Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

_____________Milli Kitabxana_____________ 

 

29



KİV və EİV var. Onlardan ən çoxtirajlısı məhz "Krasnaya Zvezda"dır. 

Bu gün Rusiya ordusunun KİV orqanları Silahlı Qüvvələrin tərbiyəvi 

işlər idarəsinə tabedir. Hazırda Müdafiə Nazirliyinə 9 mərkəzi qəzet və 

jurnal, 11 dairə  və donanma qəzetləri, 29 birləşmə  qəzetləri daxildir. 

Hərbi mətbuatda işləyənlərin ümumi sayı 5 min nəfərə yaxındır. 

Onlardan bir hissəsi kadr zabitlərdir. Onların hazırlığı ilə  Hərbi 

Universitetin mədəniyyət və jurnalistika fakültəsi məşğul olur. Lakin 

son vaxtlar onlarda da hərbi jurnalistlərin "vəzifədən və rütbədən 

məhrum edilməsi" kimi təkliflər ortaya çıxıb. Rusiyada hesab edirlər ki, 

"rütbə daşıyan jurnalistlər keçmişin qalıqlarıdır". Ekstremal Jurnalistika 

Mərkəzinin rəhbəri Oleq Panfilovun fikrincə, hərbi mövzunu 

işıqlandıran jurnalistlər hərbi rütbə daşımalı deyillər. Onun sözlərinə 

görə, Rusiyada hərbi jurnalistikanın strukturunu dəyişdirmək zəruridir. 

Rusiya hərbi mətbuatının bir sıra postsovet ölkələri üçün örnək ola 

biləcəyi məqamlar da var. Bu ölkədə vaxtilə Silahlı Qüvvələrdə yüksək 

vəzifə tutmuş şəxslər sonradan istefaya çıxarkən müstəqil hərbi qəzetlər 

yaratmağa üstünlük verirlər. Bu gün Rusiyada məhz keçmiş hərbçilərin 

birbaşa iştirak etdiyi iki əsas qəzet fəaliyət göstərir: "Nezavisimoye 

voyennoye obozreniye" ("NVO") və "Voyenno-promışlennıy kuryer" 

("VPK"). Hər iki qəzet bu gün Rusiyada və  Qərbdə çox oxunur. Bir 

maraqlı məqamı da deyək ki, Rusiya Müdafiə Nazirliyinin yüksəkrütbəli 

zabitləri öz sözlərini daha çox "VPK"dan deməyə üstünlük verirlər, 

nəinki "Krasnaya zvezda"dan. Çünki "VPK"nın hadisələrə yanaşma 

tərzi daha müasirdir, "Krasnaya Zvezda" isə  ənənəvi olaraq "rütbə  və 

vəzifə xəstəliyi"ndən əziyyət çəkir. 

ABŞ-da isə  vəziyyət bir qədər fərqlidir. Bu ölkədə  əsas məqsəd 

hərbi informasiyanın tez və  səmərəli  şəkildə yayılmasını  təmin 

etməkdir.  Əvvəlcə qeyd edək ki, hazırda Pentaqonun strukturlarında 2 

min nəfərə yaxın jurnalist çalışır. Onlardan yalnız 10 faizinin hərbi 

rütbəsi var. Onlar Müdafiə Nazirliyinin ictimaiyyətlə  əlaqələr üzrə 

orqanlarının, mətbuat xidmətlərinin və nəşrlər redaksiyasının rəhbərləri 

vəzifəsini tuturlar. Sırf jurnalist işi ilə isə Müdafiə Nazirliyi və silahlı 

qüvvələrin növləri üzrə nazirliklərdə çalışan mülki qulluqçular 

məşğuldurlar. 

Amerikada mətbuatın müxtəlif növləri üzrə mütəxəssisləri 

Pentaqonun İnformasiya Məktəbi hazırlayır. Bu gün ABŞ hərbçilərinin 

tabeliyi altında çoxlu sayda qəzet və jurnal dərc olunur. Bu qəzet və 




_____________Milli Kitabxana_____________ 

 

30



jurnallar həm də mülki şəxslər arasında yayılır. Pentaqonun əsas çap 

nəşri "Stars and Stripes"dir ("Ulduzlar və zolaqlar"). Oxşar rəsmi 

orqanlar həmçinin digər qoşun növlərində də var. Bundan başqa ABŞ-ın 

hərbi strukturlarına 40-dan artıq peşəkar jurnal məxsusdur. Onların 

ümumi tirajı 500 minə çatır. 

Qeyd edək ki, Pentaqonun fəaliyyətini işıqlandıran Amerika 

mətbuatının əhəmiyyətli hissəsi müxtəlif ictimai təşkilatlara məxsusdur. 

Həmin təşkilatlar bu nəşrləri öz vəsaitləri hesabına maliyyələşdirir. Bu 

gün ABŞ Müdafiə Nazirliyinin hərbi mətbuatın idaredilməsi 

orqanlarının fəaliyyətinə dair çoxlu təlimatları, direktivləri, 

nizamnamələri mövcuddur. Bu istiqamətdə aparıcı rol Pentaqonun 

ictimaiyyətlə əlaqələr şöbəsinə verilib. Onun başlıca məqsədi mülki və 

hərbi auditoriyaya istiqamətlənmiş informasiya siyasətini həyata 

keçirməkdir. Bu, ABŞ Silahlı Qüvvələrinə müsbət münasibətin 

formalaşdırılması məqsədilə həyata keçirilir. 

Gürcüstanda ictimai təşkilatların və  KİV-in ordu üzərində 

nəzarətinə hakimiyyət tərəfindən yaşıl işıq yandırılıb. Belə ki, 

Gürcüstanın Avroatlantik İnteqrasiya Nazirliyi yanında yaradılmış 

Şuraya həm QHT-lər, həm də  KİV-lər daxildir. Bu Şura müdafiə  və 

təhlükısizlik sektorunda həyata keçirilən islahatları daxil olmaqla, 

ümumilikdə Gürcüstanın NATO-ya inteqrasiyasını  nəzarətdə saxlayır. 

Son 12 il ərzində Gürcüstanda güc strukturları ilə QHT və  KİV-lər 

arasında konstruktiv münasibətlər yaranıb. Gürcüstanda jurnalistlərin 

hər şeyin yaxşı olduğunu yazmaq barədə öhdəlikləri yoxdur, problemlər 

barədə yazmaq, sadəcə, nüfuzu artırır. Gürcüstanda hərbçilərin 

jurnalistləri məhkəməyə verməsi  ənənəsi yoxdur. Sadəcə olaraq onlara 

iradlar tutulur. 

Müdafiə Nazirliyinin 2004-cü ildən bəri hərbi saytı var. 2007-ci ildə 

Gürcüstan Müdafiə Nazirliyi Cənubi Qafqazın digər ölkələri üçün 

nümunə ola biləcək bir addım da atıb: yerli QHT-lərlə çağırışçıların, 

əsgərlərin və zabitlərin hüquqlarıının bir il ərzində monitorinqinə dair 

əməkdaşlıq sazişi imzalanıb. Bu saziş QHT-lərə  hərbi hissələrə 

məhdudiyyətsiz daxil olmaq, şəkillər çəkmək,  əsgərlərin vəziyyəti ilə 

tanış olmaq, hərbi münasibətləri təftiş etmək, sorğu keçirmək hüququ 

verirdi.  

Gürcüstan Müdafiə Nazirliyində 2007-ci ildə  İctimai  Əlaqələr 

Departamenti yaradılıb.  Əsas məqsəd xalqa və  KİV-ə açıq olmaqdır. 



_____________Milli Kitabxana_____________ 

 

31



Departament iki bölmədən ibarətdir: planlaşdırma, siyasət və  təhlil 

bölməsi və ictimai məsələlər, media ilə  əlaqələr bölməsi.  İkinci bölmə 

cəmiyyətlə  və  KİV nümayəndələri ilə  işləyir. Qarşıya qoyulmuş 

məqsədlərdən 

ən 

əsası gürcü ordusunun cəmiyyətdə 



populyarlaşmasından ibarətdir.  Ən vacib məqam yeni nəsildə 

vətənpərvərliyi gücləndirməkdir. Departamentin bölmələrinin 

funksiyasına informasiya kampaniyasının təşkili, jurnal, broşür dərc 

etdirmək, 

İnternet-səhifənin yeniləşdirilməsi, dərc olunmuş 

məlumatların təhlili, KİV-in monitorinqi və sairə daxildir. Departament 

Gürcüstan Müdafiə Nazirliyinin rəsmi informasiya strategiyasına 

əsaslanır. Bu strategiyanın hazırlanması NATO-nun tələblərindən biri 

olub.  

Departament eyni zamanda dövlət və qeyri-dövlət təşkilatları üçün 



seminarlar keçirir və onları Müdafiə Nazirliyinin fəaliyyəti ilə 

maraqlandırır. Sözügedən struktur 3 əsas PR-kampaniya aparır: 

birincisi, elit korpusda zabit vəzifəsini tutmaq üçün təbliğat qurur, 

ikincisi, ehtiyatda xidmət etmə barədə maarifləndirmə aparır və nəhayət, 

üçüncüsü, vətəndaşların könüllü şəkildə orduda xidmət etmələri üçün 

təbliğat aparır. Bütün bunları etməkdə məqsəd intellektual, təhsilli ordu 

yaratmaqdır. Gürcüstan Müdafiə Nazirliyinin orqanı olan "Gürcüstan 

Respublikasına xidmət edirəm" jurnalı gürcü və ingilis dilində  nəşr 

edilir. Eyni zamanda Gürcüstan Müdafiə Nazirliyi "Georgia Today" 

qəzetində "Defense Today" əlavəsi dərc etdirir. İngilisdilli  əlavə  əsas 

etibarilə diplomatik korpusa göndərilir. Müdafiə Nazirliyi "SakarTVelo" 

ilə  sıx  əlaqələr qurub. Bu kanalın  əsas  şüarı "Vətənə xidmət edənlərə 

xidmət etməkdir". Müdafiə Nazirliyin 2004-cü ildən bəri hərbi saytı var.  

Gürcüstan Müdafiə Nazirliyi həm müxalifətdə olan, həm də 

hakimiyyətə loyal münasibət göstərən QHT-lərlə işləyir, onlar arasında 

heç bir fərq qoymur. İki həftədən bir nazir və onun müavinləri 

səviyyəsində media üçün mətbuat konfransları keçirilir. Jurnalistlərin 

hərbi hissələrinə  səfərlərinə  məhdudiyyət yoxdur. Jrnalist departament 

rəhbərinə müraciət edir, o da qərar qəbul edir. 2007-ci ildə Gürcüstanın 

600 milyonluq hərbi büdcəsinin 7,8 milyon dolları informasiya 

texnologiyaları sisteminin inkişafına xərclənib. 

Gürcüstanda vətəndaşlar dövlət qurumlarına məktub göndərdikləri 

halda 10 gün ərzində onlara cavab verilməlidir.  Əks təqdirdə dövlət 

strukturu məhkəməyə verilir və  məhkəmə  vətəndaşın xeyrinə  qərar 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə