Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə107/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   100   101   102   103   104   105   106   107   108

Ədəbiyyat söhbətləri 
 
375
N.Cəfərov: 
Mən o cür şairlərə, o cür yazıçılara, o cür bəstəkarlara rast 
gəlmişəm. Amma onların heç birində o cür açıqlıq olduğunu gör-
məmişəm. Hiss edirəm ki, o demokratiklik bunun təbiətində var... 
Amma təhlükəli məqam budur ki, buna sufilik, dərvişlik deyilir. 
Sufilik, dərvişlik tamam başqa şeydir və təbii ki, yazıçı onu 
klassik mənada işlətmir. Yəni həyatda özün olasan, özünü axtara-
san demək istəyir. İnsan özünü axtaranda, özünü təsdiq etmək is-
təyəndə cəmiyyətdən kənara qaçır. Və bu zaman da mütləq axırı o 
cür olmalıdır. Tuncalın axırı kimi... Qədim dövrlərdə də belə 
olub. Yəni Toltı bəyin səhraya atılması ilə həmin o rəssamın səh-
rada olması eyni şeydir. Bu anlamda onlar bir-birinə oxşayırlar. 
N.Cabbarlı: 
– Əsərin mütaliəsi, ilk növbədə, belə bir təəssürat yaradır 
ki, sanki müəllif əvvəldən axıra kimi azadlığın tərifini verməyə 
çalışır. İnsan azadlığının necə və hansı formada ola biləcəyi 
sualına cavab variantları təqdim edir.  
N.Cəfərov: 
– Eyni zamanda da bu, azadlığın tragediyasıdır da...  
N.Cabbarlı: 
– Azadlıq insanın insandan, sevgidən, Tanrıdan azad 
olması kimi göstərilir və istənilən bir sevgi qulluq, köləlik kimi 
dəyərləndirilir. Sizcə, Toltı bəyin və Tuncalın düşüncələrində 
tez-tez istifadə olunan azadlıq ideyası onların həyatında özünü 
təsdiqləyirmi? 
N.Cəfərov: 
– Mənə elə gəlir ki, təsdiqləmir. İntəhası Toltı bəyin 
azadlıq iddiaları motivləndirilibdir, əsas var. Amma Tuncalda 
yoxdur. Əsas yoxdur. Elə bil cəmiyyət onu bütün o ailəsi ilə, 
məhlələri ilə o xarakterdə yetişdirib və atıb ortaya. İstedadlıdır, 
heç şübhəsiz. Yaradıcılıq qabiliyyəti olan biridir. Amma azadlıq 
axtarışının o şəkildə verilməsi, mən düşünürəm ki, məqbuldur. 
Çünki o ideyalar, o mətləblər ki əsərdə verilibdir, onlar həyatda 
da, ədəbiyyatımızda da var. Bu, süni bir şey deyil. Amma qəhrə-


Nizami Cəfərov 
 
376
manın özünün təhlili də, yazıçının düşüncələri də onu göstərir 
ki, bunun yaşamaq haqqı yoxdur. Bu cür dərvişliyin, bu cür 
sufiliyin bu dünyada mövcud olmaq haqqı yoxdur. Əsərdə 
göstərilən müəyyən məsələlər var ki, onları da müasir dövrümüz 
və müasir cəmiyyətimizlə bağlamağa elə bir səbəb yoxdur.  
N.Cabbarlı: 
– Amma bir çox hallarda müasir cəmiyyətimiz, mühitimiz 
və baş verənlərin real izləri görünür... 
N.Cəfərov: 
– Əlbəttə, müəyyən bağlantılar var: evlərin, küçələrin da-
ğıdılması, o küçələrdə hansısa nalayiq hərəkətlərin baş vermə-
si... Tuncalda bütün bunlara qarşı bir etiraz əmələ gəlir. Ümu-
miyyətlə, o həyatda nəyi görürsə, onun neqativ proyeksiyasına 
istinad edir və öz azadlığını bu məqamdan başlayır. Yəni bu cür 
azadlıq idealının istinadının özü, hiss edirsən ki, möhkəm deyil. 
Amma bu, Aydın Talıbzadənin məntiqidir. O nə yazırsa, etiraz 
edə bilmirsən, çünki bilirsən ki, peşəkardır. Əgər məsələni bu 
şəkildə qoyursa və əsaslandırmırsa ki, bu dərvişlik, bu azadlıq 
ehtirası, bu mənasız həyata qoşulmaq həvəsi nədən gəlir və bunu 
təhlil eləmirsə, deməli, bir səbəbi var. 
N.Cabbarlı: 
– Orada azadlıq dalınca qaçan və azad olmaq istəyən bir 
Tuncal deyil axı. Tuncalın münasibətdə olduğu qadında da 
azadlıq istəyi var. 
N.Cəfərov: 
– Onun azadlığında qeyri-adi heç nə yoxdur. Amma Tun-
calda var. Niyə yoxdur, çünki onun bütün işləri məqsədlidir. 
Yəni həm azadlığını yaşayır, həm də həyatın içindədir. Ən zəru-
ri, ən münasib kontaktlarda mövcuddur. İstədiyi vaxt pulunu 
qazanır, istədiyi vaxt lazımi proseslərdə iştirak edir. Özünü də 
saxlayır, anasını da, Tuncalı da. Yəni onlara nə lazımdırsa, kö-
mək edir. O öz içində olan azadlıq eşqini istedadla birlikdə Tun-
calda görür və məhz buna görə Tuncal ona doğma gəlir. Amma 
o eyni zamanda da kifayət qədər praktiki insandır. Elə buna görə 


Ədəbiyyat söhbətləri 
 
377
də Tuncalın istədiyi miqyasda azadlığa getmir. Onun öz təbii 
intuisiyası ilə tənzimlədiyi yaşam qaydaları var. Hərdənbir, mə-
sələn, deyək ki, bir nostalji deyilə biləcək bir şey onda təzahür 
edə bilir, amma... Mən bu əsərdə Tuncal qədər bədbəxt birini 
görmədim. O xüsusi hadisədir. Amma o qadının təsvirində də 
yazıçı kifayət qədər obyektivdir. Yəni o özünün müxtəlif ehti-
raslarını ödəməyə hazırdır, qabildir və kifayət qədər də proqram-
lı adamdır. Amma Tuncalın taleyi və ölümü... Bunda belə oxu-
cunu təmin edəcək məqamlar çoxdur. Elə bil Tuncalda bir sıra 
eyni adamda olmayan xüsusiyyətlər toplanıb və biləşdirilibdir. 
Ona görə də onda bir az sinkretiklik var. Biz də ona görə onu 
qəbul edə bilirik ki, müxtəlif adamlarda o xüsusiyyətləri gör-
müşük. Amma hamısını bir yerdə görəndə və bir adamın tim-
salında daşıyanda nəticə ölümdür. Bu elə belə də olmalıdır. Və 
deyək ki, o daş söküntü zamanı onun başına düşür və Tuncal o 
daşı özü ilə götürür, bulvara çıxır... Burada belə rejissorıluqdan 
irəli gələn, görüntü ilə bağlı olan məsələlər var. Amma yaxşıdır, 
çünki o daş əvvəl-axır onun başına düşməli idi. Digər tərəfdən 
həm də öz evlərinin daşıdır. Bunun özü də bir az maraqlı asossa-
siya doğurur. Bir də orada mənə ən çox təsir edən məsələlərdən 
biri problemlərə müasir dünyanın maraqları, müasir dünyada 
gedən proseslər səviyyəsindən yanaşılmasıdır.  
Bəzən belə şeylərə dünyanın o eybəcərləşmiş, harın, 
pozğun mədəniyyəti qarşısında ibadət, ehtiram kimki baxılır... 
Həmin motiv bu əsərə də gəlir. Bu qəhrəman gəncliyindən elə 
təqdim olunubdur. Ailəsi də elə bir ailədir ki, tam Bakı mühitinə 
məxsus deyil. Tuncal bir az xarici, modern mühitdə böyüyüb... 
Yəni mənfi mənada beynəlmiləl mühitin hadisəsidir.  
N.Cabbarlı: 
– Amma mühitimiz və ədəbiyyatımız üçün yad deyil. 
Fərqli görünmür. 
N.Cəfərov: 
– Çünki onu artıq bizim ədəbiyyat həzm edir. Bir vaxtlar 
ona inkarçı yanaşılırdı. Amma bugünkü cəmiyyət ona hazırdır. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə