Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə23/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   19   20   21   22   23   24   25   26   ...   103
    Bu səhifədəki naviqasiya:
  • HƏKİM

 
100 
HƏKİM 
 
 
Ay həkim, başına dönüm, bizdə bir azarlı var, tez gəl, bir 
ona bax! Deyəsən, allah eləməmiş, lap qarışıb. 
 – 
Nəyidi? 
 – 
Həkim, dünən üç-dörd girvənkə noxud-kişmiş yeyib, 
ondan bəri lap tirtap uzanıb. 
 – 
Yəqin tox qarına özünü soyuğa verib. Yeri gedək görüm, 
haradadır? 
Həkim başmağının nalını daşa vurub taqqıldada-taqqıldada 
ortaboy, papağının qırağı getmiş bir kişinin yanına düşüb bazar 
aşağı sallanıb getdi. İrəliki gün həkimə arvadı tapşırmışdı ki, 
toyuqlar həyətdə xoruzsuz qalıb, onlara nə təhər olsa bir xoruz 
tapsın, bir də düşsə hananın qabağında taxt qurmaq üçün bir-iki 
tirbaşı alsın. Həkim arvadının sözünü yaddan çıxartmamışdı–
gedə-gedə bazara zənlə baxırdı ki, görsün harada xoruz, ya 
tirbaşı gözünə dəyər. Yaxşı oldu ki, kəndlilərin yüklərində həm 
xoruz, həm də tirbaşı tapıldı. Həkim arvadının tapşırığını yerinə 
yetirə bildi. Tirbaşının birini yanındakı kişiyə verib, birini də 
özü çiyninə aldı  və xoruzun da ayaqlarından sallaya-sallaya 
yola düşdü. 
Həkim azarlı olan otağa girəndə tirbaşıları və xoruzu küncə 
qoyub, köhnə keçənin üstə salınmış döşəkçədə əyləşdi. 
Naxoş  bərk iztirabda idi. Qurumuş dodaqlarını açıb, ağır-
ağır nəfəs alırdı. Həkim  əvvəl onun başına baxdı, istisini 
yoxladı, sonra əlini yorğanın altından uzadıb azarlının qarnını 
əlləşdirdi və dedi: 
– Özünü soyuğa verib, üstünə yorğan-döşək tökün, tərləsin, 
sabah da bir dəst müshil verərəm qurtarar. 
Papağının qırağı getmiş kişi indiyə kimi əllərini çuxasının 
qoluna qoyub, divarın dibində durmuşdu və  həkim danışdıqca 
başını  tərpədirdi.  İndisə yerindən cəld sıçrayıb, cır səsi ilə 
çığırmağa başladı: 
– Xoruz qaçdı! Odu, vallah, indicə rəfə atılacaq!  
 
101
Həkim ağzını yuxarı tutub, kişinin cır səsinə  və xoruzdan 
gözlənməyən hünərə şaqqıltı ilə gülməyə başladı: 
– Zəmanə elə dəyişilib  ki, xoruzlar da bijləşib!–deyə qəh-
qəhəsində davam etdi. 
Papağının qırağı getmiş kişi ilə  bərabər xoruzu otağın bu 
küncündən o biri küncünə qovaladıqda xoruz atılıb rəfdəki 
qabları tökdü. İçəri, qırılmış qabların cingiltisinə üzü örtülü bir 
arvad girdi və qabları parça-parça otağa səpilmiş gördükdə 
əvvəl bir az mırıldandı, sonra onları yığışdırıb, naxoşun başına 
fırladı və «azar-bezarını aparsın» deyə eşiyə atdı. 
Xoruzu tutdular və ayaqlarını əriş ilə bağlayıb, yenə küncə 
qoydular. Həkim getməyə hazırlanırdı. Ev sahibləri həkimdən 
çox razılıq etdilər: 
– Qədəminə qurban olum, ay həkim, qoy gədə yaxşı olsun, 
gör sənin xəcalətindən necə  çıxacağıq; ömrümüz olanı  sənə 
qulluq edəcəyik! 
Üzü örtülü arvad divarın dibindəki sandığı zınqıltı ilə açdı 
və bir cüt dolaq, bir tumanbağı və bir araqçın çıxarıb, həkimin 
qabağına qoydu. Bu da həkimin həqqəlqədəmi idi. 
Həkim şeyləri cibinə qoyanda gülümsündü–görünür paydan 
razı qalmışdı. Razılığını bildirmək üçün barmağını xəstəyə tərəf 
uzadıb dedi: 
– Heç zadı yoxdur, üstünü basdırın, tərləsin, sabah da gəlib 
baxaram. 
Həkim  əbasının qolunu geydi və iki əli ilə uzun börkünü 
başına basıb, tirbaşının birini bir çiyninə aldı, o birisini 
qoltuğuna vurdu və xoruzun da ayaqlarından tutub, sallaya-
sallaya otaqdan çıxdı. 
Əyri küçələrin birində bir çarşablı qadına rast gəldi. Qadın 
onu görçək yoldan kənar çıxıb durdu: 
– Həkim, başına dönüm, bir bizə buyurun, azarlım var–
dedi. 
Getdilər. Bir aralıqdakı qapı açıldı, həyətə girdilər. Böyük 
tut ağacları baş-başa vermişdi, kənarda ləbədə, keşniş, kəvər və 


 
102 
tərxun ləkləri gözə çarpırdı. Uçuq pilləkənlə  çıxıb otağa 
girdilər. Qazanlar, qablar səliqə ilə üst-üstə qoyulmuş, ortadan 
pərdə  çəkilmişdi.  İkinci otaq olduqca döşəli və  bəzəkli idi. 
Həyətə baxan pəncərənin qabağında bir yataq salınmış, üstündə 
25–26 yaşlarında solğun sifət, dolğun bir qız oturmuşdu. 
Yanında başqa bir qadın da vardı. Qadın həkimi görcək 
yaşmanıb ayağa qalxdı, qız isə çəkinməyərək, həkimə diqqətlə 
tamaşa edirdi. 
Həkim tirbaşıları  və xoruzu küncə qoyub, gülümsünərək 
xəstənin yatağına yanaşdı: 
 
– Heç bir şeyin yoxdur, yəqin anana nazlanırsan,–dedi; 
qızın nəbzinə baxdı, əlini başına qoydu: 
 – 
Bir 
şey görmürəm, nəyidir? 
Heç kəsdən səs çıxmadı. Qız  əvvəlki kimi, gözlərini 
həkimin üzündən çəkmirdi. Baxışı  həkimə olduqca qəribə 
görünürdü; dəyişməyərək hüzn və həsrət saçırdı. 
Həkim küçədə rast gəldiyi qadına tərəf yönəldi: 
– Ana,–dedi,–harası ağrıyır? 
Qadın bir şey deməyə utanırmış kimi, bir az da yaşmandı 
və yavaş səslə: 
– Həkim, başına dönüm, bu elə azardı ki, hərdən bir tutur... 
görürsən, başladı özünü döyəşləməyə, qollarını,  əllərini 
dişləməyə...  Bilmirəm, qız haradan bu bəlaya rast gəldi?.. 
Həkim xəstəni diqqətlə süzdü–baxış yenə həmin baxış idi. 
Qızın dolğun, ağ biləyindən yapışıb, bir az əlində saxladı. Qız 
bu dəfə diksindi, rəngi daha da soldu, bütün vücudu əsdi. 
– Ərə getmişmi? 
– On günün gəlini olub. Sonra qayınana yola verməyib... 
Həkim qıza eşitdirməyərək: 
– Ana,–dedi,–qız  sazandama olub, ərə  getməlidir. 
Ortalığı  dərin bir sükut bürüdü. Hamı yerə baxıb 
düşünürdü. Yalnız qız həkimi süzərək,  əvvəlki baxışında 
davam edirdi. Həkim   bu baxışın fərqinə varıb, artıq kefli kimi 
idi. Qızın biləyini  əlindən buraxmayaraq həyəcan içində 
 
103
düşünürdü: «Nə olar ki, peyğəmbərin şəriətidir–biri var, biri də 
olsun...». 
Həkim düşüncədən ayrılıb, oynaq bir səslə: 
– Ana,–dedi,–qızını lap  yaxşı  elərəm. Arxayın ol. Ancaq 
bir şərt var... Bunun cəmi ixtiyarını mənə verəcəksən! 
Qadın məmnun bir halda: 
 – 
Nə deyirəm, ay həkim, bunu bu dərddən sağalt da... 
 – 
Arxayın ol! – deyə  anaya  ürək verdi və  qızın  əlində 
saxladığı biləyini o biri əlilə oxşayaraq: – görürəm,  anana naz 
eləyirsən, qorxma heç bir şeyin yoxdur. 
Həkim küncdəki xoruzu qadına verərək zarafatla: 
– Ana, bu xoruz  dualı  xoruzdur, axşama  plov bişirib, bu 
xoruzu da başına qoyarsan. Axşam sizə qonaq gələcəyəm, qızın 
məsələsini təfsilatilə danışarıq. Hələ ki, sağ olun! 
Hamı  məmnun qalaraq həkimə baş  əydi, qız isə heç də 
dəyişilməyən əvvəlki baxışı ilə həkimi təşyi edirdi. 
 
                                                                            1911


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə