144
daha da aydınlaşır. Həmin məsələləri isə kitabın ikinci və
üçüncü bölmələrində araşdıracağıq.
5. Türk millətçiliyinin səviyyələri
Türk milləti böyük millət olmaqla, tarixən çox geniş
ərazilərdə yayılmış və bu ərazilərdə eyni vaxtda bir neçə türk
dövləti mövcud olmuşdur. Bununla da müstəqil dövlətçilik
tarixinə malik ayrı-ayrı türk xalqları meydana çıxmışdır. Bu
gün də 7-si müstəqil olmaqla 20-yə yaxın türk dövlət qurumu
mövcudur. Aydındır ki, türk millətçiliyi bir milli ideologiya
kimi bütün türk xalqlarını əhatə edir. Yəni, bu ideologiyanın
hədəfi ən yüksək səviyyədə türk dövlətlərinin müəyyən
formada birliyidir. Lakin, bu hədəfə qədər ayrı-ayrı türk
xalqları və dövlətləri səviyyəsində milli hədəflərə çatmaq
zəruridir. Bu hədəflərə uyğun olaraq türk millətçiliyinin üç
səviyyəsi müəyyən edilir.
Türkçülüyün birinci səviyyəsi ayrı-ayrı türk xalqlarında
milli məsələlərin həllini əks etdirir. Yəni, birinci səviyyədə
hədəf ayrı-ayrı türk xalqlarının türk milli dəyərlərinə söykənən
bütöv və müstəqil dövlətə sahib olmasıdır. Milli ideologiya-
mızın bu səviyyəsi uyğun olaraq bir türk xalqının (və ya
dövlətinin) adı ilə adlandırılır. Məsələn, Azərbaycan türkləri
üçün “Azərbaycançılıq”, Türkiyə türkləri üçün “Türkiyəçilik”,
türkmənlər üçün “Türkmənçilik” və s.
Türkçülüyün ikinci səviyyəsi müəyyən xüsusiyyətlərinə
(ərazi, mənəvi dəyərlər və s.) görə daha yaxın türk xalqlarını
əhatə edir və onların müəyyən birliyini hədəf ğötürür. Milli
ideologiyamızın bu səviyyəsi Oğuz xalqları üçün “Oğuzçuluq”,
Qıpçaq xalqları üçün “Qıpçaqçılıq” və s. adlandırıla bilər.
Türkçülüyün üçüncü səviyyəsi bütün türk xalqlarını əhatə
edir. Türk millətçiliyinin bu səviyyəsi “Turançılıq” və ya
“Bütün Türkçülük” (“Pantürkizm”) adlandırılır. Bəzən “Türk-
çülük” ifadəsi milli ideologiyamızın məhz üçüncü səviyyəsi
145
mənasında işlədilir. Burada hədəf bütün türk xalqlarının siyasi-
mədəni birliyinə nail olmaq və dünyada bir güc mərkəzinə
cevrilməkdir. Öncə qeyd etdiyimiz kimi üçüncü səviyyədə
türkçülük ideyalarını əsaslı şəkildə irəli sürən tarixə məlum ilk
mütəfəkkir İ.Qaspıralıdır (1851-1914). Bu ideyaların ilkin ün-
sürlərinə isə XIX əsr Azərbaycan maarifçilərində (M.F.Axund-
zadə, H.Zərdabi və b.) də rast gəlinir. Turançılıq ideyaları
sonradan Ə.Hüseynzadə, Y.Akçura, Z.Göyalp və b. ideoloqlar
tərəfindən inkişaf etdirilmişdir. Onu da qeyd edək ki, türk-
çülüyün səviyyələri türkçülük siyasətinin mərhələləri demək
deyil, yəni bu siyasət hər üç səviyyədə eyni vaxtda, paralel
olaraq aparılmalıdır.
Hazirda birinci səviyyədə milli ideologiyamızın hədəfinə
çatmış türk xalqı kimi yalnız Türkiyə türklərini göstərmək olar.
Belə ki, bu gün Türkiyə xeyli inkişaf etmiş, müstəqil siyasət
yeridən, bütöv və güclü milli dövlətidir. Lakin təəssüflər olsun
ki, bu dövlətdə daha yüksək səviyyələrdə türkçülük (“Oğuz-
çuluq”, “Turançılıq”) nə dövlətin, nə də siyasi partiyaların si-
yasətində demək olar ki, yoxdur. Təkcə onu demək kifayətdir
ki, “İran” adlanan dövlətdə milli haqları taptanan qırx milyon-
luq türkün problemi Türkiyədəki heç bir siyasi hərəkat tə-
rəfindən səsləndirilmir, Türkiyə sərhədlərindən kənardakı
türkçülük yalnız Şimali Kipr və qismən də İraq türkmanları ilə
məhdudlaşır. Bir sözlə, Türkiyə dövlətində türkçülük “Türki-
yəçilik” səviyyəsindən yuxarı qalxmır.
146
I I BÖLMƏ. Çağdaş milli ideologiyamızın
məsələləri
1. Milli məsələlər
Millət və Vətən anlayışları
Milli məsələlər araşdırılarkən ilk növbədə “millət” anlayışı
öyrənilməlidir. “Millət” nədir? Bu sula zaman-zaman müxtəlif
cavablar verilmişdir və bu gün də bu məsələdə ciddi fikir
ayrılığı mövcuddur. Aydındır ki, millət insanların birlik forma-
larından biridir. Amma hansı birlik forması? Bu məsələdə
mövcud görüşlər əsasən üç istiqamətdə inkişaf edir:
1. Millət etnik birlik formasıdır. Burada ortaq dil və
mədəniyyətə əsaslanan birlik forması nəzərdə tutulur.
2. Millət siyasi birlik formasıdır. Burada bir dövlətin
vətəndaşlarının birlik forması nəzərdə tutulur.
3. Millət etnik-siyasi birlik formasıdır. Burada etnik
birliyin (etnosun, xalqın) milli dövlətə və milli şüura (ilk
növbədə milli dövlətçilik şüuruna) malik olduqdan sonrakı
forması nəzərdə tutulur.
Millətə etnik birlik forması kimi yanaşıldıqda ortaq dil və
mədəniyyət amili əsas götürülsə də, bu anlayışların özünə də
müxtəlif baxışlar var. Dil nisbətən sadə, hamı tərəfindən başa
düşülən anlayış olsa da, mədəniyyət çox geniş anlayışdır və
hamı tərəfindən eyni mənada qəbul olunmur. Elmdə mə-
dəniyyətə verilən ümumi tərif aşağıdakı kimidir: Mədəniyyət –
insanların tarixən yaratdıqları maddi və mənəvi nemətlərin
məcmusudur. Deməli, məişət adət-ənənələrindən tutmuş elmi-
texniki tərəqqinin nailiyyətlərinə qədər hər şey (dil özü də)
mədəniyyət anlayışına daxildir. Amma mədəniyyətin bu
çoxsaylı ünsürlərinin hamısını millətləri biri-birindən fərq-
ləndirən, başqa sözlə, milli varlığı müəyyən edən amillər kimi
qəbul etmək olarmı? Təbii ki, yox. Bəs bu ünsürlərdən
Dostları ilə paylaş: |