Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   21   22   23   24   25   26   27   28   ...   94

 75
həmçinin milli ideyaların yayılması istiqamətində  fəaliyyət 
göstərmişdir. Sonradan millətçi düşüncəli hərəkatçıların 
təşkilatdan ayrılması nəticəsində bolşevik təşkilatı kimi qalmış 
və 1920-ci ilin əvvəllərinə qədər fəaliyyət göstərmişdir.
 
 “Rusiya Müsəlmanları  İttifaqı”  (İttifaqi-Müslimin) 
1905-ci ildə böyük türkçü ideoloqlar – İsmayıl bəy Qaspıralı,  
Ə.Topçubaşov,  Yusif Akçura (1876-1935), Əbdürrəşid 
İbrahimov (1857-1944) və b. rəhbərliyi ilə yaradılmışdır.  Bu 
təşkilatın yaranması ümumtürk ideyalarının gerçəkləşməsi 
istiqamətində mühüm addım olmuşdur.  
Təşkilatın  ilk qurultayı (təsis qurultayı) 1905-ci ilin 
avqustun 15-də Nijni-Novqorod şəhərində (rəsmi icazə 
olmadığından Oka çayı yaxınlığında “Qustav Struve” gəzinti 
gəmisində) keçirilmişdir. Qurultayın daha əvvəl, bir neçə ay 
öncə keçirilməsinə təşəbbüs göstərilsə də çar rejimi buna icazə 
verməmişdir. Krımdan,  Şimali Qafqazdan, Zaqafqaziyadan, 
Kazandan, Uraldan, Türküstan və Sibirdən 150-ə  qədər 
nümayəndənin iştirak etdiyi qurultayda qəbul olunan 
qətnamədə ittifaq qarşısında aşağıdakı  vəzifələr müəyyən 
edilmişdir (1.46, s.56-57): 
1. Rusiya müsəlmanları bütün məsələlərdə – siyasi, 
mədəni, eləcə  də Rusiyanın indiki vəziyyətindən asılı olaraq 
doğan məsələlərdə birgə olmalıdırlar. 
2. Bütün ziyalı müsəlmanlar Rusiyanın qabaqcıl adamları 
ilə  həmfikir olaraq, elə bir qanunun yaradılmasında iştirak 
edirlər ki, burada qanunlar xalqların seçdikləri nümayəndələrin 
iştirakı ilə yazılsın. 
3. Müsəlmanlar qanuni yolla çalışmalıdırlar ki, onlara aid 
olan sıxışdırılma və haqsızlıq ləğv edilsin və onlar siyasi, dini 
və mülki məsələlərdə ruslarla bərabərhüquqlu olsunlar. 
4. Müsəlmanlar öz ehtiyaclarını ödəmək üçün Rusiyanın 
indiki və  gələcək vəziyyətindən çıxış edəcəklər. ...Bütün 
quberniyalarda öz ehtiyaclarına uyğun olaraq kitab, qəzet, 
jurnal nəşr etməyə, xalqa vəziyyət haqqında  əsas məlumatları 
verməyə çalışacaqlar. 


 76
5. Dörd bənddə qeyd olunan məsələlərin həllinə nail olmaq 
üçün yerlərdə vaxtaşırı toplaşan yığıncaqlar təsis olunsun.  
Qurultayda Bakı, Simferopol, Peterburq, Minsq, Həştər-
xan, Kazan, Daşkənd,  İrkutsk, Uralsk, Verniy, Petropavlovsk, 
Aşqabad və b. şəhərlərdə  mərkəzlərin yaradılması planlaş-
dırılmışdı.  
II qurultay 1906-cı il, yanvarın 13-dən 23-ə  qədər Pe-
terburqda keçirilmişdir (yenə də qeyri-leqal (icazəsiz) şəkildə). 
Kazan, Türküstan, Krım və Qafqazdan 100 nəfər nüma-
yəndənin iştirak etdiyi, İ.Qaspıralının sədrliyi ilə keçirilən 
qurultayda təşkilatın “Rusiya Müsəlmanları  İttifaqı” adlan-
dırılması  rəsmiləşdirilir. Qurultayda muxtariyyət məsələsində 
fikir ayrılığı yaranır. Krım və Qafqaz təmsilçiləri ərazi, Kazan 
təmsilçiləri isə mədəni muxtariyyət tərəfdarı kimi çıxış edirlər. 
Qurultayda birincilərin müqavimətinə baxmayaraq Y.Akçura-
nın başçılıq etdiyi Kazan türklərinin səyi ilə rus liberal kadet 
partiyasına birləşmək haqqında qərar qəbul edilir. Bu qərarla 
razılaşmayan bir qrup nümayəndə  qurultayı tərk edir.  
Y.Akçura və  Ə.İbrahimov kadet partiyasının mərkəzi ko-
mitəsinə də seçilirlər. Kadet partiyası Rusiya müsəlmanlarının 
milli azadlıq ideyaları ilə çıxış etmələrindən xəbərdar olsa da, 
onların siyasi qüvvəyə çevrildiyini gördüyündən, onlarla 
ittifaqa girib seçkilərdə  qələbəni təmin etmək istəyirdilər. Bu 
partiya hətta müsəlmanların etimadını qazanmaq üçün öz 
proqramında müsəlmanların dini və milli mənafeyinə xidmət 
edən dəyişikliklər də etmişdir. 
Qurultay kadet partiyasının proqramına uyğun müvəqqəti 
proqram qəbul edir və seçkilərdə kadet partiyası ilə birgə işti-
rak etmək qərara alınır.  Qurultayın işində Azərbaycandan olan 
nümayəndələr (Ə.Topçubaşov, Q.Qarabəyov və F.X.Axundov) 
yaxından iştirak etmişdir. Qurultayın Proqram və nizam-
naməsini Ə.Topçubaşov hazırlamışdır. 
 III Qurultay 1906-cı ilin Avqust ayının 10-dan 20-dək 
Nijni-Novqorodda rəsmi icazə ilə keçirilmişdir. 300 nəfər 
rəsmi nümayəndənin iştirak etdiyi qurultayın divanına Ə.Top-


 77
çubaşov başçılıq etmişdir. Divanın I katibi isə Y.Akçura 
olmuşdur. İ.Qaspıralı qurultaydakı çıxışında ortaq türk dilində 
tədris məsələsini irəli sürmüşdür. Qurultayda “Rusiya Mü-
səlmanları  İttifaqı” özünü siyasi partiya (Müsəlman  İttifaqı 
Partiyası”) elan edir və partiyanın 10 bölmədən və 72 
maddədən ibarət proqramı  qəbul edilr. Proqramda milli, dini, 
hüquqi-siyasi və sosial-iqtisadi islahatlar öz əksini tapmışdır. 
Ruslar və müsəlmanların hüquq bərabərliyi, ibtidai və orta 
təhsilin ana dilində aparılması, müsəlmanların təhsil idarələrinə 
rəhbərlik etməsi, təriqətindən asılı olmayaraq Rusiya müsəl-
manlarının ümumi ruhani idarəsinin yaradılması, konstitusiyalı 
monarxiyaya keçid, təşkilat yaratma və  mətbuat azadlığı, 
kəndlilərin torpaqla təmin olunması,  şəxsi mülkiyyətin 
toxunulmazlığı, 8 saatlıq iş günü və b. müddəalar öz əksini 
tapmışdır. Göründüyü kimi proqramda milli azadlıq (milli-
mədəni muxtariyyət səviyyəsində olsa da) və liberal-
demokratik ideyalar, həmçinin sosial müddəalar öz əksini 
tapmışdır. Daha dəqiq desək, partiya milli birlik və milli 
azadlıq ideyaları ilə  çıxış etmiş, hüquqi məsələlərdə  əsasən 
liberal-demokratik dəyərləri qəbul etmiş, eyni zamanda fəhlə 
və kəndlilərin sosial mənafeyinə xidmət edən müddəaları da öz 
proqramına daxil etmişdir.  
“Rusiya Müsəlmanları  İttifaqı”  Dövlət Dumasında mü-
səlman fraksiyasının yaranması  və  fəaliyyətində, müsəl-
manların mənafeyini təmin edən qərarların qəbul etdi-
rilməsində  həlledici rol oynamışdır. Belə ki, müsəlman 
fraksiyasının fəaliyyəti  əsasən ittifaqın proqramı  əsasında 
qurulmuşdur. 
1907-ci ilin dekabrında senat “Rusiya Müsəlmanları 
İttifaqı”nın leqal fəaliyyət göstərməsi haqqında xahişini rədd 
edir. Çar rejimimin təqib və  təzyiqləri altında yarımleqal 
fəaliyyət göstərən təşkilat 1908-ci ildə öz fəaliyyətini 
dayandırmalı olur.  
“Rusiya Müsəlmanları İttifaqı” tarixdə türk xalqlarını 
birləşdirən ilk siyasi təşkilat olmaqla milli ideologiyamızın, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə