Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
1   2   3   4   5   6   7   8   9   ...   26

_____________Milli Kitabxana_____________ 

 

6



prosesində  bəzi çətinliklər yaratdığı qeyd olunur. Qəzetin 11-ci 

sayında (16 oktyabr, 1918) dərc olunan məqalədə isə Azərbaycanda 

milli hərbi xidmətin çətinliklərindən bəhs olunur. Buna səbəb olaraq 

aşağıdakılar göstərilir: birincisi, Çar Rusiyasında Azərbaycan 

vətəndaşlarının orduda xidmətdən uzaqlaşdırılması, ikincisi, əksər 

azərbaycanlıların Vətən qarşısında öz borclarını bilməmələri, 

üçüncüsü, çağırış yaşının qeydə alınması  və  sənədləşdirilməsi ilə 

bağlı ortaya çıxan problemlər. Bu məqalənin maraqlı məqamlarında 

biri Azərbaycanda ordu quruculuğunun perspektivləri ilə bağlı 

proqnozların  əks tapmasıdır. Qeyd olunur ki, qardaş Osmanlı 

İmperiyasının dəstəyi ilə Azərbaycanın təhlükəsizliyini qoruya 

biləcək ordu yaradılması prosesi gedir: bu dəstək nəticəsində 

Azərbaycan Ordusu müasir silah, təminat-təchizat, təcrübəli zabitlər 

və ən əsası milli özünüdərki əldə edəcək.   

ADR dövründə Azərbaycanın müdafə və təhlükəsizlik sektorunda 

həyata keçirilən islahatlar və görülən tədbirlər barədə  məlumatların 

şəffaflığına ciddi şəkildə riayət  olunmasına çalışılıb. Məsələ ilə bağlı 

o dövrdə  mətbuatda (“Azərbaycan”, “Açıq söz”, “İstiqlal” və başqa 

mətbuat orqanları) əksini tapmış bir sıra məlumatlar maraq doğurur. 

Araşdırmalar zamanı o dövrdə    işıq üzü görən bir sıra qəzetlərdə 

Azərbaycan ordusunda məvacib sisteminin quruluşu,  şəxsi heyətin 

say tərkibi kimi məlumatların dərc olunduğunu müşahidə edirsən, 

halbuki müasir dövrdə bu tip məlumatların açıqlanması qeyri-rəsmi 

şəkildə arzuolunmaz hesab edilərdi.  

Azərbaycan Demokratik Respublikasının 80 illik yubileyi ilə bağlı 

1998-ci ildə Azərbaycanda keçirilən rəsmi tədbirlər sislsiləsində çap 

olunmuş “Azərbaycan Demokratik Respublikası (1918-1920). Ordu” 

adlı kitabda o dövrdə mətbuatda ordu ilə bağlı əksini tapmış çoxsaylı 

məlumatlar, faktlar qərarlar,  əmrlər və  sərəncamlar  əksini tapıb. Bu 

kitabın özü ADR dövründə Ordu – KİV münasibətlərini və 

ümumiyyətlə ordu quruculuğunu araşdırmaq istəyən oxucular üçün 

qiymətli mənbə hesab edilə bilər.  

Əslində ADR dövründə  və ondan sonrakı müddətdə Silahlı 

Qüvvələrin fəaliyyəti ilə bağlı ictimai məlumatlandırmada ayrı-ayrı 

mətbuat orqanlarının və  həmçinin hərbi sahədə  fəaliyyət göstərən 

jurnalistlərin səyləri diqqət çəkir. Tanınmış  hərbi jurnalist Şəmistan 




_____________Milli Kitabxana_____________ 

 

7



Nəzirlinin bu istiqamətdə araşdırmaları diqqət çəkir. Onun “Hərbi 

bilik” jurnalının 1993-cü ildə  dərc olunmuş ilk sayındakı yazısında 

Azərbaycanın hərbi mətbuat tarixindən söhbət açılır. Bildirilir ki, 

1928-ci ildən Tiflisdə rus dilində  nəşrə başlayan “Tifliskaya” 

vedomosti qəzetinin ayri-ayrı saylarında Azərbaycan süvari alayları 

ilə bağlı yazıları  və  Əlahiddə Qafqaz ordu qərargahında hərtərəfli 

biliyə malik alim kimi tanınan polkovnik Abbasqulu ağa 

Bakıxanovun xidməti xüsusi olaraq  qeyd edilməlidir. Rəsmi hərbi 

qulluqda olan Abbasqulu ağa ayrıca qəzet və  ya  jurnal  nəşr 

etdirməyib. Lakin həmin qəzetin səhifələrində Rusiya – İran və 

Rusiya – Türkiyə müharibələri barədə orijinal və tərcumə əsərləri ilə 

çıxış etmişdir.  

 Araşdırmalar göstərir ki,  Azərbaycanda hərbi sahədə ilk jurnal 

1922-ci ilin sentyabr ayında  fəaliyyətə başlayan “Savadlı  Qırmızı 

Əsgər”dir.  Ş.Nəzərlinin araşdırmalarına görə, ayda bir dəfə  nəşr 

olunan,  əsgərlər üçün nəzərdə tutulan siyasi, ictimai, ədəbi-elmi 

məcmuə yeni yaranmış Azərbaycan diviziyasının orqanı idi. Naşiri 

və  məsul redaktoru Hüseyn Rəhmanov olan jurnal əsgərlərin 

savadlanması, onların döyüş hazırlığı, silaha qulluq qaydaları, əsgər 

və ordu həyatından yumorlar, ədəbi-bədii yazılar dərc edirdi. Eyni 

zamanda bu nəşr ordudakı  vəziyyətlə bağlı bir növ ictimai 

məlumatlandırma məqsədi güdürdü. 

Azərbaycanda ilk hərbi qəzetin tarixi isə 1920-ci ildən “Qırımızı 

əsgər”lə başlayır. Azərbaycan diviziyası siyasi şöbəsinin orqanı olan 

bu qəzet 1925-ci ildən “Qızıl Əsgər” adı ilə nəşr olunub. Respublika 

hərbi mətbuatının inkişafında xüsusi yer tutan bu qəzet on ildən çox 

nəşr edilmişdi. Diviziya və alay qəzetlərini öz ətrafında birləşdirən 

qəzetin baş redaktoru görkəmli yazıçı Hacıbaba Nəzərli olub. Eyni 

zamanda məhz onun rəhbərliyi ilə  qəzetin nəzdində  hərbi nəşriyyat 

yaradılıb.  Ş.Nəzirlinin araşdırmalarına görə, sözügedən nəşriyyatın 

buraxdığı kitabların  əksəriyyəti tərcümə  ədəbiyyatından ibarət idi. 

Nəşriyyatın işıq üzünə  çıxartdığı orijinal əsərlərdən yalnız general 

Əliağa Şıxlınskinin iki hərbi əsəri – “Ruscadan türkcəyə qısa döpyüş 

sözlüyü” (1926-cı il), “İşçi-Kəndli Qızıl Ordusu topçusunun döyüş 

təlimatnaməsi” (1927-ci il) mövcuddur. 



_____________Milli Kitabxana_____________ 

 

8



Xüsusilə  nəzərə alınmalıdır ki, 1925-ci ildən Zaqafqaziya 

respublikalarında hərbi tərcümə kollegiyaları  təşkil edilir. 

Azərbaqycan hərbi tərcümə kollegiyasının baş redaktoru vəzifəsinə 

keçmiş Azərbaycan ordusunun tam artilleriya generalı  Əliağa 

Şıxlinski təyin olunur. 

Ş.Nəzirlinin araşdırmaları maraqlı faktları ortaya çıxarıb. Qeyd 

olunan dövrdə  hərbi kitab nəşrlərinin sayı ilə yanaşı  qəzet və 

jurnalların da miqdarı artıb və onlarda keyfiyyət dəyişikliyi  əmələ 

gəlib. 1928-ci ildən “Savadlı  qırmızı  əsgər” jurnalı artıq “Qızıl 

əsgər” adı altında həm məzmun, həm də  tərtibat baxımından daha 

sanballı  nəşr olunmağa başlayır. Sonralar Ə.Şıxlinskinin təklifi ilə 

jurnala “Hərbi bilik” adı verilir.  Azərbaycan atıcılıq diviziyasının 

siyasi  şöbəsinin orqanı olan “Hərbi bilik”in məsul redaktorları 

komissar Hüseyn Rəhmanov və diviziya komandiri Cəmşid 

Naxçıvanski idilər. Beləliklə, ilk hərbi jurnallarımızın nəşr ardıcıllığı 

belədir: 

“Savadlı Qırmızı Əsgər” – 1922-24-cü illər, 14 nömrə. 

“Qızıl Əsgər” – 1925-ci il, 6 nömrə. 

“Hərbi bilik” – 1928-29-cu illər, 10 nömrə. 

Qeyd edək ki, 1934-cü ildə bölük və alay qəzetlərinin ümumi sayı 

səksənə yaxın idi. “Qızıl Əsgər” qəzeti ilə yanaşı  “Dəmir mübariz”, 

“Qızıl topçu”, “Döyüşçü səsi”, “Qızıl bayraq”, “Fəhlə-kəndli qızıl 

ordusu” adlı çoxsaylı alay qəzetləri nəşr olunurdu. Bütün bu mətbu 

orqanlar hərbi sahədə informasiya əldə etmək istəyində olan 

ictimaiyyət üçün bir növ mənbə hesab edilirdi. 

SSRİ-nin süqutundan sonra 1993-cü il yanvarın 1-dən etibarən 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi-elmi tədqiqatlar 

və nizamnamələr şöbəsi tərəfindən “Hərbi bilik” jurnalı yenidən nəşr 

etdirildi. Bu jurnalın ilk nömrəsi Azərbaycanda hərbi sahədə 

informasiya  əldə etmək mədəniyyətinin inkişafına güclü bir töhfə 

hesab edilə bilərdi. Sovet dövrünün hərbi sahəyə informasiya əldə 

edilməsinə qoyulmuş qapalılığından sonra bu jurnal xüsusi 

əhəmiyyət kəsb edirdi. Yeni dövrdə jurnalın ilk baş redaktoru olan 

polkovnik Çingiz Məmmədov (hazırda müdafiə nazirinin müavini, 

general-leytenant) bəyan edirdi ki, “Hərbi Bilik” jurnalı Azərbaycan 

Respublikasının hərbi quruculuğunun bütün sahələrini əhatə edən bir 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə