Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə11/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

 

Kapitalizm bu səbəblə insanın nəyə inandığına, nə dediyinə, düşündüyünə 

baxmaz, qarışmaz. Amma malına toxundunmu heç bağışlamaz. 

Ancaq kommunizm bunun tərsinə, haqlı-haqsız, pis-yaxşı bütün fərqli 

düşüncələrin, inancların  əleyhinədir. Mala, mülkə, vəzifəyə özü istədiyi kimi 

inandığın zaman sahib ola bilərsən. Yoxsa kim və  nə olursan ol, sənə bunları 

əldə etməyə haqq tanımazlar. Qısacası kommunizm özü kimi inananlardan ibarət 

olan dövlətə və məqsədlərə qul etməyə çalışan teokratik bir sistemdir.* 



A-DİNƏ ƏSASLANAN PARTİYA 

48. İslami partiya olmaz, amma müsəlmanların partiyası ola bilər. Bu iki anlayış 

arasında fərq vardır. İslam bir dindir. Bu dinin hədəfi (adresatı) insanlardır. O, 

dünyəvi mənfəətlər  əldə etmək üçün bir vasitə kimi istifadə edilə bilməz. 

Vəzifəsi dini təbliğ etməkdən ibarət olan peyğəmbərlərin ortaq bəyanatlarından 

biri belə idi: 



“Mən bunun (risalətin – dinin təbliğinin) müqabilində sizdən heç bir muzd 

(əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir”.   (Şüəra 

26/180) 

49. Dinə qarşı çıxanlar din təbliği ilə iqtidar mübarizəsini qarışdırır. Musa (a.s.) 

ilə dövrünün ən böyük krallarından olan Fironun söhbəti bu baxımdan çox 

əhəmiyyətlidir: 



“Musa dedi: “Ey Firon! Mən aləmlərin Rəbbinin bir elçisiyəm. 

Mən Allaha qarşı  həqiqətdən uzaq bir şey danışmamağa borcluyam. Sizə 

Rəbbinizdən bir açıq-aşkar bir dəlil (möcüzə) gətirmişəm.  İndi  İsrail 

oğullarını mənimlə bərabər göndər”. (Əraf 7/104-105) 

Firon dedi: “Aləmlərin Rəbbi nədir? (O nə cür olan bir şeydir?)” 

(Musa:) “Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O göylərin, yerin və onların 

arasında olanların (bütün məxluqatın) Rəbbidir” – deyə cavab verdi. 


 

(Firon) ətrafındakılara: “Eşitmirsinizmi?” – dedi. 

(Musa) sözünə davam etdi: “O sizin də Rəbbinizdir, ulu babalarınızın (keçmiş 

atalarınızın) da Rəbbidir”. 

(Firon): “Sizə göndərilən elçiniz (peyğəmbəriniz), şübhəsiz ki, dəlidir!” – dedi. 

(Musa) dedi: “Əgər ağlınızı işlədə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və 

onların ikisinin arasında olanların Rəbbidir!” 

(Firon): “Əgər məndən başqa Tanrı  qəbul etsən, and olsun ki, səni mütləq 

dustaq edərəm!” – dedi. 

(Musa) dedi: “Əgər sənə açıq-aşkar bir şey (dediklərimin doğru olduğunu 

sübut edən dəlil) gətirsəm necə?” - dedi. 

(Firon:) “Əgər dürüstlərdənsə, di onu gətir (görək)!” - dedi. 

(Musa) əsasını (yerə) atan kimi o, dərhal açıq-aşkar bir əjdaha oldu. 

Sonra  əlini (qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o, 

baxanlar üçün ağappaq oldu (parlaq bir nur kəsildi). 

(Firon) ətrafındakı əyan-əşrafa dedi: “Bu, həqiqətən, bilikli bir sehrbazdır! 

O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə buyurursunuz? (Onunla 

nə edək?)” 

Onlar dedilər: “Onu və qardaşını (nəzarət altında) saxla və  şəhərlərə 

(sehrbazları) yığanları (məmurlarını) göndər. 

Qoy, bütün bilikli (bacarıqlı) sehrbazları  sənin yanına gətirsinlər!” (Şuara 

26/23-37) 


 

Bu hadisədə Musa (ə): “İsrailoğullarını mənimlə bərabər göndər!” - dediyi halda 

Firon, əksinə, onun iqtidarı ələ keçirmək istədiyini iddia edərək milli duyğuları 

istismar etmişdir. Gəlin, Fironun sözlərinə bir daha diqqət yetirək: 

“O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir!” 

Halbuki, Musa (ə)  İsrailoğulları ilə birgə getmək istəyirdi. Firon Musanın nə 

dediyini yaxşı başa düşür, amma sanki onun “pərdəarxası” niyyətini sezmiş kimi 

davranaraq demaqoqluq edir və özünü deyil, xalqını düşündüyünü göstərməyə 

çalışır. Çünki həqiqəti açıqlamaq işinə yaramır. 

50. Bu səbəbdən, İslamdan iqtidara gəlmək üçün bir vasitə kimi istifadə etmək 

doğru deyildir. Belə  vəziyyətdə  səlahiyyətli  şəxslər, dövlət məmurları  İslam 

xüsusunda hislərə  əsaslanan yanaşma nümayiş etdirəcəklər. Çünki heç kim 

əlindəki imkanları itirmək istəməz. Digər tərəfdən, bu davranış iqtidar hərisliyi 

ilə yanıb qovrulanları da hərəkətə keçirir. Nəticədə, bəzi  şəxs və qüvvələr 

iqtidarı itirməmək üçün dinə qarşı çıxdığı halda, bəziləri də iqtidara gələ bilmək 

üçün dindən sui-istifadə edir. Hər ikisi də dinin olduğu kimi dərk edilməsinin və 

insanların bu xüsusda təsir altına düşmədən qərar qəbul etməsinin qarşısını 

almağa çalışır. 

51. Qeyd etdiyimiz kimi, İslamın partiyası olmasa da, müsəlmanların bir vəya 

bir neçə partiyası ola bilər. Həmin partiyalar platformalarını  təqdim edərək 

lazımi bilik və təcrübəyə sahib olduqlarını göstərə və iqtidar mübarizəsinə qatıla 

bilər. İqtidara gəldikləri təqdirdə isə dövləti din adı altında deyil, öz mandat və 

səlahiyyətlərinə  əsaslanaraq idarə etməlidirlər. Yaxşı idarə edərlərsə, savabı 

özlərinə, pis idarə etdikləri halda da, vəbalı yenə özlərinə aid olur. Çünki 

İslamda səhv yoxdur, amma müsəlmanda ola bilər. 

 *52. Dinin bir tək sahibi vardır o da Allahdır. Bütün səlahiyyətlər də Ona 

məxsusdur. Allah öz dinini qəbul edib etməməkdə insanları sərbəst buraxmışdır. 

Çünki imtahan ediləcək insanlar üçün sərbəstlik qaçınılmazdır.  Əgər Allah 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə