Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə6/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   2   3   4   5   6   7   8   9   ...   45

B U L U D X A N   X Ə L İ L O V  
 
22
uşaqlara on bir yaşından başlayaraq peşə öyrədilir. Əyan 
uşaqları isə ümumi təhsilə on beş yaşına qədər davam 
edirlər. Qeyd etmək lazımdır ki, yuxarı yaşlı məktəblilər 
üçün məktəb rejimi bir qədər yumşaldılır. 
Qızlar üçün olan tərbiyə müəssisələrində adlı-sanlı 
ailələrin qızları, demək olar ki, oğlanlar kimi tərbiyə 
edilirlər. Ancaq xidmətçi kişilər əvəzinə bunları əxlaqlı 
dayələr geyindirib-soyundururlar. Bu zaman həmişə ya 
mürəbbiyə, ya da köməkçi onların yanında olur. Dayə-
lərə  qızlar üçün cürbəcür qorxulu və ya axmaqcasına 
nağıllar danışmaq, sarsaq oyunlar çıxarmaq çox ciddi 
surətdə qadağan edilir. Bu qaydanı pozmaqda müqəssir 
olan dayə, camaat arasında üç dəfə qamçı ilə döyülür, 
bir il həbsə alınır, sonra isə  həmişəlik ölkənin  ən uzaq 
bir guşəsinə sürgün edilir. Belə bir tərbiyə sistemi 
sayəsində Liliputustanda cavan xanımlar da kişilər kimi 
qorxaqlıqdan, axmaqlıqdan çəkinir, təmizlik və  səliqə-
dən başqa hər cür bəzək-düzəyə nifrət edirlər. Mən qız-
larla oğlanların tərbiyəsi arasında heç bir mühüm fərq 
görmədim. Yalnız, qızlar üçün bədən tərbiyəsi bir qədər 
yüngüldür və  fənn kursları çox geniş deyildir; bunun 
müqabilində qızlara evdarlıq öyrədirlər; çünki Liliputus-
tanda belə hesab edirlər ki, yüksək siniflərdə  də arvad 
kişinin düşüncəli və mehriban yoldaşı olmalıdır. Qız on 
iki yaşa, yəni oranın adətinə görə  ərə getmək yaşına 
çatanda, ata-anaları və ya qəyyumları onları öz evlərinə 
aparırlar. Bu zaman cavan qızın öz yoldaşları ilə vida-
laşması çox az-az hallarda ağlaşmasız keçir. 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
23
Aşağı siniflərdən olan qızlar üçün tərbiyə müəs-
sisələrində onlara cürbəcür işlər öyrədirlər. Peşə ilə 
məşğul olacaq qızlar tərbiyə müəssisəsində yeddi yaşına 
qədər, başqaları isə on bir yaşına qədər qalırlar. 
Kəndlilər və kənd fəhlələri öz uşaqlarını evlərində 
tərbiyə edirlər. Onlar əkinçiliklə  məşğul olduqlarından, 
hökumət onların təhsili işinə xüsusi əhəmiyyət vermir. 
Xəstələr və qocalar xeyriyyə müəssisələrində saxlanılır. 
İmperatorluqda dilənçilik deyilən şey yoxdur. 
Ancaq ola bilər ki, maraqlanan oxucular mənim 
bu ölkədə necə yaşadığımı  və  nə ilə  məşğul olduğumu 
bilmək istəyirlər. Axı  mən orada doqquz ay on üç gün 
qalmışam. 
Mən əl işini həmişə xoşlamışam. Odur ki, burada 
dülgərlik sənətindəki vərdişlərim mənim xeyli işimə 
yaradı, padşahlıq parkının ən iri ağaclarından mən özüm 
üçün xeyli rahat bir stol və stul qayırmışdım. 
İki yüz dərzi qadına mənim üçün köynək, yorğan-
döşək və süfrə tikmək  əmri verilmişdi. Bunlar ölkədə 
olan ən möhkəm və qalın kətandan tikilməli idi. Ancaq 
bu kətan bizim ən zərif kiseyimizdən də nazik idi. Buna 
görə, dərzi qadınlar parçanın davamlı olması üçün bir 
neçə qat parçanı üst-üstə sırımalı olmuşdular. Onların ən 
iri kətan parçasının uzunu üç fut, eni üç düymə idi. Mən 
yerə uzandım ki, dərzi qadınlar ölçümü götürə bilsinlər. 
Bir tikici qadın mənim boğazımın yanında, o birisi isə 
dizimin yanında durdu. Onların hərəsi ipin bir ucundan 
tutub çəkdilər, üçüncüsü isə bir düymə uzunluğunda 
olan xətkeşlə ipin uzunluğunu ölçdü. Sonra onlar mənim 


B U L U D X A N   X Ə L İ L O V  
 
24
sağ əlimin baş barmağını ölçdülər. Onlara daha heç bir 
şey lazım deyildi. Onlar biləyin dairəsinin baş barmağın 
dairəsindən iki qat artıq, boyun dairəsinin isə biləyin 
dairəsindən ikiqat artıq olduğunu bildiklərindən, mənim 
üçün əynimə yaxşı gələn alt paltarı tikdilər. Onlar üçün 
nümunə olaraq mən köhnə köynəyimi səliqə ilə yerə 
sərmişdim. 
Elə  həmin vaxtda üç yüz dərziyə  mənim üçün 
kostyum tikmək də tapşırılmışdı. Mən dizi üstə 
oturdum. Dərzilər çiynimə nərdivan qoydular, onlardan 
biri bu nərdivanla çiynimə  çıxıb, boğazlığımdan aşağı 
şaquli bir ip salladı, beləliklə, o, koftanın uzunluğunu 
təyin etdi. Qollarımı  və belimi özüm ölçdüm. Şəhərdə 
heç bir elə ev tapılmadı ki, mənim kostyumumun hissə-
lərini orada yerə  sərə bilsinlər. Buna görə  dərzilər 
mənim qaldığım qəsrdə işləməli oldular. Kostyum zahiri 
cəhətdən ingilis xanımlarının cürbəcür parçalardan 
tikdikləri qurama yorğanlara bənzəyirdi. Ancaq 
buradakı parçalar hamısı bir rəngdə idi. 
Mənim xörəyimi üç yüz aşpaz bişirirdi. Onlar öz 
ailələri ilə birlikdə mənim evimin yanında tikilmiş kiçik 
və rahat baraklarda yaşayırdılar. Mənə  hərəsi iki cür 
yeməkdən ibarət, səhər, günorta və axşam yeməyi bişir-
məyə  məcbur idilər. Mən iyirmi xidmətçini götürüb 
stolun üstünə qoydum, onların yüz nəfər yoldaşı aşağıda 
döşəmə üzərində  işləyirdi. Bəziləri yemək daşıyır, 
bəziləri çiynlərində  şərab və sair içki ilə dolu çəlləklər 
gətirirdilər. Stol üstündəki xidmətçilər Avropada quyu-
dan su ilə dolu vedrədən çəkdikləri kimi, təkərli qarqa-


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
25
ralarla onları  məharətlə stolun üstünə qaldırırdılar. 
Onların gətirdikləri hər dolu boşqabı birdəfəyə  ağzıma 
boşaldır, hər şərab çəlləyini bir uduma içirdim. Burada-
kı qoyun əti bizimkindən dadsızdır. Amma mal əti çox 
ləzzətlidir. Bir dəfə  mənə elə bir qabırğa rast gəldi ki, 
onu üç tikəyə bölməli oldum. Ancaq bu, müstəsna bir 
hal idi. Bizdə torağayları yedikləri kimi, mal ətini sü-
mükqarışıq yediyimə baxan xidmətçilər heyrət edirdilər. 
Bunların qaz və hinduşkalarını  mən adətən birdəfəyə 
ağzıma qoyub yeyirdim. Düzünü söyləmək lazımdır ki, 
buranın quşları bizimkilərdən çox dadlıdır. Xırda quşla-
rın iyirmisini-otuzunu birdəfəyə  bıçağın ucuna keçirib 
yeyirdim”. (Conatan Svift. Qulliverin səyahəti. Bakı, 
“Öndər nəşriyyat”, 2004, s.77-81) Conatan Svift liliput-
lar ölkəsinin simasında elə  məsələlərdən bəhs edir ki, 
həmin məsələlər bütün cəmiyyətlərdə  və dövrlərdə 
mövcuddur. 
Conatan Svift liliputlar ölkəsində ölülərin dəfni ilə 
bağlı yazır: “Liliputlar ölülərini qəbrə başıaşağı qoyub, 
dəfn edirlər. Onlar inanırlar ki, ölülər on bir min aydan 
sonra diriləcəklər. O vaxta qədər isə yer (liliputlar yerin 
yastı olduğunu güman edirdilər) başı  aşağı çevriləcək, 
ölülər də dirildikdə, düz ayaq üstə durmuş olacaqlar. 
Alimlər bu etiqadın mənasız oduğunu təsdiq edirlər. 
Ancaq qara camaat arasında bu adət indiyə  qədər də 
davam edir”. (Conatan Svift. Qulliverin səyahəti. Bakı, 
“Öndər nəşriyyat”, 2004, s.74) 
Conatan Svift liliputlar ölkəsində dilşünaslıq 
məktəbinə və riyaziyyat məktəbinə getdiyi və orada mü-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə