Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   25   26   27   28   29   30   31   32   ...   94

 87
1917-ci ilin iyun ayında “Müsavat” partiyası ilə “Türk 
Ədəmi Mərkəziyyət Partiyası” birləşərək  “Türk  Ədəmi 
mərkəziyyət Partiyası – Müsavat” adı altında fəaliyyətə 
başlayır. Partiya oktyabrın 22-də Bakı sovetinə keçirilən 
seçkilərdə 37.4 % səs toplayaraq birinci yerə  çıxır. Sonrakı 
yerləri Eserlər-24.5 %, Daşnaksütyun-20.6 %, Bolşevikər-
14.9% və Menşeviklər- 2.7 %  tutur ( 1.46, s.153-154)  
Oktyabrın 26-31-də “Müsavat”ın qurultayı keçirilir və iki 
partiyanın birləşdirilməsi rəsmiləşdirilir. Qurultayın qəbul 
etdiyi proqramda Rusiyanın gələcək dövlət quruluşu haqqında 
aşağıdakı müddəalar  öz əksini tapmışdır (1.46, s.148-149): 
1. Rusiya dövlətinin  şəkli-idarəsi milli məhəlli muxtariy-
yətlər əsasında qurulmuş qoşma (federativ) xalq cümhuriyyət-
lərindən ibarət olmalıdır.  
2. Hürriyyəti-kəlam, mətbuat, vicdan, ictimaat, təşkilat və 
tətil kimi siyasi hürriyyətlərə  bərabər muxtariyyətlərdəki 
hökumət  şəklinin qoşma xalq cümhuriyyətlərindən ibarət 
olması, işçi qanunun bütün muxtariyyətlərdə bir növlə  tətbiqi 
və torpaq məsələsinin  əsasən keyfiyyəti həll və islahı kimi 
demokratik  əsaslar Rusiya qoşma xalq cümhuriyyətinin 
Qanuni-əsasisinə daxil olub dövlətcə təxti-təminə alınmalıdır.  
3. Müəyyən məhəllə malik (yəni Rusiya məmləkətinin 
müəyyən bir qət’əsində  əksəriyyətlə yaşamaqda olan) hər 
millətə muxtariyyət haqqı verilməlidir. Firqə  tərəfindən 
Azərbaycan, Türküstan, Qırğızıstan, Başqırdıstan kimi türk 
ölkələri məhəlli muxtariyyət almalıdırlar. 
İdil boyu və Krım tatarları və Rusiyada yaşayan digər türk 
qövmlərinə  məhəlli mümkün olmazsa, milli muxtariyyət 
verilməlidir. 
Qeyd: Başqa türk olmayan dindaşlara da firqə muxtariyyət 
tələb edib onlara hər vəclə yardım etmək borcundadır. 
4. Müəyyən məhəllə malik olmayan millətlərə mill-mədəni 
muxtariyyət haqqı verilməlidir. 


 88
5. Muxtariyyətlərin hüdudunu təyin etmək daxili Əsas 
Qanunlarını  tərtib etmək istər məhəlli, istərsə  də milli 
muxtariyyətlərin öz məclisi-müəssisanlarında həll olunmalıdır.  
6. Cümhuriyyət heyətinə daxil olan muxtariyyətlər öz 
aralarında müştərək gördükləri məqsəd və  tələblər üzərində 
əqdi-ittifaq edə bilməlidirlər. 
7. Cümlə muxtariyyətli əyalətlər mərkəzi hökumətə ancaq 
vətən müdafiəsi, məsquqat (pul kəsmə), gömrük, xarici siyasət, 
dəmir yolu, poçt, teleqraf və s. bu kimi işlərlə mərbut olmalıdır.  
8. Muxtariyyətli əyalətlər idari, mali, təşrii, mədəni və  ədli 
kimi daxili məsələlərdə müstəqil olmalıdırlar.  
9. Rusiya cümhuriyyətinin ümumi işlərini idarə etmək 
üçün bütün muxtariyyətlərin nümayəndələrindən ibarət bir 
konqres təşkil olunmalıdır. 
10. Hər bir muxtariyyətin mərkəzində qanun qoymaq 
vəzifəsi daşıyan bir məclisi-məbusan və qoyulacaq qanunları 
icra etmək vəzifəsi daşıyan  bir Şurayi-vükəla (nazirlər şurası) 
təşkil olunmalıdır. 
11. Hər bir muxtariyyətli  əyalət məhəlli işlərdə geniş 
imtiyazlara malik vilayət, qəza və nahiyələrə bölünməlidir.  
Partiyanın yeni proqramında həmçinin milli mənəvi 
dəyərlər və milli dövlət quruculuğu haqqında müddəalar da öz 
əksini tapmışdır. 
Bolşeviklərin 25 oktyabr inqilabından sonra “Müsavat” 
partiyası bir müddət bu inqilabı  dəstəkləmiş  və bolşevik 
hakimiyyətini müvəqqəti hökumətdən daha mütərəqqi hesab 
etmişdir. Partiyanın 7 noyabr qətnaməsində mövcud siyasi 
duruma belə münasibət bildirilmişdir: “Müvəqqəti hökumətin 
bütün fəaliyyəti, xüsusiylə onun müharibəni uzatmağa 
yönəldilmiş xarici siyasəti, Rusiya xalqlarının milli tələblərinə 
münasibətdə tutduğu mövqe demokratiya üçün kifayət deyildi, 
bu, hökumətin süqutu ilə başa çatdı. ....siyasi sabitliyin 
qorunmasında bütün məsuliyyət hakimiyyətin üzərinə düşür. 
...hakimiyyətin yalnız müəyyən bir partiyanın  əlinə keçməsi 
demokratiyanı inqilabın özü üçün büsbütün təhlükəli edə bilər


 89
nəticədə isə  əksinqilabın güclənməsi və  qələbəsi labüdləşər. 
Məhz bu ümumi mövqedən çıxış edərək, “Müsavat” partiyası 
hesab edir ki, hakimiyyət demokratik, yekcins olmalı, inqilabi 
demokratiyanın nümayəndələrindən yaradılmalıdır” (1.46, 
s.151).   
Müsavatı bolşeviklərlə yaxınlaşdıran amillərdən biri 
müsavatın iqtisadi məsələlərdə (xüsusən də torpaq mə-
sələsində)  əsasən solçu mövqedə olması ilə yanaşı, bu siyasi 
qüvvələrin müharibəyə münasibətdə eyni mövqedə olması,  ən 
əsası isə o dövrdə bolşeviklərin millətlərə öz müqəddəratını 
təyin etmə  və hətta ayrılma hüququnu vəd edən yeganə partiya 
olması idi. Lakin hadisələrin sonrakı inkişafı  əslində bolşevik 
hakimiyyətinin antitürk, şovinist və imperialist siyasət 
yeritdiyini üzə çıxartdı. 
8-12 noyabr, 1917-ci ildə Bakıda “Müsavat”ın rəhbərliyi 
ilə  Qafqaz Müsəlmanları Milli Komitəsinin Konfransı 
keçirilir. Konfransda Azərbaycanda muxtariyyətin yaradılması 
üçün Milli Təşəbbüs Məclisinin yaradılması  qərara alınır. 
Məclisin fəaliyyəti nəticəsində  hətta ilkin silahlı qüvvələr də 
yaradılır. Belə ki, dekabrın 14-də general Levandovskinin 
imzası ilə Qafqaz cəbhəsinin bir polku Azərbaycan ordusuna 
verilir.  
26-28 noyabr, 1917–ci ildə Ümumrusiya Müəssisələr 
Məclisinə Zaqafqaziya üzrə  keçirilən seçkilərdə Müsavat 26 % 
səslə Menşeviklərdən (28 %) sonra ikinci yerə  çıxır.  İnqilaba 
nail olmuş bolşeviklər seçkilərin nəticələrini tanımır və Müəs-
sisələr Məclisini buraxır. Bundan sonra məclisin Zaqafqaziya 
üzrə üzvləri  Zaqafqaziya Seymini yaradırlar. Seymin ilk 
yığıncağı 23 fevral, 1918-ci ildə keçirilir. Seymdə seçkinin 
nəticələrinə  əsasən menşeviklər-33, “Müsavat”-30, daşnaklar-
27, Müsəlman Sosialist bloku-7, Eserlər-5, “Hümmət”-4, 
“İttihad”-3 yerə sahib olur. Beləliklə seymin 109 üzvündən 44-
ü müsəlman fraksiyasından olan üzvlər olur (1.46, s.154-155).   
Azərbaycanda milli qüvvələrin böyük nüfuzunu görən 
bolşeviklər S.Şaumyanın başçılığı ilə dinc türk-müsəlman 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə