Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
172
görə konkret vaxt çərçivəsində məhdudlaşmayan, adi,
həmişə, təbii baş verən hərəkət
1
.
B.Çarıyarov cənub-qərb qrupu türk dillərində in-
diki zamanın 6 məna xüsusiyyətini göstərmişdir. Qeyd
olunan bu xüsusiyyətlərin ikisi üslubi məqamları özün-
də əks etdirir
2
.
“Türkmən dilinin qrammatikası”nda -yar, -yər şə-
kilçili ümumi indiki zamanın 5 məna xüsusiyyətinin
olduğu göstərilir
3
.
İ.Tahirov Azərbaycan dilində -(y)ır
4
şəkilçili indi-
ki zamanın funksional baxımdan üç növünü
4
göstərir:
1. Əsl indiki zaman
2. Geniş indiki zaman
3. Mücərrəd indiki zaman
Müəllifin bu bölgüsü ilə tam razılaşırıq və onun
bu bölgüsünü düzgün, konkret və məqbul hesab edirik.
Bu bölgünü nəinki Azərbaycan dilində -ır, -ir, -ur, -ür
şəkilçili indiki zamana, eləcə də türk dilində -yor şəkil-
çili indiki zamana, türkmən dilində -yar, -yər şəkilçili
indiki zamana, qaqauz dilində -er, -yer şəkilçili indiki
zamana aid etmək olar.
Biz A.Axundovun bölgüsünü əsas götürərək türk
dillərində indiki zamanın müşahidə olunan, əsasən,
aşağıdakı məna xüsusiyyətlərini qeyd edirik. Bütün
türk dillərində müşahidə olunan bu xüsusiyyətlərin
1
Грамматика современного якутского литературного языка (фонетика и
морфология). Москва, «Наука», 1982, с. 306.
2
Чарыяров Б. Времена глагола в тюркских языках юго-западной группы.
АДД. Ашхабад, 1970, с. 19-20.
3
Грамматика туркменского языка.Ашхабад,“Ылым”,1970,c.273-274.
4
Tahirov İ.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı,“Nurlan”,2007,s. 182
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
173
qrammatik zamandan daha çox obyektiv indiki zamanı
ehtiva etməsi ilə əlaqədardır.
1. Hal və ya hərəkət danışıq vaxtı ilə tam uyğun-
luq təşkil edir. İ.Tahirovun dili ilə desək, əsl indiki za-
manda işlənən felin ifadə etdiyi hal və ya hərəkət nitq
momenti(və ya danışıq vaxtı – G.Ə.) ilə üst-üstə düşür,
başqa sözlə, burada qrammatik indiki zaman obyektiv
indiki zamana uyğun gəlir
1
.Azərb.:-Gülşən xanım, bu
saat nə barədə fikirləşirsiniz? (M.Süleymanov, Yerin
sirri); türk:Ama Doktor bey, ben hastayım diyorum, siz
ise zevkinizi düşünüyorsunuz (A.Boysan,Yangın var);
Neye öyle yarım ağızla cevap veriyorsun? ...diye sor-
du; Şimdi, bu zavallı kıza yapılacak hiçbir şeyiniz yok
mu? Bu suali hâlâ vicdanınızın temizliğinden şüphe
etmediğim için soruyorum (R.N.Güntekin,Yaprak dö-
kümü); qaqauz:- Sen neçin üzüü parmaana koymээsın?
– sormuş askerlär batüsuna; Ne o kalpak senin tependä
durэr? – sormuşlar (Masallar).
2. Hal və ya hərəkət danışıq vaxtı ilə tam uy-
ğunluq təşkil etməklə bərabər, subyektin ümumi xüsu-
siyyətini əks etdirir. Bu məna növü İ.Tahirovun geniş
indiki zaman adlandırdığı xüsusiyəti ilə üst-üstə düşür:
Azərb:Qafar dayı çubuğu doldurub cavab verdi:- Bibi-
heybət trestinin qazma idarəsində baş mühəndisin
müavini işləyir (M.Süleymanov,Yerin sirri); Yuxarıda
dediyimiz kimi, Mazan Əliyev trestdə işləyir (Anar,
Adamın adamı); Ceyhun kiçik qardaşımdır. Moskvada
memarlıq institutunda oxuyur; Hümmət nazir müavini
olub, Bakıda yaşayır(İ.Əfəndiyev,Söyüdlü arx); türk:
1
Tahirov İ. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, “Nurlan”,
2007, s. 182.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
174
Hiç mukaddeme yapmadan: - Ben evleniyorum baba,
dedi(R.N.Güntekin,Yaprak dökümü);Orhan –(Ayşeye)
Nerede okuyorsunuz? (N.Hikmet)
3. Danışıq vaxtı ilə tam uyğunluq təşkil edən fel
eyni zamanda uzun dövrlərə, həm keçmiş, həm də
müəyyən dərəcədə gələcək zamana aid olan ümumi
halları ifadə edir: Azərb.: Əgər bu əməliyyat baş tutsa,
onda hər ikimizi yaxşı gələcək gözləyir(M.Qacar, Met-
roda terror)
Müasir türk dilində bu məna xüsusiyyəti əsasən,
geniş zaman vasitəsilə həyata keçirilir.Məs.:“Dil ve
Kültür” adı ile bir kitap halinde topladığı bu yazılar dil
devrimine en karşı olanları bile yumuşatıp, ikna ede-
cek sağlam temellere dayanır(H.Taner, Ölürse ten ölür,
Canlar ölesi değil).
Ç.Hüseynzadə indiki zamanın üslub xüsusiyyət-
lərini 4 formada xarakterizə edir:
1
1) indiki zaman forması ilə keçmiş zaman anlayı
şının canlandırılması
2) indiki zaman anlayışının keçmiş zaman şəkilçi
si ilə verilməsi
3) indiki zaman forması ilə gələcək zaman anlayı
şı ifadə olunması
4)
indiki zaman şəkilçisində ixtisaretmə yolu ilə
fərdi üslubi norma yaradılması
“Fel zamanlarının müxtəlif üslub xüsusiyyətlərinə
malik olması yalnız bu və ya digər bir dillə məhdudla-
şıb qalmır, bu hal özünü ümumi dil hadisəsi kimi gös-
1
Hüseynzadə Ç. Azərbaycan dilində morfoloji norma. Bakı, Nurlan,
2004, s. 226-227.
Dostları ilə paylaş: |