Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə10/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

 

yoxdur deməsin, özünü aldadır. Hər insanın həyata baxışı və yaşayış tərzi onun 

dinidir. Bu səbəblə ,,din’’ə tutduğu yol mənası da verilmişdir. 

43. Dindən deyil, dinin səhv və əksik öyrənilməsindən qorxmaq lazımdır. Əgər 

dini təhsil orta məktəblərdən başlayaraq yayğınlaşdırılmazsa, özünü mühakəmə 

edə bilməyən, inancını, mənliyini, mədəniyyətini, əxlaqını, ədaləti və s. qoruya 

bilməyən insanlar çoxalar. Elə bu halda artıq fəlakətdən, zülümdən, kaosdan 

bəhs etmək əbəs olur. 



6-SİYASİ PARTİYALAR 

45. Konstitusiyaya görə dövlətin bir insan və ya zümrə  tərəfindən idarə 

edilməsini, bir sosial sinifin digər sosial siniflər üzərində hakim mövqeyini 

təmin etmək və ya dil, irq, din, məzhəb ayrı-seçkiliyinə yol vermək 

(diskriminasiya) və ya digər bir yolla bu anlayış  və baxışlara  əsaslanan bir 

dövlət quruluşu yaratmaq məqsədi ilə siyasi partiya qurula bilməz. 

Konstitusiya bunu tələb edir. Amma öz ideologiyalarını önə  çıxardan bir çox 

idarəedicilərin xalqı onların etiqadlarını mənimsəməyə məcbur edən davranışları 

dil, irq, din və məzhəb ayrı-seçkiliyinə əsaslanan partiyaların qurulmasına şərait 

yaratmışdır. Onlara qarşı siyasi mübarizə  məqsədilə başqa partiyalar da 

qurulduğundan birdən-birə çox sayda partiya ortaya çıxmış  və  hər biri özünə 

tərəfdar tapmışdır. 

Bu vəziyyət lüzumsuz münaqişələrə, vətəndaşların sinif və zümrələrə ayrılması 

kimi təhlükəli nəticələrə yol açmaqda, ölkənin gücü və imkanları bu çarxda 

hədərə getməkdədir.  İdarəedicilərin öz ideologiyalarını  qəbul etdirmə  səyləri 

müxalif ideologiyalarının mənsublarını da iqtidar uğrunda mübarizəyə sövq 

etmişdir. Bir çox siyasi partiyanın vətəndaşlara, xalqa xidmət yarışında öz 

fəaliyyəti ilə seçilmək yerinə, təmsil etdiyi ideologiyanın hakim ideologiyaya 

çevrilməsini təmin etmək və  tərəfdarlarını dövlətin imkanlarından 



 

yararlandırmaq yarışına qoşulduğunu görürük. Belə bir vəziyyətdə sonu 

görünməyən qarşıdurmaların yaranması qaçılmazdır. 

46. Bu şəraiti yaradan hüquqi və sosial səbəblər ortadan qaldırılmadıqca bir 

nəticə  əldə etmək mümkün deyil. Necə ki, Türkiyədə 12 sentyabr 1980-ci il 

tarixində baş verən dövlət çevrilişindən sonra siyasi partiyaların sayını azaltmaq 

təşəbbüsü müvəffəqiyyətsizliklə nəticələnmişdir. Artıq seçicilərin təqribən 20%-

nin səs verdiyi partiyalar Türkiyənin  ən böyük partiyaları olaraq hökumət 

qurmaqdadılar. 

İdeoloji məqsədlər güdən davranışlara son verilərsə, partiyalar öz 

ideologiyalarını hakim ideologiyaya çevirmək niyyətindən vaz keçərək ölkənin 

inkişafı üçün xalqa, vətəndaşlara xidmət yarışına girmək məcburiyyətində 

qalacaqdır. 

47. Türkiyədə  ən ciddi münaqişə  İslam dininə qarşı yönəlmişdir. Mövcud 

vəziyyətdə dinə  əsaslanan partiya məsələsi özünəməxsus  əhəmiyyətə malikdir. 

Gəlin, bu mövzunu bir qədər ətraflı araşdıraq: 

*İDEOLOJİYAYA ƏSASLANAN SİYASİ PARTİYA (Marksizm) 

46.  İstismara, haqsızlığa, bərabərsizliyə qarşı olma iddiası ilə ortaya çıxan bu 

ideologiyanın banisi Karl Marksdır. Yazdığı Kommunist Manifestosunda 

insanlar arasındakı sinif fərqinin ortadan qalxmasını, imperialistlərin istismarına 

qarşı, işçilərin bərabər olmasını irəli sürməkdədir. Bu fikirləri ilə əzilən sinifin, 

xüsusilə  fəhlələrin rəğbətini qazanmışdır. Ölümündən sonra ideolojiyaları  hər 

tərəfə yayılmaya başladı və ilk dəfə bu ideolojiyalara sahib olan fəhlə sinifi, Çar 

Rusiyasını  yıxaraq 1917-ci ildə  hakimiyyətə  gəldi. Hakimiyyətə  gəldikləri 

gündən etibarən hər tərəfdə öz ideolojiyalarının xaricində olan bütün fikir və 

mütəfəkkirləri yıxaraq, mətbuaları yaxaraq öz ideolojiyalarının fədailəri olan 

robot makinalarını yetişdirdilər. Hakimiyyət qısa zamanda imperialistlərin 

əlindən alınaraq, inqilabçı  işçilərin teokratik rejiminə çevrildi. Teokratik rejim 




 

ancaq diktatorluqla idarə edilə bilir. Dövləti və  əməyi uca tutaraq,insanların 

bundan başqa qayələrinin olmadığını və bu uğurda yaşayıb ölmələrini öyrətdilər. 

Bu səbəblə öz ideolojiyalarında olmayan və  şübhə etdikləri milyonlarca insanı 

öldürdülər və ya sürgünə göndərdilər. Tarixdə heç bir rejim bu kommunistlər 

qədər insan qanı tökməmiş, dinə qarşı düşmən kəsilməmişdir. Çünki fərqli baxış 

tərzinə, inanclara, fəaliyyətə düşmən kimi baxmağı öyrənmişlər. Özləri kimi 

olmayan heç kəsi, yanlarına, idari işlərə almazlar. Bu tiplərə qarşısındakının 

haqlı olub-olmaması mühüm deyil, mühüm olan onun öz fikrində olmasıdır. 

Nəinki dindarlara, Allahın adının çəkilməsinə belə  təhəmmül edə bilməzlər. 

Dini afyon, geriləmənin səbəbi olaraq görürlər. Bu allerjik halları onların 

fıtratlarına tərs yetişdirildiklərini göstərir. Çünki inanc insanın doğuluşundan 

fitrətinə yerləşdirilmişdir. Hər nə  qədər inanmıram deyib inancının üstünü 

örtməyə çalışsa da qəlbindəkini yox edə bilməz. Özünü hüzursuz edər, bu inadı 

onu insanlıqdan kənarlaşdırır. Məsələn, xain birinin yanında mərdlikdən 

danışdığınız zaman xainin narahatlığı artar və ya fahişə birinə namusdan 

danışmaq kimidir kommunistin yanında Allahdan danışmaq...Hər nə  qədər bu 

günahları işləsə də ruhi hüzursuzluğu davam edər. Çünki insan fitrəti  mərdliyə, 

namuslu olmağa meyilli yaradılmışdır. Artıq bir əsrə yaxındır bu teokratik 

kommunistlərin, dünyanın bütün ölkələrində az da olsa tərəfdarları vardır. 

Onların idarə etdiyi xalqların insanları mütləq ya inanclarından ya da fərqli 

fəaliyyətlərindən ötrü bir çox imkanlardan kənarlaşdırılmışlardır. Günümüzdə də 

bu kommunist diktatorların xalqını necə istismar etdiyini, bütün gəlirlərin, 

vəzifələrin və mənfəətlərinin özünə yaxın olanlara payladığını görməkdəyik.  

Qısa və ara cumlələrlə kommunizmlə kapitalizmin fərqini ifadə etsək: 

-Kommunizm insanın inancını, ruhunu alır. 

-Kapitalizm insanın malını canını alır. 



Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə