Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə35/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   31   32   33   34   35   36   37   38   ...   88

 

 

206



Yayın qızmarında, qışın qarında, 

Gözəllik sərgisi açar bu yerlər. 

Qızıl nəğmələrin qanadlarında, 

Qızıl ulduzlara uçar bu yerlər. 

 

Ömrünü-gününü hey zaman-zaman

Şərqilər ömrünə qatar bu dağlar. 

Nəğmə işığında qalxar yuxudan, 

Nəğmə işığında yatar bu yerlər. 

 

 

 




 

 

207



ÜSTÜNƏ 

 

Könlüm quşu qanadlanıb köç eylər, 

Haralardan haraların üstünə. 

Yuxum ərşə çəkildikcə gecələr 

Fikrim qonar oraların üstünə. 

 

İstəyimin yuvasına qar düşər, 



Ürəyimə neçə qalmaqal düşər. 

Yay gəlməmiş azar vurar, xal düşər 

Meynəmdəki qoraların üstünə. 

 

Dərdimizi baxıb görən oldumu, 



Qapımızı açıb girən oldumu? 

Xan çobana xəbər verən oldumu 

Sellər cumdu Saraların üstünə. 

 

Unüm yetməz bir də o şən çağlara, 



Əlim çatmaz o möhtəşəm dağlara... 

Ümidimi tənzif kimi bağlaram  

Sinəmdəki yaraların üstünə. 

 

*** 



2013 

 

 

 



 


 

 

208



EHTİYACI VAR 

 

Yurd yurda qovuşsa böyüyər Vətən, 



Yurdunun yurduma ehtiyacı var. 

Ay dərdin aldığım, bərk tut əlimdən, 

Dərdinin dərdimə ehtiyacı var. 

 

Yurd üçün döyüşüb ölən əsgərin 



Yeri də Vətənin gözü üstədir. 

Yurdu qarış-qarış bölən kəslərin 

“Bir qulaqburdum” a ehtiyacı var. 

 

İstərəm arayıb seçəm dağları, 



Köçsəm də qoynuna köçəm dağların. 

Düşmən caynağına keçən dağların 

Möhtəşəm orduma ehtiyacı var. 

 

Qarabağ!-Dağların maralıdır o, 



Ağır ellərindən aralıdır o. 

Gör neçə yerindən yaralıdır o, 

“Təcili yardım”a ehtiyacı var. 

 

*** 



2011 

 

 



 


 

 

209



QALXIRAM “DƏDƏ GÜNƏŞ”Ə 

 

Bir yanıqlı ney səsi tək 



Axıram “Dədəgünəş”ə. 

Öz ömrümün zirvəsi tək 

Çıxıram “Dədəgünəş”ə 

 

Günəş şəfəqləri kimi, 



Ulduzların zəri kimi, 

Fikrət Sadıq şeiri kimi,  

Yaxınam “Dədəgünəş”ə. 

 

Könlüm közümün üstədi, 



Ömrüm sözümün üstədi. 

Əlim gözümün üstədir, 

Baxıram “Dədəgünəş”ə. 

 

Çağlayıram çaylar kimi, 



İnləyirəm neylər kimi. 

Gözlərimi göylər kimi 

Sıxıram “Dədəgünəş”ə. 

 

Çəkilibdir  yerim göyə



Qoy könlümü verim göyə. 

“Ərgünəş”i görüm -deyə  

Qalxıram “Dədəgünəş”ə. 

 

 *** 



 


 

 

210



ÇƏKİR 

 

Çox da qəm eyləmə, ey dəli könlüm, 

Qəmi qəm gətirir, dərdi dərd çəkir. 

Şivlər pöhrələnib üzə gülüncə  

Köklər qar altında nə zillət çəkir. 

 

Nə ağac bar verər, nə də gül açar, 



Üstündən qara gün sovuşmayınca. 

Bir nəsil ağ günə qovuşmayınca 

İynəylə gor qazır, müsibət çəkir. 

 

Gözəl Qarabağın acı həsrəti 



Ömrümü talayır, könlümü didir. 

Orda uşaqlığım əsirlikdədir, 

Burda qocalığım xəcalət çəkir. 

 

*** 



1994 

 

 




 

 

211



YADIMDAN ÇIXIB 

 

Tapdığım kəlmənin, dediyim sözün 

Axırı -əzəli yadımdan çıxıb. 

Bu dünya gözümdən elə  düşüb ki, 

O dünya gözəli yadımdan çıxıb. 

 

Sönmüş ocaqlarda qor gəzirəm mən, 



Üzümü gor görsün, gor gəzirəm mən. 

Özümü dəfn üçün yer gəzirəm mən

Atamın məzarı yadımdan çıxıb. 

 

Topxana meşəsi qatıb başımı, 



Yetim bənövşəsi qatıb başımı. 

Vətənin Şuşası qatıb başımı, 

Qubası, Qusarı yadımdan çıxıb. 

 

Qaldımı, əbədi qalan qalıqdı, 



Nə dosta arxadı, nə arxalıqdı. 

Xar olmuş Qarabağ xarabalıqdı, 

Gülşəni-gülzarı yadımdan çıxıb. 

 

Alışan bağrımın başıdı həsrət, 



Yorğun gözlərimin yaşıdı həsrət. 

Elə qatıbdır ki, başımı həsrət, 

Öz başım, öz əlim yadımdan çıxıb. 

 

*** 



11.02.2006 

 

 


 

 

212



QARABAĞA TƏRƏF  

 

Həsrət dəniz, xəyal yelkən 

Üzür Qarabağa tərəf. 

Yurd-yuvasız tərlan könlüm, 

Süzür Qarabağa tərəf. 

 

Dözdükcə səbrim daralır, 



Üstümü boran-qar alır. 

Gözümün kökü saralır, 

Gözü Qarabağa tərəf. 

 

Qara yellər qalxan kimi, 



Qara günlər sıxan kimi, 

Əydi günəbaxan kimi

Bizi Qarabağa tərəf. 

 

Ah, gözlədim sən gəlmədin, 



Çox gözlədim sən gəlmədin. 

Pıçıldadım son kəlməni, 

Sözü Qarabağa tərəf. 

 

Yuva qurduq ahın altda, 



Bir “yetim segahın” altda. 

Ölürük Allahın altda 

Üzü Qarabağa  tərəf. 

 

*** 



25.09.2007 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə