Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   63   64   65   66   67   68   69   70   ...   113

214 
 
YAŞAR 
 
Pyes 4 pərdə, 8 görüşdə 
 
İŞTİRAK EDƏNLƏR 
 
Y a ş a r 
T o ğ r u l gənclər, injener-laborantlar 
T a n y a 
B e l o k u r o v – professor 
I v a n o v – professor 
V a s i l y e v – aspirant 
M e d v e d y e v – aspirant 
İ m a m y a r – kolxoza soxulmuş qolçomaq 
N i y a z – Imamyarın qardaşı, kolxozçu 
Y a q u t – Niyazın qızı 
N i g a r – Niyazın evində bir qız 
N ü s r ə t – kolxozçu, kənd soveti sədri 
Ə m i r q u l u – kolxozçu 
Ş ə r ə b a n ı – onun arvadı 
T ü r b ə t 
M i r s ə q u l u   } kolxozçular 
Ə l i v e r d i 
H ə s ə n 
S ə f ə r 
P r o k u r o r 
M ü d a f i ə ç i 
F ə h l ə v ə k ə n d l i l ə r 
 
BİRİNCİ PƏRDƏ 
 
BİRİNCİ GÖRÜŞ 
 
Geniş bir laboratoriya. İ n j e n e r l ə r, t ə l ə b ə l ə r əllərində müxtəlif şüşələr və alətlər oyan-
buyana qaçışırlar. T a n y a v ə T o ğ r u l hərəsi bir aparat qabağında işləyirlər. Toğrul işləyir, sonra 
cəld hərəkətlə qalxıb çəkməcədən şüşə və sairə götürür. Arabir otağa qaçıb qayıdır. İşi bərkə düşəndə 
isə sevinib oxuyur. 
 
T o ğ r u l. Vətəndaş qurbağa, sən heç nahaq yerə məndən incimə. Özüm ölüm, 
iynəni elə vuracağam ki, heç ruhun da inciməyəcək. 


215 
 
T a n y a. Tokay, kim ilə danışırsan? 
T o ğ r u l. Qurbağa ilə. Tökmüşəm qanına bir qram vərəm mikrobunu, görürəm 
narazıdır. Çəpəki-çəpəki baxır üzümə... 
T a n y a. Sən yenə də nə eləmək istəyirsən? 
T o ğ r u l. Hecə  nə! Istəyirəm vərəm mikroblarını elektriknən öldürüm, 
qurbağa özü sağ qalsın. Sən öləsən, məsləkimə and olsun ki, tok altında ölməsən, 
yaşılburun qurbağanı  sənə alacağam, evləndirəcəyəm səni. Özüm də Tanyanı 
alacağam, toyu da birgə eləyəcəyəm. 
T a n y a. E... e... Tokay... 
T o ğ r u l. Sənə  nə var canım. Yəni qurbağaların evlənməsinə razı deyilsən. 
Tanya, bu qurbağa ölməsə, sonra hər kim vərəm oldu salacağam tok altına. 
Mikroblarını öldürəcəyəm, özünü sağ-salamat burxacağam. 
T a n y a. Nə oldu, Tokay? 
T o ğ r u l. Dayan, dayan, Tanya, işlərim  şuluqdur. Elektrik məftilini 
ilişdirmişəm qurbağaya, Allah vurmuş cük-cük cükküldəyir 
(Oxuyur). 
 
Göy üzündə bir ulduz var, 
Onun adı Neptundur; 
Orda gözəl bir qız var ki, 
Könlüm ona məftundur. 
 
Yer üzündən uçaram, 
Aydan, gündən keçərəm; 
Neptundakı sevdiyimi 
Ordan alıb qaçaram. 
 
T a n y a. Bura bax, indi də qurbağanın yerinə özün cükküldəyirsən. İndi yenə 
də İvanov gələr, başlar deyinməyə ki, laboratoriyada oxuyurlar. 
T o ğ r u l. Onu Allah döymüşdü. Onsuz da burayadək yığmışam onun əlindən. 
Srağagün təcrübə aparır, mən də baxıram. Deyir: o yana çəkil, partlar, dəyər sənə. 
Elə bil onun bədəni dəmirdir, səninki xəmir. 
Ta n y a. Bəlkə elə partlayacaqmış. 
T o ğ r u l. Partlasın da. Partlayıb mənə nə edəcək?! İnjeneri toknan qorxudur! 
Ay hay, ay hay! O, bəzən doktorlar olar hey, ölüdən qorxar, ha! Yox, Tanya, mən 
bilmirəm. Gec-tez onun allahlığına bir dənə düdəməyi-hindi ilişdirəcəyəm. Ancaq 
bilmirəm haçan. 


216 
 
T a n y a. Doğru deyirsən, Tokay. Deyəsən, onun bir az qəlpliyi vardır. O gün 
Yaşar ondan bilmirəm nə soruşurdu. Görürəm cavab vermək istəmir. Sonra da bir 
şey dedi, lap tərsinə, Yaşar da başladı  cəncəli. Bir də gördü Belokurov şalvarını 
çəkə-çəkə gəlir. 
T o ğ r u l. Düymələri də ki, öz qaydası ilə açıq. 
T a n y a. Ağzından çıxanı Ivanova. O deyir, gəncdir, hələ 
möhkəmləşməmişdir. Görürsən, deyir böyük bir məsələ üstündə işləyir, sən isə ona 
kömək eləmək əvəzinə daha da dolaşdırırsan... 
T o ğ r u l. Yaşar yaman işləyir: nə yemək bilir, nə yatmaq. 
T a n y a. Bilirsənmi Belokurov onu nə qədər sevir... Bu vaxta qədər dörd ixtira 
edilmişdir. Asandır məgər?! Bu axırıncı  təcrübəsindən bir şey çıxarsa, bütün 
kimyəvi elmində bir inqilabdır... 
T o ğ r u l. Eh, Tanya, dayan bir mən bu qurbağa ilə öz haqq-hesabımı 
qurtarım. Tanya, biz gərək Amerikaya nə vaxt çataq? 
T a n y a. Hesabnan gərək bu yaxınlarda çataq. 
T o ğ r u l. Eh onu Allah döymüşdü. Mən elə az qalıb vurub keçim onu... 
T a n y a. Keç, Tokay keç... 
T o ğ r u l. Adə, vay dədə vay! Qurbağaları salmışam tok altına, sən də 
tutmuşsan məni söhbətə... 
Ta n y a. Balam, mən danışıram, sən? 
T o ğ r u l (aparatın yanına keçir və yolda tələsik keçən Yaşarı görür). Adə, 
Yaşar, Yaşar, bura bax... Bura bax hey... 
Y a ş a r. Dayan, Toğrul, sən allah! Kükürdü qatmışam kömürə, zəhrimar barıt 
olub. 
T o ğ r u l. Bəs nə olaydı, gərək? Sənin üçün daha qızıl-zad olmayacaqdı ki! 
Y a ş a r. Mən zəhrimardan ayrı şey almaq istəyirdim... (Getmək istəyir). 
T o ğ r u l. Adə, Yaşar, bu şoğərib qurbağa cükküldəyir axı... 
Y a ş a r. Bəlkə toku çox buraxmışsan. Hanı? Ölüb ki... 
T o ğ r u l. Necə yəni, ölüb? Hanı? Ölüb? 
Y a ş a r. Odur, biri ölüb də... Görmürsən? 
T o ğ r u l. Vay sənin atova lənət, Tanya! Tutdun məni söhbətə, ara yerdə 
qurbağam öldü. 
Y a ş a r. Daha Tanya nə eləsin? Voltajı bir az azalt. 
T o ğ r u l. Adə, Yaşar, mən istəyirəm axı səni Tanya üçün elçiliyə göndərim. 
Elə özü istəyir məni hey. Ölür mənim dərdimdən... 


217 
 
Y a ş a r. Nədən bilirsən? 
T o ğ r u l. İndi, çox da istəmir. Mən ki, istəyirəm. Sən onu başa sal da. 
Deyinən yaxşı  oğlandır, belədir, belədir, gələcəyi parlaqdır. Deyinən qızıl kimi 
oğlandır. 
T a n y a. Xalis samovar qızılı. 
 
Yaşar gedir 
 
T o ğ r u l. Hə, nə olub mənə! Gözəl-göyçək! Bu mənim qəddiqamətim, bu da 
mənim sir-sifətim. Bu gün-sabah ixtira da eləyəcəyəm. 
T a n y a. Ölü qurbağaynan... 
T o ğ r u l. Tfu sənin zatına... Köpək oğlunun qurbağası! Eybi yoxdur, biri 
diridir. Ölsə də qoymayacağam onu ölsün. 
Y a ş a r (əlində aparat çıxıb bir aparatın başına keçərək). Toğrul, keç 
transformatora. Tanya, sən də voltmetri qur, reostatı işlət. Ancaq nə dedim eləyin, 
qorxmayın... 
T a n y a. Yox, Yaşar, yenə dünənki kimi eləməyəsən. Sən, deyəsən, öz 
canından əl çəkmisən. Bu elektrikdir, Yaşar, zarafat deyildir. 
T o ğ r u l. Adamı kömürə döndərər. 
Y a ş a r. Qorxma, qorxma başla. Toğrul, mən saydıqca, sən toku artır. Ancaq 
saxlamaq olmaz, eşidirsənmi? Başla! Bir, iki, üç. Tanya, sən də artır. Bir, iki... 
T o ğ r u l. Hara sayırsan, adə! Bir, iki, artıq mümkün deyil. 
Y a ş a r. Keçirt, keçirt, qorxma. Sağa, bir də, bir də. 
T o ğ r u l. Partlar, adə, neyləyirsən? 
T a n y a. Izolyator yanır, Yaşar, qaytarmaq lazımdır. 
Y a ş a r. Tanya, sən qayıt! Sən artır, Toğrul. Bir, iki. 
T o ğ r u l. Nəyi deyirsən, adə, dəli olmamışsan ki. Elə bil fındıq sayır. 
Tərkibində barıt var. 
Y a ş a r. Barıt yoxdur, kükürd var, Tanya, sağa, bir, iki... 
T a n y a. Yaşar, saxla! Izolyator yanır, deyirəm. 
Y a ş a r. Yanmaz, deyirəm sənə. Toğrul, artır görüm. 
T o ğ r u l. Mən daha artıra bilmərəm, atam, partlar, yıxılıb ölərsən. Özün 
cəhənnəmə, elçiliyə gedən də olmaz. 
Y a ş a r. Artır, deyirəm sənə. Möhkəm dur, qorxma. 
T a n y a. Voltmetr doludur, Yaşar. 
Y a ş a r. Qorxma, Tanya, ver. Bir, iki, üç... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə