Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   64   65   66   67   68   69   70   71   ...   113

218 
 
T o ğ r u l. Adə, sən neyləyirsən! Dur, deyirəm sənə. Partlar, dur. Birdən alov 
çıxır, bir şey partlayan kimi olur. 
T o ğ r u l v ə T a n y a. Oy, nə oldu?.. 
Y a ş a r. Qorxmayın, bir şey olmayıb. Sən bir də qaldır, Toğrul! Bir də... bir 
də... hop, bəsdir... Sağ olun. 
T o ğ r u l. Vay... Atova lənət sənin! Lap ürək-göbəyimi yedim. Başuva dönüm, 
bundan sonra belə şeylər edəndə qabaqca öz vəsiyyətini elə, sonra başla. 
 
Yaşar gedir. 
 
T a n y a. Yaşar yaman işləyir... 
T o ğ r u l. Necə mən xarab işləyirəm? Ağız, az qalıb haqlayam Edissonu ki... 
T a n y a. Nə ilə? 
T o ğ r u l. Necə  nə ilə? Bu gün-sabah taparam da. Qoy hələ bu qurbağa ilə 
haqq-hesabımı qurtarım... Oyan-buyan yoxdur, Tanya. İkinci beşilliyin axırına 
qədər ya gərək mən Edissonun atasını yandıram, ya Edisson mənim atamı. Adə, 
yenə başladın söhbətə, indi zəhrimar, o biri də ölər ha... 
T a n y a. Möhkəm dur, Tokay, möhkəm dur... 
T o ğ r u l. Yeritmişəm onun qanına bir qram çaxotka qurdunu, salmışam tok 
altına... 
T a n y a. Neyləmək istəyirsən, Tokay? 
T o ğ r u l. Çaxotka qurdlarını elektriklə öldürmək istəyirəm. Heç bilirsən, 
Tanya bu nə deməkdir? Mən bütün insanlığı bu çaxotkanın əlindən qurtaracağam. 
T a n y a. Gözlə, gözlə, yenə qurbağan ölməsin. 
T o ğ r u l. Ölməz! Eh, Tanya, biz gərək bütün dünyaya göstərək ki, bizim də 
başımız işləyir. 
 
“Göy üzündə bir ulduz var...” havasını oxuyaraq öz aparatının yanına, 
sonra da qaçaraq, o biri otağa keçir. 
 
İ v a n o v (içəri girir). Laboratoriyada işləmək və oxumaq... qəribə adamdırlar. 
T a n y a. O həmişə elədir, professor, oxumamış  işləyə bilmir. Hələ bayırda 
görməmişsiniz. Yaşar tar çalır, o da oxuyur... 
İ v a n o v. Yaşar, Yaşar. Iki ayda iki min manatlıq malı korlamışdır. Duzun 
tərkibini döndərmək istəyir. Bunu Mendeleyev tapmadı, 


219 
 
Belokurov tapmadı, ingilislər tapmadı, fransızlar tapmadı. Yaşar tapacaqdır!.. 
T a n y a. Professor Belokurov deyir ki, Yaşarın təcrübələri çox ciddidir. 
İ v a n o v. Belokurov ancaq təcrübə apara bilər. Adamları tanımaq onun işi 
deyildir. 
 
Bayırdan Toğrulun oxumaq səsi gəlir. 
 
To ğ r u l. Göy üzündə bir ulduz var, onun adı Neptundur. 
İ v a n o v. Odur yenə başladı... (O biri otağa keçir və yolda Toğrulla toqquşur, 
şüşəsi düşüb sınır). Laboratoriyada bir az da yavaş yerimək olardı  (Tez çıxıb 
gedir). 
To  ğ r u l. Bağışlayın, professor, şoğərib qurbağam ölüb, ovqatım təlxdir... 
Tanya, professoru tapmışam, şalvarını çəkə-çəkə gəlir. 
Y a ş a r (tələsik içəri girərək). Professor... Tanya... Toğrul... 
To ğ r u l. Nə var, adə! Dəli olmamışsan ki, nə olub? 
Y a ş a r. Professor hanı? Toğrul... 
To ğ r u l. Nə deyirsən, adə! Dil-dodağın nə üçün dolaşır? Tok-zad vurmayıb 
səni ki... 
T a n y a. Sənin rəngin sapsarıdır, Yaşar! 
Y a ş a r. Tanya... Tapmışam... 
To ğ r u l. Nə tapmışsan? 
Y a ş a r. Heç özüm də bilmirəm nə tapmışam. Belə dilim söz tutmur 
hey! Bütün bədənim əsir. 
To ğ r u l. Bəlkə tok vurub səni. 
Y a ş a r. Yox adə, heç nə olmayıb mənə. Belə duzu əritmişəm hey, başa 
düşürsən? 
To ğ r u l. Eh, çox böyük şücaət göstərmişsən! Mən də deyirəm nə olub? Duzu 
əritməyə nə var ki! Tök üstünə suyu, ərisin də. 
Y a ş a r. Əritmək hansıdır? Bütün duzu udmuşam. 
To  ğ r u l. Ud da! Duz udmağa nə var ki! Mən burada bütün qurbağanı 
udmuşam, heç danışmıram. 
Y a ş a r. Adə, udmamışam hey, belə duzun təbiətini dəyişmişəm. Şüşədə duz 
vardır, şüşədə duz yoxdur. Kökündən yoxdur. Başa düşdün? 
T a n y a. Bu ola bilməz Yaşar! Professor Belokurov beş ildir bunun üstündə 
baş  sındırır, heç bir yana çıxa bilmir... Professor İvanov deyir ki, duzun təbiətini 
dəyişmək mümkün deyildir. Bəlkə səhv edirsən, Yaşar? 


220 
 
Y a ş a r. Mən də elə onu fikirləşirəm ki, ola bilməz, amma olub. Duzu tökürəm 
– duz var, qatışdırıram – duz yoxdur. Odur ki, özümözümə də inanmıram. Deyirəm 
professor gəlsin, o da baxsın. 
T o ğ r u l. Sən dur, mən bu saat onu yaxalayım gətirim (Bayıra çıxır). 
Y a ş a r. Sən bilirsənmi, Tanya, bu nə deməkdir? Duzu aradan itirmək... 
kəndimizin yanında ucsuz-bucaqsız geniş düzən vardır. O, duzdaqdır. Tikandan 
başqa heç bir şey yetirmir. Mən bunun duzlarını  məhsuldar bir torpağa 
çevirəcəyəm. Mən öz sosializm vətənimin geniş düzənlərini allı-güllü çəmənlərə, 
pambıq tarlasına, ağ qızıl qazmasına çevirəcəyəm. 
T a n y a. Dur, Yaşar, hələ qabaqca qoy professor baxsın görək nə deyəcəkdir. 
Srağagün mən də boğucu bir qaz tapmışdım. Professor baxdı, dedi: bu, 
ağcaqanaddan başqa heç kəsi boğmaz. 
Y a ş a r. Eh, Tanya (Onu qucaqlayır). Mən səni, bilirsənmi nə qədər sevirəm! 
Səni də özüm ilə aparacağam. Tanya, gedərsənmi? Sən, mən, Toğrul. 
T a n y a. Göndərsələr, gedərəm. 
T o ğ r u l (içəri girir). Professor gəlir... Ey, ey... Siz burada nə 
qucaqlaşmısınız? (Vuruşacaqmış kimi, qollarını çırmayır). Smatri, bu da duz deyil 
ki, hop eləyib udasan (Pozasını  dəyişərək) Gözlərini yum, Tanya. Özüm, ölüm 
professorun düymələri yenə də açıqdır, şalvarı düşür... 
B e l o k u r o v (şalvarını çəkərək). Hanı duz? 
T a n y a. Duz nədir, professor? 
B e l o k u r o v. Duz hansıdır?.. Kim deyir duz! Yaşar, deyirəm, Yaşar... Deyir, 
duzu dəyişdirmişdir, doğrudurmu, Yaşar? Yoxsa hərdən məni dartıb gətirmək üçün 
yalandır, deyir... 
Y a ş a r. Bilmirəm, professor, ancaq onu bilirəm ki, duzu tökdüm düzəltdiyim 
tərkibə, qatışdırdım, duz itdi... Bütün aparatlardan keçirmişəm. Duz yoxdur. 
B e l o k u r o v. Ola bilməz. Siz bilirsinizmi bu nə deməkdir! Duzun təbiətini 
dəyişdirmək! Bu, bütün kimya elmində bir inqilabdır. Bu tarixi bir işdir. Ancaq, 
bəlkə, Yaşar, sən səhv edirsən? 
Y a ş a r. Bilmirəm, professor. 
B e l o k u r o v. Gətir görək! (Yaşar gedir). Sən nə deyirsən, Tokay? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə