Ə B Ə D İ Y A Ş A R Ə D Ə B İ Y Y A T
35
maq sualına cavab axtarılıb və axtarılacaqdır. Ancaq
bunlar hələ də öz həllini tapmayıbdır. Svift Qulliverin
dili ilə deyir: “Hər varlının müqabilində mindən artıq
yoxsul var. Açıq-aşkar söyləmək olar ki, bizim xalqın
çox böyük əksəriyyəti miskin həyat keçirir”. Beləliklə,
Svift Qulliverin dili ilə məsləhət görür ki: “Padşahların
və nazirlərin köməyi olmadan da keçinmək mümkün
ikən onlara etibar edilməməlidir”.
Svift istehza ilə Laqudodakı Böyük akademiyanın
alimlərinin mənasız layihələr hazırladığını, boş xəyal-
larla məşğul olduqlarını istehza ilə təsvir edir. Svift el-
mə fayda verməyənləri, zamanla, dövrlə ayaqlaşmayan
elmi tənqid edir. Belələri həmişə olub, indi də var.
Romanın dördüncü hissəsində qəhrəman xəyali
olaraq quiqnqnmlar ölkəsinə düşür. Həmvətənlərinə
sübut etmək istəyir ki, onlar çox pis, miskin yaşayırlar.
Qulliverin yadına “mədəni” həmvətənləri düşür. İki-
ayaqlı vəhşilər olan yexular bunu onun yadına salırlar.
Yexuları gördükdə o, “mədəni” həmvətənləri ilə onların
arasında müqayisə aparır. Atlar ona daha mehriban
görünür, nəinki “insani” adamlar. Onların dilində yalan
anlayışı yoxdur. İnsanlıq isə kökündən xarab olub,
insanlıq simasını itirib, insanlar yexulara çevrilibdir.
Svift bu əsəri ilə bir məsələni də təsdiq edir. O da
mövcud həyatdır. Həyat var və ona ümidi itirmək ol-
maz. Sviftə görə, “Nəhayət, ağıl kobud qüvvəyə qalib
gələcəkdir”.
30.08.2015
B U L U D X A N X Ə L İ L O V
36
Nobel mükafatçısı
Moris Meterlink və “Arıların həyatı”
əsəri – I yazı
Belçikalı Moris Meterlink
(1862-1949) şair-dramaturq, esseçi,
filosof, Nobel mükafatı laureatı kimi
dünya ədəbiyyatının ən görkəmli
nümayəndələrindən biridir. Moris
Meterlink 1862-ci il avqustun 29-da
Belçikada imkanlı ailədə anadan
olmuşdur. Onun dünyaya gəldiyi
ailədə peşə seçimi baxımından bir ənənə olmuşdur.
Ənənəyə görə ailə üzvləri hüquqşünas ixtisasına yiyələn-
mişdir. Meterlink də hüquqşünas olmağı qərarlaşdırmışdı.
O, Sent Universitetinin hüquq fakültəsində təhsil almış,
buranı bitirdikdən sonra təcrübə keçmək üçün Parisə get-
mişdir. Burada Stefan Mal və Vilye de Lil-Adanla tanış
olmuşdur. Bu tanışlıq onun gələcək həyatını dəyişmişdir.
O, Parisdən Sentə qayıtdıqdan sonra atasının notariat kon-
torunda işləsə də, ancaq gələcək taleyini ədəbiyyata bağla-
mağa üstünlük vermişdir. Beləliklə, Moris Meterlink gələ-
cək həyatını ədəbiyyata bağlamaqla heç nə itirmədi, əksinə
qazandı. Bir çox yaradıcı insanlara nəsib olmayan xoş-
bəxtlik ona nəsib oldu. O, 27 yaşında fransız ədəbi mühi-
tində “böyük istedad” kimi qəbul olundu. “Şahzadə
Malen” əsəri dram əsəri kimi onu 27 yaşında məşhurlaş-
Ə B Ə D İ Y A Ş A R Ə D Ə B İ Y Y A T
37
dırdı. Təsadüfi deyil ki, öz dövrünün tanınmış yazıçısı
Oktav Mirbon 1889-cu ildə “Şahzadə Malen” əsəri ilə
bağlı “Fiqaro”da çap etdirdiyi məqalədə yazırdı: “Mən
bilmirəm Meterlink kimdir və hardandır; bilmirəm
qocadır, yoxsa cavan, kasıbdır yoxsa varlı. Bir onu bilirəm
ki, onun qədər tanınmayan, haqqında eşidilməyən ikinci
şəxs yoxdur. Bir də onu bilirəm ki, o, şedevr yaradıb...
Meterlink günümüzün ən möhtəşəm əsərini bizə bəxş
edib”. (Moris Meterlink. Seçilmiş əsərləri. Bakı, “Şərq-
Qərb” Nəşriyyat Evi, 2013, s.5-6) Bu məqalədən sonra
Moris Meterlink “Belçikalı Şekspir” adı ilə məşhurlaşır.
Onun barəsində yazılmış məqalədə o, Şekspirlə müqayisə
olunur. Bu cür müqayisə də onun şöhrətlənməsində az rol
oynamır. Gənc dramaturqun bu cür məşhurlaşması onu
notariat kontorundan uzaqlaşdırır. Və o özünün gələcək
həyatını bədii yaradıcılığa həsr edir. Moris Meterlink
məşhur olduğu dövrdə Sentdə yaşayırdı. Ancaq əsərləri
Parisdə çap olunurdu. O, 1895-ci ilə qədər, yəni Parisə
köçənə qədər “Çağırılmamış qonaq” (1890), “Korlar”
(1890), “Yeddi şahzadə” (1891) və s. pyeslərini yazır.
Moris Meterlink Parisə köçəndən sonra bir müddət esselər
və traktatlar yazmaqla məşğul olur.
Moris Meterlink 1905-ci ildə “Göy quş” pyesini
yazır. Və bununla da o, yaradıcılığının yeni bir zirvəsinə
ucalır. O, yaradıcılığı ilə əbədi şöhrət qazanmaq zirvəsini
fəth edir. Moris Meterlink 1911-ci ildə Nobel Mükafatına
layiq görülür. O, “Təxəyyül zənginliyi və poetik fantazi-
yanın qüdrəti ilə diqqətçəkən pyeslərinə görə” Nobel
mükafatı alır. Nobel mükafatı alarkən onun “çoxcəhətli
B U L U D X A N X Ə L İ L O V
38
ədəbi fəaliyyətini” də əsas götürmüşlər. Yəqin ki, şair-
dramaturq kimi fəaliyyətinə də önəm verilmişdir.
Moris Meterlink müharibənin əleyhinə olmuşdur.
O, müharibə əleyhinə mühazirələr aparmış, bununla da,
bəşəriyyətdə sülh carçısı kimi diqqəti cəlb etmişdir.
Onun I Dünya müharibəsindəki bu mövqeyi onu bir in-
san kimi xarakterizə edən cəhətlərindən biridir.
Moris Meterlinki Fransa Akademiyasına üzv qə-
bul etmək istəmişlər. Ancaq şərt ondan ibarət olmuşdur
ki, o, Fransa vətəndaşlığını qəbul etsin. Ancaq Moris
Meterlink bundan imtina etmişdir. Moris Meterlink
bütün ömrü boyu müharibənin əleyhinə olmuşdur. O, II
Dünya müharibəsi ərəfəsində Lissabona köçmüş, sonra
alman faşizminə etiraz əlaməti olaraq, daha doğrusu,
almanların Portuqaliya sərhədinə yaxınlaşmasını hiss
edərək ABŞ-a mühacirət etmişdir. Moris Meterlink
1945-ci ildə “Janna Dark” faciəsini yazmış, 1947-ci ildə
müharibədən sonra Fransaya qayıtmışdır.
Moris Meterlink ədəbi mühitdə “Xoşbəxt Meter-
link” adlanır. Onun “Xoşbəxt” olmasını şərtləndirən bir
sıra amillər içərisində təfəkkür şairi, böyük fikir sahibi,
ədəbiyyatın ən işıqlı adamı olması da diqqəti cəlb edir. O,
yaradıcılığında insanlara xoşbəxt olmağı aşılayır, təbliğ
edir. Hətta yaradıcılığında bədbinlikdən nikbinliyə doğru
dəyişdiyini sübut edir. Məsələn, “Çağırılmamış qonaq”,
“Korlar”, “Tentajilin ölümü” pyesləri ümidsizliklə
yazılsa da, “Göy quş”, “Monna Vanna”, “Beatris bacı”
əsərləri nikbin ruhda yazılmışdır. Nikbin ruhda yazdığı
əsərlərində inam, həyata bağlılıq, sevgi, həyatsevərlik
Dostları ilə paylaş: |