Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   69   70   71   72   73   74   75   76   ...   113

233 
 
İmamyar gedir. Yaşar fit çalaraq əl çamadanını açır, papiros çıxarıb stol üstünə 
qoyur. Tarını divardan asır. Kiçicik pəncərəyə yanaşıb bayıra baxmağa başlayır. 
Səhnə ardında oxuyurlar. 
 
Y a q u t (əlində çay içəri girərək və gülümsəyərək). Xoş gəlmişsiniz! 
Y a ş a r. Sağ olun! 
Y a q u t (çayı stol üstünə qoyaraq)  Əmim yenə  nə danışırdı? Yəqin məni 
söyürdü. 
Y a ş a r. Sizin əminiz mənim çox xoşuma gəldi, Yaqut. Gözüaçıq, üzügülər... 
Y a q u t. Sən mənim adımı hardan bilirsən? 
Y a ş a r. Mən sənin adını uşaqlıqdan bilirəm. 
Y a q u t. Mən də  sənin adını bilirəm. Sənin adın Yaşardı. Biz uşaqlıqda bir 
yerdə oynardıq, yadındadırmı? 
Y a ş a r. Yadımdadır, Yaqut. Həmişə  kəndi fikirləşəndə, birinci yadıma sən 
gəlirdin. Sən onda lap balaca idin. 
Y a q u t. Sən məndən böyükdün. Elə də nadinc idin ki. Bir yol mənim başıma 
bir daş vurubsan, indi də yeri qalıb, bax bir... (Örpəyini çəkir, başını Yaşarın 
köksünə doğru  əyir. Yaşar gülərək, onun saçlarına baxır). Həmişə başımı 
darayanda sən yadıma düşürsən... 
Y a ş a r. Yəqin həmişə də söyürsən məni. 
Y a q u t. Yox, söymürəm... O sizinlə gələn arvad kimdir? 
Y a ş a r. O mənim yoldaşımdır. 
Y a q u t. Yoldaşın, yəni arvadın da?.. 
Y a ş ar. Yox, mənim arvadım yoxdur, evlənməmişəm. Xalis subayam ki, 
varam. 
Y a q u t. Burda indi adamlar öz arvadlarına yoldaş da deyirlər, axı. Bəs kimi 
gözləyirsən? Çay soyudu ki, otur da... 
Y a ş a r. Yox, Yaqut, mən bir azdan yığıncağa gedəcəyəm. 
Y a q u t. Yığıncaq deyirlər axşamüstüdür ki. Mən də gedəcəyəm. Hələ soyun, 
bir az dincəl, çıxart pencəyini. 
Y a ş a r. Yox, mən hələ bir qədər... 
Y a q u t. Çıxart, çıxart! Bir az sonra gedərsən. Yığıncaq qaçmır. Çıxart görüm! 
 
Onun pencəyinin yaxa düymələrindən yapışıb soyundurmaq istəyir. 
Qollarını elə uzadır ki, Yaşarı qucaqlamış kimi olur. 
Bu aralıq pəncərədən İ m a m y a r ı n başı görünür. 


234 
 
Y a ş a r. Yavaş, ay qız, yıxıldım ki (Yıxılmamaq üçün Yaqutdan yapışır). 
Y a q u t. Yavaş, əmim gəlir. 
 
Yaqut gedir. Yaşar təcrübə alətləri ilə məşğul olur. Yaqut səhnə dalından oxuyur. 
 
Y a q u t. 
Sənin ardınca 
Yaşıl bağları, 
Uca dağları 
Aşaram, gözəl. 
 
Sənin dərdindən 
Gecə bilmədən, 
Gündüz gülmədən 
Yaşaram, gözəl. 
 
Y a ş a r. Eh... getmək lazımdır. 
T o ğ r u l (bayırdan). Adə, Yaşar, Yaşar! (Tanya ilə gəlir). Hələ yatmamışsan? 
Y a ş a r. Heç yata bilmirəm... 
T o ğ r u l. Yoxsa ağcaqanadlar dişləyir? Tanya, sən gərək o boğucu qazlarını 
gətirə idin. Necə ağcaqanad malıdır! 
T a n y a. Özünü ələ sal. Sənin qurbağandan necədir?.. 
T o ğ r u l. Özüm ölüm, elə mükəmməl yatmışdım ki, gəlməsə idin, axşama 
kimi duran deyildim. 
T a n y a. Mən səhərdən bütün kənd sahilini gəzmişəm. Sənin proyektini 
fikirləşirdim. Yaşar, başqa cür heç mümkün deyil. 
T o ğ r u l. İndi ki, yata bilmirdin, barı oturub işləyə idin. Yaşar, qız harada 
olur? 
Y a ş a r. Hansı qız?.. 
T o ğ r u l. O ki şəhərdə dilindən düşmürdü. Yaqutdur, zümrüddür, saxsıdır 
nədir? O ki bir yol vurub başını da yarmışsan a? 
 
Yaqut çay gətirir və Yaşarın boş stəkanını aparmaq istəyir

 
Y a ş a r. Mənim üçün bir az açıq tök, Yaqut... 
Y a q u t gedir. 
T o ğ r u l. Aha... Yaqut?! 


235 
 
T a n y a. Nə gözəl qızdır! Olmaya sənin dediyin elə bu qızdır? 
Y a ş a r. Budur, Tanya. Görürsən, gözəl deyil? O mən düşündüyümdən daha 
gözəl çıxmışdır. 
T o ğ r u l (qollarını  çırmayıb boks vəziyyəti alaraq). Ey-ey, pasmatri... sən 
öləsən, heç o boyda zarafat yoxdur. Bu qızı  mən özüm alacağam. Gərək Tanya 
olmayaydı, gör alırdım, ya yox. 
T a n y a. Mənə nə var?... 
T o ğ r u l. Necə mənə nə var? Dahı ikinizi də bir kərəmə ala bilmərəm ki. Yenə 
sən məni sevməsəydin... 
T a n y a. Kimdir o səni sevən? Bax, Tokay, bir də desən, yazacağam kontrol 
komissiyasına... 
T o ğ r u l. Eh, yaz da... Bəs özün mənim ailə həyatımı pozursan. 
T a n y a. Ailə həyatı hansıdır? 
T o ğ r u l. Necə hansıdır? Bu gün-sabah səni alaram, olar ailə həyatı. 
İ m a m y a r (bayırdan səsi gəlir). Səsini kəs, adə səsini kəs, adə.  Adamda 
gərək dərrakə olsun, adam gərək ya özü qansın, ya da özgəsi deyəndə qulaq assın... 
(İçəri girir). 
Y a ş a r. Nə var, dayı?.. 
İ m a m y a r. Heç, a kişi, uşaqlardır. Adamın ki, dərrakəsi olmadı, heç zad. 
T o ğ r u l (Yaşara). Di dur ayağa görək. Nüsrət deyirdi bu saat adamlar 
yığışacaqlar. Kağız-mağızını da yığışdır. 
İ m a m y a r. Hə... adamlar elə çay qırağında təpədədir... 
T a n y a. Biz bayırda dayanmışıq, tez qurtar... 
T o ğ r u l. Tez, tez. Mən də bayırda dayanmışam. Tanyanı gözdən 
qoya bilmərəm. 
Y a ş a r. Bu saat (Toğrul və Tanya çıxır). O kimdi qışqırırdı, dayı? 
İ m a m y a r. A kişi, heç nə!.. Mənim bir dəlisov qardaşım var, odur... 
Y a ş a r. Nə var, nə olub? Nə deyir axı? 
İ m a m y a r. A kişi, axtarsan, heç nə... Adamın gərək bir dərrakəsi olsun
adamlığı olsun, qanacağı olsun. Gəlib görüb ki, uşaq bura çay gətirir, başlayıb 
nəm-nüm eləməyə. Belə basaram, belə kəsərəm. Deyirəm: ay atam, hər zəmanənin 
bir hökmü var. Bir vaxt var idi ki, oğlan bir yaylıq alma götürüb gedərdi, 
dırmaşardı hasara, nə var, mən adaxlıbazlığa gəlmişəm. Bir də görürdün qızın 
atası, qardaşı durdu ayağa, 


236 
 
partapart... düşürdü bir qırğın. Indi dəxi zəmanə  dəyişib, arvadlar kişilərdən çox-
çox bilirlər. Elə deyil yəni, qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram? 
Y a ş a r. Sən doğru düşünürsən, dayı. 
İ m a m y a r. Deyirəm: balam, bu uşaq gəldi-gedər deyil ki, deyəsən belə. Öz 
elimizdir, günümüzdür. Hər yerin, hər vaxtın bir qaydası vardır. Sən o partapartnan 
böyümüşsən, olar indi belə böyüyüblər də...  İntəhası, bir qız bir oğlanındır. Elə 
deyil, qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram? 
Y a ş a r. Dayı, onun acığı gəlirsə, mən köçüb başqa yerdə otura bilərəm. 
İ m a m y a r. Uşaq olma, a kişi... Mənimlə mala şərik deyil ki... Xoşu gəlmir, 
özü köçsün getsin başqa yerdə otursun. Mənim qonağımın gözünü filəyənin 
gözünü çıxardaram... 
T o ğ r u l (bayırdan). Nə oldu, adə, Yaşar? Səni görüm yaşamayasan, qurtar 
da... 
Y a ş a r. Bu saat. Yaxşı, dayı, sonra danışarıq. 
İ m a m y a r. Həri ya... Ürəyinə başqa şey gəlməsin, qardaşoğlu! Bular hamısı 
dərrakəsizlikdəndi... Buyur, buyur qardaşoğlu... Ver kağızları mən götürüm... 
Y a ş a r. Yox, dayı, bu kağızları özümdən ayrı sala bilmərəm. Hər nə var, 
proyekt və ya başqa hesablar hamısı bu papkadadır. Bunları düzəltmək üçün dörd il 
işləmişəm. Bu ki itdi, hər iş qurtardı getdi. Sonra nə mən bir iş görə bilərəm, nə də 
heç kəs... 
İ m a m y a r. Aha... Belə de... Onda, başına dönüm, bərk saxla, Allah 
eləməmişkən itər edər, peşmançılıq olar. Buyur, buyur... 
 
Çıxırlar. Onlar gedəndən sonra Y a q u t gəlib stəkanları yığır. 
Yaşarın kimya şüşələrinə baxır. Tarın simini barmağı ilə tərpədir və divan üstə 
oturub, pəncərəyə baxaraq oxuyur. 
 
Y a q u t. 
Mənə hər görən 
Dedi daima 
Ki gözəllərin 
Vəfası yox. 
 
Çəkil eşqdən 
Uzaq eşqdən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə