146
2.
Verilmiş tapşırıq cütlərlə yerinə yetirilə bilər.
Şagirdlərə tövsiyə edilir ki, görəcəkləri işin nəticələrini
qiymətləndirmək üçün me-
yarlarla əvvəlcədən tanış olsunlar.
Qiymətləndirmə meyarları
Hə Yox
1. İşi səliqəli etmişəm
2. Planşetdə miqyası göstərmişəm
3. Planşetdə şimal istiqaməti göstərən oxu qoymuşam
4. Obyektləri qeyd etməzdən əvvəl planşeti istiqamətləndirmişəm
5. Məsafələri çəkərkən miqyası nəzərə almışam
6. Obyektləri planda şərti
işarələrlə qeyd etmişəm
7. İşin arxasında adım yazılıb
Dərs 50
/
Layihə üzrə iş
.
Mövzu:
UŞAQ ƏYLƏNCƏ PARKI
Bu dərsin keçirilməsi zamanı metodik vəsaitin 26-cı səhifəsində şərh edilmiş layihə
üzrə iş metodikası ilə tanış olmaq tövsiyə edilir.
Alt
STANDARTLAR
1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh
edir.
1.3.2. Yaşadığı ərazinin planını tərtib edir.
Dərsin
MƏQSƏDİ
şərti
işarələrdən istifadə etməklə, və üfüqün cəhətlərini və miq-
yası nəzərə almaqla parkın planını tərtib edir;
hazırlanmış layihənin təqdimetmə bacarıqlarını nümayiş etdirir.
148
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR
Dərs 2
/ Mövzu:
COĞRAFİ ÜNVANLAR
MOTİVASİYA
Müəllim şagirdlərə belə bir tapşırıq verir:
– Sinif yoldaşınıza qısa məktub yazın. Onun iki ən yaxşı cəhətini göstərin. Zərfi
bağlayın, üstünü yazıb ünvanına göndərin.
Şagirdlər sinifdə yazdıqları məktubları qısa vaxt ərzində bir-birinə ötürürlər.
Müəllim suallarla müraciət edir:
1. Məktubun məzmunu kimin xoşuna gəldi?
2. Ünvanı göstərmək üçün zərfin üstünə nə yazdınız?
3. İndiyə kimi siz kiminləsə məktublaşmısınızmı?
4. Məktubun sizə çatması üçün zərfin üstünə nə yazılmışdı? Özünüz məktub
göndərərkən zərfin üstündə nə yazırsınız?
5. Siz öz ünvanınızı və poçt indeksinizi bilirsinizmi?
6. Dünyada olan bütün binaların ünvanı varmı? Bütövlükdə bir şəhərin və ya
istənilən coğrafi obyektin (göl, dağ və s.) “ünvanını” təyin etmək olarmı?
Tədqiqat sualı:
Şəhərin ünvanını necə təyin etmək olar?
TƏDQİQATIN APARILMASI
Tədqiqat iki mərhələdə aparılır.
1-ci mərhələ: dərsliyin “Fəaliyyət” bölümündə verilmiş tapşırıq yerinə yetirilir.
Şagirdlər dərslikdə verilmiş 2 şəkli müqayisə edir və nəticəyə gəlirlər:
şəhərdə istənilən binanın ünvanı yerləşdiyi küçənin adına görə təyin olunur;
şəhərlərin ünvanını xəritə üzərində çəkilmiş xətlərə əsasən təyin etmək müm-
kündür.
2-ci mərhələ: Yeni məlumatla iş.
Alt
STANDARTLAR
1.3.1 Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh
edir.
3.2.1 Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir
DƏRSİN
MƏQSƏDİ
paralel və meridianların xəritələrdə təyinatını izah edir;
xəritədə ölkələrin yerləşdiyi yarımkürələri müəyyən edir.
İstifadə olunan
İŞ FORMALARI
Qruplarla iş.
İstifadə olunan
ÜSULLAR
Müzakirə
Fənlərarası
İNTEQRASİYA
Riy. – 3.2.3
TƏCHİZAT
Dərslik, qlobus, yarımkürələr
xəritəsi, dünyanın siyası
xəritəsi, kontur xəritə
149
Şagirdlər cütlərlə təlimatdan istifadə edib dərsliyin mətni üzərində işləyirlər.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Bir neçə cütün işləri nümayiş etdirilir və siniflə birlikdə müzakirə təşkil olunur.
Müzakirə üçün müəllim aşağıdakı suallardan istifadə edə bilər:
1. Paralel nədir? Paralel ilə nəyi təyin etmək mümkündür?
2. Paralelləri xəritə və qlobus üzərində göstərin.
3. Yarımkürə nədir? Hansı xətt Yer kürəsini iki yarımkürəyə bölür?
4. Xəritə və qlobusda yarımkürələri göstərin.
5. Meridian nədir? Başlanğıc (Qrinviç) meridian nədir? Meridianlarla nəyi
təyin etmək olar?
6. Meridianları xəritə və qlobusda göstərin.
7. Şəhərin “ünvanının” təyin olunmasını izah edin.
8. Dərslikdəki şəkil və xəritəyə əsasən Bakının hansı paralel
və meridian üzə-
rində yerləşdiyini təyin edin.
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
“Nə öyrəndiniz” bölümündə verilmiş tapşırıq yerinə yetirilir. Sonra şagirdlərlə
dərsi ümumiləşdirib aşağıdakı nəticələr çıxarılır.
Paralel və meridianlar hər hansı coğrafi obyekt və yaşayış məntəqəsinin
mövqeyini təyin etməyə imkan verir.
Hər hansı şəhərin “ünvanını” təyin etmək üçün onun hansı paralel və
meridianın kəsişməsində yerləşdiyini bilmək tələb olunur.
Dərsin əvvəlində irəli sürülən fərziyyələr xatırlanır və onlar şagirdlərin fəal iştirakı
ilə qazanılmış biliklərlə müqayisə edilir.
YARADICI TƏTBİQETMƏ
Dərslikdə “Öyrəndiklərinizi tətbiq edin” bölümündə verilmiş tapşırığın yerinə
yetirilməsi oyun şəklində təşkil olunur.
Oyun:
Hansı yarımkürədə yerləşir?
Mətnlə iş alqoritmi
1. Birinci abzası oxuyun.
2. Dəftərə sizin üçün yeni olan terminləri və onların izahını yazın; məsələn,
paralel və meridianlar xəritə üzərində çəkilmiş xətlərdir.
3. Yazdığınız izahı yoldaşınızın yazdığı ilə müqayisə edin. Onlar oxşardırlar-
mı? Əgər fərqlidirsə, hansının daha dəqiq və aydın olduğuna qərar verin.
4. Fiziki xəritədə oxuduğunuz abzasda yazılan hər hansı elementi tapın.
5. Həmin elementi kontur xəritədə qeyd edin.
6. Növbəti abzası oxuyun və tapşırıqları təkrar edin.