Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   65   66   67   68   69   70   71   72   ...   113

221 
 
To ğ r u l. Mən, professor, elektrikdə elə bir qüvvə tapmışam ki, iki saniyədə 
vərəm mikroblarını öldürür. 
B e l o k u r o v. Öldürür? 
T o ğ r u l. Heç qoymayır canına yel keçsin. Iki saniyədə. 
B e l o k u r o v. Bu da əhəmiyyətsiz məsələ deyildir. Təcrübə nə sayaqdır! Sən 
yaz, Tanya, protokol düzəlt. 
T a n y a. Baş üstə... 
 
Belokurov stolun yanında oturur

 
T o ğ r u l. Qurbağanın qanını mikroskopdan keçirtdim. Qan sağlamdır. Sonra 
qanına bir qram vərəm mikrobu yeritdim... 
B e l o k u r o v. Qurbağanın ürəyini yoxladınmı? 
T o ğ r u l. Yoxladım, professor, ürək qaydasında idi. Qurbağanı əvvəl dəyişkən 
tok altına saldım, sonra daimi tok altına və getdikcə toku artırdım. 
B e l o k u r o v. Sonra? 
T o ğ r u l. İki saniyədən sonra qurbağanın qanını yoxladım. Bütün mikroblar 
ölmüşdür. 
B e l o k u r o v. Bəs qurbağa? 
T o ğ r u l. Qurbağa? Qurbağa da öldü. 
B e l o k u r o v. Öldü? Hey, hey! Yaxşı, adamın qanındakı qüvvəti 
hesabladınmı? 
T o ğ r u l. Hesabladım, professor. 
B e l o k u r o v. Nə oldu? Adam ölür, qalır? Ancaq, zəhrimar, adam özü də 
ölür... 
B e l o k u r o v. Təcrübə yaman deyil, davam etdirmək lazımdır. 
Y a ş a r (gələrək). Budur, professor, baxın, baxın, bu, duzdur... elədirmi? 
B e l o k u r o v. Bu saat. O zadı  bəri ver, Tokay... (əlindəki ölçünü şüşəyə 
salaraq) Elədir, duzdur. Sən yaz Tanya! 
 
Tanya yazır. 
 
Y a ş a r. Bu da mənim düzəltdiyim tərkib. On damcı tökürəm. İndi baxın duz 
varmı? 
B e l o k u r o v. Bu saat (Ölçərək, dayan, dayan. Bu saat... (Durub aparatın 
yanına gedir). Yoxdur. Dayan, dayan. Təzədən tök. Bu duz. Çox gözəl. Yaz, 
Tanya.  İndi tök görüm, yoxdur, duz yox oldu (İçəri girən Ivanov). Ivan 
Qriqoryeviç, yoxdur. Görürsünüzmü nə olur? 


222 
 
İ v a n o v. Nə yoxdur, Aleksandr Vasilyeviç? 
B e l o k u r o v. Yaşar, Yaşar yoxdur. Tfu, duz yoxdur. Duz yox oldu. Mənim 
tələbəm tapdı. Siz də baxın, İvan Qriqoryeviç. Baxın bu duz. Ölçün, elədirmi? Bu 
da tərkib. Ölçün, yoxdur. Duz yoxdur. 
İ v a n o v. Elədir, Aleksandr Vasilyeviç. 
B e l o k u r o v. Sağ ol, Yaşar! Tanya, sən protokol yaz. Bütün sovet 
laboratoriyalarına, bütün dünyaya teleqrafla xəbər vermək lazımdır. 
Duz pozuldu. Sağ ol, Yaşar! Barakalla, oğlum! 
T o ğ r u l. Yandırdım Edissonun atasını! 
T a n y a. Daha sən nə üçün?.. 
T o ğ r u l. Necə? Mən də bu gün-sabah tapacağam da... 
T a n y a. Təbrik edirəm, Yaşar! Ürəkdən şadam... 
B e l o k u r o v. Yox, yox! Siz vəziyyəti düşünmürsünüz. Duzun təbiətini 
dəyişdirmək... Bu, inqilabdır. Görüm tərkibin siyahısını. 
 
Yaşar ona uzadır 
 
Y a ş a r. Budur kükürd 6, fosfor 24, oksigen 2, hidrogen 8. 
B e l o k u r o v. Dayan, dayan, görüm o mənim öz siyahımı.  
 
Tanya professorun kağızını ona verir, professor tutuşdurur. 
 
İ v a n o v. Təbrik edirəm, gənc injener! Sizin bu təcrübəniz elm aləmi üçün 
böyük bir xidmətdir... 
T o ğ r u l (yavaşdan Tanyaya). Allaha şükür, dilləndi. Özüm ölüm, bir azca 
gec danışsaydı, ilişdirəcəkdim yumruğumu allahlığına... 
B e l o k u r o v (durur). Dayan, dayan! Ola bilməz. Mən həmin tərkibi 20 yol 
təcrübədən keçirmişəm, nəticə verməmişdir. Kükürd 6, fosfor 24, oksigen 2, 
hidrogen 8. Özüdür ki, var. 
Y a ş a r. Mən, professor, bütün tərkibi kislatada qarışdırıb, elektrik 
cərəyanından keçirmişəm. Tərkib kimya tərkibinə çevrilmişdir. 
B e l o k u r o v (başına vuraraq). Aha, aha... belə de. Elektrik! Bu mənim 
ağlıma gəlməmişdir. Mən beş ildir bunun üstündə baş  sındırmışam. Düzdür... 
Tanya, Tokay, İvan Qriqoryeviç, təbrik edin onu. Duz pozulmuşdur. Sağ ol, Yaşar 
(onu öpür). 
İ v a n o v. Mən təbrik etdim, Aleksandr Vasilyeviç... Çox sevinirəm ki, bu 
ixtiranı bütün dünyaya birinci olaraq bizim laboratoriya verir... 
Y a ş a r. Mən, professor, kəndimizin yanından başlanan geniş duzdağı bu 
tərkiblə təmizləyib, pambıq tarlasına çevirəcəyəm... 


223 
 
İ v a n o v. Lakin bunun tətbiqi çətin olacaqdır. Hər şeydən qabaq böyük bir 
elektrik stansiyası olmalıdır, deyilmi? 
Y a ş a r. Elektrik stansiyası mümkündür. Mən onu düşünmüşəm. Kəndimizin 
qabağından çay axır. Onu barı içərisinə almaq və elektrik stansiyası üçün istifadə 
etmək lazımdır. 
B e l o k u r o v. Dayan, dayan, Yaşar! Sən duzdağı  işlətmək istəyirsən? Bu 
tərkiblə? 
Y a ş a r. Bəli, professor. Ucsuz-bucaqsız, otsuz-ələfsiz bir düzəni yaşıl 
çəmənlərə, pambıq tarlalarına çevirmək  əvvəlcə  xərc çox götürər: material
elektrostansiya. Lakin sonralar ətəklər dolusu mayasız qazanc... Mən hamısını 
düşünmüşəm... 
B e l o k u r o v. Yox, Yaşar! Bu, baş tutmayacaqdır. Dediyin məqsəd üçün bu 
tərkib yaramaz... 
Y a ş a r. Necə yaramaz? 
B e l o k u r o v. Yaramaz, Y a ş a r! Bu tərkib ancaq laboratoriya şəraitində 
effekt verə bilər. Açıq havada işləyə bilməz. 
Y a ş a r. Neçin, professor? Mən yerdəki duzu dəyişdirib, torpağa çevirəcəyəm. 
B e l o k u r o v (qalxır). Dəyişməz, Yaşar! Burada günəşin təsiri hesaba 
alınmamışdır. 
İ v a n o v. Sizin dediyiniz ancaq ehtimaldır, Aleksandr Vasilyeviç. Doğru 
çıxmaya da bilər. Bu qədər böyük bir işi təkcə ehtimala görə pozmaq olmaz... 
B e l o k u r o v. Mənim üçün bu ehtimal deyil, faktdır... 
Y a ş a r. Yox, professor, mən bununla razı deyiləm. Mənə elmi sübut lazımdır. 
B e l o k u r o v. Sən günəşin təsirini hesaba almamışsan. 
I v a n o v. Yox, professor, bu hələ sübut deyildir. 
B e l o k u r o v. Mən öz fikrimi deyirəm. Milyonlarla pulları və insan əməyini 
bilərək çölə tullamaq... Yox, Yaşar... Bu çox böyük məsuliyyətdir. Mən buna yol 
verə bilmərəm... Mənim fikrimi yaz, Tanya. 
Y a ş a r. Mən isə vuruşacağam, professor. Mən öz əsaslarımın doğruluğuna 
şübhə etmirəm. 
T o ğ r u l (Yaşara). Baxma, qələt eləyir... tərs-avand vurur, Allah vurmuş! 
İ v a n o v. Yaxşı, qoyun geniş akademiya iclası çağırılsın, Yaşar, öz əsaslarını 
göstərsin, baxarıq (Yaşarın qulağına). Qorxma, Yaşar, mən sənin tərəfində 
olacağam... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə