Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   27   28   29   30   31   32   33   34   ...   94

 93
-milli tariximizə  və  ənənatımıza aid əsərləri toplayıb 
nəşrinə çalışacaq; 
-nəşriyyata əhəmiyyət verəcək, ədəbi məclislər və qəzetlər 
təsis edəcək; 
-gənc  ədəbi qüvvələri yeni ədəbiyyat üsulu ilə  aşina 
edəcək, yeni fikirlərin onların arasında nəşvü-nümasına səy 
göstərəcək; 
-xalqımızın istifadəsinə mucib olan bizə aid əcnəbi 
lisanlarda yazılmış mühüm əsərlərin dilimizə  nəql və  tərcü-
məsinə, itib-batmış türk lüğətlərinin toplanmasına çalı-
şacaqdır. 
Böyük xeyriyyəçi H.Z.Tağıyev Cümhuriyyət dövründə də 
təhsil, maarif, mədəniyyət və  mətbuatla bağlı  həyata keçirilən 
bütün tədbirlərdə iştirak etmiş, son qəpiyini də əsirgəməmişdir. 
Cümhuriyyət rəhbərliyi dini məsələləri tənzimləmək 
istiqamətində də ciddi tədbirlər həyata keçirmişdir. 1918-ci ilin 
dekabrında Qafqaz müsəlmanlarının birgə ruhani idarəsi 
yaradılmış və axund Ağa Əlizadə (1870-1954) bu idarəyə sədr 
–  şeyxülislam təyin edilmişdir. Yeni şeyxülislam məzhəb 
ayrıseçkiliyini rədd edən, mütərəqqi fikirli, milli heysiyyəti 
güclü olan, parlamentin işinə kömək edən bir şəxs olmuşdur. 
1920-ci il, 25-28 apreldə 11-ci Qırmızı Ordunun Bakını 
işğal etməsi nəticəsində  AXC  süqut  edir  və Azərbaycan 
bolşevik Rusiyasının tərkibinə daxil edilir. 
 
 
Sovet hakimiyyəti dövründə Quzey 
Azərbaycanda milli hərəkat 
 
Bolşevik istilasından sonra Azərbaycanın müxtəlif 
bölgələrində bolşevik hakimiyyətinə qarşı üsyanlar (1924-cü 
ilə  qədər ümumi sayı 50-dən cox) baş vermişdir.  Ən böyük 
silahlı üsyan 1920-ci il, mayın 25-26-da Gəncədə F.Xoyski və 
N.Yusifbəylinin başçılığı ilə baş vermişdir. Üsyanda 
S.Şıxlinski, M.M.Qacar, S.Kazımbəyov və b. hərbçilərin 


 94
başçılığı ilə milli ordu əsgərləri iştirak etmişdir.  Şəhərə 
göndərilmiş əlavə Qırmızı Ordu qüvvələri ilə mayın 31-ə qədər 
davam etmiş qanlı döyüşlərdən sonra üsyan yatırılmışdır. 
Üsyançılar 13 mindən çox hərbi və mülki şəxs, XI ordu isə 9 
minə yaxın  əsgər itirmişdir. Bu döyüşlərdə erməni silahlıları 
Qırmızı Ordu tərəfindən döyüşmüşdür. Milli hökumətin 
qurucularından olan F.Xoyski və N.Yusifbəyli sonradan 
öldürülmüşdür. Ümumiyyətlə, 1920-21-ci illərdə 50 mindən 
çox Azərbaycanlı bolşevik höküməti tərəfindən məhv 
edilmişdir.  
Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın qərb və 
şimal-qərb  ərazilərinin bir hissəsi Ermənistan və Gürcüstana 
verilmiş, nəticədə Azərbaycanın  ərazisi 114 min kv.km.-dən 
86,6 min kv.km-ə düşmüşdür. Qarabağın dağlıq hissəsində isə 
gəlmə ermənilər üçün muxtar vilayət (DQMV) yaradılmışdır (7 
iyul, 1923). Bu tədbirlər bolşeviklərin mütərəqqi ideyalara 
əsaslandıqlarını, millətlərin bərabərliyini və milli haqlarını 
tanıyacaqlarını  bəyan etmələrinə baxmayaraq onların  əslində 
çar Rusiyasının milli ayrıseçkilik, şovinist və antitürk siyasətini 
özünəməxsus şəkildə davam etdirdiklərini göstərdi. 
Bolşevik hakimiyyəti bərqərar olduqdan sonra 
Azərbaycandakı milli hərəkatçıların bir hissəsi xaricə 
mühacirət etmiş, ölkədə qalan milli hərəkatçıların isə bir qismi 
həbs olunmuş  və öldürülmüş, bir qismi isə öz milli 
düşüncələrini gizlətməyə  məcbur olmuş  və ya gizli fəaliyyətə 
keçmişlər. 
1920-ci il, aprelin 27-də M.Ə.Rəsulzadənin təşəbbüsü ilə 
bolşevik işğalına qarşı gizli Müqavimət Komitəsi (sədr – 
M.B.Məmmədzadə (1898-1959), baş katib – C.Cabbarlı (1899-
1934)) yaradılır. Bu dövrdə F.Xoyski tərəfindən Tiflisdə 
Qurtuluş Komitəsi də yaradılır. 
Aprelin 28-də isə Müsavatın fövqəladə konfransı keçirilir. 
Konfransın  İnqilab Komitəsinə göndərdiyi qərarında göstərilir 
ki,  əgər bolşeviklər vədlərinə  əməl edib Azərbaycanın müs-


 95
təqilliyini təmin etsələr Müsavat onlara loyal mövqedə olacaq, 
əks təqdirdə müxalif mövqe tutacaq.  
Əslində isə müsavatçılar bolşeviklərin bunu təmin 
etməyəcəklərini  əvvəlcədən bildiklərindən bolşevik hakimiy-
yətinə qarşı gizli fəaliyyətə keçirlər. Müvəqqəti Komitə Bakıda 
və bölgələrdə gizli təbliğat aparmağa başlayır. Hətta mü-
savatçılar tərəfindən 19 nömrəsi çapdan çıxmış gizli “İstiqlal” 
qəzeti də çap olunur. Lakin 1923-cü ildə gizli mətbəə  aşkar 
edilir və xeyli müsavatçı tutularaq sürgün olunur. Gənc mü-
savatçılardan C.Cabbarlı, S.Hüseyn və b. isə 14 avqust bəyan-
naməsi ilə siyasi fəaliyyətlərini dayandırdıqlarını bildirirlər. 
Lakin müsavatçılar yenə  də öz gizli fəaliyyətlərini da-
yandırmırlar. Onlar hətta Kommunist Partiyası  sıralarında da 
fəaliyyət göstərirdilər.   
1920-ci ilin oktyabrında Lahıcda həbs olunan M.Ə.Rə-
sulzadə vaxtı ilə ölümdən qurtardığı keçmiş  həmkarı  İ.V.Sta-
lin (1879-1953) tərəfindən azad edilərək Moskvaya aparılır. 
M.Ə.Rəsulzadə burada bir müddət Millətlər Komissarlığında 
mətbuat müvəkkili və  Şərqşünaslıq  İnstitutunda müəllim 
işlədikdən sonra 1922-ci ildə Müsavatın gizli Mərkəzi Ko-
mitəsinin köməkliyi ilə Finlandiyaya keçir, oradan isə Al-
maniyaya, Fransaya və Türkiyəyə keçir. O, 1922-ci ildə 
İstanbulda Müsavatın xarici bürosunu yaradır və milli hərəkatı 
mühacirətdə davam etdirir. 
1923-cü ildə Türkiyədə M.Ə.Rəsulzadənin böyük əks-səda 
doğuran “Azərbaycan Cümhuriyyəti, keyfiyyəti, təşəkkülü və 
indiki vəziyyəti” əsəri çap olunur. Əsərdə Sovet hakimiyyətinin  
zorakı, müstəmləkəçi siyasəti ifşa olunur və bu sistemin gec-
tez süquta uğrayacağı göstərilirdi.   
1924-cü ildə  İstanbulda Azərbaycan Milli Mühacirət 
Mərkəzi yaradılır. Həmin il Parısdə Azərbaycan, Gürcüstan və 
Şimali Qafqaz mühacirət mərkəzləri Vahid İstiqlal Təşkilatını 
yaradırlar. Sonradan Ukrayna mərkəzi də buraya daxil olur. 
1925-ci ilın iyununda Parisdə həmin dörd mərkəzin bolşevizmə 
qarşı istiqlal uğrunda mübarizə aparmaq üçün bəyannaməsi də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə