Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
168
yerində -dı şəkilçili keçmiş zaman forması işlənir:
türk: Çekinme, söyle, dedi, ben artık her şeye alıştım; -
Şevket, bir az uyan. Ben geldim oğulcuğum, dedi; -
Ben eski bir insanım. Anlaşmamıza imkan yok. İnsan-
ların paradan başka şeylerle de mesut olacaklarına
inanarak yaşadım. O kanaatle öleceğim; Ne söylüyor-
sunuz, dedi, size ne yaptım? Benden ne fenalık gör-
dünüz?(R.N.Güntekin,Yaprak dökümü);-Buraya bunun
için mi geldiniz?(A.Nesin); Aptallaşdığımı görünce
sordu: - Siz köyden mi geldiniz?(A.Nesin,Satılmıştır).
Türk dilində işlənən bu cümlələrdəki alıştım, gel-
dim, yaşadım, yaptım, gördünüz, geldiniz görülən keç-
miş zamanı ifadə edən fellər Azərbaycan dilində alış-
mışam, gəlmişəm, yaşamışam, etmişəm, görmüsünüz,
gəlmisiniz nəqli keçmiş zamanda olan fellərə uyğun
gəlir. Türk dilində müşahidə olunan bu cəhətə qaqauz
dilində də rast gəlinir. Yəni, Azərbaycan dilində işlə-
nən -mış şəkilçili keçmiş zaman formasının qaqauz di-
lində də mövcud olmasına baxmayaraq Azərbaycan
dilində işlənən -mış şəkilçili keçmiş zaman forması qa-
qauz dilində bəzi məqamlarda -dı şəkilçili keçmiş za-
manla ifadə olunur; məs.: qaqauz:
Ne geldin? –sordu sabaam
-Gün için duudum
- Ne geldin? –sordu bobam
-Kanımı duydum
“Xoş geldin”, bey Quboqlu
sefaladın çok!
İçerdä – taazä soluk,
payacan da yok. (S.Kuroqlu)
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
169
Əksər türk dillərində bu vəziyyətlə qarşılaşırıq:
uyğur:U mäĭlämdin bu m äĭläηqä
Sini däp käldim!
Meĭlim bar mo, meĭlim yok mo
Sınaĭ däp käldim.
(С.Е.Малов, Уйгурский язык, с.15)
Özbək: Zahiriddin Muhammad Bobur 1483 yilning
14 fevralida Andijonda tug'ildi.
Müasir Azərbaycan dilində bəzən üslubi məqam-
larda -dı şəkilçisi -mış şəkilçisini əvəz edir; məs.: -Xoş
gəldin, - deyib Məcid kişi qırağı əyilmiş köhnə vedrəni
torpaq qalağının yanına tulladı (İ.Məlikzadə, Quyu).
Müasir türk dilində -dı şəkilçisinin dil norması
kimi -mış şəkilçisini əvəz etməsi xüsusiyyətinə hətta
felin mürəkkəb formasında da təsadüf olunur. Məlum
olduğu kimi, müasir Azərbaycan dilində,eləcə də,digər
türk dillərində -dı şəkilçili keçmiş zamanın mürəkkəb
formasına rast gəlinmir. Yəni -dı şəkilçisindən sonra
idi hissəciyinin işlənməsi qeyri-mümkündür. Müasir
türk dilində isə -dı şəkilçili keçmiş zamanın idi hissə-
ciyi qəbul etməsi mümkündür. Bu məqamda şəxs son-
luğu -dı şəkilçili keçmiş zaman şəkilçisindən sonra və
idi hissəciyindən isə əvvəl işlənir. Türk dilində işlənən
həmin -dı şəkilçili mürəkkəb forma müasir Azərbay-
can dilində -mış şəkilçili keçmiş zamanın mürkkəb for-
masına uyğun gəlir.Məs.:Orhan – Ha...(Birdenbire Ay-
şenin elini öper) Kızımı kurtardınızdı...; Ayşe –Ham-
let'te de seyrettimdi sizi.(N.Hikmet, Her şeye rağmen);
-Bir defa sizinle Akif Beyin yalısında görüştüktü Ha-
nımefendi, dedi. Bir gün de ben sizi yine Akif Beyin
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
170
ailesiyle Küçüksu'da gördüm (H.E.Adıvar, Zeyno'nun
oğlu).
N.Məmmədov yazır: “Nəqli keçmiş zaman hal, və-
ziyyət bildirən( oturmaq, durmaq, qalmaq, yatmaq, da-
yanmaq, uzanmaq, söykənmək) fellərlə işlənərək, həm
də indiki zamanı bildirir”
1
.
Həqiqətən də, oturmuşam, durmuşam, qalmışam,
yatmışam, dayanmışam, uzanmışam, söykənmişəm və
s. kimi ifadələri nəqli keçmiş zamanda işlənsə də, əs-
lində indiki zaman məzmunu daşıyır.
İndiki zamanın
semantik-üslubi xüsusiyyətləri
Akademik A.A.Axundov felin indiki zamanının
məzmununda iki əsas cəhəti vurğulayır:
1. felin indiki zamanı danışıq vaxtı ilə bilavasitə
əlaqədardır;
2. felin indiki zamanı danışıq vaxtı ilə bilavasitə
əlaqədar deyil
Akademik hər bir cəhət daxilində özünəməxsus
xüsusiyyətlərin olduğunu göstərir. Belə ki, o,birinci,
yəni danışıq vaxtı ilə bilavasitə əlaqədar olan indiki za-
manın daxilində bunları qeyd edir:
a) hal və ya hərəkət danışıq vaxtı ilə tam uy-
ğunluq təşkil edir;
b) hal və ya hərəkət danışıq vaxtı ilə tam uyğun-
luq təşkil etməklə bərabər, subyektin ümumi xüsusiy-
yətini əks etdirir;
1
Məmmədov N.Azərbaycan dilçiliyinin nəzəri əsasları.Bakı,Maarif,1971,
s. 236.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
171
v) danışıq vaxtı ilə tam uyğunluq təşkil edən fel
eyni zamanda uzun dövrlərə, həm keçmiş, həm də
müəyyən dərəcədə gələcək zamana aid olan ümumi
halları ifadə edir
1
.
Müəllif ikinci – danışıq vaxtı ilə bilavasitə əlaqə-
dar olmayan indiki zamana aşağıdakı xüsusiyyətləri
aid edir:a) subyektə aid peşə və ya sənətlə, habelə vər-
dişlə əlaqədar olan ümumi hal və hərəkətlər; b)subyek-
tin sürəkli xarakterdə olan vaxaşırı hal və hərəkətlər;
v) yalnız müəyyən zaman ərzində, müəyyən indiki za-
man hüdudunda fəaıliyyət göstərən hal və ya hərəkət-
lər;q)danışılan vaxtdan əvvəl olmuş bir əhvalatın və ya
hadisənin hekayətində işlədilməsi; ğ)təbiət və müəy-
yən şəraitin təsvir edilməsi; d)elmi əsərlərdə proseslə-
rin ifadəsi; e) hökm ifadə etməsi və s
2
.
M.Ş.Rəhimov Azərbaycan dilinin XIV-XVIII əsr
yazılı abidələrində -ır, -ir, -ur, -ür şəkilçili indiki za-
man formasının 5 məna xüusiyyəti haqqında danışır
3
.
D.M.Nasilov qədim uyğur dilində -ur şəkilçili in-
diki zamanın 6 məna xüsusiyyətindən bəhs etmişdir
4
.
“Müasir yakut ədəbi dilinin qrammatikası” əsə-
rində felin indiki zaman formasının 3 məna xüsusiyyəti
fərqləndirilir:1)danışıq anında baş verən hərəkət, 2)da-
nışıq anından sonra baş verən hərəkət, 3)öz təbiətinə
1
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 74-76.
2
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961,s. 77-83.
3
Рагимов М. Формы выражения настоящих и будущих времен в
письменных памятниках азербайджанского языка XIV – XVIII ве-
ков. АКД. Москва, 1957, с. 7.
4
Насилов В.М. Древне - уйгурский язык. Москва, ИВЛ, 1963, с. 9-
10.
Dostları ilə paylaş: |