284
YAMAN ÇƏTİNƏ SALDIN
( Hacı Ağəddin Mansurzadənin ölümünə)
Ağəddin ölən günü donub qaldı yerində,
Bəlkə Viləş çayının köksü alışdı, yandı.
Ağəddin ölən günü Talış meşələrində
Bir dəmir ağacının ortadan beli sındı.
Səmadan danışanda, yerdən söhbət düşəndə
Mən onu axtarıram- “Şeytanı daşlasın qoy”.
Yamanlıqdan, pislikdən, şərdən söhbət düşəndə
Sonu xeyirlə bitən bir hədis başlasın qoy.
Qəlbimizi hicrana, həsrətə öyrətdi o,
Birdəfəlik üzdümü əlimizdən əlini?!
Ondan çıxmayan işdir-lal da qoyub getdi o
Ürəyi söznən dolu Lal Vəlinin dilini...
Ömrümüzün şamları əriyər yavaş-yavaş,
Gün batdıqca kölgətək dağlardan aşmaq gərək.
Yaman çətinə saldın mənim işimi qardaş-
Səni görməkdən ötrü cənnətə düşmək gərək!...
***
2010
285
İZZƏT HƏKİMİN
(Tanınmış cərrah İzzət Sadıqovun ölməz xatirəsinə)
Yığılın xatirə saatlarına,
Ünsiyyət yaşadar İzzət həkimi.
Söz açın işıqlı əməllərindən,
Bu söhbət yaşadar İzzət həkimi.
Çəkdikcə ağrını, acını dağlar,
Ayrılıq ağartdı saçını, dağlar.
Harda gizlətdiniz Laçını, dağlar,
O cənnət yaşadar İzzət həkimi.
Düşər bu həyatın tufanlarına,
Ülvi duyğuları yetər karına.
Uymaz bu dünyanın yalanlarına,
Həqiqət yaşadar İzzət həkimi.
Ağır xəstələrə həyat verər o,
Qanadsız quşlara qanad verər o.
Mərcan quzulara nicat verər o,
Mərhəmət yaşadar İzzət həkimi.
Sinəsi göynəyən, ürəyi yanan
Oğullar gərəkdir Azərbaycana.
Dostların köksündə ustad loğmana
Məhəbbət yaşadar İzzət həkimi.
***
2013
286
ƏDALƏT KAMAN ÇALIR
(Ədalət Vəzirova)
Yermi göyə ucalır,
Göymü yerə alçalır.
Salon ayağa qalxıb,
Əhsən deyib əl çalır.
Məcrasına sığmayan,
Çağlayan sular kimi.
Ürək dolub boşalır
Pəmbə buludlar kimi.,
Ədalət kaman çalır.
Alışan simlərə bax-
Könüllərə köz salır.
Qu quşunun sonuncu
Nəğməsindən söz salır,
Ədalət kaman çalır.
***
03.2003 Lüdviqşafen şəhəri
287
BURDAN BİR ATLI KEÇDİ
Oturulu vəziyyətdə qıvrıla-qıvrıla qarşıladın ölümü –o aman-
sız kaftarı.... Dünyadan, həyatdan, dostlarından, şirin-şəkər
nəvələrindən ayrılmaq istəmirdin... Ömründən qalan günləri,
saatları, gözüaçıq keçirmək istəyirdin, dincəlmirdin, gözlərini
yummurdun, “Yatsam, ölərəm” deyirdin.
Dostluğumuzun bu 35 illik tarixində sən heç vaxt mənə ya-
lan söz deməmişdin, “ölürəm” deməyin kaş yalan olaydı,
qardaşım Feyzi!..
Həkimlərinlə görüşdüm, xəstəliyinin qarşısında onların nə
qədər aciz və çarəsiz qaldıqlarını anladım. Ancaq sənə bildir-
mək istəmədim... Sən onsuz da hər şeyi bizdən yaxşı bilirdin.
“Məni evə aparın, doğma divarların arasında canımı tapşırmaq
istəyirəm”-deyirdin...
Qışın başlanğıcında Yardımlının Ostayır kəndində dünyaya
gəlmişdin, yazın başlanğıcında-mart ayının 27-də Sumqayıtda
gözlərini əbədi olaraq yumdun. Yox-yox, sən öləndə də gözü-
açıq qalmaq istəyirdin... 19-27 mart günlərində,düz səkkiz gün
heç nə yemədin.. Aytən balamızın “xüsusi reseptlə” hazırladığı
şirədən başqa bir şey qəbul etmirdin. “Havam çatmır” deyib
hava istəyirdin. Biz isə sənin bu istəyin qarşısında aciz qal-
mışdıq... Təbiətin qış yuxusundan oyandığı, quşların ağız-ağıza
verib oxuduğu, gül-çiçəklərin sonsuz bir həvəslə açıldığı, ağac-
ların, hətta quru kötüklərin də pöhrələndiyi bir vaxtda sən
gözlərimizin qabağında solurdun.. Dönə-dönə tapşırdın ki,
“Məni Ostayıra apararsınız ha...” “Bu həkimlər heç nə edə
bilmirlər.... Məni buradan çıxarın...” Biz səni nə qədər bu
fikirlərdən yayındırmaq istəsək də, öz bildiyini heç kəsə vermək
istəmirdin. Həmişə “Molla” deyə müraciət etdiyin ömür-gün
dostun Əzizə xanımdan Qurana and verib xəstəliyini dəqiq-
liyinə qədər öyrəndikdən sonra təkidlə evə aparılmağını tələb
etdin... Evə gələndən yarımca saat sonra telefonum zəng çaldı:
288
“Feyzi getdi”- dedilər. Mən qaça-qaça gəldim. Dördüncü mərtə-
bəyə haçan qalxdığımı bilmədim. Ağlaşma, şivən səsləri ətrafa
yayılırdı. Uzandığın otaq qadınlarla dolu idi.. Başımı tutub
qaldım... Sən məni heç zaman uzanılı vəziyyətdə qarşılamazdın,
bu nə olan şeydi, qardaşım?...
Əzizə xanım məni görcək bir az da kövrəldi: “Qardaş, sən
doğru deyirmişsən, həqiqətən də sənin qardaşın dahi imiş..”.
Axı, biz nə üçün adamları ölümündən sonra dərk edirik? Axı nə
üçün yaxınlarımızın, doğmalarımızın qədrini onları itirəndən
sonra bilirik?....
Çox keçmədi, dostlarımız gəldilər. Hacı Cəfər özü ilə Hacı
Malik ağanı da gətirmişdi. İş yoldaşların da özlərini yetirdilər.
“Azərkimya” Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin
üzvü Fikrət Sadıqov əvvəlcədən hər şeyi ölçüb-biçmişdi. Onun
təşkil etdiyi maşınla biz səni Ostayıra aparmalıydıq...
Hacı Malik ağanın oxuduğu Quran ayələri və hüznlü, kədərli
mərsiyələri ilə doğma ocağından ayrılırdın, qardaşım...
Qəm pərdəsi gözlərini elə qapamışdı ki, qonşularınla, dostla-
rınla, iş yoldaşlarınla xudahafizləşmək, halallaşmaq da yadın-
dan çıxdı....
Səhər saat 3-də Ostayır kəndinə çatdıq. Kənd camaatı dəstə-
dəstə yol üstə durub bizi gözləyirdi. Daha doğrusu, səni gözlə-
yirdi, qardaşım. Kəndin çətin və sərt yollarını maşınımız
tövşüyə-tövşüyə qalxırdı. Sənin təkotaqlı evin dağın zirvəsinə
yaxın olduğundan maşınımız axıradək qalxa bilmədi.. Bundan
belə ağırlıq lay divar kimi kənd oğullarının üzərinə düşürdü..
Kəndarası dərə boyunca bir ağ duman sallanmışdı. Buludlar
bizdən aşağıda idi. Tikdirdiyin ikimərtəbəli, bir otaqlı mənzilin
üstündə bədirlənmiş ay yolumuzu işıqlandırır, kəndin əsrarəngiz
gözəlliyini bir az da artırır, gecə saat 12-dən sonra sönmüş işıq-
ları əvəz edirdi... Qəribədir ki, kənd cavanları səni öz doğma
evinə çatdırdıqdan sonra dərədəki duman da arxamızca sürünə-
sürünə gəldi.. Xırda-xırda yağış damcıları düşməyə başladı.
Dostları ilə paylaş: |