Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə32/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   28   29   30   31   32   33   34   35   ...   88

 

 

189



Bu dağlar gözəlini dərələr əzizləyər, 

Ləpələr bir-birini danışdırar, səsləyər. 

Yaşıl-yaşıl nəğmələr kölgəsində bəsləyər- 

Meşələr əlləriylə elə hey örtər çayı, 

Məni məftun edibdir yurdumun Tərtər çayı. 

 

Zirvələrə gün düşüb, gədiklər dumanlıdır, 



Hər daşının sinəsi nağıllı, dastanlıdır. 

Aylı gecələrində yer də kəhkəşanlıdır, 

Aman! Uçsa bircə daş sındırar, bölər çayı, 

Məni məftun edibdir yurdumun Tərtər çayı. 

 

Möcüzənin, heyrətin özündən qopub düşüb



Ağ çalmalı dağların gözündən qopub düşüb, 

Bəlkə Aşıq Şəmşirin sazından qopub  

düşüb, 

Tarlalar gecə-gündüz əzbər öyrənər çayı, 



Məni məftun edibdir yurdumun Tərtər çayı. 

 

Sirli bulaqlarıyla bir loğmandır vətənim, 



Bu sirlərin sirrini gedim kimdən öyrənim? 

Bir ot verin yapışım, bir daş verin 

söykənim. 

Çox çaylardan keçmişəm sevməmişəm hər 

çayı, 

Məni məftun edibdir yurdumun Tərtər çayı. 



 

 

 




 

 

190



Baxdım, sonuncu ulduz göy üzündə sönüncə, 

Xəyalım zirvələrdən ormanlara enincə. 

Gümüş-gümüş ləpələr ağ zanbağa dönüncə, 

Pambıq düzənlikləri gözünə təpər çayı, 

Məni məftun edibdir yurdumun Tərtər çayı. 

 

Yalçın-yalçın qayalar musiqi çələngidir



Qəhrəmanlıq  marşıdır-heyratıdır, 

cəngidir. 

Ha deyirəm tez gedim dağlar tutub ləngidir, 

Kaş sıxaydım sinəmə bu sinədəftər çayı, 

Məni məcnun edibdir yurdumun Tərtər çayı. 

 

Bağışlasın qanunlar-sabah işə geciksəm, 



Gözəlliklər toruna düşə-düşə geciksəm. 

İşdir, ya bir məclisə, ya görüşə geciksəm 

Bilin seyrə dalmışam daşları mərmər çayı, 

Məni məcnun edibdir yurdumun Tərtər çayı. 

 

Qopub gələ bilmirəm kəkliklərin səsindən



Yaşıl ormanlarından, qaya silsiləsindən. 

Eh, Əşrəfin ürəyi uçubdur sinəsindən, 

Qalır ki, qucaqlasın ulduzları zər çayı. 

Məni məcnun edibdir yurdumun Tərtər çayı. 

 

*** 


 

 

 




 

 

191



OCAQ ÇİNAR 

 

Baharın əlləri bəzəyib onu, 

Yarpaqlar günəşlə zərlənibdilər. 

Ağbirçək nənələr illər uzunu 

Ona “ocaq” deyib, pirlənibdilər. 

 

Bəlkə də nənələr səhv eləməzlər, 



Könlüm gah inanır, gah da inanmır. 

Axı, hər çinara ocaq deməzlər

Axı, hər çinarın sinəsi yanmır.... 

 

*** 



 

 

ÇİÇİ KƏNDİ 



 

Bu dağların gül ətirli ovcunda 

Çiçi kəndi bir möhtəşəm qaladır. 

Bulaq gördüm-dəyişməzdim loğmana, 

Çiçək gördüm-hələ körpə baladır. 

 

Gözəlləri ceyran kimi ürkəkdi, 



Çiçəkləri bir-birindən göyçəkdi. 

Şair dostum sularına baş əydi, 

Uşaq kimi üst-başını buladı. 

 

Gözəlliyin vurğunuyam əzəldən, 



Su istədim bir qənirsiz gözəldən. 

Dodağıma gəlib qondu təzədən 

Neçə-neçə çiçək adı, gül adı. 

 

 




 

 

192



Meşə zülfü tökülübdür göz üstə, 

Qızılgülü bəslənibdir naz üstə. 

Hansı evə qonaq düşsən, 

miz üstə 

Düzəcəkdir mürəbbəni, gülabı. 

 

Ayaqlarım yoxuşlarla çarpışdı, 



Neçə-neçə dərə keçdi, dağ aşdı. 

Sərt cığırlar əllərimdən yapışdı, 

Ömrümü bir şəlaləyə caladı. 

 

Güldü günəş, zülmətləri boğdu o, 



Aşiq kimi boylandı o, baxdı o. 

Elə bildim dərələrdən qalxdı o, 

Bu torpağı öpdü,öpdü, yaladı. 

 

Vurulmuşdum, heç özümdə yox idim, 



Çiçəklərə söz dedim, şeir oxudum. 

Çiçi kəndi! 

Xalçan kimi toxudum 

Ürəyimin guşəsinə bu adı. 

 

*** 


 

 

 



 

 



 

 

193



GECƏYƏ QAR YAĞDI 

 

Yağdı gecələrə qar yığın-yığın, 

Torpağın ağappaq nəğməsi yağdı. 

Qaynar uşaqlığın, şən cavanlığın 

Qartopu oynamaq həvəsi yağdı. 

 

Bir bölük sevinci-bir bölük qarı, 



Budaqlar havada tutub saxladı. 

Tullayıb çiynindən qaranlıqları, 

Ağaclar saçına ağ lent bağladı. 

 

Hər bağı, bağçanı qucaqladı qış, 



Hər tərəf göründü gümüşü kimi- 

Məsum bir körpənin  südə bulanmış 

Təbəssümü kimi, gülüşü kimi. 

 

Ağ fərəh geyindi əyninə hər yan, 



Qar yağdı quraqlıq qorxularına. 

Qar yağdı, 

Qar yağdı 

Bizdən nigaran 

Kövrək anaların yuxularına. 

 

Düşdü ortalığa buz sərhədləri, 



Meşələr həsrətlə yollara baxdı.. 

Üç ay sevənlərin görüş vədləri 

 Qalıb qar altında darıxacaqdır... 

 

Yox, yox, üfüqlərdən doğacaq səhər, 



Qalxacaq yuxudan hər kənd, hər şəhər. 

Addımlar yolları bəzəyəcəkdir. 

Dümağ kağızlara bənzəyən yollar, 

Bir not dəftərinə bənzəyəcəkdir.... 



Sumqayıt, 1970  


 

 

194



KƏKLİYƏ BAX, KƏKLİYƏ 

 

Yeriyəndə yerişi hər yerişdən itidir, 



Uçan zaman uçuşu ildırım sürətidir. 

Oxuduğu nəğmələr bəlkə məhəbbətidir

Hey oxuyur, oxuyur, yorulmayır bəs niyə, 

Kəkliyə bax, kəkliyə. 

 

Səhər olcaq görürsən daşdan-daşa səkir o, 



Balası var, bəlkə də, keşiyini çəkir o. 

Bu çılpaq daşlaramı gözlərini dikir o, 

Niyə uçub getməyir güllüyə, çiçəkliyə? 

Kəkliyə bax, kəkliyə. 

 

Bəlkə ovçu görübdür, uçub gözdən itibdir



Nərgizdirmi görəsən sinəsində bitibdir? 

Təbiətmi yaradıb, ya rəssammı çəkibdir, 

İncidirmi düşübdür daşlığa, kəsəkliyə? 

Kəkliyə bax, kəkliyə. 

 

Onu ayrı salmayın torpağından, daşından, 



Qoy o uçub getməsin bu dağların qaşından. 

Ovçu qardaş, sən canın, ayırma sirdaşından, 

Qıyma ağır sükunət bu dağları təkləyə, 

Kəkliyə bax, kəkliyə, 

Kəkliyə  bax, kəkliyə.... 

 

*** 



Füzuli, 1962 

 

 

 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə