Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə9/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

 

“Kim (haqq) yola gələrsə, ancaq özü üçün gəlir. Kim də yolunu azarsa, 

azğınlığı ancaq öz zərərinədir. Heç bir günahkar başqasının günahını 

daşımaz. Biz də bir elçi göndərməyənə qədər əzab vermərik”. (İsra 17/15) 

İslamı doğru öyrətmək üçün Qurani-kərimin ana dilinə  tərcüməsi məktəblərdə 

bir dərs kimi tədris edilməlidir. Bu, eyni zamanda xürafatlara qarşı etibarlı  və 

təsirli bir mübarizə üsulu ola bilər. 



B-İBADƏT TƏLİMİ 

37. Namaz, oruc, həcc və  zəkat mövzusunda elementar bilikləri doğru  şəkildə 

mənimsəmək lazımdır. 

Namaz qılan hər kəs Fatihə surəsini, namazda daha çox oxunan surələri, “Ayət 

əl-kürsi”ni doğru surətdə oxuya bilməlidir. Namaz dualarını, həmçinin, gündəlik 

həyatda tez-tez qarşıya çıxan məsələlərlə  əlaqədar göstəriş  və öyüdləri ehtiva 

edən ayələri də öyrənməlidir. Bu dua və ayələrin sayı azdır. Onları doğru 

oxumaq üçün orijinal dilindəki (ərəbcə) mətnini öyrənmək və  həmin mətnləri 

düzgün tələffüz etmək lazımdır.  İmam-xətib liseyləri və Quran kurslarının 

məzunları bir kənara, dövrümüzdə  kəlmeyi-şəhadəti belə  əslinə uyğun olaraq 

tələffüz edənlərin sayı azdır. Bu vəziyyət çox sayda ali savadlı, geniş 

dünyagörüşünə sahib olan insanın bu məsələdə (öyrənilməsi zəruri olan dini 

mətnlərin (Quran ayələri və duaların) düzgün oxunuşu, tələffüzü xüsusunda 

tərc.) özünü aciz hiss etməsinə səbəb olur. 

38. Quranı orijinal dilində doğru oxumaq da hər bir müsəlmanın arzu və 

ehtiyacıdır. Bu arzusunu doğru qaydada, mükəmməl təhsil almış müəllimlərin 

nəzarəti altında həyata keçirə bilməyənlər  şikayətlərə  səbəb olan yollara əl 

atmaq məcburiyyətində qalırlar. Bu səbəbdən, ibtidai təhsildən başlayaraq 

istəyən hər bir şagirdə Quranı öyrətmək zəruridir. Quran kursları və İmam-xətib 

liseyləri bu ehtiyacı bütünlüklə ödəmək imkanına sahib deyildir. Əsas təhsil 



 

bazası


25

 üzrə  tədris hüququ ləğv edilməmişdən öncə müşahidə edilən  İmam-

xətib liseylərinə geniş  şagird axınının səbəbi övladının dini təhsil almasını 

istəyən valideynlərin bu arzularını digər məktəblərdə gerçəkləşdirə 

bilməməsidir. Digər orta təhsil müəssisələrində dinini öyrənmək imkanından 

məhrum olanların özlərində  şəxsiyyətin formalaşması ilə bağlı kompleks hiss 

etməsi də yanlış davranışların digər bir səbəbidir. 

*Şəxsi yorum və  təvillərdən çəkinərək, Quranı  məzhəbinə  və arzusuna 

uymadan, sırf Allahın bildirdiyi şəkildə izah edib çatdırmaq, məsuliyyət daşıyan 

hər müsəlmanın vəzifəsi olmalıdır. Təhsil bu şəkildə aparılarsa, insanlar həm 

fərqli məzhəb və məqsədlərə xidmət edən dini qruplaşmalardan xilas olar, həm 

də dövlət və millət arasında birlik və bərabərlik saxlanmış olar. Dini arzusunu 

normal yollarla, yaxşı yetişmiş müəllimlər nəzarətində öyrənməyənlərin, 

başqalarına alət olmaları, oyuna gəlmələri çıxılmaz olur. Sonra da bunlar bu 

ümmətə qarşı yönləndirilmiş canlı bombaya çevrilirlər. Bu da dinin istismarına 

və xoşa gəlməz mənzərələrə yol açmaqdadır. Tariximiz bunun ibrətli səhnələri 

ilə doludur. Necə ki, Tibb fəkultəsini bağladığınız zaman meydan qoca qarılara, 

tüstü verənlərə qaldığı kimi, din təhsilini üniversitet və  məktəblərdən 

qaldırdığınız zaman meydan pirlərə, ziyarətgahlara, kitab-açanlara, fala-

baxanlara, mollalara qalır. Onun üçün ibtidai sinifdən başlayaraq  istəyən hər 

tələbəyə Quran öyrətmək lazımdır. 

Müsəlmanlıq bu ölkə xalqının rəsmi dini olduğu üçün, bu dini öyrənmək də 

xalqın  ən təbii haqqı  və  tələbatıdır. Ona maneçilik nə dövlətin, nə  də xalqın 

xeyrinə deyildir. Tam tərsinə zərərinədir. Bu səbəblə həm dövlətin, həm xalqın 

rəfahı, inkişafı və mənafeyi üçün dinin təhsilinə ehtiyac vardır. Çox təəssüf ki, 

bir əsrə yaxındır dindən və din təshilindən qorxmuş və qorxudulmuş bir idarə və 

xalq kütləsi vardır ki, bu səbəblə müsəlmanların və Quranın aydınlanması, 

                                                            

25

 Əsas təhsil bazası ‐ ibtidai təhsil mərhələsindən (ölkəmizdə bu mərhələ 1‐4‐cü sinifləri əhatə edir) sonra gələn 



və əsas təhsil (ölkəmizdə 5‐9‐cu sinifləri əhatə edir) haqqında şəhadətnamənin verilməsi ilə nəticələnən  təhsil 

prosesidir. Türkiyədə bu mərhələnin ekvivalenti “ortaokul” adlanır. Tərc. 


 

tərəqqisi  əngəllənməkdədir. Buna görə  də  hər kəsə Qurana və müsəlmanlığa 

yenidən nəzər salmasını tövsiyə edərik.* 

C-ƏXLAQ TƏHSİLİ 

40.  İnsanın özünə, ailəsinə, yaşadığı  cəmiyyətə, ölkəsinə  və bütün insanlığa 

qarşı haqq və  vəzifələri vardır. Bir müsəlman bu mövzudakı  vəzifələrini; 

fərzləri, halal və haramları doğru öyrənməlidir. Belə olmazsa nümunəvi bir 

insan və yaxşı bir müsəlman olması mümkün olmaz...* Məhz müsəlmanların 

terorist və pis insanlar kimi göstərildiyi bu çağımızda buna çox ehtiyac vardır. 

Əslində müsəlmanlar bunu kimlərəsə xoş görünmələri üçün də etməzlər. Çünki 

bu Allahın onlara yüklədiyi bir məsuliyyətdir və Allah rizası üçün edilir. 



D- ORTA MƏKTƏBLƏRDƏ ƏXLAQ VƏ QURAN TƏLİMİ 

41. Ölkəmizdə, Türkiyədəki İmam xətib lisələrinə bənzər  bir təlimin verilməsi 

dövlətin və xalqın ruhi və mənəvi inkişafına çox faydası olacağına inanıram. Bu 

fəaliyyət, gənclərin hər tərəfli yetişməsini təmin edəcək, sektalara, qruplara, 

xurafələrə yönlənməsinə mane olacaq və bir çox həm özlərinə  həm dövlətin, 

xalqın zərərinə olacaq pisliklərə, propaqandalara düşməsinin qarşısını alacaqdır. 

İmanlı gənclərin varlığı cəmiyyət üçün etibar qazandırır.*  Çünki xürafatçılar və 

fitnəkarlar həmişə dini yaxşı bilməyənləri axtarırlar. Cahilləri tabe etmək asandır 

və bunlar hər kəs üçün istismar edilən, çeynənən rahat loxmadır. 

Din təshili tədris planı Quranın işığında gözdən keçirildiyi təqdirdə ölkəyə ağlın 

və əməlin hakim olması qaçınılmazdır. 

42.  İnsanların dinə yönəlmələrinə mane olmaq mümkün deyildir. Bu bütün 

dünyada tarixdən günümüzə  qədər yaşanan bir hadisədir. Bütün millətlərin bir 

dini olmuş və olacaqdır. Buna heç kim və heç bir şey mane ola bilməz, çünki bu 

insanın fitrətinə yerləşdirilmiş bir şeydir.  İnsanlar onu bu və ya digər  şəkildə 

qəlblərinə ya da yaşayış  tərzlərinə soxacaqlar. Kimsə  mənim dinlə  əlaqəm 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə