Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə2/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   2   3   4   5   6   7   8   9   ...   26

 

“əsirlik”, başqa sözlə “qeyd-şərtsiz boyun əymək”dir. Allahdan başqasına ibadət 

etməmək, Ondan başqa heç kimə qeyd-şərtsiz boyun əyməmək deməkdir. 

Amma dini bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışanlar labüd olaraq ilk 

növbədə onu peyğəmbərlərin göstərdiyi istiqamətdən sapdıraraq tanınmaz hala 

gətirmişdir. 

Onlar dini fərdi müstəvidən çıxarıb təşkilati müstəviyə köçürmüş, insanları dinə 

qəbul etmə və dindən çıxarma tədbirlərini mərasim halına salaraq, əqidələri də 

öz səlahiyyətlərinin hüdudlarına daxil etmişlər. Digər tərəfdən isə bu ictimai 

təsisat sayəsində dövlət hakimiyyətini  ələ keçirmək və Allahın adından (Onun 

hakimiyyətini təmsil etmək iddiası ilə  tərc.) dövləti idarə etmək imkanı 

qazanmışlar. İqtidarı ilahi hakimiyyət adı altında ələ keçirməklə dövlətin bütün 

imkanlarından yararlanmış, amma törətdikləri iqtisadi və sosial problemlərə, 

etdikləri zülm və  təzyiqlərə görə Allahı cavabdeh hesab etmişlər. Heç kim 

Allahı hesaba çəkə bilməyəcəyinə görə, özlərini məsuliyyətdən azad insanlar 

kimi təqdim etmişlər. Teokratiya məhz budur. Bu xüsusiyyətlərə uyğun bir 

təşkilatlanma xristian aləmində mövcuddur. Teokratiya dövlətin kilsəyə tabe 

olması deməkdir. Bu heç bir vəchlə  qəbul edilə bilməz. Bu səbəbdən 

teokratiyaya qarşı aparılan mübarizə haqlı mübarizədir. Laiklik (laisizm) məhz 

bu mübarizənin adıdır. 

Teokratiyaya qarşı üsyanın  şüarı olan laiklik ideyasının özü bir müddət sonra 

inanclara təzyiq vasitəsi halına gətirilmişdir. İnsanları özünə qul etmə hərisliyinə 

qapılanlar indi ya din, ya da laiklik adı altında hüquq və azadlıqları ortadan 

qaldırmağa çalışırlar. 

Kilsəyə  bənzəyən bir dini təşkilatı müsəlman dünyasında meydana gətirmək 

mümkün olmamışdır. Quranın varlığı buna ən böyük maneədir. Quran din və 

dövlət münasibətlərinin ideal prinsiplərini təqdim etmişdir. Hissi idrakla 

davranmayan hər kəs onları qəbul edər. 



 

Bu tədqiqatda biz Quran işığında din və dövlət münasibətlərinin necə 

tənzimlənməli olduğunu araşdırmışıq. Çünki Quran, Allahın son kitabıdır və heç 

bir təhrifə  məruz qalmadan dövrümüzə  qədər gəlib çatmışdır. Daha sonra isə 

teokratiya və laiklik mövzusunu ələ almışıq. Həmçinin, bu mövzunu da Kitab-i 

Müqəddəsə və Qurana əsaslanaraq izah etməyə çalışmışıq. 

Başlıca məqsədimiz mövzunu təfərrüata varmadan araşdırmaq olmuşdur. 

İnsanlar üzərində hakim olmaq üçün dindən sui-istifadə edənlərlə, laiklikdən 

yararlananların çıxılmaz vəziyyətlərini qısa və  yığcam  şəkildə ortaya qoymağa 

çalışmışıq. 

Bu əsərlə həqiqətləri açıqlamağa çalışırıq. Doğruları hər kəs əksərən bilir, amma 

onları  həyata keçirmək insanların çoxunun mənafelərinə uyğun gəlmir. Bunu 

yaxşı başa düşürük. Biz insaflı  hərəkət edən insanlara faydalı ola bilsək, 

özümüzü müvəffəq olmuş sayacağıq. Belələrinin sayı da az olur. Çalışmaq 

bizdən, müvəffəqiyyət Allahdandır. 

 

BİRİNCİ HİSSƏ 



DİN-DÖVLƏT MÜNASİBƏTLƏRİ 

1. DÖVLƏTİN DİNİ 

1. Dövlət bir təşkilatdır. Təşkilatların dini olmur, insanların dini olur. Dövlət 

namaz qılmır, oruc tutmur və axirətlə bağlı hər hansı bir qayğısı yoxdur. Dövlət 

kimi digər təşkilat və quruluşların da dini olmur. 

Dövləti və ya bir təşkilatı idarə edənlərin inancları onların idarəetmə 

fəaliyyətlərində öz əksini tapır. Bu, təbii bir haldır. Müsəlmanların hakimiyyətdə 

olduğu dövlətə  İslam dövləti, xristianların iqtidarda olduğu dövlətə  də xristian 

dövləti deyilməsi bu səbəbdəndir. Təbii olmayan isə idarəedicilərin xalqı onların 

etiqadını  mənimsəməyə  məcbur etməsidir. Din dövləti və ya ideoloji dövlət 



 

məhz bu zəmində  təşəkkül tapır. Etiqadı güc tətbiq etmək və  təzyiq yolu ilə 

dəyişdirmək mümkün olmadığı üçün belə  cəmiyyətlərdə daxili mübahisələr, 

təzyiq və zülüm (hüquq pozuntusu halları tərc.) əsla bitməz. 

2. Dinin özəyi imandır. İmanın təməli da qəlb ilə təsdiqdir. Qəlb insanın daxili 

dünyasındadır.  İnsan burada mümkün olduğu qədər azaddır. Heç bir əqidə 

insana zorla qəbul etdirilə bilməz. Təzyiq mexanizmasından ən çox istifadə edən 

müstəbid rejimlər belə bunu bacara bilməzlər. Uca Allah bu barədə belə 

buyurur: 

“Dində  məcburiyyət yoxdur; artıq doğru ilə  əyri bir-birindən yetərincə 

ayrılmışdır. Bundan sonra kim zalımları (onların hakimiyyətini) tanımayaraq 

Allaha inanarsa, qopmayan sağlam bir qulpdan yapışmış olar. Allah (hər şeyi) 

eşidəndir, biləndir.” (Bəqərə 2/256) 

Bu səbəblə müsəlmanlar heç kimi müsəlman olmağa və ya müsəlman kimi 

davranmağa məcbur edə bilməzlər,  əksinə  hər kəsə inandığı kimi yaşamaq 

imkanı verirlər. Beləliklə, bu səbəbdən müsəlmanların dövləti din dövləti, yəni 

teokratik dövlət ola bilməz

1

. Onlar insanlara Allahı təmsilən, Onun naibi, vəkili 



olaraq (başqa sözlə ilahi hakimiyyət adı altında) deyil, şəxsi məsuliyyət əsasında 

rəhbərlik edirlər. Yaxşı rəhbərlik edən Allah dərgahından mükafat qazanacaqdır. 

Pis rəhbərlik edən də öz məsuliyyətini hiss etməlidir. 

3. Türkiyədə din deyərkən İslam başa düşülür. Bu dinin bir peyğəmbəri, bir də 

kitabı vardır. Müsəlman olmaq istəyən həmin peyğəmbərin və  həmin kitabın 

bəyan etdiklərinə inanır və  həyat tərzini həmin göstərişlərə uyğun  şəkildə 

tənzimləyir. Yəni, Qurana riayət edir, onun göstərişlərinə tabe olur. 

Bir də Quranı özlərinə uyğunlaşdıranlar vardır. Onlar həm istədikləri kimi 

yaşamaq, həm də müsəlman sayılmaq istəyirlər. Bu səbəbdən mənafelərinə 

uyğun gəlməyən, münasib görmədikləri ayə  və  hədislərin bir qismini qədim 

                                                            

1

 Teokratik dövlət mövzusu bu kitabın ikinci bölümündə incələnmişdir. 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə