Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə19/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

B U L U D X A N   X Ə L İ L O V  
 
78
yırğalanan kimi, kəkilli ağot, madyan, təzək, daş 
mağara, qırmanc, dayça, tövlə, Pəhriz bayramı, taya və 
s. Bu sözlərin və belə yüzlərlə, minlərlə sözün Mixail 
Şoloxovun yaradıcılığında öz kodu, məqamında və 
yerində  işlənmə kodu var. Bu da yazıçını real həyat 
hadisələrinin təqdimatçısı kimi oxucuya sevdirir. 
 
01.02.2016 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
79
 
İvan Bunin:  
həyatı və yaradıcılığı – I yazı 
 
İvan Bunin 1870-ci ildə 
Voronejdə, zadəgan nəslində 
anadan olubdur. Onun mənsub 
olduğu nəslin Rusiyanın ictimai 
və mədəni həyatında rolu böyük 
olmuşdur. Bu nəsildən dövlət 
xadimləri, hərbçilər,  şairlər, 
yazıçılar çıxmışdır. Məsələn, 
onlardan biri Vasili Jukovski 
olmuşdur. Vasili Jukovski İvan 
Buninin ulu babasının qeyri-
qanuni oğlu olmuşdur. Belə ki, 
İvan Buninin ulu babasının əsir türk qızı Səlimə ilə olan 
münasibətindən Vasili Jukovski anadan olmuşdur. Vasili 
Jukovski XIX əsr rus ədəbiyyatının inkişafında 
xidmətləri olan yaradıcı insanlara mənəvi cəhətdən qayğı, 
diqqət göstərmiş, onlara mənəvi dayaq olmuşdur. 
Məsələn, Puşkin, Lermontov, Nekrasov və digərləri bu 
mənəvi dayağı görənlər içərisində olmuşdur. 
İvan Alekseyeviç Buninin həyatının üç ili anadan 
olduğu Voronejdə keçmişdir. Sonra onun atası Orlov 
quberniyasının Yelits əyalətinə  gəlmişdir. Və burada 
Butırkı xutorunda yaşamışdır.  İvan Buninin uşaqlıq 
illəri burada keçmişdir. 


B U L U D X A N   X Ə L İ L O V  
 
80
İvan Alekseyeviç Buninin ilk müəllimi Nikolay 
Romaşkov olmuşdur. Nikolay Romaşkov Buninin dün-
yagörüşünün formalaşmasında böyük rol oynamışdır. 
Nikolay Romaşkov Moskvada Lazarev adına  Şərq Dil-
ləri  İnstitutunu bitirmişdir. Çoxlu dil bilirdi və geniş 
dünyagörüşə malik idi. O, Bunində Şərq aləminə maraq 
yaratmışdı. Eyni zamanda onda poeziyaya, rəssamlığa 
məhəbbəti artırmışdır. Təsadüfi deyil ki, Buninin şeirlə-
rində Türkiyə, Suriya, Misir, Səudiyyə Ərəbistanı, Hin-
distan xatırlanır, bu ərazilərlə bağlı  mənzərələr canlan-
dırılır. Buna Bunin ona görə nail ola bilir ki, o, gənc 
yaşlarından bütün Şərq ölkələrinə səyahət etmişdi. Onda 
Şərq ölkələrinə olan bu marağı məhz müəllimi Nikolay 
Romaşkov yaratmışdı. Bunin öz şeirlərində Şərqdə göz-
ləri ilə gördüyü canlı mənzərələri əks etdirməklə yanaşı, 
həm də Şərqin dini dəyərlərinə də üstünlük verirdi. Mə-
sələn, “Quran”a, Məhəmməd Peyğəmbərə, islamın yaşıl 
bayrağına və s. Əlbəttə irəlidə onun şeir yaradıcılığın-
dan bəhs edərkən bu məsələlərə bir daha qayıdacağıq. 
İvan Buninin atası övladına və onun tərbiyəsinə 
biganəlik göstərmişdir. Bunun səbəbi isə onun atasının 
içkiyə və qumara aludə olması ilə bağlı olmuşdur. Belə 
olduğundan Buninin tərbiyəsində, formalaşmasında 
anasının rolunu xüsusilə qeyd etmək lazım gəlir. Onun 
anası Lyudmila Çubarova övladının tərbiyəsində, zöv-
qünün formalaşmasında, nəcib keyfiyyətlərin yaranma-
sında xeyli rol oynamışdır. Buninin böyük qardaşı uni-
versitet bitirmişdi və o da kiçik qardaşının yazıçı kimi 
formalaşmasında mühüm rola malik olmuşdur. Kiçik 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
81
qardaşına həyat,  ədəbiyyat barədə müstəqil fikir 
söyləməkdə müstəqilliyi öyrətmişdir. 
Bunin təbiətə, kənd həyatına çox bağlı olmuşdur. 
O, gimnaziyada cəmi dörd il təhsil aldıqdan sonra bura-
dan çıxmışdır. Onun gimnaziyadan çıxmasının səbəbi 
məlum olmamışdır. Ancaq gimnaziyadan çıxdıqdan 
sonra təbiətə, kənd həyatına bağlılığı daha da artmışdır. 
Bunin qırmızıların Rusiyada törətdikləri bolşevik 
çevrilişindən sonra öz vətənindən didərgin düşür və öm-
rünün qalan hissəsini Parisdə yaşayır. 
Bunin proletar inqilabını qəbul etməmişdir. Onun 
proletarlardan xoşu gəlməmişdir. Hətta proletarlara nif-
rəti də olmuşdur. Bolşeviklər hakimiyyətə  gəldikdən 
sonra Bunin Rusiyanı tərk etmək niyyətində olur. 1920-
ci ilin fevral ayında mühacirət edir və ömrünün sonuna 
qədər Sovet Rusiyasına düşmən münasibətdə qalır. Bu-
nin 1953-cü il noyabr ayının 8-də Parisdə dünyasını 
dəyişir və orada da torpağa tapşırılır. 
Bunin mühacirət həyatı yaşasa da, rus dilini, rus 
torpağını, rus düşüncə tərzini dərin məhəbbətlə sevibdir. 
Bunu onun yaradıcılığı da təsdiq edir. O, yaradıcılığında 
rus düşüncə  tərzi ilə rus kəndini, onun həyatını güclü 
şəkildə təsvir edibdir. 
İvan Alekseyeviç Bunin 1933-cü ildə Nobel mü-
kafatı alıb. O, Nobel mükafatı alanda yaradıcılığının ən 
qaynar dövrü idi. İvan Bunin Nobel mükafatı alan ilk 
rus yazıçısıdır. O, yazıçı, şair, tərcüməçi kimi populyar 
olmuşdur. 
Buninin şeir yaradıcılığı onun yaradıcılığının oriji-
nallığını  təsdiq edir. O, ilk şeirini 1887-ci ildə (aprel 


B U L U D X A N   X Ə L İ L O V  
 
82
ayında) Peterburqda çap olunan “Rodina” jurnalında 
nəşr etdirmişdir. XIX əsrin 90-cı illərindən başlayaraq 
onun  şeir yaradıcılığı daha da genişlənməyə başlayır. 
Yazdığı  şeirləri 1900-cü ildə kitab şəklində çap etdirir. 
Yeri gəlmişkən, qeyd edək ki, onun A.M.Qorki ilə 
dostluq münasibəti olmuşdur. A.M.Qorki onun şeirlərini 
yüksək qiymətləndirirdi. 1901-ci ildə Buninin şeirləri 
barədə yazıçı Valeri Bryusova məktub da yazmışdı. 
Həmin məktubda yazırdı: “Böyük məmnuniyyətlə  sənə 
məlum edirəm ki, Buninin gözəl şeirlərindən ibarət kita-
bı almışam. Onu bu günlərin birinci şairi hesab edirəm”. 
İvan Buninin şeir yaradıcılığında diqqəti cəlb edən 
məqamlardan biri “Quran”a olan rəğbətdir. “Quran”dakı 
“Biz sizə kövsər verdik”, “Ölümündən qorxub, vətənini 
atanları unutma”, “O, yol göstərən işarələr qoyur”, “Əlif, 
Lam, Mim”, “Bu gecə mələklər göydən enir”, “Biz mələk-
lərə: “Adəmə səcdə edin!” – dedik. Oddan yaranmış İblis-
dən başqa hamı səcdə edir”, “O yatmır, mürgüləmir” və s. 
kəlmələr İvan Buninin şeirlərinin qaynaq yeri, mənbəyidir. 
İvan Bunin “Quran”dakı “Biz sizə kövsər verdik” 
kəlməsinə istinad edərək “Kövsər” adlı şeirində yazır: 
 
Duman arxasında çayların çayı, 
Çağlayır Kövsərin lacivərd suyu. 
Bütün yer üzünü xoşbəxt edəcək- 
İnan – ibadət et, döz ömrün boyu. 
 
“Quran”dakı “Ölümündən qorxub, vətənini atan-
ları unutma” kəlməsinə istinad edərək “Xəyanətə görə” 
şeirini yazır: 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə