Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   26   27   28   29   30   31   32   33   ...   94

 90
əhalisinə qarşı martın 30-31-də kütləvi qırğın törədir. On 
minlərlə türk-müsəlman  əhalisi qətlə yetirilir. Qırğında rus 
qoşunları ilə yanaşı daşnak silahlıları da fəal iştirak etmişlər. 
Bu qırğına bolşeviklər tərəfindən “sinfi mübarizə”, “vətəndaş 
müharibəsi” donu geyindirilmişdir.  
Aprelin 25-də S.Şaumyanın başçılığı ilə  əksəriyyəti 
ermənilər olmaqla Bakı Xalq Komissarları Soveti (BXKS) 
yaradılır. Bakı bolşeviklərin hakimiyyəti altına keçir. 
Aprelin 22-də Seym özünü müstəqil dövlət elan edir. 
Lakin seym daxilində olan fikir ayrılıqları  (əsasən xarici 
siyasətlə bağlı) seymin dağılmasını qaçılmaz edir. Seymin 
mayın 26-da keçirilən son iclasında gürcü fraksiyası seymdən 
çıxdığını elan edir. Bu qərardan sonra seym buraxılır. Mayın 
27-də Azərbaycan fraksiyasının üzvləri tərəfindən 
M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şura yaradılır. Milli 
Şuranın F.Xoyskinin sədrliyi ilə 9 nəfərlik icraiyyə komitəsi 
seçilir. Mayın 28-də  şura 6 bənddən ibarət “İstiqlal 
bəyannaməsi”ni qəbul edir (1.46, s.171):  
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət 
haqqına malik olduğu kimi Cənub-Şərqi Zaqafqaziyadan ibarət 
Azərbaycan tam hüquqlu müstəqil dövlətdir. 
2. Müstəqil Azərbaycan dövlətinin  şəkli-idarəsi xalq 
cümhuriyyəti olaraq müəyyən edilir. 
3. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) bütün xalqlar və 
xüsusən də qonşu xalqlar və dövlətlərlə dostluq münasibətləri 
yaratmağa çalışacaq. 
4. AXC millət, məzhəb, sinif, məslək və cins fərqi 
gözləmədən  ərazisində yaşayan bütün vətəndaşlarına tam 
vətəndaşlıq və siyasi hüquqlar verir. 
5. AXC ərazisi daxilində yaşayan bütün xalqlara sərbəst 
inkişafları üçün geniş imkan yaradır. 
6. Müəssisələr məclisi toplanana qədər Azərbaycanın 
idarəçiliyi Milli Şuraya və onun qarşısında məsul olan 
Müvəqqəti hökumətə məxsusdur. 


 91
AXC hökuməti iyunun 16-da İslam Qrdusunun hərbi 
dəstəyi ilə    Gəncəyə köçür. İyulun 30-da BXKS fəaliyyətini 
dayandırmağa məcbur olur. Bakıda hakimiyyət eser-menşevik-
daşnaklardan ibarət “Sentrokaspi diktaturası”nın  əlinə keçir. 
Sentyabrın 15-də  İslam ordusu Bakını Azad edir. Həmin ayın 
17-də Azərbaycan hökuməti Bakıya köçür.  
 
 
Xalq Cümhuriyyəti dövründə Azərbaycanda 
aparılan milli-demokratik islahatlar. 
 
AXC türk dövlətçiliyi tarixində çox mühüm bir yer tutur. 
AXC tarixdə türk və  hətta bütün müsəlman dünyasında 
qurulmuş ilk respublika olmuşdur. Bu respublika yarandıqdan 
sonra onun rəhbərliyinin 2 illik fəaliyyəti  həqiqi milli, 
demokratik və dünyəvi dövlət quruculuğuna yönəlmiş, bu 
istiqamətdə mühüm islahatlar aparılmışdır. Belə ki, türk dili 
dövlət dili elan edilmiş (27 iyun, 1918), milli ordu yaradılmış 
(26 iyun 1918), milli polis orqanı yaradılmış (2 iyul, 1918), 
milli pul dövriyyəyə buraxılmış (1919-cu ilin əvvəlləri),
 
milli 
ideologiyamızın  əsas prinsiplərini özündə  əks etdirən üçrəngli 
dövlət bayrağı qəbul edilmiş (9 noyabr, 1918), milli azlıqların 
da təmsil olunduğu parlament yaradılmış (1918-ci il, noyabrın 
19-da bu haqda qanun qəbul edilmiş, dekabrın 7-də ilk iclas 
keçirilmiş,  Ə.Topçubaşov sədr seçilmişdir), məktəblər 
milliləşdirilmiş (28 avqust, 1918), Bakı Universiteti yaradılmış 
(1918-ci il,  sentyabrın 1-də bu haqda qanun qəbul edilmiş, 
noyabrın 15-də fəaliyyətə başlamışdır), ölkə vətəndaşları təhsil 
almaq üçün Avropa ölkələrinə göndərilmiş, qadınlara seçki 
hüququ verilmiş, kəndlilər torpaqla təmin edilmiş, işçilərin 
sosial müdafiə məsələləri irəli sürülmüş və b. bu kimi mühüm 
tədbirlər həyata keçirilmişdir.  
Cümhuriyyət rəhbərliyi təhsilin inkişafına xüsusi diqqət 
yetirmişdir.
 
Azərbaycan hökumətinin 1918-ci il, 28 avqust 
tarixli qərarına görə bütün ibtidai tədris müəssisələrində təhsil 


 92
şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan türk dilinin 
tədrisi icbari surətdə  həyata keçirilməli idi. Hökumət müəllim 
kadrlar və  dərslik çatışmazlığını Türkiyədən müəllimlərin 
dəvət olunması  və  dərsliklərin gətirilməsi, qısamüddətli 
pedaqoji kursların açılması yolu ilə həll etməyə çalışmışdır. Bu 
dövrdə xeyli sayda müəllim kadrlar və ana dilində yeni 
dərsliklər hazırlanmışdır. 1919-cu ilin əvvəllərində ölkədə 600-
dən çox ibtidai məktəb, 20-dən çox orta ixtisas məktəbi 
fəaliyyət göstərmişdir. 
Cümhuriyyət rəhbərliyi milli şüurun inkişafı, tarix və 
mədəniyyətimizin toplanması  və  tədqiqi sahəsində  də xüsusi 
tədbirlər həyata keçirmişdir. Bu tədbirlərə “Müsəlman Şərqini 
Öyrənən Cəmiyyət” (1919) və “Yaşıl qələm” (1919) ədəbi 
birliyinin yaradılması, Maarif Nazirliyində Arxeologiya 
şöbəsinin (1920) və parlament nəzdində  “İstiqlal” muzeyinin 
açılmasını və s. misal göstərmək olar.  
Bu qurumlar içərisində  “Yaşıl qələm”  ədəbi birliyi 
özünün geniş əhatəli fəaliyyət proqramı ilə seçilmişdir. Birliyin 
adındakı “yaşıl” ifadəsi bahar, oyanış, yenilik, ümid və nicat 
rəmzi kimi qəbul edilmişdir. Milli yazar Seyid Hüseynin 
(1887-1938) sədrliyi ilə 35 nəfərlə təsis edilmiş bu cəmiyyətin 
məramnaməsində  aşağıdakı müddəalar öz əksini tapmışdır 
(3.13, s.186): 
Cəmiyyətin məqsədi Azərbaycan xalqının fikri yüksəlişinə 
çalışmaq və Azərbaycan  ədəbiyyatında müşahidə edilməkdə 
olan yeniliyi qüvvətləndirmək, onu türklüyə  və sadələşməyə 
doğru sövq etməkdir. 
Cəmiyyət məqsədinə girmək üçün: 
-ədəbiyyatımızı təhlil və tarixi-ədəbiyyatımızı tərtib edəcək
;
 
-yazıçılıq sənətinin təşviq və  təğriblə  sənət həvəskarlarını 
və gənc mühərrirləri bir araya toplayaraq, onları ədəbi bir ailə 
halına vəz etməklə aralarında yazı müsabiqələri açacaq; 
-ədəbiyyatımıza ülum və fünuna aid konfranslar verəcək və 
referatlar tərtib edəcək; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə