Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə3/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   2   3   4   5   6   7   8   9   ...   55

 
 

 
hazırlığı  aşağı olan, idmanla məşğul olmayan, sağlam həyat tərzi keçirməyən 
insanlarda 1 sutka ərzində ürək vurğularının sayı orta hesabla 14 min və ondan 
daha artıq vurğu/dəqiqəyə çatır ki, bu da ürəyin daha tez sıradan çıxmasına və onda 
müxtəlif problemlərin yaranmasına səbəb olur. Ürək vurğularının sayının idman 
məşğələləri vasitəsi ilə azaldılması  təqəllüləri arasında olan fasilənin (pauzanın) 
artması hesabına baş verir. Məşqlənmə nəticəsində güclənmiş ürək əzələləri güclü 
sıxılmaqla orqanizmin qana (oksigen və enerji substratlarına) olan tələbatını ödəyir. 
Bundan fərqli olaraq zəif ürək  əzələləri eyni işi yerinə yetirmək üçün daha artıq 
təqəllüs etmək zərurətində olur. Beləliklə  də, fiziki hərəkətlərin köməyi ilə 
məşqlənmiş, möhkəmlənmiş ürək daha səmərəli və qənaətlə işləyir. 
Fiziki hərəkərlərin icrası zamanı, intensiv fiziki yük yerinə yetirilərkən ilk 
növbədə ürək vasitəsilə orqanizmdə dövr edən qanın həcmi çoxalır və təxminən bir 
dəqiqədə 5-6 litrə çatır. Qanın həcminin bu cür artması fiziki yükü yerinə yetirən 
əzələlərin oksigen və enerjiyə olan tələbatını ödəməklə  əlaqədardır. Beləliklə, 
hərəkəti yürinə yetirən əzələ sistemi oksigenlə və energetik maddələrlə daha yaxşı 
təchiz olunduğundan onlar inkişaf edir, əzələnin en kəsiyi böyüyür, qalınlaşır və 
orqanizmin əzələ sistemi fiziki yükün təyinatından asılı olaraq formalaşır. 
Əzələ sisteminin ahəngdar inkişafı sonda ürək-damar sistemində qan döv-
ranının yaxşılaşmasına  şərait yaradır. Xüsusən aşağı  ətraflarda olan əzələlərin 
ahəngdar inkişafı  “əzələ nasosu” deyilən və qan dövranına müsbət təsir göstərən 
venoz qanın yuxarıya qalxması amilinin yaranmasına gətirib çıxarır. 
Sistemli olaraq fiziki hərəkətlərin yerinə yetirilməsi, hər hansı idman növü 
ilə daimi aparılan məşqlər orqanizmin tənəffüs sistemində ciddi morfofunksional 
dəyişikliklərin baş verməsinə səbəb olur: tənəffüs əzələləri, diafraqma inkişaf edir, 
döş qəfəsi genişlənir və orqanizmdə mühüm əhəmiyyət daşıyan kapilyar qan-damar 
şəbəkəsinin işi daha effektli olur. Qeyd olunan morfofunksional dəyişiklik ağciyər-
lərin həyat tutumu göstəricisinə təsir göstərir, onun həcmi xeyli artır. Ağciyərin hə-
yat tutumunun artması isə öz növbəsində  ağciyər alveollarında oksigen mübadi-
ləsini asanlaşdırır, orqanizmin bütövlükdə zəruri oksigenlə təchizi yaxşılaşır. Orta 
hesabla məşq etməyən və qənaətbəxş fiziki inkişaf səviyyəsinə malik olan kişilərdə 
ağciyərin həyat tutumu göstəricisi 3000-3500 sm
3
, qadınlarda isə 2000-2500 sm
3
-
dir. Lakin sistemli olaraq idmanla və fiziki hərəkətlərin icrası ilə məşğul olan kişi-
lərdə  və qadınlarda bu göstərici müvafiq olaraq 4500-6000 və 3500-4500sm
3
-dir. 
Yaxşı inkişaf etmiş  tənəffüs sistemi orqanizmin hüceyrələrin ahəngdar fəaliyyə-
tinin təminatçısıdır. Məlumdur ki, orqanizmdə hüceyrənin məhv olmasının  əsas 
səbəbi oksigen çatışmamazlığıdır. Xarici tənəffüs aparatının (ağciyərlər, bronxlar, 
tənəffüs  əzələləri, diafraqma) məşq etdirilməsi onun funksional imkanlarının artı-
rılması insan sağlamlığının möhkəmləndirilməsi üçün birinci mərhələ hesab olu-
nur. 
Sakit halda idmanla məşğul olmayan insanların ağciyəri 1 dəq. ərzində 18-24 
tənəffüs hərəkəti yerinə yetirir. Və bu zaman ağciyərlərdə 3-5 litr həcmində hava 
ventilyasiya olunur ki, bununda nəticəsində qana 200-300ml.litr oksigen keçir. 
Bundan fərqli olaraq məşq etmiş insanlarda 1 dəq.  ərzində  tənəffüs tezliyi göstə-
Çap üçün deyil


10  
 
 
 
ricisi daha azdır və  təxminən 10-16 nəfəsalma yerinə yetirilir. Lakin tənəffüsün 
dərinliyi daha böyükdür. Məsələn, intensiv əzələ işi zamanı: çox sürətli qaçış, qısa 
məsafəyə üzgüçülük hərəkətlərində ağciyərə daxil olan havanın həcmi 20 və daha 
çox dəfə artaraq dəqiqədə 120-200 litrə çata bilər. Məşq etməmiş insanlarda 
ağciyərin maksimal ventilyasiya həcmi yuxarıda qeyd olunan şəraitlərdə cəmi 60-
120 litr dəqiqəyə çata bilir. Bu göstəricilərin müqayisəsi bədən tərbiyəsi və idman 
məşğələlərinin orqanizmin tənəffüs sisteminə müsbət təsirinin əyani nümunəsidir. 
Məşq etmiş insanlarda sakit halda xarici tənəffüs sistemi daha qənaətlə  işləyir. 
Ağciyərlərdə ventilyasiya olunan eyni həcmdə hava kütləsindən məşq etmiş 
insanlarda daha çox oksigen qana sorulur. 
Xarici tənəffüs sisteminin kifayət qədər məşq etdirilməməsi orqanizmdə bir 
sıra xəstəliklərin yaranmasına səbəb ola bilər. Beləki, ürəyin işemik xəstəliyi, 
yüksək qan təzyiqi, atreskreloz, baş beyində qan dövranının pozulması və s. orqa-
nizmə oksigenin az daxil olması ilə bir başa əlaqədardır. 
Orqanizmdə baş verən istənilən xəstəliklər onda bir sıra funksional pozun-
tuların əmələ gəlməsi ilə gedir. Və xəstəliyin aradan qaldırılması üçün ilk növbədə 
pozulmuş funksiyaların bərpasına ehtiyac yaranır. Fiziki hərəkətlər ilk növbədə 
orqanizmdə  bərpa proseslərinin sürətlənməsinə, qanın oksigenlə  təchizinə  şərait 
yaratmaqla orqanizmdə sağlamlaşma prosesini sürətləndirir. 
Orqanizmin sağlamlaşdırılması üçün bütün yorulma yarada bilən hərəkətlər 
səmərəlidir. Lakin ürək-damar və tənəffüs sistemlərinin işini yaxşılaşdıran və on-
ları möhkəmləndirən ən əlverişli vasitə nisbətən uzun müddət və orta intensivlikdə, 
aerob rejimdə yerinə yetirilən hərəkətlərdir. Bu hərəkətlər kateqoriyasına sağlam-
laşdırıcı yeriş, qaçış, üzgüçülük, velosipedlə uzaq məsafəni qət etmək, uzaq məsa-
fəyə müxtəlif templi gəzinti daxildir. Bundan başqa idman oyunları, atletik gim-
nastika, su aerobikası  və s. bu kimi idman növləri də sağlamlaşdırıcı  və  məşqet-
dirici effektdə malikdirlər. 
 
M
ÖVZU ÜZRƏ SUALLAR
 
1.
 
Sağlamlıq nədir? 
2.
 
Ürək-damar sisteminin effektli işini qiymətləndirmək üçün göstərici 
nədir? 
1.
 
Fiziki hərəkətlərin sistemli icrası ürək vurğuları göstəricisinə necə 
təsir göstərir? 
2.
 
Tənəffüs sisteminin əsas funksiyası nədir? 
3.
 
Tənəffüs sistemində işin yaxşılaşdırılması hansı göstəricilərdə öz 
əksini tapır? 
4.
 
Sizin nəbz vurğuları göstəriciniz necədir və bu yaş qrupunun 
normalarına müvafiqdirmi? 
 
 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə