Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   2   3   4   5   6   7   8   9   ...   45

B U L U D X A N   X Ə L İ L O V  
 
14
yazmırlar: ...Çinlilər kimi bu sayaq üstdən aşağı yazmır-
lar... Onlar ingilis xanımları kimi, səhifə boyu köndələ-
ninə, səhifənin bir küncündən o biri küncünə yazırlar”. 
(Conatan Svift. Qulliverin səyahəti. Bakı, “Öndər nəş-
riyyat”, 2004, s.73-74) Bunlar yazı sistemində  məlum 
olan məsələlərdir. Ancaq indiyə  qədər bu məsələnin 
fəlsəfəsi açıqlanmamışdır ki, nə üçün avropalılar soldan 
sağa, ərəblər sağdan sola, çinlilər üstdən aşağıya doğru 
yazırlar? Ancaq Conatan Svift liliputların ingilis 
xanımları kimi köndələninə, səhifənin bir küncündən o 
biri küncünə yazdıqlarını söyləməklə oxucunu 
düşündürür, sosial-siyasi mənzərə barədə gülüş yaradır. 
Conatan Svift yaxşılıq bilməyənlər, pislik edənlər 
barədə çox maraqlı fikir söyləyir. Həmin fikri o, “Qulli-
verin səyahəti”  əsərində liliputlar ölkəsinin simasında 
oxucuya belə çatdırır: “Liliputlarda yaxşılıq bilməmək 
cinayət sayılır. Liliputlar deyirlər: “Hətta yaxşılığını 
gördüyü bir adama da pislik etməyi bacaran şəxs yəqin 
ki, heç bir yaxşılıq görmədiyi bütün başqa adamları 
özünə düşmən bilir. Buna görə  də belə adam ölümə 
layiqdir”. (Conatan Svift. Qulliverin səyahəti. Bakı, 
“Öndər nəşriyyat”, 2004, s.77) Buradan bir sıra suallar 
meydana çıxır ki, dünya durduqca insanlar bu suallara 
cavab axtarmalı olacaqdır. Niyə bir qrup insanlar 
yaxşılıq edir? Bəs niyə bir qrup insanlar yalnız pislik 
etməyi bacarırlar. Hətta yaxşılıq edənlərin yaxşılığı 
əvəzində onlara pislik edirlər. Bunların fəlsəfəsi nədir? 
Conatan Svift “Qulliverin səyahəti”  əsərində lili-
putlar ölkəsini Liliputustan adlandırır. Və onların  əha-


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
15
lisi, oradakı heyvanlar, bitkilər barədə məlumat verir. O 
yazır: “Yerlilərin orta boyu altı düymədən azacıq uzun-
dur. Bütün heyvan və bitkilərin də boyu buna tamamilə 
uyğundur: məsələn, orada at və öküzlərin boyu dörd və 
ya beş düymədən, qoyunlarınkı isə bir yarım düymədən 
uca olmaz. Qızları bizim sərçə boydadır. Xırda 
heyvanları, quşları və həşəratları isə mən, demək olar ki, 
gözlə seçə bilmirdim. Ancaq təbiət liliputların gözlərini 
ətraflarındakı  şeylərə uyğun yaratmış  və onlar ancaq 
yaxın məsafəni çox yaxşı görürlər. Onların gözlərinin 
itiliyinə bir misal göstərim: mən, bizim milçəkdən 
böyük olmayan bir torağayın tüklərini ütən bir aşpaza və 
gözə görünməyən iynənin gözünə ipək sap keçirən bir 
qıza tamaşa etməkdən böyük ləzzət apardım. Liliputus-
tanda ən böyük ağac yeddi futdan hündür deyildir; mən 
böyük padşahlıq parkında olan ağacları  nəzərdə 
tuturam. Mənim əlim bu ağacların təpəsinə güclə çatır-
dı. Bütün başqa bitkilər də buna uyğun ölçüdədir, ancaq 
mən bunu hesablamağı oxucunun öz öhdəsinə buraxı-
ram” (Conatan Svift. Qulliverin səyahəti. Bakı, “Öndər 
nəşriyyat”, 2004, s.72-73). Conatan Svift liliputlar 
ölkəsinin adamları, heyvanları, bitkiləri barədə oxucuda 
təsəvvür yaradır. Bununla da yazıçı gülüş, məhz məzəli 
və ağıllı gülüşlə cəmiyyətin eybəcərlikləri ilə mübarizə 
aparır. Dünyanın  əhalisi, heyvanlar və bitkilər aləmi 
lazımi səviyyədə öyrənilərsə, görün nə  qədər maraqlı 
mənzərə üzə  çıxa bilər. Dünyanın qəribəliklərlə  və 
qeyri-adiliklərlə  zənginliyi bir daha öz təsdiqini tapar. 
Conatan Svift qanun, qayda, o cümlədən fırıldaqlar, 


B U L U D X A N   X Ə L İ L O V  
 
16
oğrular barədə də liliputlar ölkəsinin simasında məharət-
lə yazır: “Bu imperatorluqda çox qəribə qanun və adət-
lər var. Bu qanun və adətlər mənim əziz vətənimin qa-
nun və qaydalarına tamamilə zidd olmasaydı, mən 
onları müdafiə edərdim. Ancaq arzu edərdim ki, bu 
qanun-qaydalara işdə də ciddi surətdə əməl edilsin. Hər 
şeydən  əvvəl, xəbərçilər barədəki qanunu göstərim. 
Bütün dövlət cinayətlərinə görə burada adamları çox 
ağır cəzalandırırlar. Ancaq müttəhim məhkəmədə mü-
qəssir olmadığını sübut edərsə, ona şər atmış adam tə-
xirsiz olaraq rüsvayçılıqla edam edilir və safa çıxmış 
adamın xeyrinə olaraq vaxtını itirməsi, məruz qaldığı 
təhlükə, həbsxanada qaldığı müddətdə  çəkdiyi məh-
rumiyyətlər üçün və müdafiəyə sərf etdiyi bütün məxa-
ric böhtançıdan cərimə kimi alınır. Bu cərimə  həqiqi 
miqdardan dörd qat artıq olur. Şər atan adamın  əmlakı 
cəriməyə kifayət etmədikdə, çatışmayan məbləğ dövlət 
xəzinəsindən verilir. Bundan əlavə, imperator azad 
edilmiş adamı öz lütfünün əlaməti olan bir ictimai ni-
şanla mükafatlandırır. Onun günahsız olduğu bütün 
ölkədə elan edilir. 
Liliputlar fırıldaqçılığı  oğurluqdan da ağır bir 
cinayət sayırlar. Buna görə də yalnız tək-tək hallarda ola 
bilər ki, fırıldaqçını ölümlə cəzalandırmasınlar. Onlar bu 
fikirdədirlər ki, adam müəyyən dərəcədə ehtiyatlı, sayıq 
və bir qədər də sağlam düşüncə sahibi olsa, öz malını 
oğrudan qoruya bilər; ancaq mahir fırıldaqçıdan qorun-
maq mümkün deyildir. Onlarda bütün ticarət alver edən-
lərin bir-birinə qarşılıqlı surətdə etibar etməsi  əsasında 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
17
qurulmuşdur. Buna görə  də qanun ticarət işlərində  hər 
cür adamaldatma və hiylə  işlətməyi ciddi surətdə  təqib 
etməlidir. Belə olmasa, sədaqətli tacir həmişə  zərərli 
çıxar, fırıldaqçı  və hiyləgər adamlar isə bütün qazanca 
sahib olarlar. 
Bir dəfə  mən padşahın hüzurunda bir cani üçün 
minnətçi olmuşdum. Onun təqsiri bundan ibarət idi ki, 
öz ağasının etibarnaməsi üzrə çoxlu miqdarda pul alıb 
mənimsəmiş və qaçmaq istəmişdi. Mən onun cəzasının 
yüngülləşdirilməsini xahiş edəndə, imperatora demiş-
dim ki, burada yalnız etibardan pis istifadə  məsələsi 
vardır. Müqəssiri müdafiə etmək üçün məhz onun cina-
yətini ağırlaşdıran bir cəhəti, yəni etibara xəyanət etmə-
yi mənim dəlil göstərməyim imperatoru son dərəcə 
təəccübləndirdi. Boynuma alıram ki, buna mən heç bir 
cavab verə bilmədim: sadəcə belə bir mülahizə söylə-
dim ki, müxtəlif xalqların adətləri də müxtəlifdir. Bu 
zaman mən yaman pərt olmuşdum. 
Biz adətən mükafat və  cəzanı dövlət maşınını 
hərəkətə gətirən başlıca yaylar hesab ediriksə də, ancaq 
bu qayda yalnız Liliputustanda ciddi bir surətdə yerinə 
yetirilir. Yeddi ay ərzində ölkənin adətlərinə doğru-
dürüst  əməl etdiyini sübut edən hər bir adam özü də 
orada müəyyən imtiyazlar almağa haqq qazanır. Dövlət 
vəsaitindən ona müəyyən pul mükafatı verilir. Bundan 
başqa o, snilpel, yəni qanunlara əməl edən adam rütbəsi 
qazanır. Bu rütbə onun familiyasına  əlavə olunursa da, 
övladlarına keçmir. Mən liliputlara bizim ölkədə vətən-
daşların qanunu gözləməsinin yalnız cəza qorxusu ilə 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə