Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə12/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

 

istəsəydi Kainatı  və insanları başqa cür yaradardı  və  hər kəs də iman edərdi. 

Yunus surəsinin 99-cü ayəsində buyurduğu kimi: 

 “Əgər Rəbbin istəsəydi



26

, yer üzündə olanların hamısı iman gətirərdi. 

İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?” 

 O  cümlədən insanlar onun hökümlərini; istər dövlət orqanları  tərəfindən, istər 

şəxs olaraq həyata keçirməkdə sərbəst buraxılmışdır. Onlara bu barədə kitablar, 

peyğəmbərlər göndərib, əmrlər və tövsiyələr versə də məcbur etməmişdir.*  

53. Din azadlığı olduqca mühümdür. Əqidə  mənəviyyatla bağlı bir məsələ 

olduğu üçün etiqad azadlığını (vicdan azadlığı da deyilir tərc.) tanımaq və ya 

tanımamaq bir o qədər əhəmiyyət kəsb etmir. Lakin din azadlığı çox mühümdür. 

Burada din deyərkən bir dinin bütün əmr və qadağanları başa düşülür. Bu 

anlayışın daha aydın ifadəsi “inandığı kimi yaşamaq azadlığı”dır. 

İslam insana inandığı kimi yaşamaq imkanı yaradır və etiqadlara qarşı təzyiq və 

təhqiri qadağan edir. Osmanlı dövlətinin müsəlmanlar üçün meyxanaların 

(burada: eyş-işrət mərkəzləri  tərc.) fəaliyyətini və donuzçuluq təsərrüfatı ilə 

məşğul olmağı qadağan edərək, qeyri-müsəlmanları bu xüsuslarda sərbəst 

buraxması bu səbəbdən idi. 

Bu tolerant yanaşma İspaniyadan qaçan yəhudilərə qucaq açmağımıza və onlara 

tarixlərinin  ən sevincli günlərini yaşatmağımıza səbəb olmuşdur. Yəhudilər bu 

tolerantlığın xatirəsinə “500-cü il Vəqfi”ni qurmuşlar. 

54. Hər hansı bir dövlətdə, həmin dövlətin bir nümayəndəsi dövlətin təzyiqindən 

heç qorxmadan azad bir şəkildə; “mən müsəlmanam” ya da “mən kafirəm”- 

deyə bilmirsə orası teokratik bir dövlətdir. Şəriət qanunları ilə yönləndirilən bir 

ölkədə belə insanların arasından biri çıxıb rahat bir şəkildə “mən bu dini qəbul 

etmirəm” ya da “mən kafirəm” deyə bilmirsə o dövlət həqiqi şəriət dövləti deyil, 

teokratik bir dövlətdir. Çünki Allah Təala, etiqadda insanlar üzərində heç bir 

təzyiqi qəbul görməməkdə və belə buyurmaqdadır: 



“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər 

kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm 

dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir

.”

27

 

                                                            

26

  Yəni bu iman edib etməmə işi Rəbbinizə qalsaydı (imtahan etmədən məcburi bir qayda qoysaydı) hamınız 



imana gəlmiş olurdunuz. 


 

Təəssüf ki, Peyğəmbərimiz və  səhabələri dindən dönənlərlə  əlaqədar heç bir 

cəza tədbiri görmədiyi halda, sonradan bir çox İslam alimləri Quranın bu ciddi 

məsələdə qoyduğu qaidələri göz-ardı edərək, zəif bir neçə  hədisi  əsas alıb, 

“dindən dönən öldürülür”- fətvasını çıxarmışlar. 

55. Amma artıq  əvvəlki tolerantlıq mühiti mövcud deyil. Çünki nüfuzlu 

səlahiyyət sahibləri olan ateistlər və dindən uzaq insanlar tolerantlıq nümayiş 

etdirə bilmir. Onlar müxtəlif səbəblərdən dolayı özünü müsəlman kimi qələmə 

vermək ehtiyacı da hiss etdiklərinə görə problem daha da mürəkkəbləşir. 1946-

cı ildən bu yana qurulan siyasi partiyalar daha çox səs toplaya bilmək üçün 

xalqın dini hislərinə toxunmaq, təsir etmək üçün sanki yarışa girmişdir. Onların 

arasında səmimi olanlar olduğu kimi, dini duyğuları istismar edənlər də 

olmuşdur.

 

Türkiyə Konstitusiyasının 24-cü maddəsinə əsasən, “Heç kəs ... hər nə şəkildə 



olursa-olsun, dini və ya dini duyğuları, yaxud dini baxımdan müqəddəs sayılan 

şeyləri istismar və sui-istifadə edə bilməz”

Din istismarının adı ikiüzlülük və münafiqlikdir. İkiüzlü ilə  həqiqi dindarı 

ayırmaq çətindir. Xüsusilə, insanlar dinləri xüsusunda problemlə qarşılaşdıqda 

ikiüzlülər üçün ələkeçməz bir fürsət yaranır. Belə məqamlarda həqiqi dindarlar 

din istismarçılığında ittiham edilir ki, bu da öz növbəsində hər şeyi alt-üst edir. 

Türkiyə  cəmiyyətində müşahidə edilən mənzərə  məhz bundan ibarətdir. Digər 

tərəfdən, istənilən dini mənzərəyə laisizm adı altında qarşı  çıxanların, dini 

təhsilə  zərbə vurub insanları dinlərindən uzaqlaşdırmağı müasirlik sayanların, 

özlərinə qarşı etirazları azaltmaq üçün ara-sıra çıxıb dinə hörmətlə 

yanaşdıqlarını, fəqət din istismarına qarşı olduqlarını deməsi, onların məhz bu 

davranışları daha böyük etirazlar doğurur və dindarlarda məsxərə obyektinə 

çevrildikləri ilə bağlı bir hissi formalaşdırır. İkiüzlülər sevimli Peyğəmbərimizə 

                                                                                                                                                                                          

27

  Bəqərə, 2/256. 




 

(s) də  əziyyət edirdilər. Quranda bu mövzuda bir çox xəbərdarlıqlara yer 

verilmişdir. Uca Allah bu barədə belə buyurur: 

“Onlar (sənə): “Baş üstə!” deyir, amma sənin yanından uzaqlaşdıqda 

aralarından bir qismi gecə  sənin dediklərindən fərqli bir şey sərgiləyirlər. 

Allah da onların gecə elədiklərini yazır. Artıq onlardan üz çevir və Allaha 

təvəkkül et! Allahın qoruyucu olması (sənə) kifayətdir!” (Nisa 4/81) 

56. Din ümumbəşəri bir dəyərdir və zamanın fövqündə durur. Yəni, dinin 

zamana və  məkana bağlı olmayan dəyişməz qaydaları vardır. Dövlətçilik 

siyasəti və qanunlar isə zamana, məkana və ehtiyaclara görə dəyişir. Bir dövlət 

din və vicdan azadlığını  qəbul edirsə, qanunlarını  və daxili siyasətini buna 

əsasən tənzimləyir. Çünki dinə müdaxiləni heç bir dindar qəbul edə bilməz. 

Məsələn, Nur sürəsinin 31-ci ayəsi müsəlman qadınların başlarını örtməsini əmr 

edir. Bu əmr ilk gündən etibarən mübahisəsiz icra edilmişdir. Bu gün həm 

Türkiyədə, həm də digər İslam ölkələrində müsəlman (dindar) qadınlar başlarını 

örtürlər. Bir yerdə qadınların başlarını örtməsi qadağan edildikdə, bütün 

müsəlmanlar bu qadağanı etiraz ilə qarşılayır. Quran var olduqca bu etiraz 

bitməyəcəkdir. Bu etiraz özünü göstərdikcə onu istismar edənlər də tapılacaqdır. 

Bir partiya hicabı müdafiə edəcək, digəri isə qarşı çıxacaqdır. Buna ateistlərin və 

İslamdan uzaq şəxslərin dini vicdanlara sığışdırmaq (sadəcə inanclarla 

məhdudlaşdırmaq) təşəbbüsləri də  əlavə olunduqda laisizmin dinsizlik kimi 

təzahürü üçün zəmin yaranır. Artıq ağıl deyil, hisslər önə çıxır. Belə vəziyyətdə 

partiyalara səs verənlər də hissləri ilə  hərəkət edirlər. Partiyaların ölkənin 

inkişafı, milli birlik və hüquq bərabərliyinin bərpa edilməsi istiqamətində hansı 

işləri görəcəyi onları çox da maraqlandırmır. Partiyalardan birinə səs verən üçün 

mühüm olan dininin əmrini həyata keçirmək imkanı əldə etmək, digəri üçün isə 

mühüm olan buna əngəl olmaqdır. Beləcə  hər iki partiya parlamentdə 

mandatlarını etiraz duyğusuna  əsaslanan səslərlə qazanır və siyasi balansı 

pozurlar. Dürüst siyasətçilər isə ya siyasət səhnəsindən silinib getmə bahasına da 



Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə