Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
162
Amerikan ismi koydum.elime bir yerden de Newyork”-
un planını geçirdim. Romandakı yer adları da Ameri-
kanca oldu. Şimdi sıra geldi, romanın yazarına. Mark
Obrien diye bir de ortaya Amerikan yazarı çıkardım
(A.Nesin,Çeviri Hikayeler, Romanlar); qaqauz: İndim
bän çaak o punarın suyuna, doldurdum şişeyi da gü-
culä çıktım, ama suladım onu(D.Kara Çoban); yakut:
Биирдэ Микиитэ эĥэтэ дьие таĥыттан сүүрэн киир-
дэ, кулун бергэĥэтин, таба сађынньађын хастыы
тардыталаан ороЊЊо элитэлэттэ уонна таĥырьда
төттөрү ыстанан тађыста.
Təbii ki, hərəkətlərin ardıcıllığı, müəyyən zaman
kəsiyini əhatə edir.Hərəkət ardıcıllığı arasındakı zaman
məsafəsi müxtəlif ola bilər. Belə ki,bir neçə dəqiqə ön-
cəki hadisədə baş vermiş hərəkətin ardıcıllığı, eləcə də
on il yaxud yüz il və s. arasında baş verən hərəkətlərin
ardıcıllığı mümkündür. Nümunələrə nəzər yetirək:
Azərbaycan dilində: Sonra küncdəki maşın işə düşdü,
işığı küçə pəncərəsini işıqlandırdı, sonra maşın da, elə
bil, o uzun şinelli kimi, hirslə yerindən götürüldü və
get-gedə səsi uzaqlaşdı, eşidilməz oldu (Elçin, Ağ də-
və); Onların dörd oğlu, bir qızı oldu, Gülməmməd Xo-
rasana gedib “Məşədi Gülməmməd” oldu. Amma Kər-
balayı İbixandan bir neçə il sonra Məşədi Gülməmməd
də rəhmətə getdi. Kürdobanın başbiləni, qonaq qabağı-
na çıxanı, qan bağlayanı, elçi gedəni Səkinə arvad ol-
du. Dünyagörmüş kişilər deyərdilər, “Səkinə ağılda,
kamalda atası Kərbalayı İbixana çəkib” (İ.Əfəndiyev,
Geriyə baxma, qoca).
Müşahidələr onu deməyə əsas verir ki, bu hərə-
kətlər real həyatda baş verənlərin zaman etibarilə bir-
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
163
birini izləməsidir. Belə bir ardıcıllıqla baş verən hərə-
kətlər ümumi dinamikaya malikdir və onlardan biri di-
gəri üçün səbəb və ya nəticə bildirir
1
.
Hərəkətlərin bir-birini izləməsi ardıcıllığı, eyni
zamanda, digər zamanlar üçün də xarakterikdir. Fik-
rimizcə, bu hər bir zamana aid oluna bilən ümumi se-
mantik xüsusiyyətdir. Çünki eyni xüsusiyyəti indiki və
gələcək zaman formalarında da müşahidə etmək olar.
4. Qəti keçmiş zaman formasının semantik xüsu-
siyyətlərindən “birdəfəlilik” xüsusiyyətini xüsusi qeyd
etmək lazımdır. Bu xüsusiyyət qəti keçmiş zamanın
ifadə etdiyi iş, hal və ya hərəkətin dəfələrlə deyil, bir
dəfə icra olunduğunu göstərir. Məsələn: Azərb.:Cavad
bəy Cahangir bəylə birlikdə qalanın keşikçi dəstəsini
möhkəmlətdikdən sonra qərargaha qayıtdılar (İ.Şıxlı,
Ölən dünyam); Bir azdan Canəli imtahan vermiş tələbə
kimi sevinə-sevinə içəridən çıxdı (İ.Məlikzadə); türk:
Polis işe karıştı. Çekişmenin sonunda Metin babasına
kaldı (A.Nesin); qaqauz: Dolapsiz avşamadak döndü
kuydän; Sabaylan onnar uyandılar erken (D.Kara Ço-
ban); Hepsi çingenelär kuvannar gibi sardılar balaban
xem gözäl iyri çatma kaşlı Mixalakiyi (N.Baboglu);
başqırd:70-90 yıllarda boşqird adabiyotida ko'plab pro-
zaik asarlar yaratildi
(www.samdu.uz/files/web/napr/
filologiya/txa/html).
5. Bəzən ola bilər ki, qəti keçmiş zaman forması
hər hansı mənbədən alınmış məlumatı, tarixi faktı ifa-
də edə bilər. Məsələn: Azərb.:1931-ci il yanvarın 7-də
1
Vəliyev İ.D. Azərbaycan yazılı abidələrinin dilində -ıb şəkilçili nəqli
keçmiş zaman. //Türk dillərinin tarixi morfologiyasına dair araşdırmalar.
Bakı, Universiteti nəşriyyatı, 1990, s. 158.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
164
“Molla Nəsrəddin” jurnalının son nömrəsi çıxdı. Cəlil
Məmmədquluzadə bu gündən sonra cəmisi bir il yaşa-
dı. 1932-ci il yanvarın 4-də vəfat etdi(Anar); 1994-cü il
iyulun 1-də təxribatçı təyyarə ilə Yerevandan Mineral-
nıe Vodı şəhərinə yola düşdü (M.Qacar, Metroda ter-
ror); özbək:... Şuninqdek, respublikada taъlim, tojik,
қirğiz, қozoқ, turkman tillarida olib boriladiqan mak-
tablar uçun imtiҳon materiallari “Nurli jol”(1999 yil,
12 may), “Ovozi tojik” qazetalari orқali elon қilindi.
Қirğiz, turkman maktablari uçun materiallar 13.05.-
470 raқamli (1999 yil 11 may) xat bilan teqişli viloyat
XTB lariqa etkazildi (Marifat qazetasi).
6. Dinamiklik xüsusiyyəti. Qəti keçmiş zamanın
məna xüsusiyyətlərindən biri də odur ki, o, iş, hal və
ya hərəkətin dinamikliyini bildirir. Qeyd edək ki, keç-
miş zamanla ifadə olunan bütün fellər dinamik xüsu-
siyyətlidir. Məsələn:Azərb.:Onların ətrafına toplaşan
göytəpəlilər susdular. Böyük narahatlıqla bu höcət-
ləşmənin nə ilə qurtaracağını gözlədilər (İ.Şıxlı, Dəli
Kür); türk: Ali – Kamil bey amcam sana bir avukat tut-
tu(N.Hikmet); kazan-tatar: Çəyqə kerqəç, əti belən əle-
qe avıldaş, üzləre türqə uzıp, samavır yanına utırdılar
(Q.Bəşirov); türkmən: Ah çekdim, bilim büküldü; Sütü-
nim arşa çekildi; Gözümden sil dek döküldi, Gan bir
yana, yaş bir yana(N.Saryhanov, Şükür Bagşy)
-mış şəkilçili keçmiş zaman. A.A.Axundov nəqli
keçmiş zaman formasının 8 məna xüsusiyyətini fərq-
ləndirir
1
.
1
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 61-67.
Dostları ilə paylaş: |