Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   61   62   63   64   65   66   67   68   ...   113

207 
 
rəm ki, Baxşı onun yoldaşıdır, mən şübhə etmirəm ki, bu iş onların ikisinin işidir 
və heç şübhəsiz ki, burada qonşularımızın da barmağı vardır. 
S a l a m o v. Ey, barmağı olanın atasına lənət! Köpəy oğlu Ağamyan, heç eybi 
yoxdur. 
S ə d r. Sus, sakit! Aram Babayan, siz Baxşının yanında heç bir şey olmadığını 
qəti surətdə... 
A r a m. Nə? 
S ə d r. Siz Baxşının yanında heç bir şey olmadığını qəti surətdə... 
A r a m. Nə? 
S  ə d r. Siz Baxşının yanında heç bir şey olmadığını  qəti surətdə  təsdiq 
edirsiniz, halbuki... 
A r a m. Daha mən neyləyim, o yazıq məndən gül alırdı, mənciyəz ki, heç bir 
şey görmədim. 
S ə d r. Bəlkə əlində yoxmuş, cibində imiş... 
A r a m. Nə? 
S ə d r. Bəlkə əlində yoxmuş, cibində imiş? 
A r a m. Yox, ciblərində də bir şey yox idi. 
S ə d r. Siz onun ciblərində bir şey olub-olmadığını... 
A r a m. Nə? 
S ə d r. Siz onun ciblərində bir şey olub-olmadığını nədən bilirsiniz? 
A r a m. Nədən, nədən bilirəm? Mən onun ciblərini gördüm: pullarını itirmişdi, 
bütün ciblərini axtardı, çevirdi, axırda birindən tapdı. 
S ə d r. Oturun! 
P r o k u r o r. Məncə, məsələ aydındır, danışığı davam etdirməyə  dəyməz. 
Səkkiz polis nəfəri, üç pristav öz gözləri ilə gördüklərini söyləyirlər. General-
qubernatoru vuran hər iki dəfədə Eyvaz Əsriyan olmuşdur. Onun qiyamçılığı da 
sənədlərlə sübut edildi. Baxşı da qiyamçılar təşkilatlarında iştirak etmişdir. Eyvaz 
Əsriyanın bu cinayəti  əlahəzrət imperator və böyük Rusiyanın müqəddəs təxtü-
tacına qarşı bir qəsddir, ona görə  də  mən öz təklifimdə israrla, Eyvaz Əsriyanın 
ölüm cəzasına və Baxşının on il dustağa məhkum edilməsini  ədalət 
məhkəməsindən tələb edirəm. 
S ə d r. Müttəhim Eyvaz Əsriyan, siz general-qubernatoru öldürməklə əlahəzrət 
imperatorun təxtü-tacına qarşı  qəsd etməkdə müttəhim edilirsiniz. Özünüzü 
müdafiə üçün nə deyə bilərsiniz?  Ədalət məhkəməsinin qərarı sözlərinizin 
doğruluğundan və səmimiyyətindən çox asılı olacaqdır. 


208 
 
B a x ş ı. Cənab sədr, mən ondan qabaq bir işi açmaq istəyirəm. 
S ə d r. Mən sizə söz verəcəyəm. 
B a x ş ı. Məsələ çox mühümdür və Əsriyanın danışacağı ilə əlaqədardır. 
E y v a z. Otur, Baxşı! 
S ə d r. Müttəhim, olmaz deyirəm. 
B a x ş ı. Burada Salamov və Ağamyandan başqa bütün şahidlər göstərdilər ki, 
general-qubernatoru öldürən Eyvaz Əsriyan olmuşdur, ona görə də prokuror onun 
üçün ölüm cəzası tələb etdi. Mən məhkəmə qarşısında açıb bildirirəm ki, bunların 
hamısı yalandır, Eyvaz Əsriyanın bu işdən xəbəri yoxdur, general-qubernatoru mən 
öldürmüşəm. 
S ə d r. Müttəhim, mən sizə söz vermirəm. 
S a l a m o v. Salaməleyküm, ağa, gördünüz, deyirəm şipyondur, köpəy oğlu, 
deyirsiniz yox, istəyir müsəlmanların boynunda qalsın. 
B a h a d ı r b ə y. Cənab sədr, mən bütün müsəlmanların adından bu işə 
protesto edirəm, çünki bu iş bizim milli pazisionumuza müxalifdir... Bizim hüquqi-
milliyyəmiz... 
S a l a m o v. Bahadırbəy, sən allah, bir dayan, soxma o milliyyəni ortalığa. 
S ə d r. Yavaş, səs salmayın, məhkəmə iclası uprava yığıncağı deyildir. 
P r o k u r o r. Cənab sədr, güman edirəm müttəhim Baxşı naxoşdur, rica 
edirəm ekspertiza təyin edilsin. 
B a x ş ı. Mən naxoş deyiləm. 
E y v a z. Prokurorun sozü doğrudur. Heç şübhəsiz ki, vətəndaş Baxşı ya 
naxoşdur, ya da mənimlə dostdur, mənim işimi öz boynuna almaqla cəzamı 
yüngülləşdirmək istəyir. Onun nə bu işə, nə də sizing qiyamçılıq dediyiniz inqilab 
hərəkatına heç bir dəxli yoxdur. Generalqubernatorun ölümü işçilərin iradəsidir ki
yerinə yetirilmişdir. 
P r o k u r o r. Qərar çıxaran təşkilatda kimlər vardır? 
E y v a z. Qərarı heç bir təşkilat çıxarmamışdır. O təşkilat mən özüməm, onun 
sədri də  mənəm, üzvləri də  mənəm, qərarı  mən çıxartmışam, özüm də yerinə 
yetirmişəm, general-qubernatoru mən öldürmüşəm. 
S ə d r. Nə üçün? 
E y v a z. Çünki sizin hamınız kimi o da provokatordur. İki qardaş kütləni bir-
birnə qırdıran, minlərlə uşaqları anasız, arvadları ərsiz, 


209 
 
külfətləri başçısız, ac-susuz qoyan odur. Bu gün birgə bizə qarşı çıxan ağamyanlar, 
salamovlar sizin köməkçiniz, onun və sizin əlinizdə ancaq bir oyuncaqdırlar. 
S a l a m o v (yerindən). E... e... e... 
S ə d r. Sus! 
E y v a z. Mənim üzümə on iki polis nəfəri durur, lakin onlar yalan deyirlər. 
Mən general-qubernatoru təklikdə vurmuşam. Onlar sizing düzəltmənizdir. Bu gün 
siz bir ədalət maskası geyib, məni mühakimə edirsiniz, lakin siz özünüz kimsiniz? 
Volodini kim öldürdü? Rəhmanovu kim öldürdü? Bnadzeni kim öldürdü? 
Yeremyanı kim öldürdü? Onları kim mühakimə etdi? Nə üçün etmədi? Siz hamınız 
qatilsiniz, cəlladsınız! Sizin qurduğunuz təxtü-tacın sonu yetişmişdir! Çox çəkməz 
ki, bu gün bizim oturduğumuz bu yerdə siz özünüz oturmalı olarsınız. Minlərlə 
uşaqlar sizdən öz atalarını, minlərlə analar öz oğullarını istərlər. Sizin 
məhkəmənizin özülü qan üstündə qoyulmuşdur. 
S ə d r. Müttəhim, siz özünüzü ələ alın, ədalət məhkəməsini təhqir etmək sizə 
bir o qədər də fayda verməz. Belə  çıxır ki, siz doğrudan Rusiya imperiyasının 
müqəddəs təxtü-tacına düşmənsiniz. 
E y v a z. Mənim əqlim başımdadır, dediklərimi çox gözəl düşünürəm. 
S ə d r. Demək, siz Rusiyanın təxtü-tacına düşmənsiniz. 
E y v a z. Mən düşmənəm, mən düşmənəm sizin qan içində üzən təxtü-tacınıza! 
Mən düşmənəm sizin insan əti yeyən ikibaşlı qartalınıza! Mən düşmənəm sizin 
süngü və pulemyot üstündə duran hökmranlığınıza! Mən düşmənəm sizin ikiüzlü 
qanlı  məhkəmələrinizə! Bu gün bir məni asmaqla siz özünüzü tarixin amansız 
səhifəsindən poza bilməyəcəksiniz. Mən  əzdiyiniz milyonlardan biriyəm. Bu gün 
deyilsə, sabah o milyonlar torpaqdan baş qaldıracaq və sizin qanlı  təxtü-tacınızı 
başınıza çevirəcəkdir. Mən buna öz varlığım kimi inanıram. 
S ə d r. Müttəhim, mən daha sizə söz vermirəm. 
 
Məhkəmə heyəti ayağa durur. İşıq sönür, yanır. 
Sədr qərarı oxuyur, bütün salon ayaq üstə qulaq asır. 
 
S  ə d r. Buna görə  də  məhkəmə Eyvaz Əsriyanın, general-qubernatoru 
öldürməsini və böyük Rusiya imperiyasının müqəddəs təxtütacına düşmən 
olduğunu sübut edilmiş hesab edir. Məhkəmə heyəti müttəhim Baxşının da 
qiyamçılar hərəkatı ilə əlaqəsi olduğunu təsdiq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə