Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   37   38   39   40   41   42   43   44   ...   113

131 
 
O b i r i d ə s t ə. Yalandır, yalandır. 
S ə d r. Yoldaşlar, yerinizdən səs salmayın! 
O c a q q u l u (ayağa durur). Bəs məscidi nə üçün demirsiniz? Allahı nə üçün 
demirsiniz? Yoldaş  qəmisyə, mən səndən və külli bu yığılan camaatdan sual 
edirəm: hər binanın bir ustası və hər bir məxluqun bir xaliqi var, ya yoxdur? Hə, 
sual edirəm: var, ya yoxdur? 
B a r a t. Get sən onu o axsaq qatırından sual elə! 
O c a q q u l u. Genə də dedi qatır! Qatırı axsaq olanın atası tünbətün olsun, 
sonra da, o sözü çıxardanın. 
S ə d r. Yoldaşlar, səs salmayın! 
Ş ə r i f. Mən özüm getdim ona dedim ki, yoldaş müəllimə, neçə vaxtdır burada 
Mirzə Səməndər də müəllimdir. Nə üçün bir adam ondan bir gülcən də inciməyib, 
hə? Yoldaş Şura sədri inciyib? 
B a l o ğ l a n. Yox, canım, yox, canım, yox, yox, bir gülcən deyəsən, yox, yox. 
H a c ı Ə h m ə d. Canunçun, yoldaş sədr, uşaqlar hamısı, lap hələ kəndlilər də, 
başına and içirlər, neçün ki, düz işləyir, görürəm işinə diqqət eləyir. Belədir, 
Baloğlan, ya qeyri-belədir? Amma bu birisi, baxırsan, görürsən ki, yox... əyir... 
əyir... 
S ə d r. Yoldaşlar, mən qəti surətdə təklif edirəm ki, yerinizdən danışmayın! 
Ş ə r i f. Yoldaşlar, mən özüm qəzet müxbiriyəm, bu mənim kağızlarım, bu da 
vəsiqələrim, hamısını subutalni, dakumentalni göstərirəm. Tutaq ki, mənim 
dediklərim hamısı yalan oldu. Bəs bu yekə uşağa nə deyəcəksiniz, yoldaş Barat? O 
da yalandır? Ona nə deyəcəksiniz?  İldən yuxarıdır müəllimə buradadır. Nişanlısı 
da elə dünən gəlibdir. Bəs bu uşaq haradan çıxdı? Hə? Onda dillənmirsiniz? 
Yoldaş Gülverdi, yoldaş Barat, yoldaş Aftil, dillənsəniz! 
H a c ı Ə h m ə d. Ay barakallah, ay barakallah, yaxşı tutdu... 
S ə d r. Siz ayrı-ayrı adamlarla danışmayın! 
Ş  ə r i f. Odur ki, kəndlilər öz arvadlarını  çıxarıb apardılar, qaldılar, zadda, 
zadda, arvadlar qaldılar zadda (Dəftərini vərəqləyir). 
A f t i l. Hansı cəhənnəmdə qaldılar? 
B a r a t. Qalmazlar, biz onları traktorla gətirərik. 
O c a q q u l u. Neynən? Neynən dedin? 
B a r a t. Sənin axsaq qatırınla. 
O c a q q u l u. Genə də dedi qatır? Genə də dedi qatır! 


132 
 
S ə d r. Yoldaşlar... 
Ş ə r i f. Arvadlar qaldılar cəhalət və səfalət pəncəsində. Məktəbdən də hər kəs 
öz uşağını apardı, məktəb də dağıldı. 
B a r a t. Məktəbi siz dağıtdınız! 
Ş ə r i f. Mən öz bacım oğlunu heç aparmadım da. Ona bina, mən bilirəm ki, 
burada təqsir müəllimədədir. Ona görə  də belə müəllimə, hansı ki, heç nəyə 
ləyaqəti yoxdur, gərək ona lap böyük cəza verilsin ki, başqalarına da dərs, ibrət 
olsun. Ona görə də mən deyirəm: yaşasın Şura hökuməti! 
 
Hamı əl çalır. Bu aralıq bayırdan bir gurultu qopur. 
 
X a n ı m n a z ağlayaraq, içəri girir. 
X a n ı m n a z. Vay, evim yıxıldı. Yıxdılar balamın evini. Mən yuxumu 
görmüşdüm. Ay balam! (İçəri girib, Almaza doğru gedir. Almaz onu görüb, tez 
ayağa durur). 
S ə d r. Yoldaşlar, səs salmayın! 
K ə n d l i l ə r (daldan Xanımnazı tuturlar). Ay arvad, ora getmək olmaz ey! 
X a n ı m n a z. Olmaz? Bəs neyləyim? Ay balam! 
B a r a t. Eybi yoxdur. Xala, otur bir yanda. 
X a n ı m n a z. Vay, balamın evini yıxdılar. Ay camaat, uşaqlarınızın başına 
dolanım, uşağımı sizdən istəyirəm. 
H a c ı  Ə h m ə d. Bacı, biz nə edək? Dedi, malı  qırov öldürər, qışın adı 
bədnamdır... 
O c a q q u l u. Ey ciyərə qane olmayan pişik, asıl qənarədən, sənə bundan 
bətəri gərəkdir! 
X a n ı m n a z. Ay başınıza dönüm, mənim uşağımda bir təqsir yoxdur. 
Nadandır. Ay camaat, çevirin uşağımı balalarınızın başına, yazığam. 
M i r z ə S ə m ə n d ə r. Uşaqdır, canı çıxsın, dilini saxlasın. O gəlmişdi ayran 
içməyə, başlamayaydı ara açmağa. Keç otur daha bir yanda, zəhəndəlik eləmə. 
A f t i l. Xanımnaz bacı, keç otur. Eybi yoxdur. Dünyanın işi belədir. 
Çəkişməsə, bərkişməz
1

S ə d r. Hacı Əhməd, sizin bu barədə sözünüz varmı? 
 
                                                            
1
 
Müəllifin əlyazmalarından birində Xanımnazın məclisə gəlməsi ilə əlaqədar 
olan bu parça ixtisar edilmişdir. 
 


133 
 
H a c ı Ə h m ə d. Yoldaş sədr, mən özüm orta bir kəndliyəm. Özüm də invalid, 
bu da mənim kağızlarım. Şura hökumətinə də canlabaşla qulluq eləməyə hazırıq. 
S  ə d r. Vətəndaş Hacı  Əhməd, siz vətəndaş Almaz xanımın işi haqqında nə 
bilirsiniz? 
H a c ı  Ə h m ə d. Mən, yoldaş  sədr, bir az avam adamam, zakundan başım 
çıxmaz. O ki, hər nə ki, Şərif dedi, əlbəttə, onların hamısı doğrudur. Bu, bu işləri 
görübdür. Ancaq mən xahiş eləyirəm hökumətdən ki, hələ bu dəfəlik keçsin 
onunçun. Doğrudur, bir dana bir naxırı korlar, daha onu siz yaxşı bilirsiniz... Biz 
avam adamıq Deyərlər ki, qurunun oduna yaş da yanar. Bunu buraxarsan, kəndlilər 
o yaxşını da qoymazlar. O səbəbə ki, ilan vuran ala çatıdan da qorxar. Ancaq mən 
yenə  də xahiş edirəm ki, hökumət onun cəzasını bir az hələ yüngül eləsin. 
Uşaqdır, bu dəfə eləyibdir, gələn səfər eləməz. O ki qaldı bardaqlarımı  uşağıma 
apartdırır, canunçun, yoldaş sədr, mən hələ ondan da keçirəm. Neynək, daha avam 
adamıq də. 
İ b a d. Uşaqdan danış, uşaqdan, bunlar hamısı boş söhbətdir! 
H a c ı Ə h m ə d. Vallah, uşaqdan daha nə deyim. Mənim ki, bu barədə dilim 
varmır. Mən bu təzə zakunları yaxşı bilmirəm. Ancaq belə adama daha kəndlilər 
arvad üst olmazlar. O bu kənddə daha duruş  gətirə bilməz. Odur ki, məktəb də 
dağıldı, o biri də, bu biri də. Yəni bunu kəndlilər deyir ha. Canunçun, yoldaş sədr, 
mənə heç bir peykamı yoxdur. Bir arvadım var, Allaha şükür, samana qatsan, at 
yeməz, sümüyə qatsan, it. Lap istəyir hələ bu saat arvadları hopçılıq eləsinlər, 
mənə peykamı yoxdur. Ona görə də mən deyirəm: yaşasın Şura hökuməti! 
İ b a d. Yoldaş sədr, mən bir bilmək istəyirəm: bu müəllimənin bu kənddə əsl 
işi nədir? Nəçidir? Hə? Soruşuram də. 
S ə d r. Sözünüzü deyin! 
İ b a d. Yox, soruşuram də? 
S ə d r. Vəzifəsi müəlliməlikdir. 
İ b a d. Deməli, məktəbdə  dərs deməkdir də? Rəhmət atova! Bəs o ki, dərsi 
qurtaran kimi, o dərə  sənin, bu dərə  mənim, o bulaq başı  sənin, bu bulaq başı 
mənim, toyxana gəldi, yasxana gəldi, başlayır arvadlara çehil-tuti kitabından dərs 
verməyə: ərin incidir – çıx heç yoxdur – gəl hopçılıq ol, şura sədri yaramaz, gərək 
arvad olsun. Bu hansı zakunda vardır? Məscid gərək klub olsun, bilmirəm nə 
olsun, nə olsun, nə olsun... Görüb bu işlər hamısı onun palağayısıdır, ya zakundan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə