Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə24/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   20   21   22   23   24   25   26   27   ...   103

 
104 
CÜMƏ AXŞAMI 
 
Kərbəlayı  Həsən axşam bazardan qayıdanda paltarını 
soyunub, şəbgülahını geyinib, zircamədə gəldi süfrənin başında 
oturdu və arvada tapşırdı ki, arvad, sən atayın goru, bu gecə 
ölülər gələcək, elə dolanaq ki, dava-şava olmasın, bəlkə 
rəhmətliklərin ruhları şad qayıda gedə. 
Arvad  ərinin cavabında başını  aşağı salıb dinmədi və 
qaşlarını qovzayıb, ağzını büzdü. Arvad elə bil bununla onu 
demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim 
səndən zəhləm gedir». 
Arvadın kərbəlayıdan onun üçün zəhləsi gedirdi ki, bunu 
ərə lap uşaq vaxtından vermiş imişlər, belə ki, Kərbəlayı Həsən 
saqqalının ağarmış yerlərini həna ilə  təmir edəndə arvadı 
küncdə oturub, gəlin oynadarmış. Kərbəlayı arvadı bir işə-zada 
göndərəndə arvad qaçaraq gedib yenə  cəld geri qayıdardı  və 
sevinə-sevinə gəlinlərini bağrına basıb, üzlərindən öpərdi... 
Xülasə, kələmdolması ortalığa gəldi. Kərbəlayı üç uşağını 
məcməyinin kənarında oturtdu və  hərəsinin qabağına bir-iki 
dolma salıb  əziklədi. Arvad da süfrənin bir tərəfindən oturub, 
ürkə-ürkə  əlini qaba uzatdı. Kərbəlayı  Həsən ucadan 
«bismillah» çəkib dolmanın birini buğlana-buğlana ötürdü və 
hərarətdən gözləri yaşarmış: 
– Arvad, atayın payı olsun! Dolma deyil, lap behişt 
nemətidir! 
Arvad kişinin çavabında yarı şad və yarı nifrət izhar edən 
gözlərini qovzayıb, yavaş səslə: 
– Onun üçün də qədrim bilinir. 
– Ay arvad, qədrini bilməyib nə qayırmışam? Vallah, 
həmişə  dəllək Bayramın dükanında deyirəm ki, bizim arvadın 
dolmasını heç bəy-xan evində də bişirə bilməzlər. 
Arvad yenə ağzını büzüb, kinayə ilə: 
 
– Çox soyuqluq oldu, dəllək Bayram bizə don biçdi. 
 
– Ah, ay arvad, bircə kaş bu dilini yaxşıya tərpədə idin. 
 
105
Arvad bir az hirsli: 
– Yaxşıya tərpətməyib nə qayırıram? Hansı cavanəzəndən 
pisəm? Kürkü  düşüyün birisən,  hələ sənə bu dil də azdır! 
Kərbəlayı tikəsi  əlində qaşqabaqlı, uzünü kənara çevirib 
dodağında: 
– Zalım qızının dilindən zəhər yağır, zəhər! Vallah, əgər bir 
adam buna bir gün çörək verib saxlayarsa da! 
Arvad əlini dolmadan çəkib, bir az da hirsli: 
 – 
Sənin çörəyinə qalmamışam, vermə!.. Sənə  də it 
gəlməzdi ki, mən gəldim! 
 – 
Mürtəd qızı mürtəd! Qoymuyacaqsan bir tikə çörək 
yeyim?–Kərbəlayı gücü gəldikcə  çığırdı  və hirsindən tikəsini 
yerə  çırpıb, üzünü süfrədən çöndərdi. Uşaqlar gah dədələrinə, 
gah nənələrinə baxıb, xırda ağızlarını büzdülər və gözlərinin 
yaşını od kimi tökdülər. Arvad kişinin söyüşünü eşitcək 
acığından məcməyini gücü gəldikcə kişiyə tərəf itələyib çığırdı: 
 
– Bu çümə axşamında ağzını dağıtma, dediklərin öz ölünə 
getsin!.. Mənim ağzımı açma... 
 
– Axmaq qızı! Ağzını  açıb mənə  nə qayıracaqsan? Atayın 
ələngə sümüyunü... ağız pambığını... axmaq qızı, sən mənim on 
iki ildir ömrümü qaraltdın!... 
 – 
Sən mənimkini qaraltdın, xortdan oğlu xortdan! 
 – 
Nə deyirsən, nə? Nə? 
Kərbəlayı  Həsən yerindən sıçrayıb, arvadı saçladı  və baş-
göz deməyib, hər yerinə yumruqdan döşədi. 
Arvad qışqırdı, uşaqlar çığırışdılar; məcməyi üzüqoylu 
çevrilib, dolmanın hərəsi evin bir küncünə diyirləndi.  Kişi 
arvadda sağ yer qoymadı; ağzının-burnunun qanını bir yerə 
qatdı; hörüklərini qoparıb, kürək və qabırğasını əzik-əzik elədi. 
 
– Bu saat qazı  gəlsin, boşayıram!.. On iki ildir biz belə 
ömür keçiririk, belə güzəran edirik, buna dağ dayanmazdı ki, 
mən  dayandım!.. Ay uşaq, mənim paltarımı, fanusumu buraya 
gətirin, qazının dalınca gedirəm!.. 
 
– Ay dədə, sən allah getmə! Sən allah getmə! Bəs biz necə 


 
106 
olarıq?.. 
Uşaqlar mələşə-mələşə  dədələrinin ayağına töküldülər. 
Kərbəlayı razı olmadı: oraya-buraya yüyürüb, qurşağını 
axtarırdı. 
Uşaqlar bir də  mələşdilər, bir də yalvara-yalvara 
dədələrinin ayağına töküldülər. 
  – Ay dədə, bəs biz necə  olacağıq?.. Ay... ay... ay!.. 
Uşaqların gözlərinin yaşı daha durmurdu; ağlamaqdan az 
qalırdılar zəhrəçak olsunlar. Kişi uşaqların hərəsini bir tərəfə 
vurub, axırda  əlacı  kəsilib, söylənə-söylənə getdi divarın 
dibində oturdu: 
 – 
Mən bu on iki ildə evdə bircə qəpiklik ləzzət görmədim! 
Gedirəm, özümü oda-közə vururam, pul qazanıram, bu 
xarabaya gəlirəm ki, bir tikə rahat olum, bura da belə! İl uzunu 
qaşqabaqlı: dinməz, deməz, danışmaz, dindirsən də cavab 
verməz. Balam, mən sənin atanı öldürməmişəm, mən sənin 
sahibinəm, mən səni saxlayıram, çörək, paltar verirəm, 
gərəkdirmi sən də bunun qabağında mənə qulaq verəsən?.. 
Pərvərdigara, sənə min şükür!  Əvvəlki arvadı  mənim  əlimdən 
aldın, ikinci başıma «tənbəki oyunu» açdı, onu boşadım: bu da 
bu!.. Bu da, bu mürtəd qızı, laməzhəb qızı!.. 
Kərbəlayı  Həsən yenidən qızışdı, yenə qalxdı ki, qazı 
dalınca gedirəm. Uşaqlar bir də mələşməyə başladılar, ev yenə 
səs-küylə doldu. Kərbəlayı bir də sakit oldu, yenə divarın 
dibində oturub, öz-özünə deyindi. O qədər deyindi ki, axırda 
yorulub oturdu. 
Arvad da sandıqların yanında oturub, sübhə kimi öz gününə 
ağladı: 
– On iki ilin arvadıyam, amma heç bilmədim gün haradan 
çıxdı, harada batdı. Günüm həmişə  ağlamaq ilə, ah-zar ilə 
keçdi! Bir tikə vaxtımdan qoca bir kaftara gəlin gəlib, 
bilmədim, uşaq adam, evin ağır işinin dərdini çəkim, yoxsa 
kişinin qəmini yeyim. Gəlin gələndən sonra mən yazıq iki il 
sərasər ağladım! Deyirdim allah, yenə gecə olacaq, yenə kişi 
 
107
gələcək?–Mən bilirəm kişinin gəlməyi yaxınlaşanda nələr 
çəkirdim!.. Pərvərdigara, sənə min şükür! On iki ildir ki, gecəm 
gündüzüm göz yaşı ilə keçib! Sənə min şükür belə  ər qismət 
elədiyin yerdə!.. 
Arvad danışdıqca odlanıb gözünün yaşını sel kimi axıtdı. 
Ağlayırdı, ağlayırdı, sakit olurdu və sonra gözlərini bir evə 
gəzdirib, uşaqlarını quru yerdə yuxu tutduğunu görüb, gözü 
ərinə sataşanda bir də on iki ildə keçirdiyi ömür gəlib 
qabağında dururdu və yenidən arvad ağlamağa başlayırdı. 
Bu minval ilə  ər, arvad sübhə kimi oturub, hərə ürəyində 
bir dərd çəkişdirirdi və belə  də gözləri yaşlı günün ilk şüasını 
qarşıladılar. 
 
 
                                                                 1911


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə