Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   20   21   22   23   24   25   26   27   ...   94

 72
Azərbaycanın tarixi haqqında ilk geniş  əhatəli və türkçü 
ruhlu tədqiqat (A.Bakıxanov, “Gülüstani-İrəm”, 1841), Azər-
baycan türkcəsinin ilk elmi qrammatikası (M.Kazımbəy, 
“Türk-tatar dillərinin qrammatikası”, 1839), ilk türkdilli səhnə 
əsərləri (M.F.Axundzadənin komediyaları, 1850-ci illər), ilk 
yeni üsullu anadilli məktəb (1874, S.Ə.Şirvani tərəfindən  Şa-
maxıda), ilk tam türkdilli mətbuat orqanı (H.Zərdabi tərəfindən 
“Əkinçi” qəzeti, 1875), ilk milli tamaşa
 
(1873-cü ildə “Hacı 
Qara”
 
komediyası), ilk teatr binası (1883-cü ildə H.Z.Tağıyev 
tərfindən Bakıda), Qori seminariyasında ilk dəfə türk şöbəsinin 
açılması (M.F.Axundzadənin təşəbbüsü ilə onun ölümündən 
sonra 1879-cu ildə), ilk qiraətxana (1894-cü ildə N.Nərimanov 
tərəfindən Bakıda), ilk müasir tipli rus-tatar məktəbi (1875-ci 
ildə Qazaxda, 1880-ci illərin sonu, 1890-cı illərin əvvəllərində 
S.Qənizadə  və H.Mahmudbəyov tərəfindən Bakıda), ilk rus-
müsəlman qadın məktəbi (1901-ci ildə H.Z.Tağıyev tərəfindən 
Bakıda), ilk milli operanın səhnəyə qoyulması (1908-ci ildə 
Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası) və b. mühüm tarixi 
hadisələr məhz həmin fədakar maarifçilərin səyi nəticəsində 
gerçəkləşmişdir. M.F.Axundzadənin hətta 1850-70-ci illərdə 
öncə  ərəb, sonra isə latın qrafikası  əsasında ortaq türk-
müsəlman  əlifbasının yaradılması ideyası ilə  çıxış etdiyi də 
məlumdur. Bu da M.F.Axundzadənin türk birliyi yönündə ilk 
ideoloqlardan biri kimi qəbul olunmasına əsas yaratmışdır. 
Maarifçilik hərəkatında vətənpərvər, xeyriyyəçi Azər-
baycan milyonçuları – H.Z.Tağıyev (1838-1924), M.Nağıyev 
(1842-1919), M.Muxtarov (1865-1920) və b. mühüm rolu 
olmuşdur.    
Quzey Azərbaycanda maarifçilik ideyalarının yayılma-
sında ilk dövrdə
 
(XIX  əsrin sonuna kimi) əsas rol oynamış 
mətbuat orqanları  “Əkinçi” (1975-77), “Ziya” (1879-80), 
“Ziyayi Qafqaziyyə” (1882-84), “Kəşkül” (jurnal: 1883-84, 
qəzet: 1884-91) və b. olmuşdur. 
Azərbaycanın kənd bölgələrində rus müstəmləkəçiliyinə 
qarşı azadlıq hərəkatı XIX əsrin sonlarında özünü qaçaq 


 73
hərəkatı kimi göstərmişdir. Bu hərəkat əsasən çar hökumətinin 
torpaq məsələsində milli ayrıseçkilik siyasətinə, torpaqların və 
yerli idarəçiliyin yerli müsəlmanlardan alınıb gəlmə xristian 
əhalisinə verilməsinə qarşı yönəlmişdir. Sovet dövründə qaçaq 
hərəkatının mahiyyəti təhrif olunmuş, bu hərəkat məhz sinfi 
mübarizə kimi qiymətləndirilmişdir.   
Rus imperiyasında türkçülük ideyalarının inkişafında 
Krımlı ziyalı  İsmayıl bəy Qaspıralının (1851-1914) xüsusi 
yeri olmuşdur. O, “Rusiya müsəlmanlığı”  əsərində (Simfero-
pol, “Tavrida” qəzeti, 1881) və redaktoru olduğu “Tərcüman” 
qəzetində (1883-1918, Bağçasaray) yazdığı  məqalələrdə 
maarifçilərin milliləşmə və müasirləşmə ideyaları ilə yanaşı ilk 
dəfə olaraq ortaq türk ədəbi dilinin yaradılması ideyası ilə 
çıxış etmişdir. Bu da türk millətçiliyinin bütün türk xalqlarını 
əhatə edən bir ideologiya səviyyəsinə yüksəlməsində mühüm 
addım olmuşdur. Məşhur “dildə, fikirdə və işdə birlik” deyimi 
də  İ.Qaspıralıya məxsusdur. Bu baxımdan  İ.Qaspıralını türk 
birliyi ideyasının ilk əsas ideoloqu hesab etmək olar.  
Bu dövrdə rus imperiyasında türkçülük ideyalarının inki-
şafında Kazan maarifçisi Şəhabəddin Mərcaninin (1818-
1889) də xüsusi yeri olmuşdur. O, 1880-ci illərdə Kazan türk-
cəsində yazdığı “Kitabi Müstəfadil-əxbar fi Əhval-i Kazan” 
əsərində  milli mənsubiyyəti önə çəkmiş, millətçi ideyalar irəli 
sürmüşdür. O, dilin saflaşdırılmasının tərəfdarı olmuş, türklərin 
öz şərəfli tarixlərini öyrənmələrinin vacibliyini təbliğ etmişdir.  
XX əsrin ilk illərində çar rejiminə qarşı etirazların güclən-
məsi və I rus inqilabının  (1905-07)  baş verməsi    rejimin 
nisbətən zəifləməsinə  səbəb olmuş, bu isə  həmin dövrdə 
maarifçilik ideyaları ilə yanaşı artıq  milli birlik  və  milli 
azadlıq ideyalarının da irəli sürülməsinə və ilk ictimai-siyasi 
təşkilatların yaranmasına zəmin yaratmışdır. Əsrin əvvəllərində 
Azərbaycanda bu ideyalarla çıxış etmiş mütəfəkkirlərdən 
Ə.Hüseynzadə  (1864-1940),  Ə.Topçubaşov  (1865-1934), 
Ə.Ağaoğlu (1869-1939) və  M.Ə.Rəsulzadə  (1884-1955)
 
xü-
susi yer tutmuşdur. 


 74
XX  əsrin ilk illərində ictimai-siyasi fikrin ifadəçisi olan 
əsas mətbuat orqanları  “Şərqi-rus” (1903-1905), “Dəvət-qoç” 
(1906), “Hümmət” (1904-05), “Həyat” (1905-06), “İrşad” 
(1905-08), “Molla Nəsrəddin” (1906-31), “Dəbistan” (1906-
08),  “Füyuzat” (1906-07), “Təkamül” (1906-07), “Tərəqqi” 
(1908-09), “Kaspi” (1881-1919-cu illərdə Bakıda rus dilində 
nəşr olunmuş, 1898-1907-ci illərdə redaktoru Ə.Topçubaşov 
olmuşdur) və b. olmuşdur. 
XX  əsrin ilk illərində yüzlərlə milli düşüncəli ziyalı  və 
digər təbəqələrdən olan insanları birləşdirən ictimai-siyasi 
təşkilatlar meydana çıxmışdır.
 
 
“Müsəlman Gənclər təşkilatı” 1902-ci ildə M.Ə.Rə-
sulzadənin rəhbərliyi ilə Bakıda Azərbaycan-türk tələbə 
gəncləri tərəfindən yaradılmışdır. Gizli fəaliyyət göstərən 
təşkilat maarifçi ideyalar yaymaqla bərabər rus müs-
təmləkəçiliyinə qarşı milli azadlıq ideyalarını da təbliğ 
etmişdir. Təşkilat həmçinin, fəhlələr arasında siyasi bə-
yannamələr yaymış, sosial-demokrat ideyalarını da təbliğ 
etmişdir. Təşkilat bir müddət sonra  “Müsəlman Demokratik 
Müsavat Cəmiyyəti”  adı altında fəaliyyət göstərmişdir. 
Təşkilatın  İranda da mərkəzi olmuş  və  məşrutə  hərəkatında 
iştirak etmişdir. Təşkilata verilən “Müsavat” (“bərabərlik”) 
adının sosial-demokrat ideyaları ilə bağlı olduğunu güman 
etmək olar. Sosial-demokrat təmayüllü  ilk siyasi təşkilat olan 
“Hümmət”in də  məhz bu təşkilatın bazasında yarandığı 
məlumdur.  
 ”Hümmət”  təşkilatı  (Müsəlman Sosial-demokratik 
“Hümmət” təşkilatı) 1904-cü ilin axırlarında RSDFP-nin Bakı 
komitəsi nəzdində M.H.Mövsümov (1882-1907), M.H.Ha-
cınski (1875-1931) və M.Ə.Rəsulzadə  tərəfindən “Müsəlman 
demokratik Müsavat cəmiyyəti”nin  əsasında yaradılmışdır. 
1905-ci ildən bu təşkilata M.Əzizbəyov (1876-1918), 
N.Nərimanov (1870-1925), S.M.Əfəndiyev (1887-1938) və b. 
da daxil olmuşdur. Ə.Ağaoğlunun da bu təşkilatla əməkdaşlıq 
etdiyi məlumdur.  Əsasən sosial-demokrat ideyalarının, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə