139
...Milli hakimiyyətin yönəldəcəyi Müstəqil, Bütöv, Milli
Azərbaycan dövləti və bu dövlətin milli təsanüd üzərində quru-
laraq demokratik, dünyəvi (laik), sosial bir hüquq dövlətinə
çevrilməsi yeganə qurtuluşumuzdur.
...Məhz ...milli mədəniyyət dəyərlərimizə və istiqlaliyyət,
bütövlük kimi ortaq ideallarımıza söykənməklə siyasi qüvvələ-
rimizin uzlaşması mümkündür...
Məramnamənin “Milli bütünləşməmizin siyasi-ideoloji
yönü” bölməsində deyilir:
BAB belə hesab edir ki, əlli milyonluq Azərbaycan
türklüyünün milli bütünləşməsində xalqımızın siyasi qüvvələri
arasında siyasi-ideoloji bütövlük həlledici şərtlərdən biridir.
...Bəziləri yalnız fərdin azadlğını əsas götürür və liberal
dəyərlər təməlində uzlaşaraq ayrıca bir qütbə çevrilir. Bu qütb
...cəmiyyətin liberallaşması uğrunda mübarizə aparır.
Bəziləri üçün əsas məsələ əzilən fəhlə sinfinin azadlığıdır.
Yalnız sosial dəyərlər təməlində uzlaşaraq bir qütbə çevrilən
bu insanlar ...cəmiyyətdə proletariatın hakimiyyətini qurmaq
istəyirlər.
Bəziləri ümməti qabardır və dini dəyərlər təməlində
uzlaşaraq ayrıca bir qütbə çevrilir, cəmiyyətdə dini hakimiyyət
yaratmağı üstün tuturlar.
Bəziləri millətin azadlığını əsas götürür və milli mənafe
təməlində uzlaşaraq ayrıca bir qütbə çevrilir, millətin imperiya
əsarətindən qurtulub öz müstəqil dövlətini qurması və öz milli
hakimiyyətini yaratması uğrunda mübarizə aparır.
Bəziləri də nəliyindən asılı olmayaraq, yalnız mövcud
olanı qorumağa, mühafizə etməyə can atırlar və s.
...bir xalq üçün yalnız öz müstəqil milli dövləti daxilində
sinfi bütünləşmənin xeyri ola bilər; imperiya daxilində isə sinfi
bütünləşmə ən uzağı imperiyanın cildini, rəngini dəyişər, lakin
mahiyyət eyniylə qorunar və sinfi bütünləşmə də bu imperiya
mahiyyətinin qorunmasına xidmət edən ideoloji bağa çevrilər.
Azərbaycanın güneyində ümməti qabardaraq dini dəyərlər
təməlində uzlaşıb bütünləşdik, ancaq nəinki problemlərimiz
140
çözülmədi, əksinə bir az da artdı və gördük ki, şah dövrünün
“vahid İran xalqı”nda olduğu kimi molla dövrünün “vahid
müsəlman ümməti”ndə də panfarsizm hakimdir, türk milli
varlığı isə məhvə məhkumdur.
Xalqımızın siyasi qüvvələri içərisində panfarsizmin hakim-
liyini hansı formada olursa-olsun qorumağa çalışan mühafizə-
karlar da, fərdlərin azadlığını əsas alıb müəyyən yumşalma və
milli-mədəni haqlar istəyən liberallar da var. Lakin əlli mil-
yonluq Azərbaycan türklüyünün düşdüyü bu dözülməz acına-
caqlı durumda gerçəkdən xalqımızı düşünən, onun halına ya-
nan və çıxış yolu arayan həqiqi siyasi qüvvələr üçün yeganə
doğru yol millət təməlindən çıxış etməkdir...
...Ona görə də xalqımızın gerçək siyasi qüvvələrinin baş-
lıca hərəkət nöqtəsi əlli milyonluq Azərbaycan türk milləti
olmalı və məhz millətin azadlığı əsas götürülərək milli mənafe
təməlində uzlaşılmalıdır.
Milli mənafe təməli milli hədəfləri də ortaya qoyur: çağdaş
Azərbaycan üçün bu milli hədəflər Müstəqil, Bütöv, De-
mokratik Azərbaycan hədəfləridir.
...Çeşidli toqquşmaların məngənəsində əzilib məhv
olmamaq, bir xalq kimi öz milli varlığımızı qoruyub gəlişdirə
bilmək üçün xalqımızın siyasi qüvvələri milli mənafe və milli
hədəflər təməlində uzlaşıb siyasi-ideoloji bütövlüyə qovuşmalı
və əlli milyonluq Azərbaycan türklüyünün milli bütünləşmə
sürəcini həyata keçirməlidir...
1997-ci ildə əsasən xaricdə yaşayan Azərbaycanlıları
özündə birləşdirən daha bir təşkilat –
Dünya Azərbaycanlıları
Konqresi (DAK) yaradıldı. Bu təşkilat da öz fəaliyyətində
Güney Azərbaycanın azadlığı və vətənimizin bütövlüyünü
uğrunda mübarizəni əsas götürüb. BAB və DAK-da həm Qu-
zeydən, həm də Güneydən olan hərəkatçıların birgə fəaliyyət
göstərməsi fars şovinizminə qarşı milli azadlıq mübarizəsində
Quzey və Güney cəbhələrinin birləşməsi istiqamətində mühüm
addım olmuşdur.