaq üçün. Bu saat öz yumşaq yatağında şirin-
şirin yatan ağamyanlar və bu saat general qubernatorun evində qumar oynayan 
salamovlar üçün. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə