Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
43
Bahar gəlir. Gündə minlərlə arı doğulur. Arılar saxlanan 
yerlər çiçək tozu ilə dolub-daşır. 
Erkək arılar arı  şanının üstündə ora-bura qaçışır-
lar. Arıların sayı o qədər artır ki, yüzlərlə işçi arı özünə 
yer tapmır və kandarda gecələməli olur. Bəzən soyuq 
onların sırasını seyrəldir. 
Qoca məlikə arı hökmdar olduğu təknəni tərk 
etməli olur. Halbuki o, bu təknəni qurub yaradıb. Bütün 
işçi arıları, erkək arılar, sürfələr, puplar gənc şahzadələr 
onun bətnindən çıxmışdır. 
Beçəvermə vaxtı firavan həyat sürən qüdrətli bir 
xalq (arı) öz əməyinin bəhrəsini gələcək nəslə qurban 
verir, heç bir təminatı olmayan yerə, naməlum yerə
Vətən axtarışına çıxır. 
Arıların “köç” hadisəsi kor-koranə hadisə deyil. 
Bu, gələcək nəslə olan sevgidir. 
“Arıların həyatı”  əsərinin üçüncü hissəsi 
“Məskunlaşma” adlanır. 
Ana arı – məlikə öz yeməyini özü götürmür. Onu 
cəfakeş işçi arılar körpə uşaq kimi yemləyirlər. Ana arı 
sürətlə yumurta qoyur  və bunu görən işçi arılar yeni 
hücrələr tikməyə tələsirlər. 
Əsərin “Gənc məlikələr” adlanan dördüncü hissə-
sində, “Nikah uçuşu” adlanan beşinci hissəsində, “Erkək-
lərin məhv edilməsi” adlanan altıncı hissəsində maraqlı 
müşahidələr verilir. Məsələn, məlikə mayalandıqdan 
sonra işçi arılar erkək arıların  şıltaqlığına dözür. Erkək 
arılar avara-avara gəzib dolaşır, kef edirlər. Başqalarının 
işinə maneçilik törədirlər. Yuvanın  ən yaxşı  və isti 


B U L U D X A N   X Ə L İ L O V  
 
44
yerində yatırlar. Yuxudan ayılan kimi ən yaxşı balın 
toplandığı hücrələri talan edirlər. İsti iyul-avqust ayların-
da saat 12-16 arası onlar təknənin kandarına ayaq da 
açırlar. Onların bu təkəbbürlü hərəkətlərinə olan səbr 
tükənir. Nəticədə onların dəbdəbəli həyatları alt-üst olur. 
İşçi arılar onlara mərhəmət göstərmir. Onların qanadları-
nı sındırır, onlara hücum edir, özü də amansız hücumlar 
edirlər. Erkək arıların cəsədləri yığışdırılır, növbəti bahar 
mövsümünə  qədər onların xatirəsi yaddaşlardan silinir. 
Moris Meterlink belə hesab edir ki, yaxşı arı yuvasının 
hər biri səksən-yüz litrə qədər bal verir. 
Əsərin yeddinci fəsli “Nəslin tərəqqisi” adlanır. 
Burada arının sakit qış yuxusuna getməsindən bəhs 
olunur. 
Moris Meterlink belə hesab edir ki, arının dörd 
min beş yüz növü var. Onun fikrincə, müşahidələr əsa-
sında arılardan ciddi əsərlər yazmaq üçün insan ömrü 
yetməz, kifayət etməz. 
Moris Meterlink fərdin özünü nəslə qurban ver-
məsindən, hər  şeyin materiyadan təşkil olunmasından 
söhbət açır. O yazır: “Əgər bu dünyada hər şey materi-
yadan təşkil olunubsa, materiyanın buradakı immaterial 
hərəkətinin təzahürlərinə necə təəccüblənməmək olar? 
Burada təsadüfi, miskin yaşayışı daha sabit, daha 
xoşbəxt həyata çevirməkdən söhbət gedir. Söhbət real 
olaraq bədəndə bir-birindən ayrı olan şeyləri ruhda bir-
ləşdirməkdən, fərdin özünü nəslə qurban vermək dərə-
cəsində tabeliyini təmin etməkdən, gözlə görünən, 
sezilən nəsnələri hiss olunmayan nəsnələrlə  əvəz 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
45
etməkdən gedir. Şüurumuzu nurlandıran ali yüksəkliyin 
işığında belə həll edə bilmədiyimiz problemləri arıların 
dərhal aradan qaldıra bilməməsinə  təəccüblənməyə 
dəyərmi? Zülmətin içərisindən doğulan yeni ideyanın 
kövrək titrəyişlərini izləmək də riqqət doğuran və 
maraqlı hadisədir. Bu ideya materiyadan doğur və hələ 
maddidir. O, hələ soyuqdan, aclıqdan və  şəklini dəyiş-
miş, amma hələ ifadə olunmamış qorxudan ibarətdir. O, 
böyük təhlükələrlə, uzun gecələrlə, ölümün özünə  bən-
zəyən qış mövsümü ilə dumanlı  şəkildə  təmasa girir”. 
(Moris Meterlink. Seçilmiş  əsərləri. Bakı, “Şərq-Qərb” 
Nəşriyyat Evi, 2013, s. 169-170). 
Moris Meterlinkin eşşəkarıları barədə fikri də 
maraqlıdır. O yazır: “Eşşəkarıları – iri, tüklü, daim səs-
küylü, qorxunc görünsələr də, əslində, fağır, tənha məx-
luqlardır. Qış mövsümünün bütün məhrumiyyətlərinə 
sinə gərən mayalanmış eşşəkarısı martın ilk günlərindən 
etibarən mənsub olduğu növün vərdişlərinə uyğun 
olaraq ya torpağın altında, ya da kolluqda yuva qurmağa 
başlayır. O, yuva qurmaq üçün seçdiyi yeri eşərək orada 
səliqə-sahman yaradır. Sonra kifayət qədər yöndəmsiz 
hücrələr qurur, onları balla və çiçək tozu ilə doldurur, 
sürfələrə qulluq edir və tezliklə ona həm evdə, həm də 
çöldə yardım edən bir bölük törəmənin əhatəsinə düşür. 
Gənc eşşəkarılarının bir qismi də, öz növbəsində, 
yumurta qoyur. Güzəran yaxşılaşır, quruculuq işləri 
vüsət alır, koloniya böyüyür. Koloniyanın əsasını qoyan 
“ana arı” şahlığı idarə edir. Onların cəmiyyəti bizim adi 
ev arılarının qurduğu şahlığa bənzəyir. Ancaq bu kifayət 


B U L U D X A N   X Ə L İ L O V  
 
46
qədər uzaq oxşarlıqdır; eşşəkarıları həmişə məhdud rifa-
ha qovuşa bilirlər; qayda-qanunlara heç kəs riayət etmir; 
ibtidai hannibalizm və  uşaq qətli hallarına tez-tez rast 
gəlinir; onların yöndəmsiz arxitekturası o qədər də  işə 
yaramır; bu iki yaşayış  məskənini bir-birindən 
fərqləndirən başlıca cəhət isə onlardan birinin daimi, 
digərinin müvəqqəti olmasıdır. Eşşəkarılarının məskəni 
payızda tamamilə dağılır, sakinlərdən üç-dörd yüzü 
özündən sonra heç bir iz qoymadan məhv olur, onların 
səyləri nəticəsiz qalır. Bütün koloniyadan yalnız bir dişi 
arı qalır və o tək-tənha öz anasının keçənilki faydasız 
işini davam etdirir. Ancaq qardaşlıq ideyası bu dəfə də 
öz gücünü nümayiş etdirə bilmir. 
Eşşəkarılarından qardaşlıq ideyası müəyyən 
çərçivəni aşıb keçə bilmir, amma qarşısıalınmaz metam-
psixoz nəticəsində, sonuncu uğurundan ruhlana-
raq Meliponitae  qrupunda dəyişilmiş  şəkildə  təzahür 
edir. Bu qrup bizim ev arılarının sonuncudan əvvəlki 
sırasında yer alır. Haqqında danışdığımız ideya da məhz 
bu qrupda özünün pik həddinə çatır”. (Moris Meterlink. 
Seçilmiş  əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 
2013 s. 171-172). 
 
29.12.2015 
 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə