Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə13/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   9   10   11   12   13   14   15   16   ...   78

 
64 
Yarıb səfləri, qarşıya çıxdı tək. 
Yox idi ağır sözlərə onda tab
Cəsarətlə Zöhhaka verdi cavab, 
Dedi: – Sakit ol, lovğalanmaq yetər, 
Ölümdən qaçan olmamış bir nəfər.. 
Olub səndən əvval də çox hökmdar, 
Ləyaqətlə ömrü başa vurdular. 
Ədalətlə şahlıq edib dünyada, 
Qoyub getdilər tacü təxti yada. 
Əgər olsa insan polad bir qala, 
Fələk verməz imkan salamat qala. 
Sənin bir nəfər son qoyar bəxtinə, 
O, sahib çıxar tacına, təxtinə. 
Ana Afəridun verər ad ona, 
Fələk göndərər xalqın imdadına. 
Hələ tapmamışdır təvəllüd o şah, 
Belə tez düşüb möhnətə, çəkmə ah. 
Gəlincə həyata sahibhünər 
Atar boy, verər bir ağactək bəhər. 
Tutar başını yeddi göydən uca 
Ki, çatsın əli bəlkə təxtə, taca 
Gözəl qaməti sanki sərvi-rəvan, 
Polad gürz çiynində o pəhləvan. 
Edər gürz ilə qəsrini tarimar, 
Sənin qollarını tutub bağlayar. 
Eşitdikdə Zöhhak bu sözləri, 
Bərəldi onun qorxudan gözləri: 
– Fəridun nədən olmalı düşmənim? 
Ona pisliyimmi yetibdir mənim? 
Dedi möbid: – Ey şah, gözlə ədəb, 
Bil, hər pisliyə var cahanda səbəb. 
Əlində atası olanda həlak 
Qəzəbdən olar oğlunun bağrı çak. 
Çağa verməsin can acından deyə, 
 
65 
Edər bir inək dayəlik körpəyə. 
Tutub öldürərsən o heyvan ki, var, 
Fəridun onun intiqamın alar, 
Qulaq verdi Zöhhak bu sözlərə, 
Düşüb təxtdən, dəydi huşsuz yerə. 
Görüncə bu əhvalı sirri açan 
Çəkildi geri, itdi gözdən haman. 
Şahın başına gəldi huşu o dəm, 
Kəyan təxtinə qoydu bir də qədəm. 
O gündən gəzib gizli, həm aşikar, 
Fəridunu hər yerdə axtardılar. 
Yeyib yatmayır, gülməyirdi üzü
Qaranlıq kecəydi şahın gündüzü. 
O gündən ötüb keçdi xeyli zaman, 
İl-ildən şaha dar göründü cahan. 
Fəridun doğuldu, elə bil o gün 
Bu dünya kökündən dəyişdi bütün. 
Boy atdı bəzənmiş cavan sərvtək 
Ona verdi şahlıq kamalı bəzək... 
O layiqdi Cəmşid kimi şahlığa, 
Günəştək saçardı cahana şüa. 
Bu dünyaya lazımdı yağmur qədər, 
Ləyaqətli şah ruhları bəsləyər. 
Fəriduna oldu fələklər də ram, 
Fələk çərxi döndükcə o aldı kam, 
Doğulmuşdu Bərmayə adlı inək, 
İnəklər içində büsatlı inək. 
Bir erkək tavusdan bəzəkli, qəşəng, 
Çalırdı onun hər tükü başqa rəng. 
Münəccimlərə çatdı bundan xəbər, 
Tamaşasına toplaşıb gəldilər. 
Baxıb söylədi hər qoca, hər cavan: 
– Bu cür bir inək görməmişdir cahan. 
O yandansa Zöhhak gündüz, gecə. 


 
66 
Gəzirdi Fəridunu hey gizlicə. 
Fəridun atası olan Abətin 
Baxıb gördü baş saxlamaqdır çətin 
Qaçaq düşdü, verdi cəfa canına, 
Nə bilsin gedir əjdaha kamına? 
Şahın gizli casusları bir zaman 
Xəbər tutdular Abətindən haman, 
Onu zülm ilə çəkdilər dərbara, 
Günü oldu Zöhhak əlində qara. 
Fəridun anası,o arif pəri 
Görüncə həlak oldu bədbəxt əri, 
Çalışdı səlamət qala övladı, 
Fəranəkdi o qəhrəmanın adı, 
Çölə qoydu üz qəlbi qanla dolu, 
Onun bir çəmənzara düşdü yolu, 
Çəməndəydi Bərmayə adlı inək, 
Gözəllikdə tavus büsatlı inək. 
Qoruqçu önündə gedib əydi baş, 
Gözündən axıtdı yerə qanlı yaş. 
Dedi: – Südəmər körpəmi, ey cavan, 
Əmanət götür, ver ölümdən aman! 
Yetimdir, qəbul et, ata ol ona, 
Bu südlü inək də qoy olsun ana. 
Südüylə onu bəslə, bil, hər zaman 
Mükafat verəm, hazıram, bil, inan. 
Qoruqçu ona söylədi: – Ol əmin, 
Qoy olsun inək südəmər körpənin. 
Ürəkdən bu təklifi etdim qəbul, 
Onun xidmətində mənəm sadə qul. 
Üç il o inəkdən verib süd ona
Əziz ömrü xidmətdə çatdı sona 
Yayıldı cahanda inək şöhrəti, 
Onun dillərə düşdü söz-sehbəti. 
Dedi şah Zöhhak: – O məlun inək 
 
67 
Tapılsın gərək, öldürülsün gərək! 
Qaçıb, o çəmənzara gəldi ana, 
Eyləsin əlac  istədi oğluna. 
Dedi: – Ey qoruqçu, küsüb, incimə, 
Salıb həqq özü bir fikir qəlbimə... 
Gərək mən bu tədbiri icra edim, 
Tək övlad candan əzizdir, gedim. 
Köçüm cadular ölkəsindən tamam, 
Fəridunu Hindistana çatdıram. 
Məni izləyənlər gözündən itim, 
Gülüzlümlə Əlbürzə doğru gedim. 
Basıb körpəni bağrına can kimi, 
Dağa sarı yollandı aslan kimi. 
O dağda var idi bir abid kişi, 
Bu dünya ilə yoxdu əsla işi. 
Fəranək dedi: – Ey olan pak din
Yazıq bir kəsəm, yurdum İranzəmin, 
Mənim bu əziz körpəmə sal nəzər, 
O, bir gün gələr, təxtü tacı bəzər. 
Ona hami ol, lütfünü qıl ata, 
Yetimdir, əziz tut necə bir ata 
Qəbul etdi o körpəni xeyirxah, 
Nə gəzdi bəhanə, nə də çəkdi ah. 
Xəbər tutdu Zöhhak Bərmayədən, 
Bilib, hardadır o bəzəkli çəmən, 
Qəzəbdən dönüb şah qızmış filə, 
Başın kəsdi Bərmayənin kin ilə, 
Görüncə çəməndə gəzir mal-qara, 
Divan tutdu o dilsiz heyvanlara, 
Fəridun sarayını çox gəzdilər, 
Yox idi sarayda adamdan əsər.  
Qəzəblə vurub od o kaşanəyə, 
Gözəl qəsri döndərdi viranəyə. 
Fəridun çatınca on altı yaşa, 


 
68 
Enib gəldi Əlburzdən birbaşa
Anası önündə edib ahü zar, 
Dedi: – Gizli bir sirri et aşikar. 
Açıq söylə, axır, kim olmuş atam? 
De, kimdən sənə yadigar qalmışam? 
Mənə bu mühüm mətləbi sal başa, 
Kiməm, söyləyim indi yar-yoldaşa. 
Fəranək dedi: – Ey məqam axtaran, 
Qulaq ver, sənə gör nə söylər anan: 
Atan bir kişiydi, adı Abətin, 
Ana yurdu isə bu İranzəmin. 
Kəyan şahlarındandı o yadigar, 
Ağıllı, bilikli, cəsur, namidar 
Sayıb bir-bir əcdadını söyləsə, 
Çatardı onun nəsli Təhmurəsə. 
Mənimçin əziz, mehribandı atan, 
Yox idi mənə xoş gün onsuz, inan! 
O vaxtlar ki, Zöhhak – o cadupərəst 
Sənin canına etmək istərdi qəsd, 
Mən ondan səni gizlədirdim hər an, 
Yaman günlər idi o günlər, aman. 
Atanda var idi böyük bir ürək
Səni bəsləyirdi necə gül-çiçək 
Şahın çiyninin hər birindən ilan. 
Göyərdi, o, İrana tutdu divan. 
Atanın başın təndən etdi cüda, 
İlanlar üçün beyni oldu qida. 
Apardım səni bir elə cəngələ 
Ki, bir kəs ora getməmişdi hələ. 
Nə gördüm o yerdə? Gözəl bir inək 
Çalırdı onun hər tükü başqa rəng. 
Kəsib sahibi el içindən ayaq, 
Yaşardı meşə içrə o şahsayaq. 
Səni mən ona verdim, o novcavan 
 
69 
Çəkib nazını, bəslədi bir zaman 
Sənə dayə oldu o tavus inək, 
Boy atdın da, oldun yenilməz pələng, 
İnəkdən, çəməndən tutunca xəbər
Gedib, şah Zöhhaka ərz etdilər. 
Mən isə o yerdən səni nagahan 
Qaçırdım, nə ev qaldı, nə xaniman, 
Gəlib gəzdilər, tapmadıqda səni 
Tutub kəsdi Zöhhak Bərmayəni. 
Nişan qalmasın qəsrimizdən deyə, 
Vurub od, sovurdu külün də göyə, 
Fəridun qulaq verdi bu sözlərə, 
Başı qəm-kədərdən dikildi yerə. 
Ədəblə xitab eylədi: – Ey ana, 
Zəruri deyilmi sınaq aslana? 
Bizə bunca zülm etmiş o bədəməl, 
Gərək mən qılınca atım indi əl, 
Edim zalimin qəsrini tarimar, 
Yəqin ki, mənə tanrı da yar olar. 
Ana söylədi: – Düz deyil bu sözün, 
Hələ kimsəsizsən, bilirsən özün. 
O Zöhhakda həm təxt, həm tac var
Durub əmrinə müntəzir ordular. 
Qoşun istəsə yer üzündən əgər, 
Hər ölkə verər atlı yüz min nəfər. 
Cavanlıq gözüylə baxıb aləmə, 
Belə sözləri bir daha söyləmə. 
Cavanlıq şərabından hər kəs dada, 
Deyər: qəhrəman tək mənəm dünyada, 
Verər başını lovğalıqda hədər, 
Oğul, könlünə tapmasın yol kədər. 
Zaman keçdi, Zöhhak rahat olmadı, 
Dilindəydi əzbər Fəridun adı. 
O qorxardı təxtdən düşə torpağa, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə