94
qımıldandı:
– Gəl, gəl, sənəmim, gəl! Göz yaşları olub yollarına
səpildim! həsrətdən alov olub yandım!.. Ağ, incə geyimli gözəl
küncdə dayanmışdı. Qara saçları ağ kərdənini qaplamışdı. İri
gözləri hüzn saçırdı, sanki: «Bilirmisən, molla, eşq dərdində
yanıram, odlanıram!»–deyirdi. Qoca dəli kimi sıçrayıb, gözəlin
ayaqlarını qucaqladı.
– Eşqimlə yan, dedin, yandım! Həsrətlə dolandım. Xal
dedim, buxaq dedim, odlandım. Bütün həyat və nəşəmi göz
yaşlarında boğdum. Axırda səni tapdım... İndi yenə o səfalı
dəqiqələr gəldi, yenə nazlı gözələ qovuşdum. Yenə ağ buxaqda
qara xal ruhumu oxşayır... Bilirmisən, gözəl, qara xalın
dəlisiyəm, dəlisi, divanəsi! Rəhm qıl, qoy bir də o xalı öpüm,
qoy doyunca öpüm!..
Qoca gözəlin ayaqlarını qucub hərəkətsiz qalmışdı. O biri
səhər onu hücrədə by vəziyyətdə də buldular. Soyuq meyit
əllərini qoynuna qoyub, dizi üstdə küncdə qalmışdı.
1910
95
MƏŞƏDİ VƏ KƏRBƏLAYI
–
Ə, kərbəlayı, vallah, elə vuraram ölərsən!
– Vurmayan çox pis adamdır!
–
Sarsağın sözünə bax!
– Sarsaqsan da, hələ də!..
Məşədi hirsindən özünü saxlaya bilmədi, çəpərdən sıçrayıb,
kərbəlayıya bir elə yumruq ilişdirdi ki, kərbəlayının qarpız
börkü bir saat diyirləndi, ...Çırpışma düşdü.
Bir azdan sonra məşədi parçalanmış yaxası ilə qayıdıb evə
gəldi, kərbəlayı da əzilmiş başı və cırılmış büzməsi ilə sallanıb
yolu ilə getdi.
Məşədi deyir ki, kərbəlayı naməhrəm ola-ola çəpərin
altından ötəndə durub, arvad-uşağa tamaşa edir, kərbəlayı da
deyir ki, cırılmış büzməmə gərək yüz büzmə cıram, özü də
məşədinin baş-gözünü əzməmiş əl çəkməyəcəyəm.
Sabah tezdən kərbəlayı başı mıxçalı çomağı götürüb,
məşədinin həyətinə baxıb öskürür. Kərbəlayı öskürməklə
məşədiyə bunu demək istəyirdi ki, hünərin var çölə çıx gör
necə başını yarıram!
İşdən müxbir olanlar deyirlər:
– Ay kərbəlayı, gəl allaha bax, başını sal yolunla get!
– Yox, olmaz!
– Kərbəlayı, lənət şeytana de, çomağı yerə qoy! Yox,
kərbəlayıya hirs qalib olub, sülhlə arası yoxdur. Rəngi qaçıb,
dodaqları titrəyir və hirsindən ağzında tüpürçəyi də quruyub,
qan qoxusu gəlir.
Budur, məşədi əlində çomaq çıxdı, kərbəlayı da qabağa
sıçradı... Yenə çırpışma düşdü: birçəklər yolundu, təpmə
çuxaların büzməsi cırıldı... Bir azdan sonra harayçı tökülüb,
kərbəlayını baş-gözünün qanı axa-axa götürüb getdilər; məşədi
də rəngi qaçmış dodaqlarını gəmirə-gəmirə həyətə qayıtdı.
Gecə məşədi şalvarını çıxardıb, ağ tumanlı, qılçalarını
ocağın qırağına çatıb istirahət etdikdə bir də gördü zəlzələ
96
qopdu, çubuq daxma təlatum etdi, damın torpağı səpilib ev ilə
bir oldu. Məşədi yerindən dik qalxıb, həyəcanlı, küçəyə sıçradı,
bir də gördü ki, kərbəlayı qohum-qardaşları ilə nallara bir örkən
bağlayıb, daxmanı dartıb yıxmaq fikrindədir.
Məşədi iki əllərini qarnına qoyub elə çığırdı ki, səsinə
qohum-qardaş tökülüb, daş kəsəklə kərbəlayıgilin qoparağını
götürdülər və baş-gözlərini də lazımınca əzdilər.
Kərbəlayı lalə-kəfən evə qayıtdı.
İndi kərbəlayının başı sim eləyib, yatır və hərdən şişmiş
gözlərini açıb arvada deyir:
– Kərbəlayı ağa kişinin qızı, əgər yerdən qalxaram,
məşədinin başını parça-parça elərəm; qalxmaram ki, başımın
yarılıb, büzməmin çırılmağının əvəzi qiyamətə qaldı!
1910
97
ƏZİZ
Ballı xala qabı eşib, bir qızarmış iri kələm dolması tapıb,
oğlu Qulunun ağzına uzatdı.
– Qurbanın olsun anan, buncuğazı ye!
Qulu cavabında «iştaham yoxdur» dedisə də, Ballı xala
dolmanı bir az da irəli uzatdı:
– Yox, vallah yeyəcəksən!
– A kişi, yemirəm!
– Yox, yeyəcəksən!
Qulunun iştahası yox idisə də, axırda əlacı kəsilib, rəngsiz
dodaqlarını aralayıb, dolmanı içəri ötürdü.
Ballı xalanın dul qızı Güldəstə dolma qabına bir tikə
vuranda əlinə bir qırmızı üzək keçib, cəld qovzadı:
– Qulu, bunuca ye!
– A kişi, yemirəm!
–
Bıy, ədə bir ağzını aç!
Qulu istədi saralmış üzünü turşaldıb, bacısına acıqlansın,
bir vaxt gördü üzəyin ucu ağzına yetib, yağı damcılayır. Əlacı
kəsilib, yenə rəngsiz dodaqlarını araladı və üzəyi içəri ötürdü.
Qulu üzəyi bir əngindən o biri ənginə aparıb, asta-asta
çeynəyirdi, bir də gördü xalası kor Qızxanım qabdan bir sümük
tapıb, apardı qıpıq gözlərinin qabağına və bir az oyan-bu yana
çöndərib zənn ilə baxdıqdan sonra çığırdı:
– Qulu, xalan kor olsun, bircə bu sümüyü gəmir! Qulu dolu
ağzını çöndərib, ütük qaşlarını qovzuyub, altı-üstü şişmiş
gözlərini süzməkdə xalasına nə deyəcək idisə, beş altı yerdən
onun sözünü kəsib çığırışdılar:
– Bıy, bəs adam şikəst xalasının sözünü yerə salar?! Ye,
nədir ki, bir sümükdür, dayna!
Qulu səsini xırp kəsib, sümüyü qapdı.
Ballı xalanın əri evindən döyülüb qovulmuş qızı Xırda bir
yaxşı tikə tutub, gözləyirdi ki, Quluya versin. Qulu bunu görcək
ağzında əzilmiş üzəyi bir ənginə yığıb, bacısının üstünə
98
çığıranda üzəyin bir parçası gedib boğazında qaldı və
öskürməyə başladı.
Bir dəqiqədə ev səs ilə doldu:
– Su, su! Gədəcik öldü!
Ballı xala Qulunun dalına əli ilə döyəcləyib deyirdi:
– Hamısı sənin! Hamısı sənin!
Əri Kərbəlayı Gülüməli karıxdığından elə barmaqlarını
yalaya-yalaya qalmışdı; dul bacı su gətirirdi; döyülüb qovulmuş
bacı o baş-bu başa yüyürüb çığırırdı.
Xala başını Qulunun üzünə yavıqlaşdırdı ki, ağzını tapıb,
əlini soxsun...
Xoşbəxtlik üz verdi–üzək Qulunun boğazından ötüb getdi
və külfət sakit olub, öz xüsusi işlərinə məşğul oldu.
Yatmaq vaxtı yetişdi; həyətə yüz mütəkkə getdi. Ağaçların
altında yatacaqlar salındı. Qulunu dörd-beş adam yatırmağa
apardı. Ballı xala irəlilədi və «başına dönüm, çöl soyuqdur»
deyib, Qulunun üstə bir qış yorğanı saldı; dul qız nənəsinin
sözünü təsdiq edib, birini də o saldı; qovulmuş qız da bir cecim
tapıb gətirdi. Xala gözünün üstə əlini qoyub, bir göyə baxdı və
sonra nə fikir elədisə gödək tumanı atıla-atıla yatacağına tərəf
getdi və əlini sürtüb, dəstə ilə çıxmış yeddi-səkkiz tumanı tapıb,
Qulunun üstə saldı.
Kərbəlayı Gülüməli gecə papağını geyib, bərk səslə:
– Ay uşaq, Qulu rahat oldumu?
Elə ki, beş-altı yerdən «rahat oldu» deyə səs gəldi,
kərbəlayı aftafanı götürüb, öskürə-öskürə həyətin dibinə getdi.
Qulu gecə sabaha kimi istidən yata bilməyib, o yan-bu yana
çöyrükdü və hər çöyrükəndə də üstündən bir yorğan sürüşüb
düşdü. Belə oldu ki, axırda üstünü tamam açdı və bu surətlə
yuxuya getdi. Sabah evə qarışıqlıq düşmüşdü. Qulu
azarlamışdı. Kərbəlayı Gülüməli ağ tumanlı həkim dəlləyin
yanına yüyürürdü. Ballı xala keçi piyi axtarırdı ki, Qulunu
piyləsin; qızlar ağlaşırdılar. Xala da üzərlik yandırıb, Qulunu
tüstuyə verirdi.
99
1911
Dostları ilə paylaş: |