__________________________________________
25
rəhbərliyi tərəfindən xalqa qarşı törədilmiş ağır cinayət
açılmamış qalmışdı.
Hələ Azərbaycanda sovet hakimiyyəti mövcud olduğu dovrdə
20 Yanvar faciəsi ilə bağlı olan və geniş xalq kütlələri tərəfindən
yığılıb Dövlət İstintaq Komissiyasına təhvil verilmiş konkret
dəlil və sübutlar qəsdən Azərbaycandan çıxarılıb aparılmışdı. O
dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları
müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta əksinə, 20
Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən
mühüm arxiv sənədləri bütövlüklə və ya qismən məhv edilmişdi.
SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və
Baltikyanı ölkələrdə baş vermiş hadisələr sovet rəhbərliyi, xalq
deputatları qurultayı səviyyəsində müzakirə edilsə də, 20
Yanvar faciəsi zamanı baş vermiş hadisələr şüurlu şəkildə təhrif
edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi.
Yalnız 1994-cü ildə 20 Yanvar hadisələrini lazımınca
qiymətləndirmək yolunda ciddi addımlar atılmışdır".
Azərbaycan Respublikaçı prezidentinin 5 yanvar 1994-cü il
tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam
siyasi-hüquqi qiymət verməsi tövsiyə olunmuşdur. Azarbaycan
Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya
həsr edərək bir neçə gün davam edən iclaslarında yanvar
hadisələrinin əsl səbəblərini açıqlamış, həqiqi günahkarları aşkar
etmişdir. 1990-cı il yanvarın 20-də törədilmiş faciəli hadisələrə
Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi-hüquqi
qiymət verilmişdir.
XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror
aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına
qarşı işlədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə,
insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin
cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar.
__________________________________________
26
Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də
Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar.
Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə
məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq
olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır
sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya
nümayiş etdirdi. 1990-cı ilin qanlı yanvarında Azərbaycanın
azadlığı və müsləqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən
övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın
qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün də
Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz
canlarından keçməyə hazır olan övladları ilə fəxr edir.
Azərbaycanın azadlığı uğrunda qəhrəmancasına həlak olmuş
vətəndaşlarımızın əziz xatirəsini 20 Yanvar faciəsinin 10-cu
ildönümü ərəfəsində dərin hüznlə yad edərək qərara alıram:
1. Qanlı Yanvar faciəsinin Azərbaycan tarixində
qəhrəmanlıq və şəhidlik zirvəsi kimi müstəsna əhəmiyyətini
nəzərə alaraq faciənin 10-cu ildönümünə həsr olunmuş xüsusi
mərasimlər Azərbaycan Respublikasının butün şəhər, rayon və
kəndlərində geniş miqyasda keçirilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Təhsil
Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və
İdman
Nazirliyi,Qadın Problemləri üzrə Dövlət Komitəsi 20 Yanvar
faciəsi ilə bağlı kütləvi tədbirlər, konfranslar və tematik dərslər
keçirməklə gənc nəslə vətənpərvarlik, müstəqillik, milli-
mənəvi dəyərlərə sadiqlik ideyalarının aşılanmasını təmin
etsinlər.
3. Azərbaycan Elmlər Akademiyası və Təhsil Nazirliyi
xalqımızın tarix boyu azadlıq və müstəqillik yolunda apardığı
mübarizəsinin müxtəlif mərhələlərini əks etdirən fundamental
elmi tədqiqatların aparılması ilə yanaşı bu mübarizədə 20
Yanvar faciəsinin elmi baxımdan obyektiv işıqlandırılmasını,
__________________________________________
27
bu hadisəyə həsr olunmuş xüsusi elmi sessiya və konfranslar
keçirilməsini, müvafiq nəşrlərin hazırlanmasını təmin etsinlər.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 20
Yanvar faciəsinin 10-cu ildönümü münasibətilə onun əsl
mahiyyətini müxtəlif ölkələrin ictimaiyyətinə çatdırmaq
məqsədi ilə qanlı yanvarı sovet totalitar rejiminin Azərbaycan
xalqına qarşı törətdiyi təcavüz və terror aktı kimi
səciyyələndirən tədbirlər proqramı hazırlayıb həyata keçirsin.
5. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya
Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, qəzet
və jurnal redaksiyaları 20 Yanvar faciəsinin 10-cu ildönümü ilə
bağlı materialların nəşr və nümayiş etdirilməsini təmin etsinlər.
6. «Azərkinovideo»
İstehsalat Birliyi 20 Yanvar
hadisələrinə həsr olunmuş tammetrajlı sənədli filmin çəkilişini
təmin etsin.
7. Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri
həll etsin.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 1999-cu il
__________________________________________
28
SABİRABAD RAYONUNDAKI
NİZAMİ GƏNCƏVİ ADINA
5 NÖMRƏLİ ŞƏHƏR ORTA MƏKTƏBİNƏ
Hörmətli müəllimlər!
Əziz şagirdlər!
Milli təhsil sistemimizin inkişafına öz töhfəsini vermiş
Sabirabad rayonundakı Nizami Gəncəvi adına 5 nömrəli şəhər
orta məktəbinin yaradılmasının 20 illik yubileyi münasibətilə
sizi, məktəbinizin məzunlarını və ölkəmizin bütün təhsil
işçilərini səmimi-qəlbdən təbrik edirəm.
70-80-ci illərdə Azərbaycanda həyata keçirilmiş
genişmiqyaslı quruculuq işləri sırasında yeni təhsil ocaqlarının
tikintisinə xüsusi diqqət yetirilirdi. Bu məsələyə böyük
əhəmiyyət verərək 1979-cu ildə məktəbinizin təntənəli açılış
mərasimində iştirakımı da yaxşı xatırlayıram.
Çox şadam ki, ötən dövrdə məktəbiniz təlim-tərbiyə və tədris
işinin təşkilində, böyüməkdə olan nəslin savədlanmasında,
gənclərimizin şəxsiyyət kimi formalaşmasında və onlara
vətənpərvərlik hisslərinin aşılanmasında uğurlar qazanmışdır.
Məktəbinizin məzunları arasında yüzlərlə yüksək ixtisaslı
mütəxəssis yetişmişdir və bu gün onlar müstəqil Azərbaycanın
dövlət quruculuğunda yaxından iştirak edir, həyatımızın
müxtəlif sahələrində səmərəli fəaliyyət göstərirlər.
Hazırda ölkəmizin təhsil sistemində geniş islahatlar keçirilir.
Əminəm ki, maarif işimizdə öz yeri olan Nizami Gəncəvi adına
5 nömrəli şəhər orta məktəbi də təhsil islahatlarını
müvəffəqiyyatlə həyata keçirəcək, Azərbaycanımızın gələcəyi
naminə hərtərəfli hazırlığa malik bilikli və vətənpərvər gənc-
Dostları ilə paylaş: |